"Hophopnamə" Kitab Mərkəzində yazıçı
Pərvinlə görüş
keçirilib
Sabirabad
rayonu, “Hophopnamə”
Kitab Mərkəzində yazıçı-dramaturq,
Gənclər üçün
Prezident mükafatçısı,
Filologiya üzrə fəlsəfə doktoru, “Qobustan” dərgisinin baş redaktoru, Azərbaycan Pedaqoji Universitetinin müəllimi,
onlarla kitab müəllifi
olan Pərvin Nurəliyeva oxucuların görüşünə gəlib.
525.az xəbər verir ki, mədəniyyət işçilərinin,
müəllimlərin, oxucuların,
rayon ictimaiyyətinin iştirak
etdiyi görüşdə
çıxış edən
Mil-Muğan Regional Mədəniyyət
İdarəsinin rəisi
Faiq Xudanlı bölgələrdə ədəbiyyat
adamları ilə görüşlərin, imza
günlərinin keçirilməsinin
əhəmiyyətindən söz açıb.
Tədbirin moderatoru Ağalar
Ağammədov müəllifin
“Vəziyyət ruscadır”,
“Anar yaradıcılığında
insan və zaman”, “Qadın olmaq”, “Balerina”, “Səhnə”, “Serpantin” kitabları və baş redaktoru olduğu “Qobustan” jurnalı haqqında tədbir iştirakçılarına məlumat
verib.
Daha sonra tədbir yazıçının yaradıcılığı
haqqında oxucularda maraq doğuran suallar əsasında qarşlıqlı dialoq şəklində davam edib, müəllif yaradıcılığı haqqında
geniş danışaraq,
əsərlərinin yaranma
tarixçəsindən bəhs
edərək ədəbiyyat,
teatr və sənətlə bağlı
qənaətlərini bölüşüb.
Müəllif oxucular üçün
hədiyyə gətirdiyi,
həmçinin “Qanun”
nəşriyyatının nəşr
etdiyi, “Hophopnamə”
Kitab Mərkəzində satışda
olan kitablarını imzalayaraq onlara təqdim edib.
Səmimi şəraitdə keçən görüş hamıda xoş əhval yaradıb. Sonda yazıçı ilə xatirə şəkilləri çəkilib.
Ədəbiyyat qəzeti. -
2024.- 27 yanvar, ¹3.- S.27.