Tələbəlik illərinin ətri
Şair
Ələddin Əzimə
məktub
Sızlar yada düşəndə
Ürəyimin telləri
O mehriban, o əziz
Tələbəlik illəri.
Cabir Novruz
Əzizim
Ələddin!
Sənin
şeirlərin ürəyimin
tellərini titrətdi.
Dostum Musa Yaqubun "Nanə yarpağı"tək əsdim.
Çünki sənin
ən yaxşı şeirlərində birgə
yaşadığımız o xoşbəxt illərin
(1972-1977) ətrini, rayihəsini
duydum. Lap bu başdan deyim ki, sənin
şeirlərin duyğular
seli kimi məni məndən alıb həmin illərə - indi qəlbimizi sızladan, səadət dolu mehriban illərə apardı. Onda biz, yəni Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin
548, 550, 552-ci qrupların birləşdiyi
patokun tələbələri
"qanmazlığımız" səviyyəsində xoşbəxt
idik. Əli Kərim demiş:
Necə xoşbəxt
imişəm
bir zaman, Allah,
Xəbərim
olmayıb
bu
səadətdən...
Sənin
şeirlərin məni
gənclikdən əlimdən
uçurtduğum ağ
göyərçin kimi
yenidən o səadətə
qovuşdurdu. Bu ali missiyanı
sənin şeirlərində
dip-diri qalan incə Ruhun icra etdi.
Əzizim
Ələddin!
1977-ci ildən bu yana,
düz - 47 ildir ki, sənin üzünü görməmişəm.
Sən mənim üçün elə o vaxtkı ciddi və təvəzökar,
dalğın baxışlı
gənc kimi qalmısan.
Sənin
şeirlərin bəlkə
də mənə ona görə doğmadır ki, sən özün mənə doğmasan. Bu şeirləri oxuyub, belə yazdım:
Gəncliyimə
qonaq getmək istəyirəm,
İstəyirəm
salam verəm otuz yaşıma.
Başımı
qoyub dizinin üstə
Danışım
ki, nələr gəlib mənim başıma.
Yox!
Mən şair deyiləm, "şair sözü müqəddəs
sözdür, onda ölməyən əbədi
bar şöhrət var" (B.Y.Belinski)
Əllərini
ver mənə
Səni
çətinlikdən
qoruyum,
Düz
yolundan
Çəkilməkdən
qoruyum.
Əllərini
ver mənə
Səni
burulğanlardan
qoruyum,
Yad
gözlərdə
Boğulmaqdan
qoruyum.
Bu
əsl şair missiyası sənin "Əllərini ver mənə" adlı
9-cu şeir kitabının
əsas leytmotivini təkşil edir.
Əllər
insan əməlinin icraçı orqanıdır,
əl insanın yalnız özünə məxsus tanıtım orqanıdır. Əl vermək ünsiyyət işarətdir. Sənin əllərin nur içindən uzanır
"Nur" şerində
deyirsən:
Qaranlıq
qarşısında çəkilər
geri
Bürünər
nuruna bu kiçik hücrə.
Burda
açacayıq, burda
səhəri
Çox həzin,
ilahi duyğular içrə.
Bəli, sənin
şeirlərində həzin,
ilahi duyğuların nuru - işığı
var. Bu nur Ay işığı kimidir, aurası - haləti özündən
qat-qat böyükdür.
Tələbəlik
illərimin şairi!
Sənin ən mərhəm dostun elə şeirindir. Sənin şeirlərin kol dibində gizlincə bitən ətirli, boynu bükük bənövşəyə bənzəyir.
Dediklərimi
yazımmı,
Ürəyimin
başından asımmı
Həmişəkitək,
şeirim?
Bağışla,
unuduram tez-tez
Unuduram
ki, sən elə ürəksən.
Sənin
şeirlərinin maraqlı
bir obrazı Səs-dir. İnsan lap qədimdə əvvəlcə səs çıxarıb, sonra onun şəklini-hərdən
kəşf edib, daha sonra isə
hərflərin harmoniyasından
Söz yaranıb.
Dərələrdən,
düzdən keçdim,
Gecədən-gündüzdən
keçdim,
Dəryadan,
dənizdən içdim
Sözümdən
keçə bilmədim.
Kimsə
dedi tələs, tələs,
Axır
oldum qaranəfəs.
Göydən endi qəfil bir səs,
Səsindən keçə
bilmədim.
Hörmətli şair!
Sənin şeirlərin
elə göydən enən səs kimidir. Çünki sənin duyğularının
rənginə bulaşmış
ilhamın hardasa göylərdə cövlan
edir. Onun məkanı da kifayət qədər duyğusal və bənzərsizdir.
Buludlu, yağışlı
Soyuq bir gecənin sonu
Ağır-ağır açılan,
islanan səhər
Damcı-damcı diksinib
Oyanan küçələr...
Burada metafora güclüdür, çünki
semasioloji gərginliyə
malikdir. Sən burada bənzərsizliyin eyniyyətin tapa bilmisən.
Bunun həyati düsturunu general Maxno belə ifadə edib: "Anarxiya mat poryadka!" Əbədi gənc M.Müşfiq
deyirdi ki, "şeir
divanədir, ona toxunmayın, qoy hara gedir getsin" Ümumən, ilhamı cilovlamaq şeirə xəyanət deməkdir. Əsas olan sözlə heyrətləndirməkdir.
Ayım bəlli,
İlim bəlli.
Ömrün çoxu
Aldadıcı bir təsəlli
Soluxmuş yarpaqların
Öudaqdan qopan cağıdır.
Bax, o külək,
bax, o ağac,
bax, o qadın
göz yaşıdır,
acıdır.
Bir də o əlçim bulud
Ruhumun işarəti
-
Ağappaq bayrağıdır.
Bu özəl poetik sistemi tamamlamaq üçün kiçik bir nümunə də misal verək:
Ruhu
Küləklərə qoşular
vaxtsız ölən
yarpağın
Cəsədi
düşər açılan
əllərinə torpağın.
Buna poetik dua da demək olar. Həm də bu, şairin
öz obrazı - avtoportret deyilmi?
"Döymə
pəncərəmi" şeiri
sanki Əli Kərimin "Bakı küləyi" şerinə
təzad kimi yazılıb. Əli Kərim yazıb:
Sındır pəncərəmi,
döy pəncərəmi,
Qoyma rahat yatam, Bakı küləyi.
Burada Əli Kərimin şair "dəliliyi" ifadə olunub. Ələddin Əzim isə yazır:
Döymə pəncərəmi,
Döymə, əzizim,
Sən yaxşı
bilirsən
bu pəncərənin
arxasında
haçandır mən
artıq yoxam.
Bədənim torpaq tabunda,
ruhum göylərdədi,
sevgilim.
"Mən səni görürəm səmadan,
Ağlayırsan həzin-həzin.
Sən isə pərdəli pəncərədən
başqa
Heç nə görmürsən.
Bu reallıq əslində irreallıqdır,
öz ölümünü
yaşayan sevgilinin mücərrəd obrazıdır.
Ana haqqında çox yazılıb. Sənin "Ana"n heç birisinə bənzəmir:
Dağ qopanda yerindən
Məkanı torpaq olar,
Vaxt
gələr, tumurcuqlar
Gül olar, yarpaq olar,
Yatar daş daşın üstə,
Gələr yaş yaşın üstə.
Sənin bir daşın üstə
Ay gecə çıraq olar.
Sən, gözlənilməz
ifadələr, bənzərsiz
bənzətmələr işlətməyi
bacarırsan. Qeybdən
enən, şairin ruhuna qonan şeir
elə belə də olmalıdır. Böyük Türk şairi Nazim Hikmətə
ithaf olunmuş "Həsrət" şeirində
olduğu kimi:
Sən
Qəlb yanğısı.
ağrının rəngi,
boyası
gözlərin ağı
röyası.
Əli nisgilli ürəyi üstə...
Bu yığcam misralarda Nazim Hikmətin böyük və faciəli taleyi əks olunur.
Hörmətli şair,
tələbəlik illərimin
sirdaşı!
"Söz gözəlinin nazını
çəkmək" (Füzuli)
kimi ali bir məqsəd yolunda can sağlığı
və uğurlar diləyirəm. Sözlə
millətə xidmətdən
savayı əlimizdən
heç nə gəlmir. Söz isə ən qiymətli milli sərvətimizdir.
Türk sözü Türkün özü kimi məğlubedilməzdir.
Dərin hörmətlə...
Tələbə yoldaşın...
01.01.2024
Ürəyimin telləri
O mehriban, o əziz
Tələbəlik
illəri.
Nizaməddin Şəmsizadə
Əməkdar elm
xadimi, professor
Ədəbiyyat qəzeti.
- 2024. - 20 yanvar, ¹ 2. - S. 39