Respublika Gənclər Kitabxanasında Aprel

döyüşləri ilə əlaqədar silsilə materiallar hazırlanıb

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar hazırlanıb

Bu il Azərbaycan xalqının ordumuzun qəhrəmanlığının nümayişi olan, Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dövlətçilik tariximizə yazılan Aprel döyüşlərindən 9 il ötür.

Avropa.info xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatı olan Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar – “Aprel döyüşləri tariximizin şanlı səhifəsiadlı biblioqrafik icmal Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şücaət vətənpərvərlik dolu həyatından, hərbi fəaliyyətindən bəhs edənLələtəpəyə ilk bayraq sancan polkovnikadlı məlumat bülleteni hazırlanıb.

Aprel döyüşləri tariximizin şanlı səhifəsiadlı biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib. Biblioqrafik icmalda Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilir. Materialda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər, igid Azərbaycan oğullarının döyüş bölgəsində göstərdikləri qəhrəmanlığa görə təltif edildikləri orden medalları haqqında məlumatlar təqdim edilir. İcmalda Aprel döyüşləri haqqında sitatlar, şəkillər Şəhidlik zirvəsinin fatehləri : bədii-sənədli əsər”, “Asimana ucalan şəhidlər”, “Lələtəpə fatehləri”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Qalibiyyət: şahidlər şəhidlər”, “Vətən mücahidləri”, “Aprel döyüşləri-Vətənimin tarixi uğurukimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası son iki ilin dövri mətbuat nümunələrinin siyahıları sərgilənir.

Lələtəpəyə ilk bayraq sancan polkovnikadlı məlumat bülletenində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şərəfli döyüş yolundan bəhs edilir. Materialda polkovnik Həmidovun sağlığında Lələtəpə döyüşləri haqqında verdiyi müsahibə, Aprel döyüşlərində İkinci Qarabağ Müharibəsində olan hərbi fəaliyyəti, layiq görüldüyü medallar, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, şəxsi döyüş dönəmini əks etdirən fotoşəkillər yer alır.

Kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilən məlumat bülletenində Milli Qəhrəman haqqında qələmə alınan kitab məqalələrdən bəhs edilir

 

Ədəbiyyat qəzeti.- 2025.- 4 aprel, ¹11.- S.2.