Əsrin "Oğuznaməsi"ni yazanlar  

 

17 nəfərlə Laçın dəhlizinə nəzarət edən yüksəkliyi tutan... Əfsanəvi taborun üzvlərinin, xüsusi təyinatlı baş gizir Camal İsmayılovun xatirəsinə

 

Onların qəhrəmanlığı haqqında eşitdiklərimiz əfsanəvi oğuznamələrdən eşitdiyimiz hadisələri xatırladır. Müharibənin ilk günlərindən başlayan qanlı döyüşlərdə özlərinin qeyri-adi döyüş təcrübəsilə, nəinki öz xalqını, eyni zamanda düşmən qüvvələrini belə heyrətdə qoyan cəsur döyüşçülərimiz xüsusi təyinatlıların igidlikləri dillər əzbəri olmuşdur.

...Laçın dəhlizi vasitəsilə Ermənistan aramsız olaraq qoşun dəstələrini sərhəddən bu tərəfə keçirib Qarabağda olan erməni silahlı birləşmələrinə yardıma göndərdiyindən gərginlik davam edirdi. Həm Qarabağda, həm işğal olunan ətraf rayonun ərazilərində yerləşdirilmiş erməni birləşmələrinin maddi, hərbi təminatının gündən-günə gücləndirilməsi Azərbaycan ordusunu qəti mövqeyini ortaya qoymağa məcbur edirdi.

Xüsusi təyinatlıların on yeddi nəfərdən ibarət qrupu Laçın dəhlizinin bağlanması üçün hərəkətə keçmişdi. Onlar gecənin qaranlığında, balaca telefon işığında keçəcəkləri yolu təsbit edirdilər.

- Bu, son yüksəklikdir. Biz bu son vəzifənin öhdəsindən gəlməliyik. Bütün gücümüzlə irəlidə olan düşmən qüvvələrini məhv edib, arxadan gələn qoşunların ərazidə yerləşməsini, möhkəm istehkam qurulmasını təmin etməliyik.

Yaqub yavaş səslə:

- Bizdən aralıda yüksəkliyə doğru ərazilərdə, yarğanlar arasında xeyli qüvvə var, düşmən qüvvələri toz kimi ətrafa səpələnib, hansı daşın-qayanın altındadırlar, təyin etmək çətindir...

- Onlar adicə balaca qayalar arasındakı düzəngahlarda da yeri eşib yeraltı istehkamlar qurublar. Aldığımız kəşfiyyat xəbərləri onu deməyə əsas verir ki, Laçın dəhlizi düşmən üzərinə bağlanmasa, Ermənistandan gələn hərbi texnikanın keçdiyi yol bağlanmasa, vəziyyət çox təhlükəli həddə çata bilər.

- Komandir, icazə ver, bir dəfə gəzim, dolanım.

- Əldə olan məlumatlar yetərlidir. Biz Laçın dəhlizinə nəzarət edən o yüksəkliyi almaq üçün qaş qaralan kimi hərəkətə keçəcəyik. Hələlik isə, dincəlin...

Rabitəçi Alıyev Camala tərəf süründü:

- Bizə yaxın ərazidə erməni kəşfiyyatçıları görünüb.

- Hansı tərəfdə?

- Aramızda səkkiz yüz metr məsafə var deyirlər. Ağtəpə tərəfdə, koordinasiyaları, yəqin kəşfiyyat xarakterlidir.

- Neçə nəfərdirlər?

- Dörd nəfərdir, deyilir.

Camal Aslana baxdı:

- Bunlar dincəlsin. Özüm gedəcəyəm. Mən olmayanda əvəz edəcəksiz.

- İsmayılov, mən gedərəm. Həm olar, olmaz, əmrə siz nəzarət edin.

- Muradla özüm gedəcəyəm. Tez üstünə düşmək lazımdır, uşaqları xəbərdar edin, yerimizi bilməməlidirlər. Bacardıqları qədər qayalar kimi sükut içində olsunlar. Bu alçaq, daşlı-qayalı yerlərdə bizi elə bilsinlər.

- Oldu, komandir...

...on dəqiqədən sonra Camalla Murad verilən koordinatlarla artıq dörd erməni kəşfiyyatçısının daldalandığı qayanın yaxınlığında idilər. Onların xısın-xısın danışıqlarını belə eşidirdilər.

- Neyləyək, komandir?

- Səssiz-küysüz zərərsizləşdirəcəyik.

- Onda...

- Sən sağdan, mən soldan. Birinə belə qaçmağa imkan verməməliyik.

- Oldu, komandir.

Camal əliylə "irəli" işarəsi verdi, çox böyük ehtiyatla onların lap yaxınlığına qədər süründülər.

Erməni kəşfiyyatçılar, deyəsən, dincəlirdilər. Yemək yeyirdilər. Murad:

- Kefdədir köpək uşağı.

- Onlar bizim bu tərəflərdə olduğumuzu ağıllarına belə gətirmirlər.

- Danışıqlarından anlayıram. Sabah bu yolla çoxlu döyüş texnikası Ağdərə istiqamətinə göndəriləcək. Yolu dağıtmaq lazımdır.

- Onlar qüvvə göndərdikcə bizim itkilərimiz artır.

- Biz o yüksəkliyi bu gecə alıb yolu kəsəcəyik. Səhərə qala bilmərik. Vaxt itirməyək, tikələrini boğazlarında qoyaq bu şərəfsizlərin... yemək yeyirlərsə, demək, silahları əllərində deyil, soyuq silahlarından özünü qoru...

- Oldu, komandir.

- Keç sağa, eyni vaxtda...

Murad cəld sağa, Camal sola keçərək, qayanın arxasında oturmuş ermənilərin bir göz qırpımında başlarının üstünü aldılar.

Murad əlləriylə bir erməninin, ayaqlarıyla da o biri erməninin boğazını qarmaladı. Camal bir anda öhdəsinə düşənlərin ikisini məhv edib, Muradın sapoqlarıyla boğduğu erməninin başının üstünü aldı.

Onlar hər üç erməninin üst paltarlarını əynindən çıxarıb, sağ qalan ermənini götürüb istehkama döndülər. Qorxudan rəngi ağarmış erməni onlara baxırdı. Camal əl-qolu bağlı erməninin ağzına basdıqları parçanı çıxarıb qarşısında dayandı:

- Bura niyə gəlmişdiniz?

- Biz, biz...

- siz? Bu tərəflər ermənilərdən təmizlənmiş sahədir.

- Biz hücuma keçib, yenidən buraları alacağıq.

- Məqsəd?

- Bizə xəbər çatıb, Şuşaya girəcəklər... Şuşa tərəfin mühasirəsini yarmalıyıq...

- Necə?

Qorxu içində olan erməni, sanki döyülməsindən, ölməsindən qorxurdu, dili dolaşırdı:

- Səhər xüsusi qüvvəylə Laçın yoluyla hərbi karvan keçəcək bu tərəfə.

- qədər qüvvə olacaq?

- Onu bilmirəm.

Murad ermənicə yaxşı bildiyindən ona bir təpik atdı:

- Başın üçün ki, bilmirsən, ölmək istəmirsən, doğru cavab ver.

- Məni öldürməzsiniz ki...

Camal sakitcə ona baxdı, qaranlıqda qorxudan böyümüş bir cüt gözü gördü:

- Biz hamını öldürmürük, bizi dinləməyəni öldürürük.

- Mən, mən, bildiyim budur ki, o qüvvələr sübh tezdən bu yolu keçəcək, görmüşdüm, içində muzdlu qüvvələr olan kolon var...

- Hardan gətirilib?

- Deyirlər, İŞİD- döyüşüblər.

- Alınıb?

- Elə dedilər, danışılanda eşitdim. Həm gözlərimlə görmüşəm...

- Sizə oxşamırlar? - Murad güldü.

- Yox, bizim erməni hərbi paltarlarını da geyinmirlər, ayaqlarında çəkələk, daş, qaya üstündə ayaqyalın gəzirlər, "uf" demirlər, gözləriylə adamı yeyirlər.

- qədər olar?

- Deyilənə görə, yüz nəfərdir. Hələ bu bir dəstədir, arxası da gələcək, komandir deyirdi.

- Əclaflar, kişiliyiniz çatmır, döyüşməyə pulla satın adam alırsınız.

- Onları göndərirlər, - erməni səsini alçaltdı.

- Kim göndərir?

- Fransada olan ermənilər, milyarder ermənilər...

- Onların qanını içəcəyik...

- Məni öldürməyin, yalvarıram.

- Rütbən nədir?

- Kəşfiyyatçıyam. "Kəşfiyyatçıyam" deyəndə burda, Laçında yerləşən ermənilərdənəm, bizi zorla səfərbər edirlər. Biz bu yerlərdə işğaldan sonra yerləşmişik... ərazini yaxşı tanıyırıq... Əslində mən o üç adama - o tərəfdən gələnlərə bələdçilik edirdim.

- Deyirsən, buraları yaxşı tanıyırsan.

- Bəli, tanıyıram, çoban adamam, mal-qoyun sürüsünü bu yerlərdə otarırdım...

- Lap yaxşı, demək, yaxşı bələdçisən... Onda belə edək - Camal əlini ehmalca onun çiyninə qoysa da, erməni zarıdı, qorxa-qorxa:

- Öldürmə məni.

- Sənin kimi bələdçini niyə öldürüm ki? Sən sözümə əməl etsən, kişi kimi söz verirəm, səni buraxacağam.

- Mən...

- Sən indi bizə bələdçilik edəcəksən, dəstəmizə götürəcəm səni, harda, hansı nöqtədə var, kim var, nəyi var, göstərəcəksən. Vəzifən budur. , yox, qışqırmaq, nəsə eləmək fikrinə düşsən, onda demə, əzrayılın biz olduq.

- Məni öldürərlər.

- Sən paltarını dəyişəcəksən, üzünü örtəcəyik. Tanınmayacaqsan, işdir, aralarına düşsən, yaxşı bələdçilik eləsən, başın salamat olar.

- İşiniz qurtarandan sonra... - qorxa-qorxa onlara baxdı.

Murad hirslə ona sarı əyildi:

- Bizdə söz bir dəfə olar, sizin kimi qeyrətsiz, alçaq deyilik, söz verək, yerinə yetirməyək.

Camal onu sakitləşdirdi:

- Bu müharibəni siz, biz istəməmişik. Biz yurdumuzu alırıq, siz bu torpaqlardan sakitcə çıxıb getsəniz, kimsəyə toxunulmayacaq. Yox, israrlı olarsınız, onda canınız cəhənnəmə. İndi gələk, əsas məsələyə... Qalxaq?

Erməni boynunu əydi.

- Bu yolları yəqin ki, gecə gözüyumulu gedərsən.

- Gedərəm...

- Harda postlar, patrullar var, bilirsən.

- Bilirəm...

- Lap yaxşı, - sakitcə ona, - onda qalx, Murad, dəyiş bunun üst-başını, özünün çaqqallarına yem olmasın.

- Oldu, komandir.

- Adın ?

- Araik.

- Adın batsın, Araik. Bu addan zəhləm gedir.

- , Qarabağın "prezidenti"nin adıdır.

- Onun prezident boyunu yerə soxum... - Murad hirslə ona baxdı.

- Bu da bizim dili bilir?

Camalı gülmək tutdu:

- Sizin dilinizi bizim kimi bilən varmı, Araik? yuvanın quşusunuz, xislətin sahibisiniz, nəçisiniz? Hamısına bələdik... yaxşı, axırıncı xəbərdarlığımı edirəm. Bu uşaqları görürsən, heç birinin üzünü görmürsən, amma sübh açılanda, elə onların gözlərini görəndə sarılığını udacaqsan, ona görə bax, deyirəm, ölümün bizim əlimizlə olmasın. Vallah, səni dirigözlü, hissə-hissə kəsib doğrayarlar, yazıqsan, o günə qalma.

- Söz verirəm, məni öldürməyin, desəniz, o olacaq...

 

***

 

Onlar vaxt itirmədən aldıqları məlumatı arxaya çatdırıb hərəkətə keçdiklərini bildirdilər...

Xüsusi təyinatlılardan üçü ermənilərin paltarını geyinmişdi, plan beləydi. Bir-birinə yaxın postlarda onlar hərəkətə keçəcəkdilər...

Təpəliyin dörd kilometrliyində Araik dayandı. Qarşıdakı çökəkliyə yaxın ərazini göstərdi:

- Buranın sağ tərəfindən bir az içəridə yer var, orda da adam var.

- Neçə nəfər olar?

- Yeddi-səkkiz, arabir görürdüm, buralarda sürüləri otaranda görmüşəm.

- Bunlar niyə belə tülkü kimi kolluğa soxulublar?

- Kolluqda olsalar da, etibarlı yerdir, xəyala gəlməyən yerdir. Orda yeraltı qazma var. Dünən bura bir maşın silah, hərbi sursat boşaldılıb.

- Məqsəd?

- Hücum olsa, geri çəkilməli olsalar, silah-sursat tükənsə, buralardan ələ keçirəcəyik.

- Neçə belə nöqtə var?

- Burda, hardasa, üç.

- Aralarındakı məsafə?

- Beş yüz metr olar.

- Üstündə qədər adam olur?

- O birisində - ortadakında adam olmur.

- Getdik.

Araikin dediyi kimi, kolluğun kənarına keçəndə, sönməkdə olan balaca ocağın kənarında yanpörtü uzanmış beş-altı ermənini gördülər. Camal Araikə:

- Sən burda uşaqlarla qal, səni görməsinlər, ailəni məhv edərlər. Sakit dur.

Araik, sanki indi ayıldı:

- Doğrudan da, bunlar anamı, nənəmi məhv edərlər.

- Üzünü gizlət, uşaqlarla qal, səni yeyərlər ha...

- Oldu, komandir.

Camalgil gizlin yaxınlaşıb, hərəsi bir erməninin bir anda əlini belə atmasına imkan verməyib səsini batırdılar. Cəmdəklərini yerə yanpörtü, ocağın qırağında qoyub, düşməni duyuq salmamaq üçün silah bazasına girdilər. İki erməni xor-xor yatırdı. Onları da zərərsizləşdirdilər.

Araik gələn adamın verdiyi xəbərdən anladı ki, dəstə öz işini görüb. Onlar üç-dörd saata kimi Araikin işarət elədiyi yerlərdəki erməniləri məhv edib arxaya xəbər göndərdilər.

Arxadan qüvvələrin gələcəyini gözləməyib Araikin onları aldatmadığını, ailəsinin qorxusundan da hər şeyi söylədiyinə arxayın olub təpəliyin üç yüz metrliyinə çatanda dayandılar:

- O tərəfdə qədər qüvvə ola bilər?

- Təpənin o üzündə , bu üzündə hərbi qüvvə çoxdur.

- Bəs yüksəklikdə?

- Orda pulemyotlar var, hamısı da hazır vəziyyətdədir, onlar ancaq təhlükəsizliyi gözləyirlər, ordan heç zaman atəş açılmır, çünki qüvvənin yarısı təpəliyin o üzündədir. Düşmən burdan xəbərsizdir. Onlar bu tərəfi görür.

- Bizik , düşmən? - Murad ağızdolusu tüpürdü. - düşmən? Biz sizin əzrayılınızıq.

- Murad... - Camal ciddi şəkildə ona baxdı, - Araik düz deyir. Biz onların düşməniyik, çünki onlar bizimlə döyüşür...

Araik Camala güvənirdi, artıq inanırdı ki, dürüst olduğu sürəcə ona kimsə toxunmayacaq.

Camal ona baxdı:

- Eviniz hansı səmtdədir?

- O səmtdəki kənddəyik.

- Uzaq deyil.

- , kənddə erməni birləşmələri var, silah anbarı da var.

- Onların taleyini sonra həll edərik. Hələ biz o yüksəkliyi alaq, Laçın yolunu dağıdaq, hərbi kolonun önünü kəsək...

- Gönlərini aşılayacağıq...

Camal, sanki Muradın sözlərini eşitmirdi, diqqətlə irəli baxırdı...

- Bu tərəfdə qədər qüvvə olar? Onlar necə yerləşib?

- Yeraltı sığınacaqlardır, əsgərlər dörd saatdan bir dəyişirlər.

- Əsas mərkəz yüksəkliyin o üzüdür, deyirsən?

- Yox, burda da qüvvə var, amma o tərəfdəki kimi güclü deyil.

- Bu canavarlar onları yeyə bilər? - Camal gülümsəyərək ona baxsa da, Araik onun üzünü görmürdü təbəssümündən xəbərsizdi.

- Bunlar canavar deyil, bunlar dəhşətdir... - Araik qorxa-qorxa ona baxdı.

- Deyirsən, problemimiz olmaz.

- Onlar adi hərbçilərdir, sizin kimi təcrübəli deyillər, gücləri əllərindəki silahdır, silahsız ölüdürlər...

- Anladım... - Camal mənalı-mənalı ona baxdı. Deyirsən ki, biz təcrübəliyik.

- Mən bunu gördüm.

- Araik, sən əslində özün bilmədin ki, bizim ürəyimizi gördün. Bizim ürəyimiz bu torpaq yolunda canından belə keçməyə hazırdır. Biz illərdir ki, sizin ucbatınızdan elsiz-yurdsuz qalmışıq. Biz sizə neyləmişdik, siz bizə bu xəyanəti elədiniz?

- Mən eləmədim, biz eləmədik...

- Elədilər, siz dinmədiniz.

- Ermənistan erməniləri güclüdür, arxalıdırlar. Biz...

- Yaxşı, yaxşı, - Camal söhbəti kəsdi, - vaxt daralır, irəliyə gedirik, bələdçiliyini elə...

Araik bu dəfə onları keçilməz yolla irəli aparanda Murad şübhələndi:

- Nədir, bu yolun uzaq oldu?

- O biri tərəfdə qüvvə çoxdur.

- Bir hissəmiz burda qalacaq. Biz o tərəfə keçəcəyik.

- Planınız?

- Biz burdan keçib içlərinə sızacağıq. Ortanı məhv edəcəyik, bu tərəfi siz, o tərəfi biz təmizləyəcəyik. Araik sizinlə qalacaq.

- Komandir, qurban olum, məni bunların əlinə vermə. İtin olum, yanında olum, - deyəndə Murad uğundu... Camal əlini ağzına apardı.

- Qorxma. Mənim sözüm onların sözüdür.

 

***

 

Qarabağın cənub-qərb yamacında yerləşən Laçın dəhlizi alınmışdı. Döyüşçülər qürurla dalğalanan bayrağa baxırdılar.

- Gorus-Şuşa-Kəlbəcər-Qubadlı arasında yerləşən, strateji baxımdan böyük əhəmiyyət kəsb edən Laçın dəhlizinin alınması çox vacib idi.

- Doğru deyirsən, komandir. Laçın böyük coğrafi ərazidir, onun şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında yerləşir. Şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında, - Dəlidağ 3616 metr yüksəklikdədir, - qərbi Qarabağ o vulkanik yaylasında yerləşir. Qızılboğaz dağı 3594 metr, Böyük işıqlı dağı 3550 metr dəniz səviyyəsindən yüksəklikdədir.

- Sən coğrafiyanı yaxşı bilirsən.

- Coğrafiya müəllimi idim əvvəllər... - Hafiz gülümsədi.

- Bu yüksəkliklərdən adicə baxanda belə Qarabağın bütün ərazilərini müşahidə etmək olar.

- Onda bunu da nəzərə alaq ki, bu yüksəkliklərin birindən o birinə asan keçilən dağ keçidləri - cığırlar, yollar var, bu yollarla buralarda hərbi manevrlər ya hərbi yerdəyişmələr asan həyata keçirilə bilər.

- Ona görə burada uğurlu döyüşlərdə qələbə qazanmaq şansımız artmış olacaq.

- Zəngəzur silsiləsinin bütün zirvə hissəsi öz başlanğıcını Laçın dəhlizindən götürür

- Bilirəm, mən oralıyam. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlarla zəngindir, qədər mineral suları var, meşəlikləri, mədənləri, hələ qədər şirin su ehtiyatı var...

- Həkəri, Bərgüşad, Tərtər, Bazarçay öz mənbələrini buralardan götürür.

- Demək, bu yüksəkliklər Laçını Qarabağla möhkəm bağlamış olur.

- Laçın dəhlizi Qarabağla Zəngəzuru birləşdirən körpüdür

- Deməli, bu dəhlizə kim nəzarət edirsə, Qarabağ Zəngəzur ərazilərinə sahib olmuş olur.

- Alçaq ermənilər, ona görə 90-cı illərdə Laçını qan içində boğdular...

- Buna görə oranı əldən vermək istəmirlər.

- Gec-tez biz o dəhlizin sahibi olacağıq.

- Laçın yoluyla İrəvan-Xankəndi yolu daha asandır, bu, qısa yoldur ilin bütün fəsillərində fasiləsiz gediş-gəlişi təmin edir.

- O yolla 90-cı illərdə düşmən qoşunlarını yeridib, Qarabağı almağa müvəffəq olub.

- Tikəmizi boğazlarından çıxaracağıq.

- İnşallah...

Açılmaqda olan sübhün gözündə düşmən postlarının o biri tərəfini nəzərdən keçirən Camal dağlara sarı baxırdı...

 

 

Gülxani PƏNAH

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2. - S. 18-19.