Vaqif
Sultanlının “İnsan
dənizi” romanı - Təbrizdə çap olunub
Vaqif Sultanlının
“İnsan dənizi” romanı bu günlərdə Güney
Azərbaycanda nəşr
olunub.
Təbrizin nüfuzlu
“ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirib.
“İnsan dənizi” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyildir. Bundan əvvəl yazıçının eyniadlı
romanı tanınmış
türkoloq Böyük
Mollayinin fars dilinə tərcüməsində
Tehranda (2014) və Zəncanda (2015) kütləvi
tirajla yayımlanıb.
Həmçinin müəllifin
“Səhra savaşı”
romanı, povest və hekayələrdən
ibarət “Heçlik vadisi” kitabı Tehranda və Təbrizdə əski əlifbada nəşr olunub. Vaqif Sultanlının
İrəc İsmayılla
birgə hazırladığı
“Güney Azərbaycan
nəsri: başlanğıcdan
günümüzədək” antologiyası da İranda işıq üzü görüb.
Hadisə və əhvalatların ötən
əsrin səksəninci
illərində cərəyan
etdiyi “İnsan dənizi” romanında ölüm cəzasından
qaçıb yad şəhərə
sığınaraq gizli
şəkildə ömür
sürən qəhrəmanın
taleyi fonunda cəmiyyətin mənəviyyatına
yoluxmuş özgələşmə
problemi bədii həllini tapıb. Yazıçı baş qəhrəmanın daxili dünyasının dərinliklərinə
varmaqla mövcud sosial ziddiyyətlərin mahiyyətini oxucuya çatdırmağa çalışıb,
bununla da cəmiyyətdən
təcrid edilərək
yaşamağın mürəkkəb
və mümkünsüz
olduğunu real, gerçək
lövhələrlə yarada
bilib. Romanda, dolayısı ilə sovet siyasi rejimi
dönəmində dəyərlər
sisteminin dağılması
ilə insanların yaşadığı cəmiyyətə
uyğunlaşa bilməməsinin
gətirdiyi faciələr
inandırıcı cizgilərlə
canlandırılıb.
Azərbaycan oxucularına
ilk dəfə 1991-ci ildə
təqdim edilən “İnsan dənizi” romanı müxtəlif dillərə tərcümə
olunaraq Böyük Britaniya, ABŞ, Misir, Türkiyə, Almaniya, Rusiya və başqa ölkələrdə
yayımlanıb.
Ədəbiyyat qəzeti. - 2024. - 20 yanvar,
¹ 2. - S. 38.