Ölürsəm də, vaz geçmərəm
bu yoldan, Sənə gəldim, sənə gəldim, sevgilim...
Sənə gəldim
Qoşup gəldim
mor gül qoxan bağlardan,
Aşıp coştum
qovuşmayan dağlardan.
Əlimdə məşəl,
sönməz ocaklardan
Sənə gəldim,
sənə gəldim,
Azərim.
Yurdumdan yurduma salam gətirdim,
Yarı qalmış
masalları bitirdim.
Ver əlini, tüm əlləri yetirdim,
Sənə gəldim,
sənə gəldim,
öz elim.
Qazanımda qaynar duran aşlarla,
Haqsızlığa əyilməyən
başlarla,
Sinəmə çəktigim
acı yaşlarla
Sənə gəldim,
sənə gəldim,
öz dilim.
Ver əlini, Azərbaycan, canım, can.
Sənə olsun sinəmdəki can qurban.
Ölürsəm də, vaz geçmərəm bu yoldan,
Sənə gəldim,
sənə gəldim,
sevgilim.
Salam sənə,
Bakı!
Sən düşümdəki
Dalqasız dənizlər
yuxusu.
Ovuclarımda cıvıl-cıvıl
quşlarla
Sənə həsrətimi
gətirdim.
Sənə səslənirəm
Ana dilimdə.
Uzat qollarını,
Tut əllərimdən.
Aydınlığa qovuştum,
Sislər dağıldı
birdən.
Baxtım ki, Bakı
mənə qucaq açır,
Salxım-salxım sevgisini
Dört mövsüm
yengi yerində
Ətrafıma saçır.
Salam sənə,
Bakı
Ey türkülərimin
dili,
Ey ulu əcdadlarımın
eli,
Ey gülünü
Yadlara qoxlatmayan
sevgili!
Sənə gəldim
Yaralı yurdumdan
sənə gəlmişəm,
Öz anamdan doğma qardaş bilmişəm.
Salam, sənə,
Bakı, ürəkdən
salam,
Yorğunam, öksüzəm,
solmuş, bitmişəm.
Dərdlərimi sənə
deməyə gəldim,
Qəlbini qəlbimə
hörməyə gəldim.
Mən kəndi
yurduma qəribəm, qardaş,
Yaramın çarəsin
bilməyə gəldim.
Şuşana, Qarabağa
əsgər olmağa
gəldim,
Ürəkdən gönüllərə
həmdəm olmağa
gəldim.
Gönlüm hür,
dilim özgür, qul olmadım ellərə,
Uğrunda min can verib,
ölməyə gəldim.
Uzun yoldan gəlmişəm, əlimi
tutarmısan?
Əsgərinin selinə
məni də qatarmısan?
Uzaq yolları aşdım, dağ-daş,
dərə bilmədən,
Həsrətim qovuşmağa
qolların açarmısan?
Dincələcək ağ bəxtim
Qarabağın köksündə
Sərin sular ayrılıq atəşiylə
yanmasın,
Sınırımız bir olsun, torpağımız canlasın.
Bir-bir qoparacağız bizi tutan zənciri,
Uyuyan hisslərimiz
yuxusundan oyansın.
Dərdləşsə, könül
acım Orta Asya elində,
Sərinləsə könüllər
Bakının kölgəsində,
Yüksələr, yüksələrəm,
ərşə dəyincə
başım,
Dincələcək ağ bəxtim Qarabağın köksündə.
Ana yurddan sökülmüş Kərkük
ürəkdən ağlar,
Fəryadına səs verməz, duman bağlamış dağlar.
Çığlığını duyan yox, pas tutmuş tüm ürəklər,
Bir-birindən uzaqda ana ağlar, yar ağlar.
İsmi heç
bir tarixə sığmayan bir milləti,
Atabəy otağından
şanlanan əsaləti
Ana yurd ellərinə əmanət
edilmişdi,
Özü Türk,
qanı duru, can Mosul vilayəti.
Ver əlini, Türkiyəm, əlin əlimi yaxsın,
Fərat nəhri
İdilə, Dəclə
Xəzərə axsın.
Ana yurddan sökülmüş Türkman
elləri ağlar,
Al bayraq göy bayraqla Qarabağda qavuşsın.
Tüm ürəklər
tək ürək içində birləşəcək,
Vətənlər çalxalanıb
əl-ələ veriləcək.
Ümidlər sərablardan
arınıb sayrılacaq,
Bayraqlar dalğalanıb
Turanda birləşəcək.
30.01.2020.
Ankara
Qarabağ
Azərbaycan aləmi
top səsinə oyandı,
Xain düşmən
gizlicə Xankəndiyə
dayandı.
Əsli heç,
dili düşmən,
hay-haylar qəbiləsi
Qazdığı xəndəklərdə
öz qanına boyandı.
Xocalı, Ağdərəli
mərdlərim sinə
gərdi,
Qarabağlı cavanlar namərdə baş əgdirdi.
Burda bir vətən vardı, daşı dür, suyu kövsər,
Necə gənclər
canını torpağa
qurban verdi.
Dirənsin igidlərim,
coşsun, qalxsın ayağa,
Sarılsın bir-birinə,
dodaq dəysin yanağa.
Bu gün namus günüdür, torpağın müqəddəsdir,
Ayaqlansın şəhidlər,
salam versin bayrağa.
İki dövlət,
bir millət olaraq coşacağıq
Tüm əngəlləri
bir-bir yox edib aşacağıq.
Azərbaycan xalqına
salama duracaq dünya,
Sınır qapılarını
qəlblərə açacağıq.
Röya
Məchul bir yerdəyəm,
Uzun-uzun sərvlər
Əl açmış
pəmbə səmalarına.
Gur-gur sular axır
Əski bir daş köprüdən
Və çəkib
səsləri gəlir
İnsanlar görürəm,
İnsanlar,
Məşhər kimi,
Kimi məsud, kimisi məyus,
Kiminin əlində
çəkic,
Kiminin bomboş
əlləri.
Dev daşlar yıxılır,
İxtiyarın biri
Dayanmış daş köprüyə,
Ağlayır,
Qarşı yaxadan
Yanıq bir səs yüksəlir.
Yuksəlir, qalanı
aşaraq.
Biri toxunur qoluma
Və birdən
Torpağında qan,
Havasında vətən
Qoxusu alıram,
Harda olduğumu anlayıram.
Qarğışa uğramış kişi
Ummuştu çox
şey,
Gündən, günəşdən.
Yardan, qardaşdan
Qırılmıştı, vurulmuştu
Az gəlmiş, düz getmiş,
Çox demiş,
Dəniz demişti.
İki maviyə
inanmış,
Batmıştı, boğulmuştu.
Qarğışa uğramış
bir kişiydi,
Yol demiş, yoldaş demişti.
Qum demiş, qumsal demişti.
Əllərini tikənlər
kəsmiş,
Nə yol qalmıştı, nə yoldaş,
Qarğışa uğramış
bir kişiydi.
Diləmişti diləgini
diləksizlərdən.
Dağılmıştı yuvası
Qapıldığı ilğımla
Qeyri ellərdə qalmıştı duası.
Aldanmışıq
Torpaqlar torpaq deyə torpaq yaradılmadı,
İnsanlar insan deyə torpağa atılmadı.
Həyata həyat
deyə bir gözlə baxılmadı,
Devrimlər sellər
kimi əsrlər yaxmadadır,
İgidlər torpaq kimi torpaqda yatmadadır.
Günlər düzülüb
gedər, hər gün eyni biçimdə,
Qürbət sel kimi coşar tortulaşmış içimdə.
Güllər var, alov-alov,
açar xəzan bağçamda,
Güllər ki, ömrüm
kimi əriyib solmadadır,
Günlər ki, ardım-sıra
süzülüb axmadadır.
Neçə gözlər
yollara ümidlə baxdı, daldı
Neçə illər
sevgini sevgidən qapdı, aldı.
Neçə gəncin
əli boş, gözü ardında qaldı,
Yollar ki, sərab
kimi silinib bitmədədir,
Yollar ki, illər
kimi düzülüb
getmədədir.
Xançı ilə həsbhal
Nə qürbətdə
gəzdim, nə də yoruldum,
Nə dərdim
söylədim, nə
də soruldum,
Sirrimi deyəcək
tək səni buldum,
Mən kəndi
yurdumda qəribəm,
xançı.
Sənə anladacaq
dərdlər çox
məndə,
Güllərim dərildi
təzə gülşəndə.
Artıq qaranlıqdan
bəhs etmə sən də,
Əzəldən bu zülmət nəsibim, xançı.
Nə qədər
anlatsam, yenə ruhum boş,
Vaz keç məndən xançı,
qəriblərə qoş.
Təsəlli yox mənə, burax başıboş,
Mən kəndi
yolumu seçmişəm,
xançı.
Yolçu sərab
Bir əzəli yoldur ki, fani ömürdə həyat,
Dalğın bir irmaq kimi əlimizdən
sürüklər,
Zənn etmə
gələcəkdir, yolun
sonunda vüslat,
Səni yalqızlıq
yolun bitdiyi yerdə bəklər.
Ayrılır bu yola çıxmış
olan sevənlər,
Hər yolçudan
bir silik iz, xatirə qalacaq.
Müsafirdir bu yolda ağlayanlar, gülənlər,
Səni müşfiq
qucağı ana torpaq
saxlayır.
Hənuz dodaq izlərin silinmədən
bardaqda,
Vücudunun istisi soyumadan yataqda,
Sən gedərsən,
o gedər, uzun yollar bitərkən,
Bir gün gəlir köçərsən,
"ah, varamadım"
deyərkən.
Yol
Ətəyində solmuş
illərin sərinliyi,
Gözlərində nədamət
illərinin mənliyi,
O qaranlıq qapıdan irəliyə keçincə,
Üfüqlər qədər
ülvi, tanrılar qədər uca,
Qanadırkən dodaqlar bir gülün yarasını,
Cızacaqdır zehninə
yolların mənasını.
Yollar ki, gəlişmidir,
gedişmidir, bilmirik,
Yollar ki, durmadadır,
gedən və gələn bizik.
Həyat bəstəsi
Rübai
Əriyib axşama
qarışırkən gün,
Dura bilirmisən həp öylə gülgün?!
Həyat bağçasından
bir gül daha dər,
Bitmədən son dəmi
bu fani ömrün.
Xoyratlarından örnəklər:
Ləkəsiz bayrağına,
Sönməyən ocağına
Mən sənə
anam dedim,
Gəl, sar məni bağrına.
Dağ dərdi;
yara dərdi, dağ dərdi.
Ellər üçün
çiçəklər,
Mənim üçün
dağ dərdi.
Qala mənnən;
dağ mənnən,
qala mənnən.
Sizlərə yazdıqlarım,
Əmanət qala mənnən.
Lalə güldü;
nar güldü, lalə güldü.
Düşdüm amansız
dərdə,
Yar yandı, düşman güldü.
Kəs bağı;
kəs budağı,
kəs bağı.
Gönlün mənnən
cayıpsa,
Aramızdan kəs bağı.
Bağ dərdi;
əzdi məni
bağ dərdi.
Zaman belimi büküb,
Dərdim böyük,
dağ dərdi.
Hazar dedim, yar dedim,
Dəğməsin nazar dedim.
Düşmən məni
düyarsa,
Yuvamı pozar dedim.
Nəsrin ərbil
Ədəbiyyat qəzeti. - 2024. - 13 yanvar,
¹ 1. - S. 11.