Mirzə Bala MəhəmmədzadəninCənnət quşuhekayəsi

 

Azərbaycanın ictimai fikir tarixində görkəmli yer tutan, milli istiqlal mücadiləmizin öncül siyasi liderlərindən biri Mirzə Bala Məhəmmədzadə bədii yaradıcılığa məktəb illərindən başlamış, qələmini nəsr, dramaturgiya, publisistika sahəsində uğurla sınamışdır. Onun gənclik illərində yaratdığı bədii nümunələr içərisində ilk mətbu əsəri "Çoban Vəli" hekayəsidir. Müəllif bu əsərini 1915-ci ildə yeni nəşrə başlayan, yazıçı-publisist Seyid Hüseynin redaktorluq etdiyi "Qurtuluş" məcmuəsinin "Yazı yarışı" adlı "Köy həyatını təsvir edən bir hekayə" müsabiqəsi üçün hazırlamışdır. "Çoban Vəli" hekayəsi Mirzə Balanın bələd olduğu, müşahidə etdiyi həyatdan mühitdən bəhs etdiyi üçün çox canlı, təsirli alınmış, münsiflər heyətinin diqqətini cəlb edərək birincilik qazanmışdır. Hekayə "Qurtuluş"un 1915-ci il 4-cü sayında dərc edilmiş mükafata layiq görülmüşdür.

Mirzə Balanın iki hekayəsi 1918-ci ildə özünün yaratdığı redaktorluq etdiyi "Gənclər yurdu" jurnalının ilk sayında nəşr olunmuşdur. Onlardan 1918-ci ilin mart soyqırımından bəhs edən "Əksinqilabçılar" insani keyfiyyətlərə, mənəvi dəyərlərə həsr olunan "Yoldaşım" hekayəsi gənc yazarın ilk qələm təcrübəsi olmasına baxmayaraq yazıçı müşahidələri, dilin estetik funksional imkanları qənaətbəxş münasibət formalaşdırır.

Mirzə Bala iki hekayəsini mühacirət dövründə yazmış "Yeni Qafqasiya" dərgisində yayınlamışdır. Onlardan biri - "Vətən qaldı" hekayəsini Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçılarından olan Möhsüm Əliyev 1991-ci ilin yanvar ayında "Novruz" qəzetində dərc etdirmişdir. "On dəfə öldürülən" hekayəsi "Yeni Qafqasiya" jurnalında çap olunmaqla yanaşı sovet çekistlərinin bacarıqsızlığını, qeyri-peşəkarlığını, qəddarlığını ifşa edir.

Mirzə Bala Məhəmmədzadənin "İstiqlal mücadiləsi" (Bakı, 2018, 448 s.) adlı kitabını tərtib edərkən onun yalnız beş hekayəsini tapıb topluya daxil edə bilmişdik. "Cənnət quşu" adlı hekayə sayca altıncıdır. Bu hekayə görkəmli pedaqoq, publisist Ağabəy İsrafilbəylinin "Qırmızı günəş" adlı məktəb uşaqlarına məxsus iki həftədə bir dəfə nəşr olunan əxlaqi, ədəbi, fənni, müsəvvər (rəsmli) məcmuənin 1921-ci il 15 dekabr tarixli ikinci sayında çap olunmuşdur. Jurnalın yalnız üç sayı oxuculara ünvanlanmışdır. Ehtimal ki, jurnalın nəşri qadağan edilərək fəaliyyəti yarımçıq dayandırılmışdır. Çünki, Cəmo bəy Cəbrayılbəylinin "Şahmarın iskələyə (limana) getməsi" adlı uşaqlar üçün yazdığı bir məclisli komediyası məcmuənin ikinci üçüncü saylarında çıxsa da, əsərin nəşri dördüncü nömrə çap olunmadığı üçün yarımçıq qalmışdır.

Mirzə Balanın "Cənnət quşu" hekayəsinin emosional təsir imkanları güclüdür. Yüz il əvvəlki insanlıq mənzərəsinin məyusedici, mərhəmətdən uzaq tipik lövhəsi aktuallığı ilə emosional gücü daha da artırır. Sərvətlə nüfrət üz-üzədir. "Böyük hündür bir evin divarı dibində dilənçi bir qadın" xəstə, son nəfəsdə olan oğlunu, ciyərparasını bərk-bərk bağrına basıb yalvarır, əlac diləyir, mərhəmət umur. Lakin, hündür daş binalar daşqəlbli insanlar ana fəryadına biganədir... Son nəfəsdə olan oğlunun sualı ananı ümidləndirir... sağalacağına inamını artırır, hər halda oğlu sual verir: "- Anacan! Sən həmişə böyük Tanrıya dua oxuyarsın. Həmişə söylərsən ki, böyük Tanrı bizləri unutmaz. Bəs üçün bizlərə bir yardım göstərməyor?"

Ananın cavabı oğulu xəyalların qanadlarında Mələklərin yanına, Yaradanın dərgahına, Cənnət bağına aparır, Cənnət quşuna çevirir...

Əsərin ən ülvi məziyyətləri insanın ən ağır məqamda ümidini, nikbinliyini qoruyub saxlaması, Tanrıya, müqəddəs varlığa sarsılmaz inamın ifadəsi, əqidə dönməzliyi, əxlaqi paklıq mənəvi zənginliyin aşılanmasıdır.

 

Asif Rüstəmli

Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S. 9.