Tural
Balabəyli haqqında bir neçə söz
Tural haqqında çoxdan - onun "X qadın" kitabını
oxuyan gündən yazmaq istəyirdim. Vaxt məhdudiyyətindən
qismət bu günəymiş.
Məni Turalın
yaradıcılığına cəlb edən nə oldu?
"X qadın"
kitabı sırf qadın həyatından, qadın psixologiyasından
bəhs etdiyi üçünmü? Şübhəsiz
ki, bu amillər də var. Eyni zamanda şairin sərbəst vəzndə
öz fikirlərini gözəl, oxucunu cəlb edən şəkildə oxucuya çatdırması da əsas
amillərdəndir.
Ruhumuza, gözümüzə-könlümüzə
çox yaxındır
bu misralar.
Əsl şair,
əsl yazar əlinə qələm götürüb yazmağa
başladığı andan
düşüncəsi saf,
qəlbi təmiz, vicdanı hər zaman oyaqdır. Və bütün insanları, bəşəriyyəti düşündürən
suallar həmişə
yazarın beynində,
qəlbində olur:
Nə dost qalıb
dünyada,
nə də düşmən, bilirsən?
Mən göz yaşı tökürəm,
sən üzünü
silirsən...
Mən yoluna atılan daşam,
ömrünə soyuq olan
şaxtayam, qışam,
bəs sən nəsən?
Düşünürəm ki, bu suallar təkcə bir qadına deyil, ümumən insanlara ünvanlanıb.
Bu gün dünyada qırğınların, körpə
qətllərinin baş
alıb getdiyi bir zamanda dünyanın
bir tərəfi ağlayır, digər tərəfində isə
cahillər etdiyi pisliklərdən məmnundurlar...
İnsan nə
zaman yolunu azır? İnsanlığını unudanda.
Həyat ancaq yaxşılardan ibarət
olsaydı, bəlkə
yaşamağın da bir
anlamı qalmazdı.
Tural, həm də jurnalistdir. Onun atası Faiq Balabəylidən illər öncə götürdüyü müsahibə,
mən deyərdim, ən səmimi və oxucunu özünə çəkən
söhbətləşmədir. Faiq Balabəyli ədəbiyyatımızda
öz sözünü
demiş, istedadlı yazarımızdır və
onun oğlu Turalla səmimi söhbəti bir çox şablon müsahibələrdən daha
xoş təsir bağışlayır. Əslində
bu da yeni bir yanaşmadır və ata-oğul münasibətlərinin
böyük bir tərbiyə, təmkin, səmimiyyət, dostluq üzərində
qurulduğundan xəbər
verir.
Tural Balabəyli, həm də vətənpərvər şairdir,
bütün qanıyla,
canıyla doğma Torpağa, Vətənə
bağlıdır. Onun
"Əsgərim" şeiri
diqqəti çəkir.
Şeiri gənc ananın dilindən yazıb. Burda, həm də fəlsəfi fikirlər
var:
Döyüşə getmək
istəyirsən?
Get, əsgərim,
get...
Məndən nigaran qalma -
bətnimdəki oğlumuz
məni qoruyacaq.
Get...
yolun açıq olsun!
Tez gəl, əsgərim.
Yatağımızdakı yastığın
boş qalmayacaq
sən gələnə
qədər...
Sənin gəlişindən
qabaq
oğlumuz gələcək
dünyaya.
Başını atacaq balışına
yerin boş qalmasın deyə yanımda.
get...
yolun açıq olsun!
Turalın çox
poetik misraları da ruhu oxşayır:
Gecənin zülmət
qaranlığı,
gözlərimdə rəngarəng
rəsm əsəri...
Çox gözəl
bənzətmədir.
Və heç
şübhəsiz ki, "darıxa-darıxa
qaranlıq gecələrimə
bürünürəm..." desə də, "bu şəhərin küçələri sevgi
qoxuyur..." "mən
körpüləri çoxdan
yıxdım" - deyən cavan şairin uğurlu gələcəyi
hələ qabaqdadır.
Bir qəlbə dolmaq,
bir qəlbdə yuva salmaq,
xatırlanmaq
elə yaşamaqdır!
Əziz Tural! Yaradıcılığının enişli-yoxuşlu yolları
hələ qabaqdadır.
Allah səni hər
zaman ucalarda eləsin.
Yazdıqlarınla daim
qəlblərdə iz
salasan.
Və mən
buna inanıram! Bir şeirində
özünün dediyin
kimi:
Yolun
açıq olsun, Tural!
Südabə SƏRVİ
Ədəbiyyat qəzeti.
- 2024. - 20 yanvar, ¹ 2. - S. 35.