Pol Osterin stolüstü kitabları
Pol Oster, şübhəsiz
ki, amerikan ədəbiyyatının
yaşayan ən önəmli təmsilçilərindən
biridir. "Qış
gündəliyi", "Nyu-York
trilogiyası", "Son şeylər
ölkəsində", "Yalnızlığın kəşfi",
"İlluziyalar kitabı",
"Qırmızı dəftər",
"Leviathan", "Vəhy gecəsi", "Duman",
"Bruklin çılğınlıqları",
"Görünməyən", "Yüksəklikdən qorxma",
"Qaranlıqdakı adam",
"4321" kimi romanları
ilə tanıdığımız
P.Oster təsadüf,
tale, ailə həyatı,
yazarlıq və şəxsiyyət mövzularının
ətrafında çox
yaxşı uydurulmuş
hekayələri ustalıqla
qələmə alan yazardır.Görəsən, dünyaşöhrətli
yazarın özünün
ən sevdiyi, daima əlinin altında saxladığı,
həyatına yön
verən, onunçün
xüsusi məna kəsb edən kitablar hansılardır? Birlikdə nəzər yetirək.
1. Migel de Servantes "Don Kixot"
"Don Kixot" Lamançlı
Don Kixotun macəralarından
ibarət ikihissəli
roman olmaqla, ədibin dünya şöhrəti
qazanmasında əsas
yer tutur. Servantesin bu romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub və dünya ədəbiyyatında ən
populyar kitablardan biri sayılır. Don Kixot obrazı isə insan təbiətinin tipik göstəricisi kimi götürülərək psixoloji
kateqoriya kimi başa düşülür.
Fəlsəfədə "donkixotluq" kimi anlayış yaranıb və bununla bağlı çoxlu sayda kitablar yazılıb. Romanın birinci hissəsi 1605-ci ildə, ikinci hissəsi isə 1615-ci ildə çap olunub. Hər iki hissə ispan dilində yazılıb. Servantesin bir çox həmkarları və davamçıları Don Kixotun
səyahətini təsvir
edən, onun romanına oxşayan əsərlər yaratmağa
çalışıblar. Sonrakı
əsrlərdə yazıçılar
bu mövzuya yenidən qayıdaraq Don Kixot mövzusunu yeni aspektdən təsvir ediblər. Don Kixot obrazı incəsənətin
müxtəlif sahələrində
təcəssüm etdirilib.
Servantesin qəhrəmanı
bədii filmlərdə,
heykəltəraşlıq nümunələrində, rəsmlərdə
və musiqi əsərlərində öz
əksini tapıb.
2. Lev
Tolstoy "Hərb və
sülh"
İlk dəfə, 1869-cu ildə
nəşr edilən
"Hərb və sülh" romanı Rusiya yazıçısı
Lev Tolstoy tərəfindən yazılıb. Roman dünya
ədəbiyyatının ən
mühüm nailiyyətlərindən
və vacib əsərlərindən biri
kimi qiymətləndirilir.
"Hərb və sülh" L. Tolstoyun digər əsəri olan "Anna Karenina" (1873-1877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur.
"Hərb və sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə
baş vermiş hadisələri və
Napoleon erasının Rusiyada
Çar cəmiyyətinə
təsirini, bu təsirin doğurduğu nəticələri beş
zadəgan ailəsinin
nümunəsində təsvir
edir. "Hərb və sülh", dünyada daha çox uzun roman kimi tanınıb. Ümumilikdə dörd kitabdan ibarət olan romanın hər bir kitabı
da ayrıca fəsillərə
bölünüb. Romanın
ilkin versiyası
1865-1867-ci illərdə "Rus Xəbərçisi" qəzetində
silsilə şəklində
"On il 1805" adı ilə
nəşr edilib.
Roman tam şəkildə, ilk dəfə 1865-ci ildə nəşr edilib. 2009-cu ildə "Newsweek" tərəfindən
tərtib edilmiş
"Top 100 Kitablar" sırasında
"Hərb və sülh" birinci olub.
3. Herman Melvill "Mobi Dik"
Balina ovçusu kapitan Ahav ilə nəhəng
ağ balinanın macəra dolu mübarizəsindən bəhs
edən, oxucunu daim həyəcanda saxlayan əsər bir-birindən maraqlı səhnələrlə zəngindir.
Məşhur Amerika yazıçısı Herman
Melvill onlarla romanın müəllifi olsa da, romanların heç biri ona "Mobi-Dik" əsəri qədər şöhrət qazandırmayıb.
Halbuki 1851-ci ildə qələmə alınan
bu romanın ilk nəşri də uğurlu alınmayıb.
Lakin Melvillin ölümündən
sonra "Mobi-Dik",
sanki yenidən kəşf edilib və bestsellerə çevrilib. Romanın müəllifi isə dünya ədəbiyyatının
böyük yazıçılarından
biri kimi qəbul olunub.
4. Fyodor Mixayloviç Dostoyevski
"Cinayət və cəza"
"Cinayət və cəza" romanı birinci dəfə 1866 və 1867-ci illər arası, 12 ay ərzində
aylıq "Rus Xəbərçi"
ədəbi jurnalında
hissələrlə nəşr
olunub. Bu, Dostoyevskinin Sibir sürgünündən
sonra yazdığı
ikinci romanıdır.
Bu roman onun "yetkin"
dövrünün birinci
romanı sayılır.
"Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən
birini əks etdirir. Bu roman Dostoyevskinin beş böyük romanından birincisidir. Bundan sonra, yazıçı
özünün məşhur
"İdiot", "Şeytanlar",
"Yeniyetmə" və
"Karamazov qardaşları" romanlarını yazıb.
"Cinayət və cəza" romanı Dostoyevski yaradıcılığında
yeni mərhələnin başlanğıcı
hesab edilir.
5. Marsel Prust "İtirilmiş zamanın axtarışında"
"İtirilmiş zamanın axtarışında" Marsel
Prustun həyatının
son 17 ilində yazdığı
nəhəng romandır.
Roman ümumilikdə 4215 səhifədən
ibarətdir. XX əsr
ədəbiyyatının ən
böyük əsərlərindən
biri hesab olunur.
6. Ceyms Coys "Uliss"
Ceyms Coysun 1922-ci ildə qələmə aldığı
"Uliss" romanında
cəmiyyətdə ictimai
bərabərsizlik, ümidsizlik,
inamsızlıq öz
əksini tapıb. Romandakı bütün hadisələr bir günün ərzində
- 1904-cü ilin 16 iyununda,
Dublində cərəyan
edir. Həmin o yay gününün təsvirinə
isə Coys nə az, nə
çox - ömrünün
düz yeddi ilini sərf etməli olub.
7. Nataniel Hotorn "Qırmızı ləkə"
Amerikan ədəbiyyatında indiyə
qədər yazılan
yaradıcı əsərlər
arasında ən yaxşısı olaraq qiymətləndirilən "Qırmızı
ləkə", sözsüz
ki, bəşəriyyətin cinayət, günah və qürurla girişdiyi, sonu olmayan mübarizəsini ortaya qoyan bir
şah əsərdir.
Nataniel Hotorn da Amerikanın puritan mirasından
bəşəri bir klassik yaratmağı bacaran ilk amerikan yazar hesab edilir.
8. Frans
Kafka "Qəsr"
"Qəsr" Frans Kafkanın
yazmağa başlayıb,
ancaq tamamlaya bilmədiyi romanıdır.
O, Kafkanın ölümündən
sonra, 1926-cı ildə
çap olunub. Bu roman
XX əsrin başlıca
kitablarından biri hesab olunur. Qəsrə
gedən yolun təsviri ilə başlayan romanın süjet xətti, həm sadə, həm də xeyli dərəcədə
mürəkkəbdir. Bu, bir-birinə
bağlı müxtəlif
hekayətlərin dolaşıq
əlaqəsindən yaranır.
Oxucunu bu çətin labirintlə
Qəsrə doğru aparan Kafka totalitar cəmiyyətin bütün
mahiyyətini ortaya qoyur.
9. Samuel Bekket "Trilogiya"
S.Bekketin "Trilogiya"sına
"Molloy" (1951), "Malon ölür"(Malone meurt,
1951) ve "Adsız"
(L'innommable, 1953) adlı
üç romanı daxildir. Bu üç romanda Bekketin yetkinlik dövründəki
tərzinin və istifadə etdiyi mövzuların inkişafı
müşahidə edilir.
Məsələn, "Molloy" zaman, məkan, hərəkət
və mövzudan ibarət olan ənənəvi roman elementlərini
daşıyır və
müəyyən mənada,
detektiv romandır.
"Malon ölür"
əsərində isə,
məkan ilə zamanın axarı varlığını davam
etdirərkən, mövzu
və aksiya böyük nisbətdə
aradan qalxıb. Romandakı əsas hərəkət amili daxili monoloq şəklini alıb. Son olaraq, "Adsız" əsərində bütün
zaman və məkan duyğusu yox edilib. Romanın əsas mövzusu bir "səs"in yaşamağı davam etdirmək üçün
davamlı danışmaq
məcburiyyətində olması
ilə ən az onun qədər
qüvvətli impuls olan səssizliyi axtarması arasındakı
münaqişədir. Burada
Bekketin müharibənin
dünyanı nə hala gətirdiyinə dair təcrübələrinin
izlərini tapmaq mümkündür. Bu romanlar
nümunə göstərilərək
Bekketin əsərlərinin,
adətən pessimist olduğu
qeyd edilir.
10. Lourens
Stern "Tristram Şandi"
"Tristram
Şandi, Centlmenin həyatı və fikirləri", həmçinin
"Tristram Şandi" kimi
tanınan əsər
"Don Kixot" əsərindən
ilhamlanaraq yazılıb.
Roman 9 cilddə yazılıb.
İlk ikisi 1759-cu ildə,
yeddisi sonrakı yeddi il ərzində nəşr olunub. Şüur axınının
povest texnikasının
istifadəsi, adətən
modernist romançılarla əlaqələndirilsə də,
Tristram Şandi bu texnikanın müjdəçisi
hesab olunur.
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, №3.- S.32.