GÜLƏBATIN
Bir İlahi sevgi bəhər gətirdi,
Doğuldu dünyaya gül
Güləbatın.
Qaranlıq gecəyə səhər
gətirdi,
İşıqlandı oba, el, Güləbatın.
Baxıb
varlığına güldü
könüllər,
Bir göz qırpımında
ötüşdü illər,
Gözü götürmədi, qarğadı
güllər,
Vurdu çiçəyini yel, Güləbatın.
Bilmirəm canına nə
vərəm düşdü,
Bəxtinə nə Məcnun,
nə Kərəm düşdü,
Oba parçalandı, el pərən düşdü,
Oldu ocaqların kül, Güləbatın.
Bəxtini tapmadı, gəzdi
çıraqla,
Ahının odundan əridi dağlar,
Dünyaya yazığın gəlsin,
az ağla,
Apardı
aləmi sel, Güləbatın.
Yadlara doğmadı, doğmalara
yad,
Üzündə təbəssüm, içində
fəryad,
Cəzanə gətirib bu acı həyat,
Acıya
oğrunca gül, Güləbatın.
YOX
İMİŞ
Cənnət dünya dedikləri
nağılmış,
Bəxti
qışın heç
baharı yox imiş.
Çiçəyiylə azdırdı bu dağılmış,
Qəm bağının bir nübarı yox imiş.
Dərd
çəkənin dirəndiyi
sıldırım,
Bel sınıbdı, ömrü
necə qaldırım,
Necə
əyir qayaları ildırım,
Dağların da dağ vüqarı
yox imiş.
Əyildikcə haray salar öz qarı,
Axıb
gedər zirvəsindən
ilqarı,
Hər çiçəyə gedib
qonmaz hər arı,
Hər aşiqin öz nigarı var imiş.
Şişib qalır, yeyəmmirsən
dərdini,
Xeyrə-şərə geyəmmirsən
dərdini
Bir kimsəyə deyəmmirsən
dərdini,
Ürək dostu, könül
yarı yox imiş.
Güləbatın, laylalar da uyutmur,
Yanır
qəlbi, dərya olsa soyutmur,
Gələn gedir, gedənləri
qayıtmır,
Bu dünyanın etibarı yox imiş...
TUTMUŞAM
Ürəyimi duya bilməz hər adam,
Bu ürəyi min bir ahdan tutmuşam.
Mayamızda halallıq var binadan,
Nə haramdan, nə günahdan tutmuşam.
Nə olsun ki, gün doğmayıb gün mənə,
Dar olsa da, dünyam gəlir gen mənə,
Nifrət
qorxur, neyləyəcək
kin mənə,
Sevgi adlı bir silahdan
tutmuşam.
Bar gətirib barlanmışam
bağ kimi,
Ərimişəm el yolunda yağ kimi,
Bu günümə söykənmişəm
dağ kimi,
Nə axşamdan, nə sabahdan tutmuşam.
Ömrü günü ovlamışam
içimdə,
Dərdlərimi tovlamışam içimdə,
Şər-şeytanı qovlamışam
içimdən,
Lənət deyib bismillahdan tutmuşam.
AYIRDILAR
Ayrılıq düşdü araya,
Əli əldən ayırdılar.
Baxan olmadı haraya,
Gülü güldən ayırdılar.
Günü sabahdan aldılar,
Amanı
ahdan aldılar,
Sevgini ruhdan aldılar,
Sözü dildən ayırdılar.
Əyiltdi əyrilər düzü,
Gecələr uddu gündüzü,
Tüstüdən kor oldu gözü,
Közü küldən ayırdılar.
Eşidən yoxdu səsimi,
Belə
ağrımaz Nəsimi
Qopardılar sarı simi,
Sazı
teldən ayırdılar.
Yollar qaldı boz atlara,
Ürək dözmür bu
çatlara,
Günü satıb saatlara,
Ayı ildən ayırdılar.
Güləbatın yatır xəstə,
Gözü yolda, qulaq səsdə,
Ağı deyir son nəfəsdə,
- Eli eldən ayırdılar.
NƏ
FAYDA
Bir ömrün var, yaşayası,
güləsi,
Dərd
içində keçsə
hədər, nə fayda.
Ovçu
bəxtin yan keçmirsə gülləsi,
Cənnət yazsın qəza-qədər,
nə fayda?
Bağçamızdan çiçək
yolub, gül dərib,
El-obanı üstümüzə
güldürüb,
Son ümiddə son gümanı
öldürüb,
Tərk
eləyib getsə kədər, nə fayda?
Batıb
günü gözümdə
nəm dünyanın,
Üstü bəzək, içi
ələm dünyanın,
Əzabı bol, sevinci kəm dünyanın,
- Kölgə kimi gələr, gedər, nə fayda?
Az döy göyün qapısını, laxlayıb,
Açılmırsa, bil ki, Allah bağlayıb,
Zər qədrini bilməyənlər
ağlayıb,
Saçın yolar, üzün
didər, nə fayda?
Güləbatın sevinc nədi bilmədi,
Dərdlərini bütöv çəkdi,
bölmədi,
Gələn getdi, gedənləri gəlmədi,
Gecə-gündüz fəryad edər, nə fayda?..
Güləbatın Məsimova
Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar, № 20. - S. 33.