Təbriz keçir ürəyimdən

 

Asta tərpən, asta yeri,

Təbriz keçir ürəyimdən.

Sevindirin göyü, yeri -

Təbriz keçir ürəyimdən.

 

Xəyal uzun, sükut dərin,

Hamıya xoş müjdə verin,

Ayaq altda xalı sərin,

Təbriz keçir ürəyimdən.

 

Qəlbim Xudafərin yolu,

Arzularla əli dolu,

Oğuz yurdu, Turan eli,

Təbriz keçir ürəyimdən.

 

Ötdü zaman, keçdi dövr,

Ərdəbildən salam deyir,

Gəncə, Bakı yol gözləyir,

Təbriz keçir ürəyimdən.

 

danışın, dinin,

Xəyallardan düşün, enin.

Xoş günüdür ayın, ilin

Təbriz keçir ürəyimdən.

 

Bu həsrət, ayrılıq bitsin,

Arzular murada yetsin.

Qapıları açın keçsin,

Təbriz keçir ürəyimdən.

 

 

Ev tikdin

 

Ömrümə lağım atdın

Qazdın, mənə ev tikdin.

axtardın, tapdın?

Yozdun, mənə ev tikdin.

 

İnandım şirin dilə,

Üzümə gülə-gülə,

Ömrümü pillə-pillə,

Düzdün, mənə ev tikdin.

 

Keçirdik qarlı qışı,

İslatdı yaz yağışı.

Alnımdakı qırışı

Pozdun mənə ev tikdin.

 

söz oldu, söhbət,

Bitdi o eşq-məhəbbət.

Aramızdan bir sərhəd -

Cızdın mənə ev tikdin.

 

dərd oldun, dərman,

haqq oldun, fərman.

Hərəmizə bir ünvan,

Yazdın mənə ev tikdin.

 

Özünə alışdırıb,

Talehlə barışdırıb,

Ağlımı qarışdırıb,

Sözdən mənə ev tikdin.

 

 

Gec dönürsən

 

Arzuların tanışdı.

Hər gün yolda görürəm.

Hər gün sizin qapıya,

Xəyallarda gəlirəm.

 

qonaq saxlayırsan,

ki, get deyirsən.

Niyə mənim qəlbimə,

Hamıdan gec dönürsən?

 

Öz kölgəndə böyüyüb,

Öz arzunda sönürsən.

Ürəyimin qapısını,

Oğrun-oğrun döyürsən.

 

Yuxularımın qapısı

Açıq qalır üzünə.

Yuxuma yuxulu gəlibsən.

Su , bir gəl özünə.

 

 

O qızın sevdası

 

Əzablarım dözmədi,

Canımın ağrısına.

Kimim var gəlib qala,

Dərdimin qayğısına.

 

Ömrümü vərəq-vərəq,

Vərəqlədi bu sevgi.

Dost, düşmənin içindən

Soraqladı bu sevgi.

 

İndi pərəsəng düşüb

Dərdim eşqin əlindən.

Asılıb qalıb elə -

Hər cəfası qəlbimdən.

 

Unuduram hər şeyi

Hər şey bəhanəm mənim.

O qızın sevdası da

Kəsilib dərdə qənim.

 

 

 Oynayaq

 

Demə ki, uduzmusan,

Demə yolu səhv saldın.

Demə, sən bu oyundan,

Gedib kənarda qaldın.

 

Gəl təzədən oynayaq,

Görək kim yaxşı sevir.

Kimin qəlbində var,

Heç kim, heç kimə demir.

 

Kimin qəlbi açıqdı,

Kimin ürəyi təmiz.

Oynayıb sonda görək

Kimdi kimə ən əziz.

 

Bu sən, bu mən, gəl gedək

Sevmək oyunu oynayaq.

Əldə möhkəm saxlayıb,

Gözdən uzaq qoymayaq.

 

Qalib Şəfahət

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2. - S. 17.