Bossa nova
İncəsənət
Dünya
caz musiqi sənətinin ən parlaq incilərindən biri də, vətəni
Braziliya olan Bossa nova sənətidir.
"Bossa
nova" sözü həm
hərfi, həm də məcazi mənaya gəlir. Hərfi mənada, bossa (- qabar, təpə, qorqa;) nova (- yeni) deməkdir.
Müasir rus jarqonunda isə "çip" yəni "xarakterik xüsusiyyət",
"parlaq xüsusiyyət"
sözü ilə, təxminən eyni mənaya gələcək.
Məhz buna görə
də Bossa nova hərfi
mənada deyil, məcazi mənada -
"yeni xüsusiyyət", "yeni üslub" kimi 1950-ci ildən başlayaraq, həm Braziliyada, həm də dünya musiqi tarixində ən parlaq caz musiqi
janrı kimi məşhurlaşmışdır.
Bossa nova
ilk dəfə Rio-de-Janeyronun
İpanema bölgəsində, varlı insanların yaşayış yerində
meydana gəlmişdir.
Əvvəlcə şənliklərdə
və ev konsertlərində ifa edilmişdir. Ancaq tezliklə Bossa novanın elitar təbəqəyə
məxsus olmağı
prosesi dayandırıldı.
Beləliklə, Bossa nova klublarda,
kafelərdə və
sadəcə Braziliya şəhərlərinin küçələrində
səslənməyə başladı.
Bossa nova-nın yaradıcıları
bəstəkar Antonio Karlos
Jobin və gitaraçı
Joao Gilberto olmuşdur. Bossa nova-nın "başlanğıc
nöqtəsi" Jobinin
məşhurlaşan "Yetər
Kədərlənmək" ("Chega de saudade", 1957) mahnısı
hesab olunur. Dünyada Bossa nova-nı qlobal səviyyəyə gətirən mahnı isə məhz ilk dəfə Astrud Gilberto tərəfindən ifa olunan Jobinin "The Girl
from Ipanema" yəni "İpanemalı qız"
(1962) mahnısı idi.
İlk Braziliya Bossa nova LP albomlarından
biri 1958-ci ildə müğənni Elisette Kardoso və gitara ifaçısı
Joao Gilberto tərəfindən yazılmış "Güclü
məhəbbət mahnısı"
(Cançao do amor demais)
idi.
Bossa nova-nın milli sərhədləri
keçdiyi ilk hit A.K.Jobinin "The Girl from Ipanema" mahnısı oldu. Xüsusilə qeyd etmək lazımdır ki,
"Recklessness" ("Insensatez"),
"Desafinado" və
"Corcovado" mahnıları da dünya hitinə çevrilmişdir.
1962-ci ildən etibarən Avropada Bossa nova musiqi nümunələri qrammofon
vallarına yazılmağa
başlanır. 1970-ci illərin
əvvəllərində Bossa nova Braziliya musiqisinin əvəzolunmaz atributuna çevrildi.
Bədii
zövqlərin əhəmiyyətli
dərəcədə dəyişdiyi
XXI əsrdə Bossa nova beynəlxalq
pop klassikası kimi əhəmiyyətini itirməmişdir,
bunu dünyanın müxtəlif ölkələrində
(o cümlədən, Rusiyada)
ona daimi olan maraq sübut edir.
Musiqi spesifikliyi baxımından
Bossa nova ümumiyyətlə, Braziliyanın şəhər
sambasının ritmikliyini
və Amerika cazının
harmoniyasını birləşdirən
janr kimi özünü əks etdirir.
Braziliyanın qəlbi olan sakit, mülayim əhval-ruhiyyə aşılayan
Bossa nova bir çox yaradıcıların diqqət
mərkəzində olmuşdur.
Belə ki, Joao Gilberto, Antonio Karlos Jobin, Stan Getz, Astrud
Gilberto, Alice Regina, Elisette Kardoso,
Chico Buarca, Roberto Meneskal,
Dorival Qaimmi və s. kimi şəxsiyyətlər Bossa nova-nın yaradıcılarına
çevrilərək Braziliya
milli musiqisi tarixində
əvəzolunmaz missiyalarını
həyata keçirdilər.
1960 və 1970-ci illərdə
Bossa novanın populyarlığı
o qədər böyük
idi ki, məşhur bəstəkarlar
çox vaxt kommersiya məqsədləri
üçün bəstələrinin
başlıqlarına bu
janra istinadlar daxil edirdilər. Məsələn: Quincy Jones tərəfindən
adi blues meydanında yazılmış "Soul Bossa nova" (1962)
instrumental əsəridir. "Nautilus Pompilius" qrupunun məşhur mahnılarından
biri olan "Son məktub"un xorunda Bossa
novanın üslub elementləri var.
Onu da qeyd etmək lazımdır ki, məşhur
rus müğənnisi
Leonid Aqutinin mahnılarının
çox hissəsi məhz Bossa nova üslubunda
olmuşdur.
Bossa nova caz stili olaraq
musiqidə özünü,
sözün əsl mənasında, doğrultmuşdur.
Lakin Bossa nova nəinki bir
musiqi stili kimi məşhurlaşmışdır,
eyni zamanda da rəqs stili olaraq da Braziliya mədəniyyətinin ayrılmaz
bir hissəsini təşkil etmişdir.
Rəqs
kimi Bossa nova 1960-cı ildən
Braziliyada yaranıb və məşhurlaşmağa
başlamışdır. 1962-ci ildən isə dünyada geniş şəkildə yayılmışdır.
Bossa nova-nın caz ilə
ahəngi rəqsin ifasında da olduqca əhəmiyyətli təsiri
olmuşdur. Bu təsir
Bossa nova rəqsini xüsusi
tip addım elementləri
ilə zənginləşdirir.
Bossa nova rəqsinin əsas elementləri yavaş, tez-tez istənilən samba
ritmində ifa olunur.
Bu rəqsi ifa edən cütlükdəki
mövqe, adətən
Rumba mövqeyi ilə
eynidir, lakin fərqli də ola bilər. Bossa nova rəqsində
ayaq hərəkətləri,
"merengue"də olduğu
kimidir. Bossa nova-da qolların
yellənməsi xüsusilə
diqqəti cəlb edir.
Braziliya
Bossa nova rəqsində xarakterik
elementlərdən biri
də "Cuban motion", yəni
Kuba hərəkətləridir.
Bossa nova öz qeyri-adi, rəngarəng, maraqlı
rəqs elementləri ilə insanları valeh etmişdir. Məhz bu fiqurlarından
biri "Side basic" yəni,
"esas yan",
"forword basic", yəni
"əsaslıq təşkil
edən, irəli gedən", ayrı-ayrılıqda
və birlikdə ifa olunan diqqəti
cəlb edən elementlərlə zəngindir.
Eyni zamanda Bossa nova rəqsində latın
Amerika rəqsləri olan
"samba", "rumba" və
"Argentina tanqosu"nun təsiri
çox böyük olmuşdur.
Bossa nova-nın hərəkətləri,
bütün digər rəqs məktəblərində
olduğu kimi, zərif və incədir, xoreoqrafiya bədənin yumşaqlığını
və elastikliyini vurğulayır. Ən maraqlısı odur ki,
Bossa nova həm cütlü,
həm də müstəqil şəkildə,
tərəfdaş olmadan
rəqs edilə bilər. Əsas hərəkətlər ayaqların,
qolların vasitəsilə
ifa olunmuş olsa da, rəqsdə istənilən qədər
element var və bu elementlərin sayəsində
də, daha fərqli variasiyalar yaradıla bilər.
Kamilla
ƏLİYEVA
Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.23.