Ədəbi suprematizm
Limit:
yığılma nöqtəsi
Qış
görkəmində ağac: altında əvvəlcə diri
bildiyim,
üzü
torpağa "ayaqüstə" ölən quş - hərəkətsiz,
heçliyə
çevrilsə də,
sanki təzəcə
qonub yoxluğu boyda torpağa.
Dayanıb
bir mövcudolma
hələ
ki formasını itirməsə də.
Dayanıb
bir mövcudolma; ölən quş şəklində.
Hər
yoxolmanın
öz
forması olurmuş, demə.
Bütün
ölümlər yerə doğru, quşcığaz,
bütün
ölümlər yerə çəkir hər şeyi
və hər
şeyin yığıldığı nöqtə var.
Səma
olduğu kimi, quşcığaz,
qapqara,
bambalaca yaranış,
ehtimal
edirəm xəbərin yox, səma olduğu kimi
cızdığın
və cızmadığın trayektoriyalarla birgə.
Nə
yoxluq tam heçlikdi, nə heçlik tam yoxluq,
quşcığaz
- balaca yaranış,
nəsə
böyük bir sirr, bir məna var bilmədiyimiz,
anlaşılması
çətin. Bircə, gümanım:
hər
yoxluq heçliyə keçid,
hər
heçlik yeni imkanlar çoxluğu,
ya xaos, ya
nizam şəklində...
...bilirəm,
artıq
təsəlliyə nə ehtiyac var,
elə-belə
danışıram, lirika xatirinə...
Mən də
keçid
edirəm heçliyə yavaş-yavaş,
yarımçıq
qalmasın lirika:
Yer də
olduğu kimi, quşcığaz,
yer də
olduğu kimi, balaca yaranış,
üstündə
son eniş və çoxlu keçid nöqtəsi;
bütün
böyük, orta, kiçik uçuşların -
cızılan və cızılmayan
düz, əyri,
çarpaz xətlərin yığıldığı son məkan.
Monizm
Kənd
evimizdə yenə də payız,
payızda
ağaclar, quşlarda payız.
Ağaclarda
(quşlarda) zaman - nəsə dəyişib; axı
ağaclar
daha çox tanıdar dəyişmələri.
(Bir də
çiçəklər - onların öz zamanı
hamıdan
fərqli; gündüz açıb, axşam solanlar).
Nəsə
dəyişib deyəsən: yox olub(r) yaşıllıq,
dayanıb
bir mövcudolma, yerində başqası.
Yaşıl
sarıya çevrilib(r) - eyni ağaclar deyilmi
indi rəngini
dəyişən?
Bəs
yaşıl hanı? - sarıda gizlənib sadəcə.
Eyni
cür dəyişmələr bildirir;
bütün
ağaclar eyni ağacdır əslində,
Ümumi
olandan qopub
tək-tək
düşüblər torpağa
bir qədər
fərqli formalarda.
İnsanlar
da ağac kimidi elə,
heç
kim inanmasa da,
mən dəqiq
bilirəm; Bir olub
və
ayrı düşüblər nə vaxtsa -
indi o Bir
olan
Hamının
içində.
Fenomenologiya
Tünd
yaşıl, yaşıl, açıq yaşıl...
açıq
sarı, sarı, tünd sarı...
açıq
qırmızı, qırmızı, al qırmızı...
nə
çox rəng varmış təbiətin payız şəklində;
hər rəng
cürbəcür rəng yaradır özündən sanki -
sarı,
qırmızı, yaşıl cürbəcür
çalarlarıyla
bu
canlı şəkil mənzərədə.
Bu
canlı əsərdə quşlar; rəngdən-rəngə
qonur,
birdən
"pırr" edib qalxır səmaya,
çıxa
bilmir cazibəsindən, qayıdır... dönə-dönə
qayıdır
uçduğu
şəklə - hər dəfə yeni sənət əsəri
yaranır
rənglərin
çoxritmli çalarlarında; musiqiyə bənzəyir həm
də -
şəkillə
musiqi bir-birinin içində; həyatın məna şəkillərindən
biri.
"Nə
gözəl imiş mövcudluq məna tapanda onda" -
olumla
ölüm arasında çırpınan insan baxıb
evinin iri
pəncərəsindən ilk dəfə
görürmüş kimi
musiqi
içində rənglərə bürünmüş bu
canlı mənzərəni
vaz
keçir romantikasının cazibəsindən çıxa
bilmədiyi
intihar həvəsindən:
eros - yaşamaq...
yalnız
yaşamaq "həyatın məna şəklində"!
Superpozisiya
prinsipi
Biz
insanlar da
bir
çox məkanda eyni zamanda varıq,
təkcə
bir qədər fərqli versiyalarda,
başqa
var olan hər şey - məsələn,
aləmə
işıq paylayan fotonlar kimi -
hər
yerdə olduğumuzdan,
"heç
yerdə"yik həm də:
Superpozisiya
prinsipi.
İnkar
edən
heç
bir elmi fakt olmasa da,
mən
bunu sizdən sonra
daha
çox anladım,
doğrusu,
daha çox inandım buna;
sizi
hər
yerdə olduğunuza inana-inana
tapa bilməyəndə.
Tapa bilməyəndə
sizi,
axtarıb
tapa bilmədiyim
bir
çox gerçək olanlar -
məsələn,
ən sadəsi, hamının
şahidi
olduğu əriyən qar;
uşaqlıq
illərindən
var
olduğuna inana-inana
tapa bilmədim
heç vaxt.
Kontinuum
Çəmənliyi
uzun-uzadı
seyr etməyi xoşlayıram mən də,
ən
çox da sərhədləri geniş və ya hüdudsuz
olanda.
Sanki bir ayrılmazlıq,
bir keçilməzlik var otlar arasında:
hər
baxanda bir cür gözəllik yaradar
sıx-sıx
sarılıb bir-birinə yaşayan bu zərif məxluqlar.
Hərdən
astaca toxunuram çəmənliyə,
ürəyimdən
keçir - ayırıb otları bir-birindən
nəvaziş
göstərim, oxşayım onları;
nəyisə
tam, bütov görmək
hələ
onda olan hər şeyi görmək və duymaq
deyilmiş,
anlayıram.
Sonra
düşünürəm:
ayırsan
otları bir-birindən, pozular nizam,
yox olar
yavaş-yavaş tamlığın yaratdığı gözəllik,
itər
çəmənlik adlı mahiyyət.
Otların,
o zərif məxluqların
ayrılmazlığı,
birindən o birinə qeyri-səlis,
kəsilməz
keçididir elə çəmənlik: kontinuum set*.
Bütün
bütövlüklərin
fəlsəfəsi
eynidir əslində,
ya gözəllik
doğursun, ya şər yaratsın,
ayrılıq
gələndə pozular nizam,
xələl
toxunar tamlıq adlı mənaya.
* -
kontinuum çoxluq, kontinuum - latınca tərcümədən
kəsilməz mənasını verib çoxluğun
gücünü göstərir: bu mövzuya aid elmi-fəlsəfi
mətnlərdə çəmənlik və bunabənzər
nümunələrə rast gəlmək mümkündür
Böyük
çöküş
Yanır
şam, şam yanır, yanır şam, şam yanır...
yandıqca
əriyir şam, əriyir şam yandıqca
əriyir
şam, şam əriyir, əriyir şam, şam əriyir...
əridikcə
azalır şam, şam azalır əridikcə
azalır
şam, şam azalır, azalır şam, şam azalır...
azaldıqca
tükənir şam, tükənir şam azaldıqca
tükənir
şam, şam tükənir, tükənir şam, şam
tükənir...
yanır
öz-özünə şam, əriyir öz-özünə
şam,
azalır
öz-özünə şam, tükənir öz-özünə
şam...
yanırmı
öz-özünə şam, əriyirmi öz-özünə
şam,
azalırmı
öz-özünə şam, tükənirmi
öz-özünə şam,
bitirirmi
öz-özünü şam?..
yoxsa...
od var, var
od, od var, var od -
var, var,
var od, od var e, od var...
hər
şey belədirmi - sona doğru
sıçrayış
və enişlərlə
iradi və
qeyri-iradi tələsmədə;
azalırmı
öz-özünə, tükənirmi öz-özünə,
bitirirmi
öz-özünü?..
yoxsa...
qurtuluş
var, var qurtuluş -
var, var,
qurtuluş var e, qurtuluş;
qurtuluş
anı -
təzələnmə,
təzələnmə, təzələnmə...
son vaxtlar
yorur məni elə bil köhnə nə varsa,
təzə,
özü də fərqli geyimlər almaq keçir
könlümdən,
yeni
"mall"ların gecəyarıya qədər
işıqları sönməyən
bəzəkli
salonları və şıx geyimli manikenləri
cəlb
edir adamı.
Əli
Şirin Şükürlü
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.43.