Mətbuatımızın İrəvan
səhifəsi
İrəvan - qədim Oğuz
yurdu, əski Azərbaycan şəhəri.
Hələ Çar Rusiyası dönəmində
Bakıda bir sıra dərgilər, qəzetlər mətbuata
vəsiqə qazananda,
İrəvan ziyalıları,
müəllimləri də
bu işlərdən kənarda qalmırdılar.
"Kəşkül", "Füyuzat", "Kaspi",
"Həyat", "Molla
Nəsrəddin" kimi
həyati dərəcədə
önəm kəsb edən qəzetlərin və jurnalların fəaliyyəti ilə tanış olur, həmin mətbu orqanların rəhbərləri
ilə əməkdaşlıq
edirdilər. Hətta Firudin bəy Köçərli, Haşım
bəy Vəzirov kimi münəvvərlərimiz
İrəvanda yaşadıqları
müddətdə imzaları
ilə "Kəşkül"
qəzetinin səhifələrində
görünər, yurddaşlarımızın
qayğılarını, problemlərini
yazıya alardılar.
Bu səbəbdən İrəvanda
Azərbaycan mətbuatını
iki dövrə: Çar Rusiyası və Sovet dönəmlərinə
ayırsaq, əsla, yanılmarıq. Hələ
1911-1912 və 1914-cü illərdə
nəşr olunan
"İrəvan xəbərləri"
qəzetinin varlığından
da danışsaq, İrəvanda
Azərbaycan mətbuatının
ilkin qaynaqlarından agah olmuş olarıq. O dönəmlərin
araşdırmaçısı, mərhum tarixçimiz, jurnalistimiz İsrafil Məmmədovun qızı
Xatirə İsrafilqızı
ilə söhbətlərim
bəndənizə bu
ovqatda nələrsə
yazmağa ruh verdi. Sayğıdəyər
alimimiz İsrafil müəllimin müəllifi
olduğu "İrəvan
dəftəri" kitabını
Xatirə xanımın
mənə hədiyyə
etməsi bu yazını
qələmə almaq
üçün əsl
stimul oldu.
Yeri gəlmişkən, İrəvanda
Azərbaycan mətbuatı
haqqında əldə
etdiyim bəzi faktlara görə tarixçi-alim Nazim Mustafaya
da minnətdarlığımı bildirir və "Mətbuatımızın İrəvan
səhifəsi" adlı
analitik yazımı
"Ədəbiyyat qəzeti"nə
böyük məmnuniyyətlə
təqdim edirəm.
Mətbuatımızın İrəvan səhifəsi
Hələ ötən əsrdə,
daha konkret desək, 1972-ci ildə mərhum tədqiqatçımız
İsrafil Məmmədov
namizədlik dissertasiyasında
İrəvanda Azərbaycan
mətbuatının tarixini
gün işığına
çıxarıb.
O, XX əsrin əvvəllərində
çap olunan "Lək-lək", "Bürhani-həqiqət"
jurnallarının və
bir sıra mətbu orqanların fəaliyyətini araşdırmağa
müvəffəq olub.
Təqvim
1914-cü ilin fevral ayının 22-ni göstərirdi.
İrəvanda ilk anadilli
mətbu orqanımız
olan "Lək-lək"
işıq üzü
görür. Elə soydaşlarımız da bu
məcmuənin yaranması
ilə işıqlanmağa,
elmə, maarifə doğru ciddi addım atmağa nail olurlar.
Mir Məhəmməd Mirfətullayev
və Cabbar Əsgərzadə "Molla
Nəsrəddin" yolunu
tutmaq, lakin öz dəst-xətti ilə seçilən bir məcmuə yaratmaq naminə meydana atılırlar. Satirik jurnal olan "Lək-lək"in
hər nömrəsinin
üz qabığında
"Bu, türk dilində
həftəlik məzhəkəli
məcmuədir" sözləri
yazılarkən, məcmuəçilər
hədəflərini də
gizli saxlamış deyildilər. Xurafata, cəhalətə, yurddaşlarımızın
istismarına qarşı
böyük bir cəbhə açan
"Lək-lək" tezliklə
cəmiyyətdə qamçılanır,
radikal dindarların sərt tövrləri ilə üz-üzə qalırdı. Lakin ruhdan düşməyən məcmuəçilər,
fürsət bulduqca Çar Rusiyasının yerlərdəki siyasətini
ifşa edir, xalqlara qarşı olan rəzil mövqeyini tənqid atəşinə də tuturdular. Necə? Təxminən bu sayaq:
Millətdir, demə ki, köhnə
mitildir, bu mitil,
Soluxub yanə düşüb, bir daha tutmaz
bu şitil.
1914-cü
il iyunun 30-u... Məcmuənin
sonuncu - 12-ci sayı...
Amansız Çar rejimi "Lək-lək"
mətbu orqanını
ana bətnindəcə boğdu.
Boğdu ki, analar, atalar, övladlar maarif çeşməsindən
su içməsinlər,
elm, tərəqqi təamından
doyunca dadmasınlar. Boğdu ki, hələ uzun illər İrəvan şəhəri
anadilli mətbuatımıza
həsrət qalsın.
Sovet dönəmində isə
İrəvanda nəşr
olunan ilk qəzet
"Kommunist" qəzeti
olub. İrəvan Şəhər Partiya komitəsinin orqanı kimi "Rəncbər"
qəzetinin fəaliyyətini
də o illərdə
görürük.1923-cü ildə qapadılan bu qəzet yerini "Yeni fikir" qəzetinə verməyini də araşdırma yazılardan
öyrənə bilirik.
Bala Əfəndiyevin redaktorluğu ilə uzun və gərgin
əməyin nəticəsi
kimi "Zəngi"
qəzetinin fəaliyyətə
başlaması faktı
da qeydə alınıb.
Bu qəzetin adı dəyişərək, 1929-cu ildə
"Qızıl şəfəq"
kimi tarixiləşib.
Əslində İsrafil Məmmədov
kimi jurnalistlərimizin,
redaktorlarımızın fəaliyyəti
Sovet dönəmində
heç də asan olmayıb. Qərb mətbuatına, hətta erməni alimlərinin dəlillərinə
istinadən yazdığı
əsərlərindəki Azərbaycan
həqiqətlərini alt-üst
edə bilmədiklərini
görən daşnaklar
fədakar alimimizin İrəvanda evini yandırırlar. Hələ
1967-ci il idi. Hələ
beynəlmiləl şüarların
qulaq pərdələrimizi
dəlmə-deşik edən
çağları idi.
Guya ki, quzunun qurdla otladığı yer idi ucsuz-bucaqsız
sovet ölkəsi.
O üzücü hadisəni
bəndənizə danışarkən,
Xatirə xanımın
həyəcandan köksü
qabarır, gözləri
dolur, nitqi quruyurdu. Sən demə, çox çətinliklə İsrafil
müəllim və ailəsi bu bəladan xilas ola bilib. Bu da son deyildi.
1990-cı ildə alimimizin
başı yenə müsibətlər görür.
Erməni şovinistləri
İrəvanda Azərbaycan
ailələrini qətlə
yetirəndə, gecənin
ənginliyində minbir
müsibətlə İsrafil
müəllim və həyat yoldaşı İrəvandan qaça bilirlər. Azərbaycanda isə hamı onları həlak olmuş bilirdi. Bakıya döndükdən
sonra yaşadığı
mənhus olaylar nəticəsində bir neçə müddət
gözləri də tutulub İsrafil Məmmədovun, amma tarixçimiz qələmini
yerə qoymadı, yenə yazdı, yenə araşdırdı;
qədim yurdumuz haqqında silsilə əsərlər ortaya qoydu. İrəvan, Qərbi Azərbaycan yurdumuz haqqında yazdığı "Tariximiz,
torpağımız, taleyimiz"
kitabını bizə
ərməğan elədi.
İrəvanda mətbuat tariximizə
nəzər yetirəndə
görürük ki, qəzet,
jurnallarla yanaşı,
həm də İrəvan Radiosunun
"Azərbaycan dilində
verilişlər redaksiyası"
bu mənada, çox böyük işlər görüb.
Ta ki, 1988-ci ilin dekabrına
qədər - redaksiya
fəaliyyətini dayandırmağa
təhrik edilənə
kimi. Lakin nə xoş ki, millət təəssübündə dayanan
alimlərimiz onların
işini, zəhmətini
tarixin yaddaşına
köçürə biliblər.
Təkcə tarixin deyil, həm də ədəbiyyat saxlancı, ədəbiyyat
faktıdır bunca görülmüş işlər...
"Ədəbiyyat", - dedim,
bir ədəbi epizod düşdü yadıma.
Mərhum
yazıçımız Əli
İldırımoğlunun vaxtilə "Dərd"
kitabının işıq
üzü görməsini
epizod yox, hadisə adlandırardım.
Gərək ki, 1993-cü il idi, təxminən 10 yaşım olardı. O kitabdan Cavid əmiyə (akademik, Ali Sovetin deputatı, nəcib insan, şair Cavid Axundovu (Salmanoğlunu) nəzərdə tuturam) də öz imzası ilə hədiyyə eləmişdi
Əli müəllim.
İlini də deyə bilərəm sizə - 1995-ci ildə. Bu
günə kimi də "Zorən jurnalist" və "Dərd" kitablarını
Əli İldırımoğlunun
Cavid əmiyə ən böyük bəxşişi sayıram.
O kitablar indi də
Əli müəllimin
və Cavid əminin ən böyük xatirəsi kimi, gecə-gündüz,
gündüz-gecə kitab rəfimi
müzəyyən eləməklə
məşğuldur. Yurdumuzun
başına gələn
faciələri "Ayılmadıqca
aldanırıq" sənədli
oçerkində mükəmməl
yazıya alıb Əli İldırımoğlu.
Əli müəllim deyirdi:"Hələ Sovet hökuməti bizə beynəlmiləlçilik
nəğməsini xorla
oxutduranda, ermənilər
ərazi iddiası ilə tutuşub-yanır,
sovxoz, kolxoz yarışlarından sonra
təşkil olunan konsert proqramlarında
"Krunq", "Daşnaksütun"
kimi terrorçu partiyaların ideologiyalarına
xidmət edən nəğmələr oxuyurdular."
Bu gün də bədnam qonşularımız
o havaları sədalandırırlarsa,
biz də buna cavab olaraq tariximizə, keçmişimizə, mətbuatımıza
sahib çıxmalıyıq. Beynəlmiləlçilik nəğmələrinin
yerini ulus şərqilərinə,
türkün iftixar marşlarına verməliyik.
Deyəcəksiniz ki, ay Turan
Uğur, yenə də 1-ci şəxsin cəmi, yenə də "malı",
"məli", yenə
də feilin vacib şəkli?
Elədir
ki var! Yenə də biz - yenə də 1-ci şəxsin cəmi, yenə də feilin vacib şəkli!
Millət kimi sərsəm beynəlmiləlçilik
havalarına qol götürüb oynamaq vaxtını çoxdan arxada qoymuşuq. İndi dizimizin təpəri, qolumuzun qüvvəti bizə başqa havalar üçün gərəkdir. Lap elə Cabbar Qaryağdıoğlunun
"İrəvanda xal
qalmadı" kimi nəğmələrini sədalandırmaq
vaxtıdır. Ən
azı ona görə ki, bir daha torpaq həsrətindən,
Vətən qübarından
ürəyimizə xal
düşməsin!
Mətbuatımızın İrəvan səhifəsini vərəqlədikcə
böyük mazimizlə
yanaşı, həm də ümidverici istiqbalımız gözümüzdə
canlanır. Sanki Qərbi
Azərbaycan tariximizin
keşməkeşli, kələ-kötür
yollarına iri ağızlı şanə
kimi sığal çəkir İrəvan
mətbuatının dünəni.
Bəs sabahı? Sabahı isə bir zamanlar Əli
İldırımoğlunun nəql etdiyi rəvayətdən necə
dərs çıxarıb-çıxarmamağımızdan
asılı olacaq:
Rəvayət: "Günlərin bir
günü bağbanın
həyətindəki ilan
bağbanın oğlu
ilə yola getmir, əlinə fürsət düşdüyü
ilk andaca yeniyetməni
zəhərləyir. Həyətə
hay-həşir düşür,bunu eşidən
bağban becid çıxıb eyvana, özünü həyətə
tullayır. Həyətdən
yabanı götürür,
cumur ilanın üstünə.Görür
ki, iş-işdən keçib,
ilan bağbanın oğlunu çalıb artıq, biçarə yeniyetmə yerdəcə qıvrılır.
Bağban da var gücü
ilə yabanı endirir ilanın başına, ilan qıvraq tərpənir, amma yaba onun
başını yox, quyruğunu qoparır. İlan yaralı-yaralı
girir yuvasına. Bağbanın oğlu isə canını tapşırır. İlanın
intiqamından qorxan ev yiyəsi bir müddət gözə görünmür,
ilan da bağbandan qorxur, deyə həyətə hərlənmir.
Bu kin-küdurət içində
yaşamaq bağbana sonsuz dərəcədə
acı verir. Bir gün dostluq ismarıcını ilana çatdırır ki, daha
olan-olub, nə mənim oğlum sağalıb geri qayıdandır, nə də sənin quyruğun bitişəndir,
gəl, olanları unudaq, gəl, barışaq. İlan ilanlığını yerə
qoymur, deyir:
- Nə danışırsan,
bağban lələ?
Qiyamətə qədər
elə şey ola bilməz. Ev yiyəsi "niyə?"sini soruşanda, ilan dillənir:
- Nə sənin "bala dərdi"n keçəndir, nə mənim "quyruq yaram" sağalandır.
Bizdən daha dost çıxmaz!"
Deməli,
belə, dostlar! İlandan dost çıxmır
haaa...
07 yanvar
2024-cü il
Turan UĞUR
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S.30.