Pakistanın sufi şairi Sultan Bahu

 

Sultan Bahu (1630-1691) Pakistanın mistik, filosof şairidir. Bəzi mənbələrdə Bahoo da yazılır. Moğol imperatorları Şah Cahan dövründə Pəncab bölgəsində yaşamışdır. İndiki Pəncab əyalətinin Şorkot şəhərində Avand qəbiləsində anadan olub. Moğol ordusunun zabiti Bəyazid Məhəmmədin oğlu idi. Mənbələrə görə, Bahu adını ona anası Bibi Raşti vermişdir. "Ba" ilə "hu" isə Allah mənasını verir, yəni Allah ilə. Sultan Bahunun Qədiri sufi məzhəbinə mənsub olduğu bildirilir; Pakistanda təsəvvüfün ən görkəmli nümayəndəsi hesab edilir; şeirlərində islama mistisizmə geniş yer verilir. O, Pakistanın Canq əyalətinin Garh Maharaja bölgəsində yerləşən Çenab yaxınlığındakı "Qıla Kəhərgan"da dəfn olunub. Bu fikir adamının məbədi bu gün Pakistanın ən çox ziyarət olunan yerlərindəndir.

Sultan Bahunun mistik, sufi şeirlərini Aytən Bağırovanın tərcüməsində "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm. Şərq ədəbiyyatı kontekstində yazıb-yaradan Sultan Bahunun şeirləri Azərbaycan oxucularına ilk dəfə təqdim olunur. Onun əsərlərinin dilimizə tərcüməsi araşdırılması Azərbaycan-Pakistan ədəbi ilişkilərinin inkişafında yeni bir mərhələ olacağına inanıram.

 

    Bədirxan ƏHMƏDLİ

filologiya elmləri doktoru, professor

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, ¹ 2. - S. 23.