"Azərbaycan damarı" silsilə şeirləri

həmin portretin əsaslı cizgisini faş edəcək

 

Görkəmli Moldova şairi, essesit, tərcüməçi publisist, Moldova Milli Elmlər akademiyasının akademiki, akademiyanın Sosial-İqtisadi, Humanitar Sənət Elmləri Departamentinin prezidenti İon Hadırkanın "Mavi güzgü" seçmə şeirlər toplusu həm Azərbaycan ədəbi mühiti, həm Azərbaycan-Moldova ədəbi əlaqələri üçün ciddi hadisədir. 50-dən artıq şeirin tən yarısını müəllif Azərbaycana həsr edib. Tanınmış adamı, ictimai xadim, hüquq elmləri doktoru Vüqar Novruzovun dəstəyi Moldovanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Aleksandr Esaulenkonun iştirakı ilə Azərbaycan Yazıçılar Birliyində nəşrə hazırlanan kitab "Mücrü" nəşriyyatında nəfis şəkildə çap olunub.

Kitabın tərtibçisi, redaktoru, təcüməçisi Son söz yazısının müəllifi Səlim Babullaoğlu, sətri tərcümələrin müəllifi, rumın dili mütəxəssisi Jalə İsmayıldır. Kitabda Səfir Esaulenko Vüqar Novruzovun giriş yazıları, filologiya elmləri doktoru, Moldova Rumıniya Yazıçılar Birliyinin, Beynəlxalq PEN-klubun üzvü Miroslava Metlyayevanın maraqlı on söz məqaləsi dərc olunub. Kitabın üz qabığında Cavid Kişiyevin "Düşüncənin İllüminasiyası" əsərindən istifadə edilib, səhifələmə dizayn Emil Camalova aiddir.

İon Hadırka 1949-cu il iyulun 17-də anadan olub. İon Kryanqa adına Dövlət Pedaqoji İnstitutunu bitirib (1974). "Bədii ədəbiyyat" nəşriyyatında redaktor, şöbə müdiri (1978-1981), ədəbi məsləhətçi (1985-1987) Moldova Yazıçılar İttifaqının İdarə Heyətinin katibi (1987-1989) vəzifələrində işləyib. Moldova Xalq Cəbhəsinin ilk sədri (1989-1992), 27 avqust 1989-cu ildə ilk Böyük Millət Məclisinin sədri, SSRİ Ali Sovetinin deputatı (1989-1991), Moldova Ali Sovetinin deputatı (1990-1998, 2009-2014), Moldova Parlamentinin birinci vitse-prezidenti (1990-1993), Rumıniya parlamentinin senatoru (2016-2020) olub. "Günlər" (1977), "Bişmiş gil" (1984), "Nitq qabiliyyəti" (1985), "Atlantidanın səfiri" (Yaş, 1996), "İki imperiya" (1998), " qalalar" (Buxarest, 1998), " qara qalalar" (1999), "Sərhədin dezinfeksiyası" (Yaş, 2001), "Mələklər komandası" (Yaş, 2001), "Vəsvəsə sənəti" (Yaş, 2005), "Artera Zen" (2006), "Sellüloz yaddaş" (Yaş, 2007), "Tüstünün caynağı" (2008), "Qəssabxana pianosu" (2009), "İoanın adından" (2012), "Parabolik antenalar" (2012), "Keçmiş zaman (2017), "Ac qapı" (2018), "Uliss" (2019), "Sonetariya" (2020), "Asimmetrik panikalar" (Yaş, 2021), onlarla başqa şeir, nəsr publisistika kitablarının müəllifidir. Şairin şeirləri rus, Ukrayna, belarus, latış, Azərbaycan, Litva, qazax, ingilis, fransız, italyan, türk, macar, bolqar başqa dillərə tərcümə olunub. Hadırka, eyni zamanda Nizami Gəncəvi, M.Servantes, Ş.Bodler, A.Puşkin, M.Lermontov, Q.Gilen, D.Harms, M.Agirre, R.Alberti, M.Hernandes, F.Mayor, İ.Draçın əsərlərini rumın dilinə çevirib.

Azərbaycanın dostu olan İon Hadırka "Şuşaya salam" poetik marafonunun əsas iştirakçılarındandır. Yaradıcılığı boyu İon Hadırka Uşaq Ədəbiyyatı üzrə Beynəlxalq Hans Xristian Andersen, Mihai Eminesku, Poeziya üzrə Nikita Stanesku Baş Mükafatı digər ödüllərə, Moldova Respublikasının ordeni  Milli mükafatı, Litvanın Böyük Hersoq Gediminas ordeni, Rumıniya Akademiyasının Fəxri üzvü  kimi fəxri ad, titulu təltiflərə layiq görülüb.

Səfir Aleksandr Esaulenko yazır: "Azərbaycanla bağlı şeirlərin başlıca keyfiyyəti isə, öncə müəllifin istedadında, dərin şair ilhamında intellektual olmasındadır. O, Azərbaycanın, azərbaycanlı olmağın, azərbaycanlı ruhunun fəlsəfəsini anlamağa anlatmağa çalışır, Azərbaycan xalqının tarixi özünəməxsusluğuna, onun məxsusi Qafqaz koloritinə, gülərüzlüyünə vurğu edir. Bir çox hallarda məxsusi detallarda bunu əyani göstərir, izah edir, bəzən isə öz cavablarını bölüşməklə yanaşı, oxucuya düşünmək üçün geniş perspektiv açır. Azərbaycana azərbaycanlılara həsr olunmuş şeirləri oxuyarkən, biixtiyar bu qonaqpərvər ölkəyə, onun sahiblərinə hörmətin artır, dərinləşir. Mən ölkələrimiz arasında ədəbi əlaqələri daim qoruyan, onu məxsusi olaraq əziz tutan Azərbaycan Yazıçılar Birliyinə, Birliyin rəhbərliyinə, dəyərli tərcüməçilərə səmimi minnətdarlıq hisslərimi çatdırmaq istəyirəm. nəhayət, mən hüquq elmləri doktoru, Moldova Respublikasının yaxşı dostu, ölkələrimizin mədəni əlaqələrinin yaxınlaşmasındakı ardıcıl səmərəli fəaliyyətinə, sevigisinə görə tanınmış ictimai xadim Vüqar Novruzova kitabın ərsəyə gəlməsindəki dəstəyinə görə sonsuz təşəkkürlərimi çatdırıram".

Vüqar Novruzov yazır ki, kitabın tən yarısı gözəl ölkəmizə, doğma Azərbaycanımıza - muğamlı, Nizamili, Novruzlu, "Avesta"lı, qala divarlı göydələnli, Xəzərli, neftli gözəl vətənimizə, onun baş şəhəri olan Bakımıza həsr olunmuş şeirlərdən ibarətdir: "Böyük təblə, ilhamla, orijinal şeir texnikası poetik təhkiyə ilə, dərin zəkayla yazılmış bu şeirlər görkəmli şairin ölkəmizə onun insanlarına dostluq hədiyyəsidir. İon Hadırka böyük Nizami Gəncəvinin poeziyasından seçmələri, hikmətli misraları rumın dilinə çevirib illər əvvəl onun tərcümələri xoş ki, bizim iştirakımızla kitablaşıb, nəşr olunub. Cənab Hadırkanın Azərbaycan sevgisi yalnız şeirləri ilə deyil, şeirlərindən əvvəl əməlləri ilə, həm siyasi, həm elmi-mədəni platformalardakı münasibəti dəstəyi ilə dəfələrlə təsdiq olunub. Əslində onun "Azərbaycan silsiləsi"ndən olan şeirləri həmin əməli münasibətinin davamıdır. Biz ona görə ustad şairə minnətdarıq. İon Hadırkanın hazırkı kitabı indiyə qədər görülmüş işlərin, tərcümə nəşr edilmiş kitabların arasında xüsusi çəkiyə yerə malik olub, xalqlarımızın ölkələrimizin arasındakı ədəbi-mədəni əlaqələrin gələcəyinə ümidli baxmaq üçün ciddi əsas verir, inanıram ki, gələcəkdə şeirin, ali sözün yeri həmişə uca olacaq".

Vaxtilə Hadırkanın "Azərbaycan damarı" kitabını rus dilinə çevirən, hazırkı nəşrin Ön söz yazısının müəllifi Miroslava Metlyayeva qeyd edir ki,  kitab tərcümə etmək həmişə həm oxucu üçün, həm ilk növbədə, tərcüməçi üçün kəşfdir: "Mənim İon Hadırkanın "Azərbaycan damarı" ("Artera azera") şeir silsiləsini rus dilinə tərcümə etməyim əslində Azərbaycanı özüm üçün kəşf deməkdi. Doğrusu, Azərbaycan da elə digər "keçmiş respublikalar" kimi yaxın keçmişə qədər mənim üçün sirr idi. Tanışlığım səthi rəsmi məlumatlar qeyri-müəyyən şayiələrlə hüdudlanırdı. Həmçinin Azərbaycan ədəbiyyatı ilə tanışlığım, Nizaminin bir neçə poemasını nəzərə almasam, büsbütün "terra incognita" idi. İon Hadırkanın "Azərbaycan damarı" bu ecazkar ölkənin qapılarını üzümə açdı, onun xalqını mənə tanıtdı, keçmiş yüzillərin əks-sədasını, Şərq bağçalarının ətrini, Xəzərin dalğalarının gərdişini, Bakı küçələrinin diriliyini, neft buruqlarının əzəmətini mənə anlatdı..."

Səlim Babullaoğlu Son söz məqaləsində yazır: "Biz poeziyanın getdikcə marginallaşdığı, süni intellektin şairlik, bəstəkarlıq, rəssamlıq iddiasında olduğu dövrə qədəm basmışıq. İndi rəqəmsal, sosial platformalar tənha adamın yolu üstündəki lampaları taqətsiz, xəstəhal işıq dirəklərini çoxaldan palçıqlı nohur kimidir, onları çoxaldır, göz qamaşdırır bizi aldadır. Yox, bu qətiyyən gedişatı inkar eləmək, yaxud nəyinsə qabağını almaq istəyən adamın sözləri deyil...

bu gedişatda qəfil bir kitab keçir əlinə. Mədəniyyəti, bədii düşüncəsi bütövlükdə düşüncəsi üfüqi geniş, şaquli dərin, kulturoloji mifoloji allüziyalarla zəngin, ənənəvi ilə yeninin dailektik vəhdətində yazan, fərqli ahəng metrikalarda, dalğalarda eyni uğurla işləyən şairin şeirləri. İlk baxışdan, bəzən publisistik məziyyətli görünə bilən istənilən mövzuda şeir necəsə olur, qəfil metafizik əqli nəticə ilə bitir... Bir daha təsdiq edirsən ki, nəyə baxmağımız yox, necə baxmağımız vacibdir. İon Hadırkanın şeirlərini oxuyanda bir xeyli əvvəl formalaşmağa başlayan qənaətim dərinləşdi bir daha təsdiqini tapdı. Şərqi Avropa ölkələrinin poeziyası ümumavropa poeziyası kontekstində xüsusi çəkiyə yerə malikdi; fikrimcə, daha ruhanidi, ruhsal baxımdan daha reflektivdi.

İon Hadırka ilə təsadüfi (təsadüfimi?) görüşümüzü xatırlayıram. Rumıniyanın Yaş şəhərində dostum, şair Nikolae Spetaru ilə axşam gəzintisinə çıxmışdıq. Əski, tarixi küçələrin birində. Necə deyərlər, burun-buruna gəldik. Nikolae bizi bir-birimizə təqdim etdi. Hərçənd, mən İon Hadırkanı ümumi dostumuz Vüqar Novruzovun təqdimatında, xüsusən, Nizami Gəncəvinin tərcüməçisi kimi tanıyırdım. Qısa bir söhbət oldu aramızda. Ayrıldıq. O böyük şairin getdiyi istiqamətdəki tarixi tikililər haqqında danışmağa başladı. Mən bir gözümlə dostumun haqqında danışdığı əski binalara, bir gözümlə isə bizdən uzaqlaşan şairin axşamüstünün qatılaşmaqda olan toranına qarışan tənha zərif qaraltısına, siluetinə baxırdım. O axşamüstüdə böyük şairin mənə dikilən dolu, müdrik, tənha mehriban baxışlarını sonradan tez-tez xatırlamalı oldum. Böyük məmnuniyyətlə zövq ala-ala çevirdim İon Hadırkanın şeirlərini. Gözəl ölkəmizə həsr etdiyi silsilə şeirləri çevirmək bir ayrı dad qatırdı tərcümə prosesinə. Bəlkə vaxtsa, gəlmiş-getmiş dünya ədibləri şairlərinin ölkəmiz haqqında yazdıqları şeir, hekayə romanların toplusu nəşr olunacaq. bəlkə o bədii mətnlər əsasında Azərbaycanın ədəbi-bədii obrazı formalaşacaq, portreti çəkiləcək. Bu baş verəcəksə, inanıram ki, cənab Hadırkanın "Azərbaycan damarı" silsilə şeirləri həmin portretin əsaslı cizgisini faş edəcək, məhz bu kitab özünün "mavi güzgü"sündə bizə özümüzü olduğumuz kimi görməyə kömək edəcək..."

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.20.