Milli
Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsi
anılıb
Yanvarın 18-də Azərbaycan
Milli Kitabxanasında 20 Yanvar
faciəsinin 34-cü ildönümünə
həsr olunmuş tədbir keçirilib.
Kitabxanadan bildiriblər ki, əvvəlcə
Azərbaycanın müstəqilliyi
uğrunda canından keçən şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Anım tədbirində
20 Yanvar gününün
xalqımızın yaddaşında
həm hüzn, həm də qürur günü olduğu qeyd edilib. 20 Yanvar şəhidlərinin xatirəsinin
xalqımız tərəfindən
hər zaman yad olunduğu
bildirilib.
Tədbir zamanı
Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanan
“20 Yanvar - Qan yaddaşımızdır” adlı
elektron məlumat bazası və “20 Yanvar - Ümumxalq hüzn və qürur günüdür”
adlı ənənəvi
kitab sərgisi təqdim
olunub.
Sərgidə yanvarın
19-dan 20-nə keçən gecə baş verən hadisələri əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc
olunan məqalələr
nümayiş olunub.
Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar,
¹ 2. - S. 8.