Tənqidçini duelə
çağıran, Tolstoyu
kumiri hesab edən, evdə tənha şəkildə
həyatını itirən
- məşhur fransız
yazıçı Marsel
Prust
Dünya
ədəbiyyatının, mədəniyyətinin tanınmış
nümayəndələrinin həyat və yaradıcılığı, bilinməyən
faktlar və təzadlı prinsipləri
özündə ehtiva
edən yaşam fəlsəfələri ilə
oxucuların diqqətini
çəkəcək "Artsizm" layihəsinin növbəti portreti məşhur fransız yazıçı Marsel Prustdur.
Marsel Prust XX əsrin ən mübahisəli yazıçılarından biridir.
Onun bir neçə ayrı romandan ibarət böyük əsəri
"İtirilmiş zamanın
axtarışında" hələ
də ədəbiyyatsevərlər
və tənqidçilər
arasında mübahisələrə
səbəb olur. Bundan əlavə, Prust, haqlı olaraq fransız ədəbiyyatında modernizm
cərəyanının ən
görkəmli nümayəndəsi
hesab olunur.
Yazıçının tam adı
Valentin Louis Georges Eugene Marsel Prustdur. Gələcək nasir və filosof
1871-ci il iyulun 10-da Parisdə
anadan olub. Prustun ailəsi şəhərdəki varlı
və görkəmli evlər dairəsinin bir hissəsində yaşayırdı. Uşağın
atası Adrian Prustun Səhiyyə Nazirliyində
vəzifəsi olub, anası Jan Veyl də imkanlı ailədən olub.
Marsel uşaq ikən xəstələnir və
doqquz yaşında ona astma diaqnozu
qoyulur. Xəstəlik
hücumları yazıçını
ömrünün sonuna
qədər təqib edir və bu,
Prustun xarakterində ciddi iz buraxır:
o, təmkinli bir xasiyyətə sahib olur.
Prust Fransanın paytaxtının
ən qədim liseylərindən birində
- Kondorsedə təhsil
alıb. Hər şeydən çox, gənc Marsel fəlsəfə və ədəbiyyatla maraqlanırdı,
səs-küylü oyunlara
və ya həmyaşıdlarına ehtiyac
duymadan, bəyəndiyi
əsəri saatlarla oxuya bilirdi.
Prustun xarakteri, ehtimal ki, on üç və ya on dörd yaşlarında doldurduğu
anket sayəsində ən dəqiq şəkildə təsvir
oluna bilər. Fakt budur ki, o zaman müxtəlif sorğular dəbdə idi. Həm uşaqlar, həm də böyüklər bir-birlərinə
anketlər verir, sonra bir-birlərinin cavablarını müzakirə
edirdilər. Artıq belə gənc yaşda Prust bir yeniyetmə üçün nadir olan mühakimə dərinliyi
və ehtiyatlılıq
nümayiş etdirirdi.
Liseyi bitirdikdən sonra Prust orduya getdi
və 1890-cı ilə
qədər ordu sıralarında xidmət
etdi. Sonra təhsilini
davam etdirmək qərarına gəldi və hüquq ixtisasını seçərək
Sarbonna Universitetinə
daxil oldu. Eyni zamanda Marsel
Prusta tez-tez dəbli salonlarda, o dövrün zadəganları
və ziyalıları
arasında rast gəlmək olardı.
Belə
yaradıcılıq gecələrinin
birində Prust gənc Marseli ilhamlandıran, eyni zamanda gəncin "Əyləncə və Günlər" adlı
ilk hekayə və eskizlər toplusunun (toplu 1896-cı ildə nəşr olunub) nəşrinə kömək
edən yazıçı
Anatol Frans ilə tanış
olur. Frans, hətta bu nəşrə müqəddimə də yazıb onun üslubunu
və düşüncə
tərzini yüksək
qiymətləndirmişdir. Ola bilsin ki, bu andan
Marsel Prustun tərcümeyi-halı başlayıb.
Anatol Fransın müsbət rəyinə baxmayaraq, Prustun ilk yazı cəhdi Marselin işini həvəskar hesab edən tənqidçilərin kifayət
qədər mənfi reaksiyasına səbəb
oldu. O dövrün şairi və nasiri Jan Lorenin xüsusilə, kostik şərhləri Prustu o qədər incitmişdi
ki, o, hətta tənqidçini
duelə çağırmışdı.
Bir neçə il sonra,
1892-ci ildə Prust öz jurnalını yaratmağa qərar verdi. Nəşr
"Bayram" adlanırdı. 1894-cü ildə Marsel ictimaiyyətə şeirlər
toplusunu təqdim edərək, gücünü
sınadı. Bu kitab tənqidçilərin
diqqətindən yayınmadı
və Prust, nəhayət, həvəskar
reputasiyası qazandı.
Lakin bu fakt Marsel
Prustun yaradıcı təbiətini seçdiyi
yoldan dönməyə
məcbur etmədi və 1895-ci ildə yazıçı ilk irimiqyaslı
əsəri - "Jan Santeul"
romanı üzərində
işə başladı.
Dörd il sonra Prust romandan imtina etdi, lakin
sonradan, sonrakı kitablarda bu əsərin
bir çox süjet xətti üzərində işlədi.
1907-ci ildə "Le Figaro" qəzetində
Marsel Prustun məqaləsi dərc olundu, burada yazıçı günahkarlıq
hissi və insan yaddaşının özəllikləri haqqında
müzakirələr aparmışdı.
Prustu açıq-aydın
narahat edən bu mövzular sonralar "İtirilmiş
zamanın axtarışında"
romanları silsiləsində
əsas rol oynadı. Prust da bu epos üzərində işləməyə 1907-ci ildə
başlayıb. Əvvəlcə
müəllif, əsəri
üç hissəyə
bölərək iki cilddə nəşr etməyi planlaşdırırdı.
Prust eposun ilk variantına dörd il sərf etdi. 1911-ci ildə yazıçı "Duyğuların
kəsilməsi" adlı
romanlar silsiləsini tamamladı. Əsər üç hissədən
ibarət idi: "İtirilmiş vaxt",
"Çiçəklənən qızların kölgəsi
altında" və
"Qazanılan zaman". Təəssüf
ki, heç bir naşir Marsel Prust dastanını çap etməyə razılıq vermədi. Yalnız Bernard Grasset nəşrdən
imtina etmədi (müəllifin hesabına),
lakin orijinal versiyada ciddi ixtisarların edilməsini
tələb etdi.
Bir il sonra Marsel Prust
daha bir roman yazdı - "Svanna doğru". Bu əsər
də oxucuları sevindirməyib. Lakin Prust işini davam etdirərək dastana daha iki əsər ("Əsir" və "Qaçaq") əlavə
etdi. Və 1919-cu ildə "Çiçəklənən
qızların kölgəsi
altında" romanı
yenidən nəşr
olundu və Marsel Prusta nüfuzlu
"Qonkur Mükafatı"nı
qazandırdı.
Ümumiyyətlə, "İtirilmiş
zamanın axtarışında"
romanlar silsiləsi, həqiqətən, monumental idi.
Prust yeddi əsər nəşr etdi, onların səhifələrində iki
minə yaxın personaj oxucuya açıldı. Təəssüf
ki, yazıçının son cildləri, redaktə etməyə vaxtı olmadı. Redaktorluğu Prustun qardaşı tamamladı.
Şöhrət və tanınma
Prusta ölümündən
sonra gəldi. Yazıçı Somerset Moem
təkid edirdi ki,
"İtirilmiş zamanın
axtarışında" silsiləsi
dövrümüzün ən
yaxşı əsəridir
və onun həmkarı Qrem Qrin, hətta Prustu XX əsrin ən yaxşı romançıları sırasına
daxil etmişdir.
Prust özü də dəfələrlə etiraf
edib ki, Fyodor Dostoyevski
və Lev Tolstoyu ədəbiyyat sahəsində
özünün kumirləri
hesab edir. Bu mütəfəkkirlər Marsel
Prust üçün
müdriklik, daxili güc və öz əsərlərini
yaratmaq üçün
daimi ilham mənbəyinə çevrildilər.
Marsel Prustun şəxsi həyatı ilə bağlı çoxlu dedi-qodular var idi. Fakt budur ki, yazıçı homoseksual
idi. Marsel Prustun həyat tərzi onun ədəbi əsərlərində
əksini tapmaya bilməzdi.
1922-ci ildə yazıçı
şiddətli soyuqdəymə
ilə yatağa düşür. Tezliklə
xəstəlik sətəlcəm
ilə ağırlaşan
bronxitə çevrilir.
Təəssüf ki, həkimlərin
səyləri boşa
çıxır və
həmin il, noyabrın
18-də Marsel Prust dünyasını dəyişir.
Yazıçının 51 yaşı var idi. Öləndə yanında
heç kim olmayıb. Evdə tənha şəkildə
həyatını itirib.
Marsel Prustun məzarı Parisdə,
Per-Laşez qəbiristanlığında
yerləşir.
Hazırladı: Tural CƏFƏRLİ
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S.29.