Bakıda Mir Cəlal Paşayevin alman dilinə tərcümə edilmişFüzuli sənətkarlığıkitabı - təqdim olunub

 

Yanvarın 26-da Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin AlmaniyanınErqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap olunanFüzuli sənətkarlığıkitabının təqdimat mərasimi keçirilib. Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə olunub.

Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində ADA universitetin rektoru Hafiz Paşayev, almaniyalı alim Mixael Raynhard Hess, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Mir Cəlalın Azərbaycan ədəbiyyatına bəxş etdiyi ölməz əsərlərinin bu gün aktuallığını qoruyub saxladığını bildirib. Qeyd edib ki, bu əsərlər bütün zamanlarda oxucular tərəfindən sevilə-sevilə oxunacaq.

Qeyd edilib ki, Azad Berlin Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş professor Hess azərbaycanlı avropalı oxucularaŞuşanın irsikitabının müəllifi kimi tanışdır.

Diqqətə çatdırılıb ki, Mir Cəlal Paşayev 1940-cı ildəFüzulinin poetik xüsusiyyətlərimövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərəkFüzuli sənətkarlığıadı altında monoqrafiya kimi nəşr etdirib.

Şərqşünas-alim Hess kitaba yazdığıGiriş sözü”ndə həm Füzuli, həm Mir Cəlal dövrünün ədəbi tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. Alman alimi sovet rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa təqdim etməyə nail olub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Mir Cəlalın bir alim, bir nasir kimi yorulmaz fəaliyyətindən söhbət açıb. Onun bir alim kimi yetişdirdiyi çoxsaylı ədəbiyyatşünasların bu gün Azərbaycan elminin inkişafı naminə gördükləri işlərdən danışıb.

İ.Həbibbəyli Mir Cəlal yaradıcılığının bənzərsizliyindən, onun alim, müəllim əsl yazıçı kimi gördüyü işlərdən söhbət açıb.

Tədbirdə çıxış edənlər təqdimatı keçirilən kitabın bütün zamanlar üçün dəyərli bir mənbə olduğunu vurğulayıblar.

 

Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S.3.