Azərbaycan aliminin monoqrafiyası
Türkiyədə - nəşr edilib
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktor müavini Mehman Həsənlinin “Cingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası
Türkiyədə “Bengü
Yayınları”nda nəşr edilib.
İnstitutdan bildirilib ki, 332 səhifəlik
monoqrafiyada böyük
qırğız yazıçısı
Çingiz Aytmatovun həyatı, janrlar üzrə bədii yaradıcılığı və
Azərbaycanla əlaqələri
araşdırmaya cəlb
edilib.
Nəşrə AMEA-nın prezidenti
akademik İsa Həbibbəyli
“Əbədi mogikan” adlı geniş “Ön söz” yazıb. Kitab Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun rəhbərliyi
ilə nəşrə
hazırlanıb. Gənc
tədqiqatçı Səfa
Başımoğlunun türkcəyə
çevirdiyi kitabın
redaktorları Kastamonu
Universitetinin professoru,
aytmatovşünas alim Orhan Söylemez və Ömer Faruk Ateşdir.
Ədəbiyyat qəzeti.- 2024.- 20 yanvar, ¹2.- S.11.