Sabir Rüstəmxanlı yaradıcılığı  Azərbaycannamə silsiləsi kontekstində

 

Təxminən 50 illik bir tarixdə Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi həyatında cəfakeş çalışmaları ilə tanınan, bu dövrdə uğurlu fəaliyyəti ilə yadda qalan, xüsusi olaraq Azərbaycan ədəbiyyatı tarixində sağlığında əbədiləşən Sabir Rüstəmxanlı sənətindən danışarkən, ilk olaraq göz önündə iki görkəmli akademikimizin fikirləri canlanır. Hələ keçən əsrin 80-ci illərinin əvvəllərində akademik Mirzə İbrahimov Sabir Rüstəmxanlını milli mündəricəli yaradıcılığına görə "milli ruhlu şair vətəndaş" hesab edərək, onun Azərbaycan ədəbiyyatının parlaq səhifəsinə çevriləcəyinə inam nümayiş etdirmişdir. Bundan 35 il sonra isə akademik İsa Həbibbəyli Sabir Rüstəmxanlı sənətinin ecazkarlığından bəhs açaraq onun yaradıcılığını "Azərbaycan müstəqilliyinin sənət aktı" kimi dəyərləndirmiş bu yaradıcılığa yüksək qiymət vermişdir. Səslənən fikirlər bir-birindən 35 illik zaman fasiləsi ilə fərqlənsə , sənətin mahiyyət müstəvisində obyektiv dəyərləndirilməsi səbəbindən fikirlər üst-üstə düşür. Çünki hər iki baxışda Sabir Rüstəmxanlı yaradıcılığının yüksək vətəndaşlıq qayəsi bu yaradıcılığın milli meyil istiqamətləri çərçivəsində özünə yer alır dəyər qazanır.

Sabir Rüstəmxanlı sənəti tarixə müasir həyata, ictimai-siyasi proseslərə nüfuz edə bilmək bacarığı, həm cəsarəti ilə seçilən sənətdir. Onun sənətini formalaşdıran söz (fikir) həyatın özündən, dibindən doğan sözdür, düzgün vicdan sözüdür. Bu söz əsl insan, əsl vətəndaş yetişdirən, onu milli tale məqamına yüksəldən, əsl həqiqət uğrunda mübarizədə qalibiyyətini təmin edən sözdür. Sabir Rüstəmxanlı yaradıcılığında söz ədalətin, düzlüyün, azad düşüncənin, vicdanın, insan qayğılarının özünə ifadəsinə xidmətdir. Elə bilirəm ki, türk dünyasının müasir klassiki, qırğız yazıçısı Çingiz Aytmatovun aşağıdakı fikirlərinin məntiqi ilə söz haqqını xalqdan alan Sabir Rüstəmxanlının yazıçı-sənət idealı arasında oxşarlıq axtarmağımda kifayət qədər haqlıyam: "İnsanlar mənə onların adından danışmaq hüququ vermişlər. Mən elə etməliyəm ki, onlar yanılmadıqlarını görsünlər". Bu öhdəliyin sənətkar tərəfindən layiqincə icrası, yaradıcılıq nümunələrinin isə oxucular tərəfindən birmənalı olaraq qəbulu təsdiqi Sabir Rüstəmxanlı şəxsiyyətinin sənətinin xoşbəxtliyidir.

Sabir Rüstəmxanlı ədəbi mühitdə milli mövqeyi ilə seçilən maraq doğuran sənətkardır. Böyük azadlıq ehtiraslarından doğan Sabir Rüstəmxanlı bədii irsinin bütün janrlarında toxunduğu məsələlər vətəndaşlıq qayəsi nümunəsində aparıcılığı ilə fərqlənir. Maraq doğuran, oxucunu cəlb edən, həm milli ideologiyamıza lazım olan odur ki, Sabir Rüstəmxanlının vətəndaşlıq qayəsi çılpaq tərənnüm nümunəsi kimi yox, milli ruh göstəricisi tipində, həm canlandırılır, həm təqdim olunur. Buna görə ecazkar qələminin gücü ilə Sabir Rüstəmxanlının həyat həqiqətlərinə təkrarolunmaz müdaxilə münasibət bacarığına heyrət etməmək olmur. Hələ 1978-ci ildə, Sovetlər dönəmində söyləmiş olduğu aşağıdakı fikirlər milli taleyə bağlanan sənətkar ömrünün narahatlıqlarını əks etdirmək baxımından xarakterikdir. "Hərdən öz-özümdən soruşuram: Xətai öz ömrünü kişi kimi yaşayıb getdi. Azərbaycan türkcəsini dövlət dilinə çevirdi. Onun təkbaşına bacardığı işi indi biz hamılıqla görə bilmirik. Bəs neyləyək?" Qərb düşüncəsində Çernışevski, Türk düşüncəsində İ.Qaspıralı, C.Dağcı, Ə.Hamid s. dühaların tarixi sınaq cəmiyyət dəyişməsi dövrlərində insan, cəmiyyət, millət problemlərinin həlli yollarında irəli sürdükləri " etməli?" düşüncələri ilə səsləşən bu fikirlərdə milli şüurun oyanışı ilə yanaşı, vətəndaş dirçəlişi mücadiləsinə çağırışın elementlərini görməmək mümkün deyil. Bu vəziyyətdə Sabir Rüstəmxanlının milli mövqe vətəndaş yanğısının hədəf seçdiyi Vətən quru nəzəriyyədir, şair duyğusudur, filosof fəlsəfəsidir. Vətən, ilk növbədə, onun üçün əcdadlarımızın uyuduğu məzar yeri, camilərimizin ucaldığı müqəddəs inanc ocağı, böyük Cavad xanın qətl yeri torpağı ot deyil, kişi göyərdən ulu diyardır:

 

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu,

Yandıqca odlanan ocaqdı,

Daddıqca dadlanan arzudur.

Bir tərəf bahar leysanıdır,

21 Azər qanıdı,

Cavad xanın qətl yeridi,

Sabirin "Fəxriyyə" şeiridi,

Dağları dumanda itən -

Vətən...Vətən!

 

Sabir Rüstəmxanlı Vətən anlamını yeni orijinal üslub tipində yüksək vətəndaşlıq qayəsinin, milli ruhun göstəricisinə çevirə bildi. Yazar milli ruhun milli taleyə təsiri fonunda əsl vətəndaş olaraq, Vətəni ömründən keçirməklə "qürbətdə vətən adam" obrazının fəlsəfəsini möhtəşəm şəkildə oxucuya çatdıra bilir. 1988-ci ildə yazmış olduğu "Ömür kitabı"nda milliliyin bədii-publisistik, həm fəlsəfi-tarixi dərki sənət dünyamızda Azərbaycannamə mükəmməlliyini təmin edə bildi. Maraqlı bir məqama toxunmaq istərdim. Milli-tarixi geçəkliklər çərçivəsində anamız Azərbaycanla bağlı yazılan bu əsər ilə R.Həmzətovun "Mənim Dağıstanım" Cəlil Məmmədquluzadənin "Anamın kitabı" arasında oxşarlıq axtarmaq mübahisə doğurmur. Bu barədə fikir müəllifləri kifayət qədər haqlıdırlar. Lakin Sabir Rüstəmxanlının "Ömür kitabı" ilə O.Süleymenovun "Az-Ya" əsəri arasında paralel kəsişən xətlərin müqayisəsində milliliyə, türkçülüyə, xalqa, vətənə, bir qədər irəli getsək, azadlıq müstəqilliyə bağlılığın xidmətin təzahürünü görə bilərik. Əgər O.Süleymenov əvvəl "az", sonra "ya" deməklə fikirlərini "dünya elm kürəsində" bişirərək, Şumer - türk dili tarixi əlaqələrinin, Şumer mədəniyyət izlərinin, bu mədəniyyətin dünya mədəniyyətinə təsiri məsələsini öyrənirdisə, türkün özünü tanıma özünü tanıtma yolunda möhtəşəmlik nümayiş etdirirdisə s., "Ömür kitabı"nda S.Rüstəmxanlı əvvəldə , sonda da Azərbaycan deməklə milli ideal axtarışlarını davam etdirir, bu axtarışların milli, tarixi, fəlsəfi, ictimai-siyasi, humanist s. mahiyyətini iftixar doğuracaq səviyyədə açıqlaya bilir. Bütöv Azərbaycanın simvolu olan "Ömür kitabı"nda müəllif keçmişimizlə bu günümüz arasındakı əlaqələrin, baş vermiş tarixi hadisələrin mahiyyətini açır, Azərbaycanın tarixdə böyük əhəmiyyətli roluna önəm verir. Oljas Süleymenov kimi Sabir Rüstəmxanlı da fikirlərini "elm kürəsi"ndə bişirərək, tarixin bizə yönəldilən saxta yorumlarını darmadağın etməklə minilliklərin Azərbaycan həqiqətlərini üzə çıxarır. Elə bilirəm ki, "Ömür kitabı" ilə Sabir Rüstəmxanlı bir şeirində dediyi kimi, "zamandan keçən yox, zamanı özündən keçirən" milli tale daşıyıcısı təəssübkeşi obrazında tariximizə, mənəviyyatımıza söykənməklə, Tofiq Fikrətin təbirincə desək, "tarixi-qədim" simvolunda Azərbaycanın yaşamaq yaşatmaq haqqını dünyaya bəyan etməyi bacarır:

 

Zaman məndən keçir, keçir durulur...

Dəyir sınaqların zərbəsi mənə,

Keçirdim tarixi əsəblərimdən,

Dünənlə sabahın körpüsü mənəm.

 

"Tarixi əsəblərindən keçirən", "dünənlə sabahın körpüsü" olan Sabir Rüstəmxanlının tarixə müraciətlərinin başlıca məqsədi milli ehtiyaclarımızın ödənilməsinə hesablanır. "Göy Tanrı", "Ölüm zirvəsi", "Xətai yurdu", "Difai fədailəri", "Şair şər" s. irihəcmli Azərbaycannamə tarixnamə nümunələrində ömrünü milli taleyə bağlayan sənətkarın ürəyində yaşayan millət ruhunu görməmək mümkün deyil. Dərindən izlədikdə görürük ki, Vətən Sabir Rüstəmxanlının emblemidir. Lakin sənətkar təfəkküründə Vətən konkret coğrafiya anlamında torpaq, ərazi, məkan çərçivəsindən çıxaraq 21 Azər qanı kimi, Cavad xanın qətl yeri kimi, Ənəlhəq harayı kimi, atlı oğlan kimi, Misri qılınc Çənlibel kimi, "Heydərbaba" dili s. kimi böyük arenada, həm sərhədləşir, həm bayraqlaşa bilir.

 

Yol ver yurdun bayrağına,

Vaxtın, gücün, ölümün

Yendirə bilmədiyi,

Əyrilərin düz yoldan,

Döndərə bilmədiyi,

Bir haqq bayrağı var əlimdə

Kimsənin dağına qonmaz,

Kimsənin yaxasına sancılmaz...

 

Sabir Rüstəmxanlının, Dinər "Qaragilə"

 

Ağlama, bəsdi.

Zaman bu mahnının çəpəri olmaz

 

- misralarında da Vətənin ürəyindən keçənlərin şairin ürəyindən keçdiyini açıq-aydın görmək mümkündür. Lakin bu cür təqdimatda Vətən adı Vətənin özü qədər böyük qədim olan (həm bizim olan) Tarix adı ilə paralelləşir. Çünki Vətən Sabir Rüstəmxanlı üçün geniş anlamda böyük bir tarixdir - mücadilə dolu, hürriyyət istiqlal nemətli böyük bir tarix. Böyük bir Vətən, böyük bir tarix anlamı sənətkarın baxışlarına hakim kəsildiyi üçün, "azadlığın ilk səngəri, tarixlərin şah əsəri" deyimindəki konkret məkan olan Təbriz ümumiləşmə qazanır, tarixin qədim dövrlərindən çağımıza qədər olan olaylara işıq tutur. Qədim türk qəhrəmanlığının simvolu olan Oğuz xanın şərəfini uca tutan "Göy tanrı" romanının yazılmasını bu cür düşüncələrin təsiri hesab etmək olar. Sabir Rüstəmxanlı türk qəhrəmanlıq dastan tipini roman qəhrəmanı tipinə çevirərkən, millətin tarixi, yaşayış yerləri, adət-ənənəsi, psixologiyası, inancları, həyata baxışları s. ilkinliklərə vəfa nümayış etdirir. Oxucunun, həm bədiiyyət, həm tarixiliklə heyrətləndirilməsi Sabir Rüstəmxanlının əsərdə əldə etdiyi ən böyük nailiyyətlərindən biridir. Sabir Rüstəmxanlı Oğuz xanın timsalında göyü çadır, günəşi bayraq hesab edən, əlində qılınc yer üzündə ədaləti, harmoniyanı bərqərar etmək istəyən türk qəhrəmanlarının ümumiləşmiş obrazını canlandıra bilir. Bu da, əlbət ki, romanın süjetində dayanan "Oğuznamə"lərlə bağlıdır. Ona görə türk qövmünün mənşəyi ilə əlaqədar müəllif fikirləri "Oğuznamə" silsiləsində yer alan mifik, əfsanəvi qismən tarixi bilgilərlə üst-üstə düşür. Ancaq bir vacib həqiqətin üstündən sükutla keçmək mümkün deyil. Əgər "Oğuz kağan" dastanı da daxil olmaqla, bütün "Oğuznamə"lər silsiləsi türkün fərqli tarix mədəniyyət göstəricisi olmaqla tarixə bağlanıb tarixi əks etdirirsə (yaşayış, adət-ənənə, psixologiya, inanc, həyata baxış, dövlət idarəçilik sistemi, ailə, məişət s.), Sabir Rüstəmxanlı "Göy tanrı" romanında sadalanan dəyərlər fonunda daha irəli gedərək, millətin itmiş yaddaşının bərpası özünə qaytarılması yollarını müəyyənləşdirməyə çalışır, özümüzü tanımağın, özümüzü tanıtmağın vacibliyinə önəm verir.

Bu mənada, yüksək vətəndaşlıq ruhu ilə Gəncə xanı Cavad xan haqqında qələmə alınan "Ölüm zirvəsi"ni Sabir Rüstəmxanlının Vətənə dövlətçiliyimizə xidməti, eyni zamanda millətimizin torpaq uğrunda, bütövlük uğrunda əzmkarlığının, düşmənə əyilməzliyinin nümunəsi, amma ən əsası, rus işğalına qarşı Sabir Rüstəmxanlının ədəbi-tarixi-fəlsəfi üsyanı kimi dəyərləndirmək olar. Çünki müəllif 2020-ci ilin 44 günlük Zəfər tarixinə qədər müxtəlif dövrlərdə torpaq dövlətçilik itkilərimiz sırasında rus işğalına tab gətirməyən Cavad xanın şəhidliyi timsalında namusun, şərəfin, məğrurluğun, mübarizliyin obrazını yaradır. Akademik İsa Həbibbəylinin sözləri ilə desək, "roman, sanki milli müstəqilliyin açarını - tarixi hünər Vətən uğrunda şəhid olmağın zirvəsini müasir oxucuya tanıdır. Cavad xan əsərdə müstəqil olmaq, tarixən Azərbaycana məxsus olan torpaqların Azərbaycan olaraq qalmasının tərəfdarıdır. O, torpaqları xoşluqla, vuruşmadan düşmənə təhvil verməyi namus şərəfdən kənar hesab edir. Romanda baş verən tarixi hadisələr, eyni zamanda 1990-cı illərdə, müasir dövrdə müstəqil Azərbaycan ətrafında cərəyan edən hadisələri dərk etməyə kömək edir".

Cavad xanın rus işğal siyasətini həyata keçirən general Sisianova ünvanladığı: "Gəncəyə ancaq mənim meyitimin üstündən keçib daxil ola bilərsən", - sözlərini təkcə onun qətiyyəti, torpaq sevgisi, mübarizliyi, cəsarəti s. kimi yox, həm qalibiyyəti kimi xarakterizə etmək daha düzgün olar.

Çünki XIX əsrin sonu, XX əsrin əvvəlləri Türkiyə türk ədəbiyyatının görkəmli ədəbi simalarından biri Əbdülhəq Hamidin "Əşbər" əsərinin baş qəhrəmanının torpaq, vətən uğrunda mübarizəsi qürurlu ölümündə məğlubiyyətin yox, qələbənin izharı eyni taleli obraz kimi Cavad xanın haqqında da bu cür fikir formalaşdırmağa imkan verir.

Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanında olduğu kimi, Ə.Hamidin "Əşbər" əsərinin mərkəzi xəttində vətənpərvərlik duyğularının tərənnümü, ədalətsiz fatehlərə qarşı mübarizə, torpaqların yadellilərdən qorunması ideyası dayanır. Lakin hər iki əsər arasında əsaslı fərq zaman məkan müxtəlifliyidir.

Son anda hər iki əsərdə biz işğalçı orduların əhalini qılıncdan keçirdikləri, özləri ilə böyük fəlakət gətirdikləri səhnələrinin şahidi oluruq. Hər iki müəllif bu faciə anlarını təsirli boyalarla əks etdirir. Lakin Ə.Hamid , Sabir Rüstəmxanlı da düşmənin uğurunu millətin məğlubiyyəti kimi qələmə almır. Çünki Əşbərin , Cavad xanın da mübarizəsi haqq işidir. Həm Ə.Hamid, həm Sabir Rüstəmxanlı yeni dövr, yeni mərhələ üçün daha orijinal, daha səciyyəvi olan ideyalar formalaşdırmağı bacarır: "Haqq işi uğrunda mübarizədə ölüm var, məğlubiyyət yoxdur. Bu mübarizədə ölümün özü qələbədir." "Ölüm zirvəsi" romanında Sabir Rüstəmxanlı işğalçı baxışları ilə vətənpərvər baxışlar paradoksallığında ortaya atdığı daha bir başqa fikir filosofanə yanaşma təsirindədir. "Zəfər heç", yəni haqq işi uğrunda ölüm zəfər, ədalətsizliyin, işğalçılığın qələbəsi isə heç.

Elə bilirəm ki, türk dünyamızın böyük yazıçısı Çingiz Aytmatovun totalitar maraqlarla mübarizədə qalib gələ bilməyən milli maraq qəhrəmanları ilə Sabir Rüstəmxanlının Cavad xanı arasında oxşarlıq axtarmağa dəyər. Çünki Çingiz Aytmatovun totalitar maraqlarla milli maraqların toqquşması səhnələrində (" gəmi"də, "Əlvida Gülsarı"da, "Əsrə bərabər gün"də s.) qalibiyyət qazana bilməyən obrazlarının simasında milli ideyaların yaşadılaraq sonrakı mərhələyə ötürülmə təşəbbüsü işğala, əsarətə qarşı qətiyyətli mübarizəsi, düşmənə nifrəti, milli qüruru s. keyfiyyətləri ilə obrazlaşan Cavad xanın ölum zirvəsinin mahiyyətində dayanan milli ideyanın gələcək nəsillərə ötürülmə fəlsəfəsi ilə üst-üstə düşür.

Bu gün inamla demək olar ki, Sabir Rüstəmxanlı yaradıcılığı müstəqilliyimizə, dövlətçiliyimizə, millətimizə xidmətin xüsusi nümunəsi ədəbi simfoniyasıdır:

 

Başımızın üstündə dalğalan, dev bayrağım!

Yarı torpaq, yarı göy, yarı alov bayrağım!

Dalğalan, qoy havanla Bakımız küləklənsin,

Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!

Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,

Daha sənə əl çatmaz dursalar da qəsdinə

Bu gün azadlığımsan Bakının göylərində,

Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

 

Azərbaycanın parçalanmasına etiraz mövzusu Sabir Rüstəmxanlının vətənpərvərlik mövqeyinin göstəricisi, o cümlədən, baş vermiş hadisələrin həyati, tarixi anlamda dərki qiymətləndirilməsidir. Bu həm Azərbaycan xalqının tarixi gerçəklik, gələcək arzu istəklərinin əksi, bütöv Azərbaycana inamı baxımından da xüsusi əhəmiyyətə malikdir.

 

Bu yurd türkün torpağı! İzləri itmir hələ!

Əkdiyin şər toxumu göyərib bitmir hələ,

Fikrin Sasanilikdən bəriyə ötmür hələ -

Anlamırsan, millətlər önündə kəniz deyil!

Təbriz sənə inanmaz! İnansa, Təbriz deyil!

 

Şübhə yoxdur ki, Xalq şairi Sabir Rüstəmxanlı özünün dəyərli poeziyası, bədii nəsri publisistikası ilə bundan sonra da Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə, Vətənimizə ədəbiyyatımıza xidmət göstərəcək, ədəbiyyatımızın parlaq səhifələrindən birinə çevriləcəkdir.

 

Elman QULİYEV

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

professoru , Türkoloji mərkəzin

Türk bölməsinin müdiri

 

Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 2. - S. 28-29.