Hac Kərim ağanın nəfsi

 

Hekayə

 

Tam adı-soyadı Xosrov Şahani Şarkdır.  İranın tanınmış satirik yazarı ssenaristidir. 1930-cu ildə Məşhəd şəhərində dünyaya gəlib. 1958-ci ildə ilk satirik hekayələri Tehranda çıxan "Rövşənfikr", "Xəndaniha" digər jurnallarda işıq üzü görüb. Sonralar o, "Xəndaniha" jurnalının Satira yumor şöbəsinin müdiri vəzifəsində çalışmaqla bərabər, aparıcı qəzet jurnallarla əməkdaşlıq qurub.

Yazar 2002-ci ildə vəfat edib.

Hekayə kitablarından bəziləri bunlardır: "Lənətlənmiş kor" (1961), "Məhəlləmizin pəhləvanı" (1966), "İcad komediyası" (1967), "Dəhşət saçan şəhər" (1969), "Adamayovuşmaz" (1970), "Yuxarılar aşağılar" (1973), "Avtoqraf" (1975), "Özündənrazılar" (1977), "Havalı tüfəng" (1979), "Açılmaz düyün" (1983), "Həkim Pokratın "Folks"u" (1984) sair.   

 

Dünyadan köçən atası Hac Kərim ağaya miras olaraq köhnə tikili sayılacaq iki ev qoyub getmişdi: bunlardan birində Kərim ağa özü yaşayırdı, digərini isə kirayə verirdi. O da bir az varlanandan sonra ikinci evin satışından əldə edəcəyi pulla ya öz evinə əməlli-başlı əl gəzdirmək, ya da onu söküb, yerində təzə bir ev tikmək barədə xəyallar qururdu.

Yeri gəlmişkən, bu Hac Kərim ağa heç Məkkəyə, Həcc ziyarətinə getməmişdi. Sırf Qurban bayramında dünyaya göz açdığı üçün uşaqlıqdan bəri adının önünə "hac" kəlməsi artırılmışdı ki, bu da doğulduğu günün mübarəkliyinin bir nişanəsi idi. Zaman ötdükcə, bu nişanə onun adının ayrılmaz qisminə çevriləcəkdi. vaxt doğulduğundan xəbərsiz olanlar elə tanış olduğu hər kəs, beləcə, onun müqəddəs yerləri ziyarət etmiş həqiqi bir hacı olduğuna inanmağa başladı. Ancaq indi danışacağım əhvalat bununla yox, tamamilə fərqli bir məsələ ilə bağlıdır o, baş verəndə...

isə, qoy hər şeyi sizə sırasıyla anladım.

Bir axşam evimizə təşrif buyuran Hac Kərim ağa hal-əhval tutduqdan sonra gəliş səbəbini açıqladı:

- Bir neçə gün əvvəl atamın məzarını ziyarət eləməyə getmişdim, əbədi istirahətgahının baxımsız hala düşdüyünə şahid oldum. Yağışla küləyin təsirindən sinə daşı yan tərəfə sürüşmüşdü deyə, məzar çuxuru suyla dolmuşdu. Qanım lap it qanına döndü, sinə daşını əvvəlki yerinə oturtmağı qəbiristanlığın işçilərindən xahiş elədim, bundan ötrü gərəkli məbləği onlara ödəyəcəyimi bildirdim. Bir daha daş yerindən sürüşməsin, rəhmətlik təkrar narahat olmasın deyə, onu sementləməyi təklif elədim. Onlar da cavabında dedilər ki, sementi özüm alıb-gətirsəm, lazım olan hər işi görməyə hazırdırlar.

Mən bu yerdə onun sözünü kəsdim:

- Bəs onda niyə gedib, sementi özün almırsan?!

- Bunu edəcəkdim, amma heç kəs satmadığından mən bir-iki kisə sement tapıb, ala bilmədim. Sən demə, o materialın satışı yalnız yalnız Sement Satışına Nəzarət İdarəsinin razılığı əsasında mümkün imiş. O idarədə mənim hər hansı tanış-bilişim yoxdur, ona görə bəlkə sənin mənə əl tutacaq bir adamın olar deyə, qapına gəldim, təki kömək eləsin, onun xəcalətindən çıxaram.

Məni gülmək tutdu:

- Heç mənim orada tanışım yoxdur... Amma, məncə, o üç-dörd kisə sement üçün tapşırılmağa bir lüzum da yoxdur. İstəyirsənsə, birlikdə ora yollanaq, sement almaqda köməyimi səndən əsirgəmərəm.

Amma kaş bunu deyən anda dilim dilim-dilim olaydı! Əynimi geyinib, ona qoşuldum biz Sement Satışına Nəzarət İdarəsinin yolunu tutduq.

Məsələnin sayılı dəqiqələr ərzində öz həllini tapacağını düşündüyümdən idarə müdirinə dedim:

- Bizə üç-dörd kisə sement lazımdır.

Məni eyhamlı baxışlarla süzən müdir soruşdu:

- Siz haradan göndəriblər belə?

Onun müştərilərlə məzələnməyə həvəsli olduğunu qət etdiyimdən dedim:

- Mən bu ölkənin bir vətəndaşıyam. Bəlkə sement almaqdan ötrü buraya xahiş-minnətlə gəlməliydim?!

Qətiyyətimi görən müdirin sir-sifəti ciddiləşdi əvvəlki məzələnmə ifadəsi harayasa qeyb olan kimi mənə dedi:

- Əgər həqiqətən buralı olsaydınız, əziz dostum, sementin satışıyla bağlı ən bəsit qaydalarla ən azı ucundan-qulağından xəbərdar olardınız! Sement - sizin üçün lobya ya noxud deyil ki, gedib qonşuluqdakı baqqal dükanından ürəyiniz istəyən qədər alasınız. Sementin istehsalını da, satışını da, ondan istifadəni dövlətimiz nəzarətdə saxlayır. Dediyiniz o dörd kisə sementi hansı məqsədlə alacağınızı bilmədikcə, onu sizə satan deyilik. Axı hər bir işin özünə görə qaydası-qanunu var.

Dedim:

- Qanunların keşiyində duranları da, bunun üçün əlindən gələni edənləri Allah özü qorusun! Vallah, sizin kimi insanlar olmasaydı, heç daşı daş üstünə qoymaq olmazdı. Cənab müdir, inanın, biz sement satışı qaydalarından tamamən xəbərsiz idik. Əgər bizi onlarla tanış etsəydiniz, sizə yerdən-göyəcən minnətdar olardıq.

- O dörd kisə sementi hansı məqsədlə alacaqdınız?

- Hac Kərim ağanın mərhum atasının məzarı üstdəki sinə daşını yerinə bərkitmək məqsədiylə.

Bunu eşidən müdir əvvəlcə onunla məzələndiyimi sandı, buna görə həm üzündəki ifadə dəyişdi, həm qaş-qabağı sallandı.

Bunu sezən Hac Kərim ağa izaha keçdi:

- Atam son dərəcə dindar biri olduğu üçün Allah-təala öz mübarək yağışıyla onun məzarını sulamağı rəva görüb nəticədə qəbir tamamən su ilə dolub. Sement mənə o məzarı təmir etdirməkdən ötrü lazımdır...

Bizim onunla məzələnmədiyimizdən, barmağımıza dolamadığımızdan əmin olan müdir dedi:

- Mövcud qanunvericilikdə məzarın təmiri məqsədiylə sement satışı barədə maddə-filan yoxdur. Siz evinizin təmiri üçün şəhər bələdiyyəsinə rəsmi müraciət edin, əgər onlardan buna müsbət cavab gəlsə, onda biz sement satışına izn verərik.

Hər şey məntiqli görünürdü - daha deyəydik axı?! Müdirin otağından çıxanda Hac Kərim ağa soruşdu:

- Bəs indi neyləyəcəyik?

- Sənin iki evin var da, elə deyil?

- .

- Kirayə verdiyin ev üçün bir çertyoj çəkdir, sonra isə onun yerində yeni ev tikmək barədə bələdiyyədən get, icazə sənədi al. Belədə sən nəinki dörd kisə, hətta qırx kisə sement almağa da fürsət qazanarsan. Sinə daşına lazım olanını işlədər, qalanını isə yığıb-saxlayarsan. Çünki evin təmiri zamanı işinə yarayacaq.

O, gülümsünərək dedi:

- Ağıllı fikirdir! Onda mən tikinti üçün ərizədə birbaşa yüz kisə sement istəyim: qədərinisə işlədərəm, qalanını da qara bazarda sataram, gedər. Artıq qazanc cib deşmir ha! Hələlik isə öz evimdə yaşayaram, şükürlər olsun, onun hələ ciddi təmirə bir ehtiyacı yoxdur.

- Fəna fikir sayılmaz ağlabatandır. Əgər hamı bu yolu seçirsə, onda sən niyə sınamayasan?! Amma...

- "amma"?

- Tutalım, sən tikinti üçün razılıq sənədi aldın, sənə sement satdılar, məzarı təmir etdirdin, geriyə qalan kisələri sərfəli qiymətə satdın. Bəs bələdiyyədən, ya da o Nəzarət İdarəsindən gəlib, qalan kisələri neylədiyini soruşsalar, onlara cavab verəcəksən, ?! Axı sən yeni ev tikmək niyyətindən tamamən uzaqsan.

- Əşşi, olar, olar da! İndi oturub, bunun da dərdini çəkim?! Hətta yuxarı atılan alma da yerə düşənəcən azı on kərə fırlanmağa fürsət tapır.

Hac Kərim ağanın gəldiyi bu ciddi qənaəti çürütməm, düzü, mümkün görünmürdü. Odur ki, etiraz eləmədim, həm adam etdiyinə qəti qərar veribsə, onda özü bilən məsləhətdir.

Sonrakı səkkiz ay boyu Hac Kərim ağa ilə birlikdə sırf bu işin həlli üçün ora-bura süründük. Tikintinin planını hazırlatdıq, gərəkli sənədlərin surətini çoxaltdıq, tikintiyə icazə sənədini alana qədər sayı-hesabı bilinməyən dəhlizlərdə gözləməli olduq, kabinet, şöbə sektorlara baş çəkdik, gündə yüz kərə yalan yerə and içdik, dostumun haqqı yetmədən mənimsədiyi o "hacı" ünvanı dilimizdə əsl şüara döndü. gizlədim, Hac Kərim ağanın əsl niyyəti təmiz olmadığı üçün bu icazə sənədindən ötrü səkkiz ay ora-bura ayaq döydük, əgər bu işə həqiqətən niyyətli olsaydı, məsələnin həlli yəqin bir az da uzanardı.

Aldığı icazə sənədini Hac Kərim ağa Sementdən İstifadəyə Nəzarət İdarəsinə apardı, orada uzun-uzadı zəhlətökən çək-çevirdən sonra ona yüz kisə əvəzinə, cəmi əlli kisə sement satmağı uyğun gördülər, qanunun tələblərinə hərfbəhərf riayət edən məmurların o sərt üzünü görüncə, dostum onlarla dirəşməyin mənasızlığını anladı. Həm atalarımız "Bəy verən atın dişinə baxmazlar" dediyinə görə, dostum əlli kisəyə razı oldu. Ödəməni edib, mühasibatlıqdan anbar sənədini aldı birgə qatlaşdığımız o baş ağrısından bu sayədə qurtulduq.

Hac Kərim ağa özü köhnənin dəllalı idi, o cür sənədləri necə tərtib eləməyin hiylələrindən yaxşı agah idi, yəni gözdən tük çəkməkdə mahir idi. Odur ki, sement satışını da sonralara ertələmədi, qısa vaxtda əlindəki malı düz üç qatına xırıd elədi.

Aradan səkkiz ay ötmüş o, təkrar mənə baş çəkdi. Sement atasının sinə daşıyla bağlı suallarımı eşidincə tutuldu:

- Atamın məzarını heç cür təmir elətdirə bilmədim. Sərfəli bir müştəri düşdü, mən əlimdəki bütün sementi ona satdım. Eyb eləməz, gələn yay rəhmətliyin məzarına elə əl gəzdirəcəyəm ki, lap yüz il dursun!

- O qazandığın pula, eləmi?

Dostum uğunub getdi ardınca arsız şəkildə bildirdi ki, gələn həftə bələdiyyənin Sementdən İstifadəyə Nəzarət İdarəsinin nümayəndələri işlənən materialın həcmini yoxlamaq üçün evinə gələcəklər. Sonra karıxmış halda soruşdu:

- İndi mən başıma çarə qılım?!

Dedim:

- Allaha şükürlər olsun, sən bu işdə necə ustalaşmısansa, artıq istənilən məmurun ağzını yummağa qadirsən! Bu məsələdə sənə ağıl verməm yersizdir. Məzar üçün sement lazım olanda, öz köməyimi səndən əsirgəmədim. Bundan belə işlərini özün yoluna-yolağına qoy.

O, yarıkönül dilləndi:

- Yaxşı, onda özüm başıma bir çarə qılaram.

Aradan bir neçə gün ötdü. Bir səs-soraq çıxmadığından işlərin gedişatını öyrənməkdən ötrü özüm ona zəng vurdum. Məlum oldu ki, Hac Kərim ağanın işləri yolunda gedir. Maraqlandım:

- Bəs o müfəttişlərdən yaxanı necə qurtardın?

- Axı mənim niyyətim təmiz idi...

- Əbəs yerə "Niyyətin hara, mənzilin ora" deməyiblər ha. Buna necə nail oldun? Onu da desənə?

- Heç necə. Rastıma nəcib adamlar çıxdı onlar tikintiyə baxış keçirməyə ümumiyyətlə gərək duymadılar.

- Yəni hər hansı təftiş-filan olmadı, eləmi?

- , dediyim hər sözə inandılar, inşaatın da smetasına baxdılar, o qədər sementi hara işlədəcəyimə. Birlikdə yarım saatlığa çay içib-söhbətləşdikdən sonra dağılışdıq.

- Ay Allah onlardan razı olsun! Hər yerdə yaxşı adamlara da rast gəlinir, pislərə . Halbuki biz hamını öz arşınımızla ölçməyə meylliyik. Sənin yerinə çox sevindim. Deyəcək başqa bir sözün yoxdur ki?

- Yox, yox, - dedi. - Salamat qal!

Yay bitdi, sərasər yağışların yağdığı payız mövsümünün ardınca qış öz bəyaz örtüyü ilə ömrümüzə qədəm qoydu.

Bir gün səhər yeməyi yediyimiz dəqiqələrdə dostum Hac Kərim ağanın xanımı başılovlu, pərişan bir halda qapımızı döydü elə kandarda ikən bildirdi:

- Əl bizim, ətək sizin! Hac Kərim ağanın dadına yetişin, yoxsa biz bu dünya-aləmdə rəzil-rüsvay olub-gedəcəyik!

- olub axı?

- Ev satışındakı fırıldaqçı əməllərinə görə Hac Kərim ağanı həbsə atıblar.

- Bəyəm o, bu cür işlərlə məşğul idi ki?! Mənim bunlardan yerli-dibli xəbərim yoxdur!

- Əlbəttə, yox... Sizin başınıza da, Hac Kərim ağanın getdiyi həccə and içərəm ki, o, belə işlərlə məşğul deyildi!

- Bəs elə isə məsum birisini necə həbsə atıblar axı?!

Qadın yaşlı gözlərini çadrasının ucuyla sildi:

- Deyilənlərə görə, Hac Kərim ağa düz beş yüz kisə sement satıbmış...

- Beş yüz kisə?!

- , ağa. Təzə evin tikintisi üçün ona beş yüz kisə sement ayrılıbmış. O da ev adıyla tikdirdiyi "gecəqondu"nu kiraçılara veribmiş.

- Bəs öz evi necolub?

- O ev tamam uçub.

- Hansı ev?

- Atasından miras qalan palçıqdan tikilən o evi deyirəm . Axı onu kiraya verirdi. Srağagünkü leysan yağışdan sonra həmin ev uçdu. Yeni evin tikintisinə başlamağa isə ərim heç cür macal tapmadı.

- Məsələnin bu cür bitdiyinə biz hələ şükür etməliyik.

- Ancaq, ağa, sizə bəllidir ki...

- Həmin evin köhnə tikili olduğu gərək qurumlara əvvəlcədən bəyan ediləydi.

- Ərim bunu da demişdi. Amma idarədə onun sözünə inanmamışdılar. Çünki əllərinin altında planlar, sənədlər fotolar var... Guya bu, yeni ev imiş.

- Bəs indi... mən sizə necə kömək edə bilərəm?

- Bacarırsınızsa, zamin durun, qoy ərimi sərbəst buraxsınlar!

- Mənmi?!

- , siz.

- Ələ salmısınız məni?! Atasının məzar daşının təmirindən ötrü ona cəmi dörd kisə sement lazım idi. Əgər mən bu işdə öz köməyimi ondan əsirgəmədimsə, deməli, o da məzarı sahmana salmaq əvəzinə, gedib sement alverinə qurşanmayaydı! Yoxsa ərin hökumətlə qoz-qoz oynamağın necə bitəcəyindən yerli-dibli xəbərsiz idi?! 

Həmin günün axşam qəzetlərindən bu xəbəri öyrəndim: silsilə fırıldaqlar sayəsində bir neçə "gecəqondu" inşa edən Hac Kərim ağa cürbəcür saxtakarlığa hiyləyə baş vuraraq, daha bir evin tikintisi üçün icazə ala bilib. Bu işlərdə ona yardım edən şəriki isə hələlik qaçıb-gizlənməyə nail olub. İkimərtəbəli dəmir-beton evin inşası məqsədiylə Sementdən İstifadəyə Nəzarət İdarəsindən aldığı min beş yüz kisə sementin hamısını o, qara bazarda möhtəkirlik yoluyla əlüstü xırıd edib. İnşası zamanı sementdən heç yararlanmadığı birmərtəbəli ev isə elə ilk leysandan sonra uçaraq, yerləbir olub. Hac Kərim ağa artıq yaxalanaraq həbsə atılıb, onun şərikinin tutulmasıyla bağlı isə gərəkli istintaq tədbirləri görülür".

Dirsəklərimi masaya qoyub, başımı əllərimin arasına aldım. Beynimdə bu sözlər yallı gedirdi: "Qanun... Min beş yüz kisə sement... "Gecəqondu"... Onun şəriki... İstintaq tədbirləri..."

Dilim-dodağım necə təpimişdisə, heç udquna da bilmirdim. Elə həmin dəm qəzetsatan oğlanın küçədən yüksələn bu harayı qulaqlarımda cingildədi: "Qəzet alın! Fırıldaqçı hacı həbsə atılıb! Tikdirdiyi "gecəqondu" uçubmuş! Hacının şəriki aradan çıxa bilib!!! Bir ailə evsiz-eşiksiz qalıb... Çarəsiz kirayəçilər..."

Bunları eşidincə, gicgahlarımda dolaşan qan sürətlə atmağa başladı. Başım necə gicəlləndisə, gözlərimin önündəki hər şey - oturduğum otaq da, həyət-baca da - əsl ilğıma döndü...

 

İranlı yazıçı Xosrov Şahani

 

Tərcümə: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2024.- 20 yanvar, ¹2.- S.46-47.