Sənsizlik bu ömrün bəlgəsi
Sözüm var, heç kəsə
deməli deyil,
Sözüm əbədidi, əməli
deyil.
Mənim
şeirlərim yeməli
deyil,
Mənim
şeirlərim acı
qəm dadır.
Canlı
meyit kimi gəzirəm sənsiz,
Ruhumu tapşırdım boş
məzarlara.
Sənə gətirmişəm bir
ovuc eşqi,
Getməsin mənimlə daş
məzarlara.
Mənim
şeirlərim saralmış
payız,
Dərdimi bükürəm şeirlərimə.
Çiçək əllərinin, dodaqlarının
Şəklini çəkirəm şeirlərimə.
Ölmədim, bağışla, yaşadım
qəmlə,
Bu necə darıxmaq, bu necə həmlə?
Mən şeir yazmıram, qara qələmlə
İçimi tökürəm şeirlərimə.
Sən
Allah olarsan, bəndən
olaram,
Yenidən doğulsam, səndən
olaram.
Yaz gələr, cücərib
dən-dən olaram,
Fikrimi əkirəm şeirlərimə.
***
Sovurdum bir ömrü küləklər kimi,
Arzular, istəklər, diləklər
kimi...
İllər yolkənarı dirəklər
kimi,
Şütüyür yanımdan zamana doğru.
Yolların sonuna yetişəmmirəm,
Yollar qanadlanır dumana doğru,
Arzuya, istəyə, gümana doğru.
Hicranın, həsrətin kədər
gəmisi
Üz tutub sahilsiz limana doğru.
Sənsizlik yayılıb səssiz
odama,
Bu sənsiz sükuta göydən od dama...
Bu qədər çəkdirməz
adam adama,
Gəlişin-gedişin bir anlıq oldu.
Çökdü qoca dünya, çökdü üstümə,
Hər tərəf zülmət bir qaranlıq oldu.
"Mən səni sevirəm" - adi ifadə,
Darıxmaq həsrətin öfkəsidirmi?
Bütün yaşantılar, bütün
duyğular,
Eşqin
yer üzündə kölgəsidirmi?
Həsrətin gecədən sabaha
çıxsa,
Ölmərəm, ulduzum səmada
axsa...
Ürəyim sevgilər şəhəri,
yoxsa,
Arzular, istəklər bölgəsidirmi?
Lal oldu məhəbbət, bax, susdu sevda,
Casusdu gözlərin, məhbusdu
sevda.
Deyirlər, Allaha məxsusdu
sevda,
Sevda tək Allahın ölkəsidirmi?
Yollar bu həsrətin ardı, gəlmədin,
Könül lal sükuta yardı, gəlmədin.
Hər şeyin səbəbi vardı, gəlmədin,
Sənsizlik bu ömrün bəlgəsidirmi?
Günəş yuxusundan oyanıb,
getdin,
Nur ilə paklanıb, yuyunub getdin.
Bəlkə də bu dünya dayanıb, getdin,
Bəlkələr bəlkənin bəlkəsidirmi?
Ötdü dekabrın son rəqəmləri,
Geydi tənhalıqdan don rəqəmləri,
Yağışlar ağladı, qar
da yağmadı.
Bəlkə də sən məndən ayrılmamısan,
Bəlkə də həsrətin
mənə doğmadı.
***
Verəsən bu səfil ömrü,
Yaşaya
biri yerinə.
Çəkə ağrı-acıları,
Daşıya sirri yerinə.
Yaşaya
səni bir adam,
Qışqırasan, "şükür,
şadam".
Ruhun keçə qarğaşadan,
Yetişə duru yerinə.
Fikirləri atıb yana,
Adam qəmi satıb yana...
Yaşlar
da od tutub yana,
Odlana quru yerinə.
Dolana dəlilər kimi,
"Xeyir"i "bəli"lər
kimi,
Öldürə ölülər kimi,
Yaşada
diri yerinə.
Suç
Faiqin, yol sevginin -
Bu Nisə, Bilal sevginin...
Gəl,
indi bu lal
sevginin
Səssizcə kiri yerinə.
Verəsən bu səfil ömrü,
Yaşaya
biri yerinə...
***
Sənin
həyatını qurtarammadım,
Dağları, daşları yarsam,
nə fayda?
Hər yerdə sən varsan, büsbütün sənəm,
Bütün yaraları sarsam,
nə fayda?
Gec qalan ümidlər ölməsə, sağsa,
Keçib gözlərindən qəlbinə axsa...
Bu ömrü yarıda azad buraxsam,
Bu ömrü sonuna vursam, nə fayda?
Sevənlər dünyadan köçüb
gedirdi,
Dirilik şərbətin içib
gedirdi,
Hanı
bəs, zamanla keçib gedirdi -
Bu könül kədərə
yarsa, nə fayda?!
Qaldı
bir həsrətin əlində Faiq,
Qovruldu bu eşqin külündə
Faiq,
Dayanıb Qədir-Xum çölündə
Faiq
Səni
keçənlərdən sorsa,
nə fayda?!
Qar kimi
Qar yağır dünyanın
sevgi üzünə,
Qar yağır gecənin nakam izinə.
Qar yağır duyğunun məhrəm sözünə,
Soyuq nəfəsinə, odlu gözünə.
Üşüyür sətirlər, üşüyür sözlər,
Tənhadı gecələr, təkdi
gündüzlər.
Çəkir bu ağappaq, pambıq yolları,
Ruhuna, canına çəkir bu gözlər.
Qarın
istisindən sevincək
olur
Qartopu oynayan məsumiyyətim.
Titrək
əllərimdə xoş
xatirələr,
Üşüyür könlümün
sevgi tərəfi.
Sənin
nəfəsinə ehtiyacım
var,
Soyuq havalarda heç üşüməzdik.
Qar yağır gecəyə,
gecə həvəssiz,
Qar yağır sükuta, sakit və səssiz...
Nə məktub yazırsan, nə zəng edirsən,
Nə sözə dönürsən,
nə səs olursan.
Səni
xatirətək sevirəm
hər gün,
Hər gün yadlaşırsan, hər kəs olursan.
Sənlə aramızda ağarır
yollar,
Qar yağır sevgimin həsrət üzünə,
Səhərə dizəcən ələnəcəkdir.
Səhər dirigözlü açılan
kimi
Yollar addımlara bələnəcəkdir,
Yollar adamlara bələnəcəkdir,
Ləpirə, izlərə bölünəcəkdir.
Göyü göy izinə,
quş qanadıynan,
Yeri yer üzünə, daş inadıynan,
Yollar öz taleyin bölüşəcəkdir.
Keçib yad kişidən, özgə
qadınnan,
Çıxacaq yolların sevgi
yadınnan.
Naxışa dönəcək yerin
izləri,
Sirri açılmayan sərin izləri.
Getdiyin ocaqda tanış adamlar -
Sənin
taleyində yanlış
adamlar
İlməyə dönəcək qarın
yolunda,
Övladın yolunda, ərin yolunda.
Bircə
bu ağaran yollar qalacaq
Səni
sənsiz sevən yarın yolunda...
Sənlə aramızda ağaran
yollar,
Həsrəti köksündə bağıran
yollar,
Bizi o gəncliyə çağıran
yollar
Tükəndi axırda, son nəfəs
kimi.
Dadını kim bilir xatirələrin? -
Şirinmi, acımı? - adi
səs kimi...
Mən niyə unuda bilmirəm axı,
Bu ağıl yaşımda,
bu qırx yaşımda
Səni
düşünürəm hər gün, tərs kimi.
Qar yağır sevginin bəyaz rənginə,
Sənə səslənirəm bir
şeir kimi.
Düşdüm təbiətin ağ
ahənginə,
Mən ağac olmuşam bu qarın altda,
Quruyub göz yaşım budaqlarımdan,
Mən adam olmadım fani həyatda,
Ruzigar köç etdi bu dağlarımdan.
Qar sənin əllərin... əllərin yağır,
Yağır bu talesiz, qara baxtıma.
Mən qara daş kimi
Cavid parkında,
Sən pambıq qar kimi uzaqlardasan,
Süzürsən səmanın ənginliyində.
Bax, elə çəkərdi
sözüm vaxtına,
Sən idin, mən idim, bir də
təbiət.
Ağaclar, çiçəklər, güllər sevirdi,
Mənim
əllərimi riyazi əllər,
İnteqral, törəmə əllər
sevirdi.
İndi
zaman ötüb, hər
tərəf bəyaz,
İndi kök altında yaşayır bu eşq.
Ayrılıb... ən kiçik
vuruqlarını
Ağır yük altında
daşıyır bu eşq.
Kəpənək əllərin bəyaz
təbaşir,
Həllini tapırmı qara
lövhənin?
Həyat
tənlikləşir, inteqrallaşır,
Sonsuza bərabər eşq ilə yəni...
Qalmışıq həyatın məngənəsində,
Həsrətin uzanır, yol dəyişirsən.
Sən
ki, riyaziyyat müəllimisən,
Niyə
isim kimi hal dəyişirsən?
Mən səni unuda bilmirəm, amma
O vaxtdan kodlaşıb, rəqəmləşmişəm.
Sənin
həsrətinə, sənin
qəminə,
Yenidən vurulub eşqə
düşmüşəm.
Qar yağır həyatın
boz sifətinə...
Niyə
yadlaşırsan bəs,
hər kəs kimi?
Bu ahıl yaşımda, ağıl yaşımda,
Səni
düşünürəm hər gün, tərs kimi,
Qar yağır dünyanın
sevgi üzünə...
***
Bu qarlı havada, şaxtalı gündə,
Geyin əllərimi, qoruyar səni.
Əllərim ruhunun libası
olsun,
Səni
sevməyimin əsası
olsun,
Bu soyuq havada kim
duyar səni?
Götür əllərimi, bir
kəsin olsun,
Sənin
də sevgidə qəfəsin olsun.
Əllərim sözünün könül
sirdaşı,
Əllərim səsinin ömür
yoldaşı,
Dünyada yaşamaq həvəsin
olsun.
Üşümək asandı yanvar ayında,
Fevralda soyuyub donmağa nə var?
Bacarsan,
özünlə yaşat
bu eşqi,
Yenidən kəşf elə,
yarat bu eşqi,
Məhv
olmağa nə var, sınmağa nə var?
Geyin əllərimi, soyuq dəyməsin,
Sərt
üzü yamandır
kiçik çilənin.
Yollar gedənindir, bilirsən bunu,
Şəfəqin əvvəli, üfüqün
sonu,
Qayıt
ki, bu yollar olsun gələnin.
Mənim
əllərimin hərarətinnən,
İsinsin qoynunda mürgülü
anlar.
Yiyəsiz itlərin baxışlarında,
Bu şəhərin yorğun
yoxuşlarında
Üşüyür gecələr tinlər, dalanlar.
Götür əllərimi, halalın
olsun,
Əllərim istəyin, xəyalın
olsun.
Ovuca sığmayan bir məhəbbətin,
Qibləsi eşq olan pir məhəbbətin
Uğrunda yaşamaq amalın
olsun.
Sənə əllərimi bağışlayıram,
Əllərim ən gözəl
hədiyyən kimi...
Götür əllərimi, qoy
sənin olsun,
İsti
yuvan olsun, məskənin olsun,
Günahkar əllərim... sən
deyən kimi...
Çıxart əllərimi sən
öz qınından,
Yeni bir başlanğıc olar sonunda.
Dolansın belinə bir kəmər kimi,
Saxlasın Göyü Göy,
Yeri Yer kimi,
Əllərim ötməsin səssiz
yanından.
Sənsizlik qoy ölüm fərmanı olsun,
Yenidən dirilsin, min canı
olsun,
Sevən
ürəklərin dastanı
olsun,
Kəsim
əllərimi sənin
yolunda,
Əllərim bu eşqin qurbanı olsun.
***
Bilirdim,
bir daha gəlməyəcəksən,
Kəsəcək yolunu sən olmayanlar.
Eşqi
duymayanlar, anlamayanlar,
Dərdinə-sərinə tən olmayanlar.
Dustaqsan
bədəndə sən
də, can kimi,
Ömür ötüb keçir
həyəcan kimi.
Bilirəm, nə çəkir
bir insan kimi,
Arzusu, istəyi çin olmayanlar.
İçində qırıldı nəğmələr,
səslər...
Boğdu
ehtirası doğma nəfəslər -
Çölü mömin kimi, ruhani kəslər,
İçində mərhəmət, din olmayanlar.
Bilməz
ədaləti hakim adamlar,
Bu hikkə, bu məkr, bu kin adamlar.
Kəsdi
yollarını bədbin
adamlar -
Üzü gülməyənlər, şən olmayanlar.
Bilirdim,
bir daha gəlməyəcəksən,
Dəyişdi qibləni yön
olmayanlar.
***
Dünyanın kədərli sözündən
iraq,
Həsrətin, hicranın üzündən
iraq.
Atamın,
anamın gözündən
iraq,
Mənim
qırx yaşım
var, kimsə bilməsin.
Yol aldım dünyanın sol
tərəfindən,
Günəşi, atəşi bol
tərəfindən.
Ölümə gedirəm "ol"
tərəfindən,
Mənim
qırx yaşım
var, anam bilməsin.
Bir koma bəsimdi... hədər verməyin -
Yalnız
yaşamağa şəhər
verməyin.
Atama-anama
xəbər verməyin,
Mənim
qırx yaşım
var, atam bilməsin.
Daha üz verəsi qəhər qalmayıb,
Söz düşüb sözlükdən,
kəsər qalmayıb.
Qara saçlarımdan əsər
qalmayıb,
Mənim
qırx yaşım
var, dostum bilməsin.
Gəldim
bu həyatın daş zamanına,
Kaş dönə bilsəydim, baş zamanına,
Qar yağır ömrümün
qış zamanına,
Mənim
qırx yaşım
var, qardaş bilməsin.
Söz qəhət deyil ki, şair başıma,
Söz ilə nur tutdum
kor yaddaşıma.
Təşrif buyurmuşam Davud
yaşıma,
Mənim
qırx yaşım
var, o qız bilməsin.
***
İsinməz könlümüz üz
tutsaq, hara,
Qatdı
başımızı, qatdı
pul-para.
Sabahlar naminə düşdük
yollara,
Atamız
tək qaldı ata yurdunda.
Bir insan rastlaşar daha nələrlə,
Ötürdük günləri xəbər-ətərlə...
Gah uzaq, gah yaxın xatirələrlə
Atamız
tək qaldı ata yurdunda.
Bu baba yaşında, oğul yaşında,
Bu ahıl yaşında, ağıl yaşında.
Əfsanə, rəvayət, nağıl
yaşında
Atamız
tək qaldı ata yurdunda.
Bir ömrə sığmayan
əsirdi adam,
Umduğu
yerlərdən küsürdü
adam...
Bayramdan-bayrama səs oldu adam,
Atamız
tək qaldı ata yurdunda.
Ağacla,
çiçəklə, güllə
baş-başa,
Ömürdən geriyə illə
baş-başa,
Külünglə, yabayla, bellə
baş-başa,
Atamız
tək qaldı ata yurdunda.
Elədi
zəhmətə bənd
uşaqların,
Noğul
uşaqların, qənd
uşaqların,
Şəhərə tapşırıb
kənd uşaqların,
Atamız
tək qaldı ata yurdunda.
***
Keçib üçdən, yeddidən,
Gəlib
qırxa çatmışam.
Tanrı
məni yaratdı,
Mən dünya yaratmışam -
Sözümlə...
Keçib üçdən, yeddidən,
Qırxa
salam vermişəm.
O dünyadan gəlmişəm,
Bu dünyanı görmüşəm
-
Gözümlə...
Keçib üçdən, yeddidən,
Qırx
il ömür gətirdim.
Yollar məni götürdü,
Əlimə yol götürdüm
-
İzimlə...
Son yoxluqdu, boşluqdu,
Bir az tez, bir
az da gec.
Salam, qırx yaşım, salam,
Xoş gəlmisən, buyur, keç -
...özümlə...
***
Nəfəs alır, nəfəs
verir
Hər adam bir dam içində.
Tanrı
səsinə səs verir -
Boğulur adam içində.
Bu dünya boşdu, neynim...
Günləri beşdi, neynim...
Budayıb söz-söz ömrümü,
Sənə çələng bağlamışam.
Dedilər, kişi ağlamaz,
Ömrə-günə ağlamışam.
Gözlərim yaşdı, neynim...
Nə desən, xoşdu, neynim...
Ayrılmışam bədənimdən,
Gəlib
canana yetmişəm.
Ərş ilə fərşə
üz tutub,
Eşqə, irfana yetmişəm.
Arzular uçdu, neynim...
Hava naxoşdu, neynim...
Mərifətdən dərs almışam,
Təriqətim haqdır mənim.
Mən Allahın əsəriyəm,
Vicdanım Allahdır mənim...
Ayaqlar başdı, neynim...
Ürəklər daşdı, neynim...
***
Sənin
ürəyindən keçib
gəlmişəm,
Sənin
gözlərinə yazılıb
adım.
Yükün Tanrı yükü,
məramın eşqdi,
Gəl,
məndən bir yeni
"mən" yarat,
qadın.
Səni
itirmişəm arzularımda,
Axtara-axtara uduzdum ömrü.
Bəs niyə gəlmişdin, uzaqlardasan,
Mən səndən alırdım
İlahi əmri.
And olsun göylərə, inama, eşqə,
Gəl,
məni yenidən yarat, bacarsan.
Yollar kəsişərmi haqq dərgahında?!
Mən yerə girərəm, sən də uçarsan.
Uşaqlıq illərim, məsum
illərim
Bakıya
boylanır Cəlilabaddan.
Al məni həyatın iztirabından,
Qurtar bu dünyamı dəli inaddan.
Sənin
gözlərinin qəm
yüküyəm mən,
Doğmalar içində biz yadıq,
bəlkə?
Bəlkə də özümüz
ola bilərdik,
Personaj rolları oynadıq, bəlkə?..
Faiq Hüseynbəyli
Ədəbiyyat qəzeti. - 2024.- 27 yanvar, ¹3.- S.24-25.