Avtoş
Avtomobillərin cərimə meydançası,
Qaçqınların çayçısı
görünür pəncərəmdən.
Budu,
Bir yuxudu
qismətimdəki bu acı mənzərəm.
Allah, qurtar məni bu
"Cinayət və cəza" süjetindən.
Lənətindən.
Baxışlarım bəzən
ayrılmır ordakı ən
tozlu
avtomobillərdən.
Xüsusən, birindən.
Sahibi, yadımdadi, deyirdi:
"Sabah
mütləq gələcəm,
Cəriməni ödəyəcəm".
Üç il keçdi bu vədin üzərindən.
Opera və Balet Teatrının
iki bileti,
ödənilməmiş iki bank krediti
içində saralib tamam.
Ancaq o gün
dün,
o iki kredit sahibi
yuxuma girdi...
Məni
notariusa gətirdi.
etibarnamə verdi...
o tozlu, borclu avtomobilinə.
Dedi halalındı,
halal malındı.
Bir az kreditim qalıbdı,
ödəyərsən.
Çalış, mən kimi
ölməyəsən.
Küləyin tən yarısıydı
Yanıqlı ahı.
Suların hamısıydı
Gözyaşları.
Qanlı sərçə
Nənəmin novrağı sovrulmuş
güzgüsündə
başladı bədənsiz striptizimiz...
bu bizim axır od çərşəmbəmiz...
Orda gördüm nar kolunda azıb, çaşıb,
əsir
qalıb
sinəsi
qanlı sərçəmiz...
Onun səsləndirmə dublyajında
unudulmazdı
Bizim nəğməmiz.
Nar kolundakı qəfəsimiz
unudulmazdı
bu qanlı sərçəmiz.
Başladi yaz fəslimiz.
Reklam fasiləsiz
Cəhcəhimiz.
O qadını hələ sevməyibsən
Dikdaban çəkmələrin səsi
gəlir
Gecədən.
O qadını hələ sevməyibsən.
Kölgəsi ötür üzərindən,
Küçəndən,
Əli sallanır kürəyindən.
Avtomobilinin bahalı nömrəsindən
Yaz damır,
Təkcə sənə miras
qalır,
Budaqlarında bircə gilas qalır
Xatirlamağa.
Az qalır
Gorüşünüzə.
O qadını sevməyibsən.
Bardakı
Mikrodalğalı soba siqnal verir,
Final verir,
Sual verir lal sevginizə.
Hər ikinizə.
Bu qanlı kimano xələtin
Çoxdan ağırlıq edir
İncə kürəklərinə.
Hələ var
o qadını sevəcəyin
günə.
İnşallah, gələcəkdə.
Düymə düşdü
Anam da belə edirdi,
Ancaq həyat belə deyildi...
Qatardaykən, pəncərəmi eşikdən
taqqıldadan,
Şüşə arxasından
laldili danışmağı bacaran,
Məni
qısqanc qardaşından
uzaq saxlayan
Bir gözəl axtarıram...
Anam da belə deyirdi...
Ancaq həyat belə deyildi.
Kafedəki son müştəri də mənə dedi:
Bəlkə evə gedəsən?
Yorğan
altda yaxşıca tərləyəsən?
Hamama girəsən?
Yox... anam belə deyildi.
Belə
demirdi.
Qərar
verdim,
özümə bir telefon edim,
Kazbekimi
tüstülədim
üzü polis idarəsinə doğru...
Xəbər gəldi: orda çoxdan polis idarəsi yoxdu.
Anam da belə deyirdi.
Ancaq həyat belə deyildi.
Düyməm düşdü, qaldı
ovcumda bu gün...
Bunu ancaq özüm
gördüm.
Azca güldüm.
Anam da belə edirdi,
Ancaq həyat belə deyildi.
Soyuducuda validol
Yağışa qədərki suyam,
Yağışdan sonrakı suya
Çevrilmək,
Bu cür ölmək,
Yağışda ümumiləşmək,
"Azərsu" Səhmdar Cəmiyyətinin sayğaclarında
Qara qula,
Çox
sıfırlı pula,
Hətta
fil xortumundakı suya,
Xüsusən, koka-kolaya
Çevrilmək istəməzdim.
İstəmədim.
Özümə başqa yerdə
iş seçdim.
Elə birinci gün özümdən,
İşimdən bezdim.
Keçdim mətbəxə,
Soyuducunu
açdım,
Gördüm heç nə yoxdu...
Yarımçıq validoldan başqa.
Bildim,
Ürək sancısı,
Fələk qırmancı
Çoxlarıni ağrıdıb,
Rəngini ağardıb burda.
Eh... nəsib olduq itə, qurda...
Yağışaqədərki suyam,
Validola qədərki insan...
Yüklə məni, "Yango"
tətbiqi kimi,
Telefonuna
yox...
Özünə...
Məşədi Kazım bədbəxtə nəzirə
Qoy, Nəsibə Zeynalovanın
qorxduğu,
küncə soxduğu
Məşədi Kazımın tünd
şəkli,
soyumuş, oturuşmuş nimdaş
təxti,
kimə
nə dəxli!
qoy, qovuşdursun sən bədbəxti
şimaldan qopmuş soyuq qəlbimə,
bu son qəlpəmə,
bu tənha aysberqimə...
Qaçaq Avropadan, Asiyadan
uzaq Şpisberqenə!
Ağlayım orda
öz bayraqsız qələbəmə...
Bir yol var həyatda - dodaqdan qəlbə,
Onu keçdik, keçirik
Birnəfəsə.
Qalx, uzan bu təxtə...
Allahdan rəhmət oxuyaq
Məşədi Kazım bədbəxtə.
Aşkarda gizlin
Moskva.
1975-ci il.
Ümumittifaq
məktəblərarası yarışmada
bir sual qondu masama:
"Kino qəhrəmanı Ştirlitsi
deşifrə edə bilərsinizmi?"
5 dəqiqə vaxt verilmişdi hamımıza.
Cavabım, tələb ediləndən
də az vaxt istədi məndən.
"Böyük sirlər aşkarda gizlədilir.
Ştirlitsin adında Strelets kodlu
məxfi agent gizlədilib.
Bu ad polindrom kəlmədir,
Sağdan
da, soldan da eyni səslənir.
Almanlar heç...bu sifrəni nə sağdan gördülər,
nə soldan oxudular.
Aşkardakı "Strelets", yəni "atıcı" kəlməsini
bəs siz niyə indiyədək görməyirdiz?
Gizləyirdiz?
Bu agent kinoda Almaniyaya, realda isə SSRİ-yə, sovet adamlarınin psixikasına
atılıb.
Təhlükəlidir.
Tüfəngsiz ova gedir".
Cavabımı zərfə qoyub
iri qutuya atdım.
Bir il sonra cavab gəldi
evimizə.
Makina hərfləri bəzi yerlərdə zədələmişdi,
hətta məktubu.
Məzmunu gözlədiyimdən qısaydi:
"Ştirlitsi axır tapdıq".
Cinayət lirikası
Su, yoxxxx...
su, yoxxxx...
gözyaşı... gözyaşı, çox qədimdi...
Təkcə o... yalnız o
sənindi...
qalan nə var, özgənindi...
Nə varsa, dünəndi.
Div həmişə şüşənindi,
Sənindi, mənimdi,
Ancaq uzaq üfüqdəki,
Barmaq üzüyündəki,
Şampan
köpüyündəki
Bir parıltı,
Bir ani canlanma...
Bunu da ciddiyə alma.
Sevginə təzə kredit
xətti aç,
Hollivud filmlərindəki sevgi cütlüyü kimi qaç
burdan,
Bu uzun-uzadı dumanlı bulvardan...
Aş, yarıuçuq, köhnə
divardan.
Cinayət dosyeni hələ
açmadan
Son sətirləri silinmir qulaqlarımdan:
Balaxanı zibilliyindəki 5 milyon
ton zibil tullantısından
Bu iki cəsədi ayırmaq,
Tapmaq,
Tanımaq
Çətin olacaq...
Ancaq deyəsən, bu dəfə də
Quru çıxdı o,
Öz göz yaşlarından.
Anamın kitabı
Yanğından təxliyyə planları,
sxemləri
çəkərdi rəhmətlik anam.
Axırlarına gözəl xətlə
qısa imzasını
qoyardı:
"Sxemi çəkdi mühəndis T.Axundova".
İndi, hansı rəsmi idarəyə getsəm,
Min qat cəriməylə hədələnsəm,
Lombarddakı nişan üzüyümü
geri istəsəm,
Qəfil
azca kənara çəkilsəm,
Kölgələrdən birini axıracan izləsəm,
Özümdən, taleyimdən qəfil
küssəm,
Dünyanın ən əclaf sifətləri ilə üzləşsəm,
Qəfil,
birdən
Divarda anamın təxliyyə planını,
sxemini görəcəm...
Üzümdə heç nə bildirmədən
Anamın
işarələdiyi istiqamətə
gedəcəm...
Kələfin ucunu,
İdarələrdən qaçıb çıxmaq yolunu,
Azadlıq folklorunu
Tam dəqiq göstərir mənə rəhmətlik
anam.
Əvvəl astaca pıçıldayır
qulağıma:
"Gəl arxamcan.
İzlə çəkdiyim qırmızı
oxu,
Gözlərini bərəlt, yaxşı-yaxşı
oxu
Sxemdəki gizli işarələrimi.
Sənə yazdığım şerimi.
Tut, sıx, day buraxma əlimi.
İşıqlığa, pəncərəyə,
qapıya
Özüm çıxaracam səni.
Ay ana...
Allah sənə rəhmət
etsin qəni-qəni...
O gün məni yenə həbs etmişdilər,
Bir yumruğa yerə sərmişdilər.
Ancaq mən artıq bələdləmişdim,
Anamın
səsini eşitmişdim
ən uzaq divardakı
Təxliyyə sxemindən.
Bir şüa,
İlahi
dua
Fikir vermədən min bir caduya
Gəlirdi köməyimə.
Küncdəki əli süpürgəli
xadimə
Anam cildində canlandı
Qupquru gözlərimdə.
25-ci kinokadr
Sınıq-sökük qədim divarları
Yıxılmaqdan, uçmaqdan kim
saxlayır?
Həyatda kim saxlayır?
Kürəyini həmin o divarlara,
o keçmişə dirəmiş
qocalar, cayıllar bəlkə?!
Qoy, bu divarların son əhəngi,
yanıq
musiqi ahəngi
son rəngi tökülsün,
Qoy, son kərpici,
Kərpiclərinin ən bici, ən pisi görünsün,
Qoy, Adəmlə Həvvanın
eybini örtən
əncir
yarpağı da düşsün
bütün övliyaların, yalanların,
oyunların üzərindən.
Ordan görünsün
Təkcə, yalnız sənin
üçün
Həyat
kinoteatrı, həyat
ekranı...
Maleviçin "Qara kvadrat"ı.
Gözəgörünməz 25-ci həyat kadrı.
Görüm, necə ABŞ prezidenti
Trumen
ultimatum göndərir qəlyanlı
Stalinə:
"İrandan, Təbrizdən
çıx,
yoxsa ikinci atom bombasını
Düz təpənə ataram".
Sovetlər çıxır Təbrizdən.
Sonra atalarımız.
Bəli.
Birinci. Real atom bombası
Yaponiyaya
atılmışdı.
İkinci,
virtual bomba Azərbaycan
taleyinə,
Mənim
taleyimə atıldı.
Mən bax, o radiasiya qurbanıyam,
Quluyam. Qulamıyam.
Atom şüalanmasıyam.
Budu mənim həyatım,
Təbrizdəki divarım.
25-ci kadrım. Kinoteatrım.
Qoy indi
son əncir yarpağı da düşsün, sürüşsün...
təkcə, yalnız sənin
üçün
Adəmlə Həvva üzərindən...
Qoy, son malası, ağı tokülsün bu qədim divarın,
Görünsün son kərpici, lap içi,
lap dibi
Bu həyatın
Lap axırda bir qadın
Yaxın
gəlsin sənə,
lap yaxın,
Səni
güclə xatırlasın,
Saçının ağını
sən tərəfə darasın...
"Magie Noire" -
gecə sevdası
Gözlərim ulduz istəyir...
Üfüqlərdə itib əriyən bir qız istəyir.
Telefonum
tam yeni blutuz istəyir
Musiqimi
Sənə çatdırmağa.
Dadsızdı sənsiz çayım,
Adsızdı
ünvanım.
FM radiolardakı qısa dalğalarım
Bir rep nəğməmi elə
hey təkrarlayır:
"Bilirsənmi, bu kəlağayının neçə
yaşı var?"
Min bir gecə yaşı
var...
Canında nə qədər
göz yaşı
var?
Bu gözəlin yeddi qardaşı var...
biri mütləq bıçaqlayacaq
səni...
Bu kinoteatrın gecə seansı var,
Öz xilasedici ağ ambulansı var,
Bütün qəzalardan səni
qurtarmaq şansı
var.
Səmimi
ol...
təkcə bu qızı sevmə...
Gecəylə qoşa sev bu gözəli -
"Magie Noire" ətrini.
Ceyran pirində əhd
Bakının Novxanı kəndində,
Duz gölü tərəflərdə,
Möcüzəli, görməli,
qapısı bir-iki pilləli,
ətrafı əncirli, meynəli,
meyvəli
"Ceyran piri" var.
Duz təşnəsi ceyranlar,
adətən qışda,
gölə yaxınlaşardılar,
zalım
ovçuların gülləsinə
tuş gəlib
yara alardılar.
Qanlı-qanlı, yaralı-yaralı
ora-bura boylanardılar,
bir müddət bax beləcənə, köməksiz
qalardılar.
Qəfil,
arxa ayaqları üstə qalxıb,
Novxanıya, novxanılılalara baxıb
Son gücləriylə irəli
tullanırdılar,
yaxındakı "Ceyran piri"ndə
son sığınacaq axtarardılar...
Yaralı,
qana bulaşmış
zavallı ceyran, pirin alçaq daş hasarını adladımı,
vəssalam,
toxunulmazlıq statusu qazanar,
ovçular üçün əlçatmaz
olurdu.
Sonralar
Qan davasında canını qurtaranlar
Sığındılar
Bu pirə...
Günlərin birində,
uzaq
1907-ci ildə,
bu xüsusi statuslu müqəddəs ocağa
həmişə olduğu
kimi, ceyran-cüyür
yox...
Üz-gözü qanlı çopursifət
bir gürcünü gətirirlər.
Məmmədəmin Rəsulzadə,
əlindəki məşəlin
son şöləsini bu
gürcü balasının
sifətinə tuşlayınca
qəfil qışqırır
- "Çopur sağdı.
Köməyə gəlin.
Atamı çağırın".
Az sonra, Məmmədəminin
atası Ələkbər
kişi, hadisə yerinə gələrək,
həmin Çopuru pir ərazisində gizlədir.
Novxanıda onu indi də Çopur adıyla xatırlayırlar.
Məmmədəmin üçün
isə o, sadəcə
"Koba" idi.
Labud ölümdən güclə
qurtaran həmin bax, bu Koba,
gözlərini açınca
Məmmədəminə doğru
"Sənə bir
can borcum var" ifadəsini
pıçıldayır.
Sonra
1920-ci ilin sentyabrında
bu vədinə sahib çıxaraq bu dəfə Məmmədəmini
labüd edamdan qurtarır.
Həmin
şəxs İosif
Stalin idi, biləsiz.
Möcüzəlidi "Ceyran piri"ndəki əhd.
Xoşbəxt olur orda əhd sahibləri,
Xoşbəxt.
Sizin Cəbiş müəllim
Doktor Frankenstein?
Naməlum detallar
Dünya
müharibəsi başlayanda,
radioda Levitanın gur səsi guruldayanda
nənəm mətbəxdə
kükü bişirirdi.
Təbii,
müharibə divi öz
şüşəsindən, Levitanın boğazından
çıxan kimi nənəm bərk diksinir öz tüstülü mətbəxində.
Başılovlu, saçıdağınıq halda cumur gözünə
girən ilk nöqtəyə
- qonşu Kürsümün
yarıaçıq qapısına.
- Yaxşı ki, rəhmətlik
ata-anan görmədi bu müsibəti. Vaxtında getdilər. Demişdim sənə də... gələn il paxlava, şəkərbura
bükə bilməyəcəyik.
Noyüt
piltəsi üstəki
kükü, sözsüz,
yanıb külə çevrildi sonra.
Döndü müharibənin ilk günahsız
qurbanına.
Bax, beləcə Bakıda müharibə qurbanlarının
uzun siyahı yarandı.
Növbəti qurban keçisi
isə həmin qapıbir qonşumuz Kürsüm xalaydı.
Zaman dəyişəndə, çanax
həmişə bu zavallı qızın başında sınardı.
İnqilab zamanı valideynləri
öldü. "Azneft"
meydanındakı evləri
müsadirə edildi.
İrandakı yük gəmiləri
şirin xatirəyə
döndü.
Müharibə başlayandan az
sonra isə Kürsümün özü
də itdi.
Nənəm deyərdi, yazığı
oğurlayıb aparıblar
dəniz qırağına,
Orda atıblar gəmidəki qır tiyanına.
Piyindən sabın bişirib
Quba meydanında satıblar.
Nənəm bu xatirəsinin
sonunu, lap axırını
əvvəllər gizlərdi.
Danışmazdı.
Bir gün "Bizim Cəbiş müəllim"
filminə baxdıqdan
sonra qulağıma pıçıldadı:
- Bu kişiydi uşaqlardan, Kürsümdən sabın
bişirən...
Maqsud İbrahimbəyov da bunu bilirdi.
Ancaq bu acı etirafı
sənətə gətirmək
istəməmişdi.
Xoşbəxt sonluqla,
"HEPPY
END"lə bitirmişdi
bu qorxulu müharibə nağılını.
P.S.
AZƏRBAYCANIN DOKTOR FRANKENSTEİNİYDİMİ O?
KİMYƏVİ
KOLBALAR ARASINDA ÖZ QORXULU NAĞILLARINIMI YAŞAYIRDI?
KÜLƏYİNDƏ,
KÜRƏYİNDƏ O GÜC VARMI
ÖZ
DOSYENİ VƏRƏQLƏMƏYƏ?
BİR
BAŞQA DOKTOR FRANKENSTEİN HAQDA
"Qismətindəki zəhərli
üzüklərdən, ağulu
qədəhlərdən, Pişəvəri
taleyindən necə qurtulmağı bacardız?"
sualını mənə
ünvanlasaz əgər...
Cavabım, şairanə olacaq...
Uzun sükut fasiləsindən
sonra deyəcəm astaca:
"SSRİ-nin İranda bir səfiri olub - V.M. Vinoqradov (1979-83).
Düzü, bəzən səfirlər
diplomat kimi yox... cəllad kimi göndərilir səfirliklərə.
Sənədlərdə guya diplomatdı bu Vinoqradov.
Gizli sənədlərdə, dosyelərdə
isə kod ismi "Kobra" idi.
Adətən barmağındakı üzükdə gizlədiyi
zəhərlə öldürərdi
öz qurbanlarını
o.
İddiamı, əfsanə, dedi-qodu
da saymaq olardı. Əgər səfir V.M.Vinoqradovun bioqrafiyasında
bax bu qeyd
olmasaydı: "1944-48 qod
- student Moskovskoqo ximiko-texnoloqiçeskoqo
İnstituta im. D.İ.Mendeleeva".
Belə
çıxır həəəə...
Vinoqradov təkcə
diplomat yox, həm də kimyaçı olub. Xatırladıram -
Mendeleyev İnstitutunu, kriminalistlər,
"Noviçok" zəhərinin
vətəni bilərlər.
Kiçik haşiyə: Ötən
illərdə, Britaniyada
zəhərlənmiş Skripal
ailəsi də deyilənə görə,
bu zəhərin qurbanı olub.
1979-cu ildə bu səfir
Vinoqradov, İranın
Xomeynidən sonra ikinci nüfuzlu dini xadimi Ayatullah
Taleqani ilə görüşür. Görüş,
səmimi şəraitdə
keçsə də, nəticələri ağlasığmazdı
- Ayatullah Taleqani səhərisi gün yuxudan ayılmadan dünyasını dəyişir.
O vaxtlar Tehrandakı Sovet səfirliyində tərcüməçi işləyən
Oleq Myatejniy adlı birisi, xatirələrində bunu
belə xatırlayır:
"Koqda v İrane, vlastğ uzurpirovali reliqiozniki, po ukazaniö Moskvı, Vinoqradov neskolğko raz ezdil v qorod Kum na vstreçu s Xomeyni, çtobı zaruçitğsə eqo podderjkoy v voprosax ob ustanovlenii dobrososedskix sovetsko-iranskix otnoşeniy. No, v tretiy raz, ne bıl prinət im, i v straşnoy zlobe reşil bolğşe ne navehatğ
aətallu.
Toqda,
Moskva dala emu ukazanie vstretitğsə s druqim izvestnım, nedovolğnım
po eё mneniö reliqioznikom - aətalloy Talıqani, kotorıy podderjival levıe silı i imel mnoqo
storonnikov sredi çlenov levaükix orqanizaüiy. Vinoqradov navestil eqo u neqo je v dome i posle prodoljitelğnoy besedı vernulsə v posolğstvo vesğma dovolğnım i v pripodnətom nastroenii.
No, na sleduöhiy denğ, qazetı soobhili o smerti Talıqani posle vstreçi s sovetskim poslom, i poşli
sluxi o tom, çto eqo otravil Vinoqradov!
Zlostnıe sluxi, rasprostranəvşiesə ortodoksalğnımi
reliqioznikami, kotorıe
sami je otravili Talıqani, zapolnili vse qazetı i jurnalı islamskoqo bamonda. Daje vxodili v detali i pisali,
çto Vinoqradov prohaəsğ s Talıqani,
ukolol eqo v ladonğ otravlennım kolğüom(!).
Sam Vinoqradov posle gtoqo nikak ne moq priyti v sebə,
i eqo mesəüa
dva nikto ne moq navestitğ.
Delo doşlo do toqo, çto diplomatı zapadnıx stran, ne podderjivavşie rejim Xomeyni, na vstreçax
s sovetskimi diplomatami, v
şutku spraşivali
ix: "A, koqda je vaş
posol namerevaetsə navestitğ Xomeyni?!"
İddialarımın təsdiqi nümunə gətirdiyim bu vacib xatirələrdədir.
Bəzən səfirlər diplomat kimi yox... cəllad
kimi göndərilir səfirliklərə.
Qismətimdəki o acı ağudan
məni Bakı xəzrisi qurtardı.
Musiqi səsini, azca artırmalıyam xatirələrimin,
cavabımın bu hissəsində.
Hə...Sovet vaxtları Bakı sahillərində
"Quryev" adlı
ağappaq sərnişin
gəmisi vardı.
Bakı-Ənzəli yolunda işləyir, Güneyə,
İrana sərnişin
daşıyırdı.
Uşaqlıq vaxtlarımda həsrətlə
çox baxmışam
bu gəmiyə.
Uzaq üfüqlərdə itənəcən,
kiçilənəcən, qara nöqtəyə çevrilənəcən çox
baxmışam ardınca.
Bu gəmiyə çox arkadaşlarımızı əyləşdirib
Güneyə yolladıq.
Hamısı tutuldu, güllələndi,
asıldı dar ağaclarından. Qurd-quşa
yem oldu.
Hamısı.
Lal xəyallarımız da əyləşib
bu gəmidə; sərnişinlərinin yerini
daraldıb.
Bir gün, 1982-83-cü illərdə
atamla mənə Moskvadan dedilər ki, biletinizi alın, minin bu gəmiyə,
qayıdın vətəninizə.
Biletləri aldım.
Ancaq o gündən Xəzərdə
tufan başladı, bir
həftə gəmi dənizə çıxammadı.
O vaxt da xəbər gəldi ki, bəs, hara gedirsiz?
İranda
tutatut başlayıb,
solçuları qırıb
axırına çıxırlar.
Bircə
xəzri xain çıxmadı bizlərə
o vaxt. Labüd ölümdən qurtardı.
Buna görə, təbii,
Bakı küləyini,
xəzrini çox sevirəm.
Xilaskarımdı axı.
Dosyemin ağır səhifələrini
ancaq o vərəqləyə
bilər.
P.S. 10-15
il öncə bu "Quryev" gəmisinin paslı cəsədini Şıxov çimərliyi
tərəfdəki "gəmi
məzarlığı"nda aşkarladım.
Şəklini çəkdim.
Kimsə
arxadan qulağıma pıçıldadı ki, şəkli
çəkmə. Bu gəmi,
"Bakı steel kompany"nin
sahibi, güneyli Paola Pərvizin şəxsi malıdı...
Susdum.
Xatirələrimin gəmisi idi o?
Yoxsa,
tam yad birisinin?
Cavabını indi siz verin.
Şerimin son misrasını siz
yazın.
Saatsaz
O həm də yaxşı, əla saatsazdı.
"Bakker"
markalı qədim İsveçrə saatını
həmişə elə özü
təmir edərdi.
Cavabsız suallarla tək-tənha
qalarkən, adətən
tələsməz,
dillənməz
saatını sökər,
gözünə xüsusi təkgöz
eynək taxar,
həm saatını sazlar, həm də vaxt udub,
düyünlü sualların cavabını
axtarardı.
Tehranda,
Rza şah vaxtları, saatsaz işlədiyini də düşünürəm hərdən.
Çörəkpulusunu daşdan yox,
saatsazlıqdan çıxarıb o.
1947-ci ilin yayında o, bu "Bekker" saatını sökür,
ancaq yenidən yığammır.
İlk dəfə köməyə
peşəkar saatsaz çağırmalı olur.
Saatsaz -
bakılı balası
İsmayıl Həsənov
görür saat sahibi xəta yapıb - saatın çərxini sındırıb.
Aradan iki gün keçincə
saat sahibinin həyat çərxi də qırılır.
Saatının, həyatının çərxi
eyni vaxtda qırılmış bu kəs Seyid Cəfər Pişəvəri
idi.
Saatsaz kimi nə qədər
dəqiq olduğunu, zamanı əvvəlcədən
necə proqramlaşdırdığını
mən çox sonralar bildim - 1997-ci ilin 11 iyulunda.
Həmin
gündə Pişəvərinin
xüsusi tapşırıqlar
üzrə ən yaxın silahdaşı Qafar Kəndli - mənim atam öz dünyasını dəyişdi.
Vəfatı, Pişəvərinki ilə eyni gündə,
eyni tarixdə baş verdi təxminən.
Təkcə "Bakker" saatını sazlamırdı o.
Zamanı
da, 50 il sonranı da sazlamağı
bacarırdı o.
Bacarırdı.
Novruz, yoxsamı Zervan?
Novruzu tərsinə oxusan, Zervan, yəni əbədiyyət tanrısının
adını eşidərsən.
Deşifrəni düz vaxtında,
düz bayram ərəfəsində azad
edilmiş ərazilərdə
eşitdim.
Çocuq Mərcanlı məktəbinin
" novruz" lövhəsini
bu cür oxuyub bərk həyəcanlandım.
Ağlıma gətirəmməzdim ki, qədim Zərdüşt
tanrısı Zervan, mənlə görüşünü
Qarabağda, xarabalıqlar
arasında təyin edəcək.
Nə vəd edir mənə
bu görüş?
Yaxşı sualdı.
Azərbaycanda son 2000 ildə kimsə
Zervanla bu cür görüşməmişdi.
Zərdüşt mirası, nə
bilim, Novruz misteriyasi ilə hə... görüşürdülər.
Tonqal ətrafında, paxlava-filan
yeyəndə həəə...görüşdülər bu
qədim kölgələrlə.
Ancaq mən deyəsən,
ZERVANI ilk olaraq gördüm.
Mistik göruşdü, təbii.
Zervanla görüş məni başqa həyat müstəvisinə çıxaracaq.
Möcüzə vədlidi bu görüş.
Qısası, öz novruzumu bu il mən bu cür qarşıladım.
Bəs siz?
Hava küləkli, soyuqdu.
Məktəb şagirdləri məndən
kənarda dayanmağa
üstünlük verirlər.
Mənə ancaq külək
yaxınlaşır burda...
Novruz tonqalı da deyəsən,
daxilimdədir.
Eşikdə deyil.
Bayatı-metro
"Balaların toyunda əvəzini çıxacam"...
"Koroğlu" metro stansiyasında
qulaqlarım bu nisgilli ifadəni eşitsə
də...
Gözlərim müəllifini görmədi.
Acı siqaret tüstüsüylə
barışdım.
Çəkdim bu tüstünü
öz dərinliklərimə.
Dörd
tərəfim basabasdı.
Kimsə
ayaq pəncəmi basdı.
Hamı
bir-biriylə dalaşdı.
Balaların sünnət toyunda
Guya hamı çox-çox sonra Barışacaqdı.
Həmid Herisçi
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.10-12.