Yazıçılar Birliyində 20 yanvar şəhidləri anılıb

 

Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 20 yanvar faciəsinin ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli açaraq, 20 yanvar faciəsindən, dinc əhalimizə qarşı qətliamlardan söz açıb.

Sonra söz Yazıçılar Biliyinin sədri, Xalq yazıçısı Anara verilib. O, 20 yanvar faciəsinə qədər baş vermiş hadisələrdən, tarixi faktlardan, faciənin sifarişçiləri icraçılarından, Mixail Qorbaçovun cinayətkar əməllərindən danışıb.

Tədbirdə çıxış edənlərdən Yazıçılar Birliyinin katibləri Səlim Babullaoğlu, İlqar Fəhmi, “Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı Seyran Səxavət, “Ulduz  jurnalının baş redaktoru Qulu Ağsəs başqaları qanlı yanvar gecəsi haqqında xatirərini bölüşüb, qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

 

Ədəbiyyat qəzeti. – 2024. – 20 yanvar, ¹ 2. – S. 2.