Mirzə Fətəli Axundzadənin məktubları

 

Dördüncü yazı

 

"Ey Cəlalüddövlə, bu sözlərdən sən güman eləmə ki, mən bəlkə başqa din məzhəbləri islama mürəccəh tuturam. İş ona qalsa, yenə islam dini sair ədyanlardan bərgüzidə mənim məqbulumdur" (s.22).

M.F.Axundzadə digər məktublarında da onu islam dinini tənqid etməkdə günahlandıranlara cavab verirdi ki, mən müsəlman xalqlarını geri qoyan dini yox, xurafatı, cəhaləti, fanatizmi tənqid edirəm.

Kəmalüddövlə yazır ki, şəhərləri abad etmək, yolları düzəltmək əvəzinə, "çürümüş sümüklərə hər gün beş-altı kəlmə ərəb dilində  fatihə oxumaqla" (s.24) məşğul olurlar.

Arvadı Ayişə bir gün Hz. Məhəmməddən soruşur: "Sən Allahın peyğəmbərisən, Allahın mərhəməti olmasa, sən cənnətə düşə  bilməzsən?" O, əsəbi halda üç dəfə başına vurur deyir: "Yox, Yox, Yox! Ədalət mərhəmət hər bir cəmiyyətin mənəvi-əxlaqi  tarazlığını qoruyur".

" İran əhli bu günə qədər anlamamış ki, uşaqların tərbiyəsində çubuq sillə vurmaq onların əxlaqını pozur, təbiətlərini alçaldır, fitri cövhərlərini boğur, qorxaq yalançı edir" (s.32). Çubuq fələqqə XIX əsrə qədər - M.F.Axundzadənin dövründə bir Şərq ölkəsi olaraq bizim məktəblərin əsas tədris tərbiyə vasitəsi idi. Bu üsul uşaq vaxtı şəxsiyyəti təhqir edir, alçaldırdı. Bunun üçün "Dəli kür" bədii filminə baxmaq məsləhətdir.

Kəmalüddövlə ikinci məktubunda yazırdı: "Həkimanə tədbirsiz min illər keçəcəkdir ki,  İran əhli qəflətdən oyanmaz. Bu sözdən despot xürsənd olmasın ki, İran əhli qəflətdə qalacaq, o da qoyun kimi bu adam xalqın içində bizaval səltənət edəcək" (s.44).

M.F.Axundzadə yenə   maarifin, savadın - "həkimanəliy"in xalq üçün əhəmiyyətini qeyd edir, despotizmi tənqid edir, onun tarixi perspektivsizliyini göstərir.

Əgər məzardan dura bilsəydi ki, İran bu gün orta əsrlərdən uzağa gedə bilməyib, bu gün bəşəriyyət güclü sivilizasiya keçirdiyi XXI əsrdə həmin dar ağaclarından günahsız insanlar asır, mövhumat əlaməti olan iri əmmamələr, qara çadralar pərəncələr insanlara zülm etməkdədir. İkinci məktubda Molla Sadığın günah, cəhənnəm haqqında cəfəngiyyatları yer alır. Bu cəfəngiyyatlar fanatizm, xurafat, mövhumata bəraət qazandırır. Molla Sadıq heç kəsin görmədiyi cəhənnəm dəhşətlərindən, moizələrlə insanları bu dünya malından uzaq durmağa, o biri dünyaya (!) hazırlaşmağa səsləyir (bax: s.48-49).

Mövhumatçı dindarlar insanları cəhənnəm əzabı ilə qorxudaraq deyirdilər: "Nəqamət çalma, haramdır, nəqamətə qulaq asma, haramdır; nəqamət öyrənmə, haramdır; teatr, yəni tamaşaxana qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmə, məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc oynama, haramdır; nərd oynama, haramdır; rəsm çəkmə, haramdır; evdə heykəl saxlama, haramdır" (s.51). Əlbəttə, bütün bunlar, savadsız mollaların iftirası idi, onlar istəmirdilər ki, xalq savadlansın, savadlı xalqı aldatmaq çətin idi. Quldurlar, oğrular, fahişələr bundan sui-istifadə edirdilər. Bu cahiliyyə dövründən yenicə çıxmış bədəvi ərəblərə səcdə edirdi, onlar namus, vicdan nədi, bilmirdilər. Bu məktubda M.F.Axundzadə müxtəlif din adamlarının, imamların əməllərindən bəhs edir onları maarifçi filosof kimi tənqid edir. İkinci məktubun ikinci yarısında Mirzə Fətəli vəhdəti-vücud fəlsəfəsini özünəməxsus tərzdə izah edir. Bu zamana o, Şəms Təbrizinin, Mövlanə Cəlaləddin Ruminin (sufilərin!) adını çəkir. O, vəhdəti-vücudu, orta əsrlərdə, həm Şərqdə, həm Qərbdə yayılmış məfkurəni şübhə altına alır: "Pəs küll cüzlə, yəni özü-özünə necə deyə bilir ki, məni tanı; aya, küllün cüzvdən dərin nədir?... Aya, baş ələ necə deyə bilir ki, sən mənə ibadət eylə..." (s.71-73).

M.F.Axundov materialist-maarifçi kimi bu məsələdə ziddiyyətə varırdı... Vəhdəti-vücudun düsturu belədir: Dənizin suyunun şor olduğunu bilmək üçün dənizi bütöv içmək lazım deyil, bir damla kifayətdir. M.Fətəlinin İslam Peyğəmbəri haqqında fikirləri bir qədər ziddiyyətlidir: "Peyğəmbərimiz Mədinəyə köçdükdən sonra, başına bir çox tərəfdarlar yığışdıqdan sonra işində irəliləyiş görərək özü qüdrət dövlət sahibi olduqdan sonra vəziyyətini dəyişdi. Ədalət insafı tamamilə kənara qoydu, qan tökməyə, rəhmsizliyə başladı, "Müşrikləri öldürün!" ayəsini göndərdi, bəni-Qürezə qəbiləsini mühasirə etməyi əmr etdi. Peyğəmbər onların üzərinə hücum etdi, qalalarını tutdu mallarına sahib oldu, onların arvad-uşaqlarını əsir etdi, kişilərin boyunlarını vurdurdu. Bu macəra ilə biz kainatın Allahını necə ədalətli saya bilərik?!" (s.78).

"Kəmalüddövlə məktubları" traktatında belə suallar çoxdur onlara birmənalı cavab vermək çətindir.

M.F.Axundov heç yerdə İslamın əsas kitabını - Quranı tənqid etməyib. Biz bu fikirdəyik dəfələrlə yazmışıq ki, biz insanları bir-birindən ayıran adamları müqəddəsləşdirib, adına Peyğəmbər demişik. M.F.Axundzadə bunu həll edən ilk Şərq mütəfəkkiri idi. Mirzə Fətəli Aişənin cavan döyüşçüsü Səfvanla şübhəli əlaqəsini - gecə bir yerdə qalmalarını da ikinci məktubda xüsusi qeyd edir (bax: II cild, s.86-87).

Kəmalüddövlənin üçüncü məktubu Molla Cabbar mərsiyəxanın mərsiyə oxutmasından, Əli ibn Əbu Talibin vəfatı ilə bağlı mərsiyyəyə  - şiə mərasimində iştirak etməsi ilə başlanır. O, yazır: "Mən özüm şiə məhəbbət, necə ki, sən bilirsən, mənim ki, nəüzibillah əimmeyi-ətharə büqüzüm yoxdur mükərrər  sən özün ənmməmim əxlaqi-cəmilə ətvari-həmidələri babında məndən nədhlər eşidibsən..." (s.106).  

 

***

Dördüncü məktub İran şahzadəsi Cəlalüddövlənin Hindistan şahzadəsi Kəmalüddövləyə cavab məktubudur, Cəlalüddövlə yazır ki, ərəblər tarix səhnəsinə çıxana qədər farslar əhli-İran vəziyyətdə idi? "Aya, onlar deyildi ki, analarını, bacılarını qızlarını əmməllərini, xalalarını nikah edirdilər?" (s.124). qeyd edir ki, heç meşələrdə gəzən vəhşi heyvanlar da belə tutmurlar. "Mən Firdovsinin əşarını öz sözün təqviyyətində misal çəkirsən, Firdovsi özü sənin kimi bir laməzhəbin birisi idi...

Firdovsi o səbəbə fürsləri mədh, ərəbləri zəmm edir ki, özü fürs idi" (s.25-26). M.F.Axundzadə sənətkara milli dini mənsubiyyətinə yox, təsvir tərənnüm etdiyi bədii-fəlsəfi qayəyə, poetik novatorluğa, pozitiv estetik idealın aydınlığına görə dəyər verirdi. O, görkəmli filosof, Şərqdə sosiologiya elminin banisi Əbdürrəhman ibn Xəldun barəsində yazıb: "Əbdürrəhman ibn Xəldunu, mən, yaxşı tanıyıram. O, bəni-üməyyədəndir. Əbu Süfyan onun əmisidir, Müaviyə onun əmisi oğludur. Öz kitabında Müaviyənin Bəni-üməyyənin tərəfini saxladığını... görürsənmi?" (s.127). İbn Xəlduna olduğu kimi, M.F.Axundovun İbn Sinaya münasibəti yaxşı deyildi: "Bu Əli Sina dəxi bir şürbi fasiqin birisi idi" (s.128). Mirzə Fətəli Kəmalüddövləni çox sərt tənqid edirdi: "İnsan məgər heyvandan gərək biqeyrət olsun? Öz cüftünü öz əli ilə biganə erkəyə versin. ...şövhər öləndən sonra arvad sütti olmaq, yəni özünü şövhərin cəsədi ilə bir yerdə diri gözlü atəşə yandırmaq səfahətdir... yeddi il sərasər samit oturmaq əlini başına qoyub hərəkət verməmək bu qəbil şeylər küllən əhnəqlikdir... zəkərə fərcə sitayiş etmək xəriyyətdir ana ilə,  bacı ilə qız ilə, fərzəndi ilə, əmmə ilə xala ilə cima etmək qəbihdir adam öldürmək günahı-əzimdir? ... kişilər doğmayan arvadlarını mürşidlərinin yanına aparıb gözlərinin qabağında mürşidlərinin arvadları ilə cima etdirmək ki, uşaq doğsunlar səfahətdir? Öz qızlarını bərəhmənlərin yanına aparıb gözlərinin qabağında cima etdirmək binamusluqdur" (s.129).

Məktublar Şərq - hind mənəvi-əxlaqi "qaydaları"nı cəsarətlə ittiham edir. Eləcə , despotizmi tənqidə məruz qoyur. "Bizim padşahımız despot idisə , Allaha şükür, genə özümüzdəndir, allaha şükür ki, biz sizin kimi biganə millətin əlində giriftar olmamışıq" (s.131).

"Kəmalüddövlə məktubları" M.F.Axundzadənin XIX əsrin ikinci yarısında - 1865-ci ildə Azərbaycan  dilində - türkcəsində yazmış, Mirzə Yusif xanla birlikdə fars dilinə tərcümə etmişdir. Əsəri 1874-cü ildə Adolf Berts ilə bahəm, rus dilinə tərcümə etmişdir. 

"Kəmalüddövlə məktubları"nın mülhəqatı onları dərk etmək üçün xüsusi maraq doğurur. Birinci məktubun mülhəqatında deyilir: "Kəmalüddövlə" müəllifinin o qövmdən bizə yadigar qalan rədd olunmuş murdar yazının əlindən xilas edib millətimizi cəhalət qaranlığından mərifət işığına çatdırmaqdır" (s.132). Təəssüf ki, Mirzə Fətəli müasirlərinin nadanlığı cəhaləti səbəbinə bu vacib nəcib məqsədinə  çata bilmir. Ona görə üçüncü məktubun mülhəqatında yazıb: "din iman, elm fəlsəfə iki zidd halətdir, qətiyyən bir yerə toplana bilməz. Din iman sahibi olan adam, alim filosof sayıla bilməz, əgər elm fəlsəfə sahibi olursa, dindar mömin ola bilməz" (s.150).

Qafqazda yaşayan "iki böyük türkdən biri" (Ziya Göyalp) Mirzə Fətəli Axundzadə hələ dramaturq kimi, maarifçi filosof kimi öz həqiqi qiymətini almamışdır. Səbəb  totalitar sovet ideologiyasının basıncıdır.

1877-ci ildə M.F.Axundzadə ürəkşişmə xəstəliyinə tutularaq yatağa düşür. 1878-ci il mart ayının 10-da onun yanına gələn İsrafil bəy Yadigarov ondan soruşur: - Mirzə, siz sayaq dəfn olunmağınızı istərdiniz? Mirzə Fətəli son gücünü toplayıb belə cavab verir: - Siz bilirsiniz ki,  mən heç bir dinə inanmıram... Məni istədiyiniz kimi dəfn edərsiniz.

Mirzə Fətəli Axundzadə, həm şair ("A.S.Puşkinin ölümü haqqında Şərq poeması"!), həm nasir ("Aldanmış kəvakib"), həm görkəmli dramaturq (6 komediyadan ibarət "Təmsilat"), həm tənqidçi ədəbiyyat sənət nəzəriyyəçisi, həm materialist filosof Azərbaycan maarifçi realizminin banisi idi. XIX əsrin ortalarından bu sahələrin ( janrların!) hər birində o, "ilk" idi.

M.F.Axundzadə özü bütöv bir epoxa -  Yeni dövr Azərbaycan ədəbiyyatının yaradıcısı idi.

 

Nizaməddin ŞƏMSİZADƏ

Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S.20.