Türk ədəbiyyatında magik realizm hadisəsi

 

Müstəqillik dövründə yeni yaranmış respublikalarda keçmiş sosialist realizm yaradıcılıq metodundan xilas olmuş, fərqli baxışları üslubları özündə əks etdirən çoxmetodlu ədəbiyyat epoxası yaranmışdır. Başlanğıc mərhələdə Yazıçılar Birliklərinə alternativ kimi özünü bəyan edən çoxsaylı cəmiyyətlər qruplar az sonra ideya-sənətkarlıq cəhətdən bir neçə istiqamət üzrə birləşərək yeni tipli ədəbi cərəyanlara çevrilmişdir. Postsovet məkanında, o cümlədən, türk dünyasında həmçinin Azərbaycan ədəbiyyatında formalaşmış ədəbi cərəyanlar əsasında keçmiş sovet dövründəki vahid yaradıcılıq metodundan müxtəlif ədəbi platformaları əhatə edən çoxmetodlu ədəbiyyata keçid prosesi qərarlaşmışdır. Bu tarixi dövrdən etibarən neorealizm, postmodernizm, dekadentizm, magik realizm, akademizm sair kimi ədəbi cərəyanlardan hər biri yaradıcılıq metodu funksiyasını həyata keçirməyə başlamışdır. Artıq keçən 30 ildən çox bir dövrdə Azərbaycan ədəbiyyatında olduğu kimi, türk dünyasını təmsil edən xalqların ədəbiyyatlarında da fərqli ədəbi cərəyanların tanınmış simaları meydana çıxmışdır. Yeni qırğız ədəbiyyatının görkəmli nümayəndələrindən olan Sultan Rayevin yaradıcılığında da müstəqillik dövrünün ədəbi-tarixi proseslərinin reallıqları öz əksini tapmışdır. O, yaradıcılığının ilk dövrlərində qırğız ədəbiyyatında postmodernizmin formalaşma inkişafına mühüm ədəbi töhfələr verən maraqlı bədii əsərlər yazmışdır. Qırğız postmodernist ədəbiyyatının önündə gedən Sultan Rayev ölkəsində bu ədəbi cərəyanın əsas yaradıcılarından biri kimi tanınmışdır. Bununla belə, Sultan Rayevin yaradıcılığında həyatın insanın ədəbi təqdimatında postmodernizmdən gələn gerçəkliyin dekonstruksiyasından çox, mifologiya ilə müasir zamanın dialektiv əlaqədə əks etdirilməsinə meyil daha qabarıq görünməyə başlamış inkişaf etmişdir. Bu proses tədricən təbii olaraq Sultan Rayevin ədəbiyyatda postmodernizmdən magik realizmə keçidini şərtləndirmişdir. XXI əsrin ikinci onilliyindən başlayaraq Sultan Rayevin yazdığı əsərlərdə postmodernizmlə müqayisədə magik realizm üstünlük təşkil etmişdir. Artıq o, qırğız ədəbiyyatında postmodern elementləri olan magik realist ədəbiyyatın görkəmli nümayəndəsi yaradıcısıdır. Sultan Rayevin Azərbaycan dilində nəşr edilmiş "Dəlixana" "Daşqın" romanları tam mənası ilə mükəmməl magik realist əsərlərdir. "Dəlixana" romanında şəxsiyyət zaman problemi daha çox yunan mifologiyası ilə müasir dövrün ideyalarının üzvi sintezi vasitəsilə ifadə olunmuşdur. "Dəlixana" qədim dünya mifologiyası əsasında müasir dövrün hadisələrinin uzlaşdırılması əsasında yazılmış yeni tipli romandır. Sultan Rayev "Dəlixana" romanında mifologiya müasirlik ruhu əsasında paralel dünyalar haqqındakı harmoniyanı böyük məharətlə təqdim edə bilmişdir. Lakin bu məqamda Sultan Rayev ənənədə müşahidə olunan "tarix təkrar olunur" yolu ilə getməmiş, əksinə, tarixin mifologiyanın dərslərindən nəticə çıxararaq, irəliyə doğru inkişafı göstərməyə daha çox diqqət yetirmişdir. Buna görədir ki, "Dəlixana" tarixi roman deyil, yeni tipli müasir mifoloji roman kimi diqqəti cəlb edir. "Dəlixana"da mifologiya bəşəri ideyanı müəyyən edən faktordur. Əsərdəki həyat materialı isə yeni tarixi dövrün problemlərini əhatə edən reallıqların əks-sədasıdır. Beləliklə, "Dəlixana" müasir ruhlu mifoloji roman kimi diqqəti cəlb edir ədəbiyyatda yeni hadisə kimi səslənir.

Sultan Rayevin "Daşqın" romanında da mifologiya motiv (dünya) müasir zaman problemi öz əksini tapmışdır. Lakin "Dəlixana"dan fərqli olaraq "Daşqın" romanı yunan mifologiyası əsasında deyil, dünya tufanı kimi ümumdünya mifoloji motivləri işığında yazılmış orijinal bədii əsərdir. Bundan başqa, Sultan Rayev "Dəlixana"da təqdim etdiyi mifologiya zaman problemini "Daşqın" romanında mifologiya insan formatına keçirməklə nəinki özünütəkrardan qaçmış, hətta müasir bəşəri problemlərin daha aktual səsləndiyi orijinal bir əsər yaratmışdır. Tarixə Dünya Tufanı kimi daxil olmuş Nuh peyğəmbərlə əlaqədar əsatir yazıçıya tufandan əvvəlki daşqından sonrakı həyatın müqayisəli təsvir edilməsi priyomu vasitəsilə qaldırdığı problemi köklü şəkildə əks etdirmək imkanı qazandırmışdır. Doğrudur, "Daşqın" romanında keşiş Kxenin simasında müəllif müxtəlif tarixi epoxalarda yaşasalar da, insanların kökdən qopmalarının faciəsini göstərməyə nail ola bilmişdir. Tufandan əvvəl kəskin şəkildə embrion insan yaradılmasına qarşı çıxdığı üçün edam cəzasına məhkum edilən Kxe Daşqın hadisəsinin baş verməsi nəticəsində ölüm cəzasından xilas olaraq möcüzə sayəsində sağ qalaraq okean sularının arasındakı kiçik bir adada dörd nəfərlik ailə üzvləri: arvadı Man, oğlu Etix qızı Duna ilə birlikdə məskunlaşır. Daşqından əvvəl embrion insan yaratmaqda dünyada ad-san qazanmış gen mühəndisi, uşaqlıq dostu professor Yan Helmutun "kəşfi"ni sərt ittiham edən keşiş Kxenin monoloqu bəşəriyyəti baş verməkdə olan fəlakətdən xilas etmək üçün real insanın həyəcanlarını narahatlığını əks etdirən çox qüvvətli bir çağırışdır. Keşiş Kxenin monoloqu yeni tarixi dövrdə insanlığın xilasına ünvanlanmış bəşəri çağırışın əməli ifadəsidir. "Mən heç vaxt insan təbiətinin inkişafı mövzusunda (insanların geninin dəyişdirilməsi nəzərdə tutulur - İ.H.) elmi nihilizmə dəstək verməyəcəyəm.

Çünki heç bir elmi sınaq İnsan Vicdanının Qanunlarından yuxarıda dayana bilməz. Bu kəşf birbaşa insanla bağlıdır, o, insan üçün təhlükəlidir. O, insandakı bəşəri mahiyyəti məhv edəcək. Bir keşiş kimi (o, əlini sinəsinə apardı), Tanrıya inanan bir insan kimi demək istəyirəm ki, bu, Yaradan üçün təhqirdir, onun dininə inamsızlıq aşılamaqdır.

Biz hamımız Yaradanın sevgisi ilə doğulmuşuq: həm , süni insan ideyasını kəşf edən professor Yan Helmut da, genetik totalitarizm nəzəriyyəsini həyata keçirmək istəyən Odlos Haksil ... Yaradan bizə həyat verib, Tanrının iradəsindən kənar yaradılan hər şey şeytan əməlidir. Mən belə deyərdim: insanı insan edən onun Ruhu, Şüuru, Hissləridir. Süni insanda bunların heç birinə rast gəlmirik. Bu, şarlatanlıqdır... Bizim dinimiz insanabənzər süni məxluqların yaradılmasının qəti əleyhinədir... Süni insanın sinəsinin altı boşdur, onun ruhu, daxili aləmi, vicdanı yoxdur. Bu xüsusiyyətləri insana yalnız Tanrı verir... Əvvəla, Frankenşteyn kimi süni insan özünü həmişə ikinci növ adam kimi hiss edəcək. Bəs Frankenşteyn cinsi sahədə özünü necə aparacaq?.. İnsanabənzərlərin yaradılması təcrübəsi elmin humanist dəyərləri ilə uyğun gəlmir... Vətəndaşların hər şeyi özlərinin həll etdiyi, özlərinin qurduğu, qərar verdiyi tam demokratik cəmiyyətdə birdən-birə əhalinin yalnız süni insan hesabına artırılmasını qət etsələr, olacaq?... O zaman bəlkə uşaq doğmaq zərurəti aradan qalxacaq. Uşaq doğmaqdansa, hamı uşaq almağa üstünlük verəcək. Kim bizə təminat verir ki, əsrin sonunadək bütün Avropa, bütün dünya süni adamların əlinə keçməyəcək? Orada Tanrı var? Sizin qəlbiniz boşdur?.. Sizin tanrınız yoxdur?!"

Bu, Sultan Rayevin Tanrı yolu adlandırdığı normal insan cəmiyyət ilə gen mühəndislərinin yaratdığı süni embrion insanlardan ibarət olacaq bir quruluş arasındakı uçurum haqqında həyəcan təbilidir. XXI əsrin əvvəllərində qloballaşma adı ilə meydana gələn, son onilliklərdə süni intellekt cəmiyyət kimi formalaşmaqda olan müasir mərhələdə bəşəriyyətin üz-üzə qaldığı, gündən-günə aktuallaşan bu suallara yazıçının axtardığı cavab heç yalnız dini inamın qorunub saxlanması ilə əlaqədar deyildir. Sultan Rayevin təqdimatında Kxe Nuh əyyamında süni embrion insanın yaradılmasına qarşı çıxmasına, Allahın varlığını qəbul bəyan etməsinə görə edam cəzasına məhkum edilirsə, Daşqından sonrakı dövrdə süni embrion insan olduğundan xəbərsiz olduğu doğma oğlu Etix ondan doğulmuş buynuzlu oğlan nəvəsi tərəfindən çarmıxa çəkilir. Əsərdə xilas yolu kimi bütün dəyişikliklər təhlükələr qarşısında geniş mənada dini mənəvi dəyərlərin, insani xüsusiyyətlərin dərindən mənimsədilib yaşadılması ilə insanlığı qoruyub saxlamağın mümkünlüyü ideyası yazıçının estetik idealı kimi irəli sürülür. Müəllif oxucuya Etixin timsalında əyani şəkildə çatdırır ki, süni embrion insan anasına doğma bacısına təcavüz etməyi adi həyat tərzi kimi qəbul edə bilən eybəcərliyin təcəssümüdür. Bu prosesin qədər dəhşətli dözülməz ola biləcəyi Etixin bacısı Duna ilə qeyri-qanuni izdivacından doğulmuş buynuzlu nəvənin babasının çarmıxa çəkilməsi ilə kifayətlənməyib, onun gözü qarşısında Müqəddəs Kitabı "ləzzətlə cırması... səhifələrini ard-arda okean sularına tərəf uçurması" faktı ilə, oğlu Etixin isə atasını "Müqəddəs Kitabın səhifələrinin dalınca gülə-gülə Nəhəng suya atması" detalı ilə əyaniləşdirmişdir. Romandakı Kxenin arvadının, keçmiş gen mühəndisinin simasında isə yazıçı öz səhvlərini, daha doğrusu, acı taleyini dərindən dərk etmiş iştirakçısı olduğu fəlakətlərdən xilas yolunu bu eybəcər mühiti tərk etməkdə görən insanın cismani ölümü ilə həyatını sularda Ay işığına qərq olmuş utopik mənəvi məkanda şərəflə "davam" etdirməsini təsvir etməklə nəzərə çatdırır. Göründüyü kimi, Sultan Rayev nəinki embrion insanın dini inamını itirməsini, bütövlükdə insanlıq hisslərindən məhrum olduğunu göstərməklə bəşəriyyəti bu fəlakətə doğru getməməyə çağırır. Ona görə Sultan Rayev böyük macar bəstəkarı Prents Listin yazdığı İnsan Himnini "İnsan cahilliyinin nisgil qaranlığından çıxmağın" marşı kimi təqdim edir. Sultan Rayev qəti olaraq bu fikirdədir ki, ən çətin sınaq məqamlarında, ən ədalətsiz hallarda rastlaşarkən yolunu azmaq yox, "bütün ədalətsizliklərə təqiblərə dözmək lazımdır", heç vaxt insanlığı itirmək olmaz. Yazıçı bədii əsərin bütün enerjisi ilə oxuculara çatdırmaq istəyir ki, "Sən, hətta öz bədənini, öz həyatını başını qurban verə bilərsən, amma Tanrının sənə verdiyi ruhu ölməyə qoymaq olmaz. Onu daim qoruyub saxlamaq lazımdır". Bu baxımdan Sultan Rayevin nəzərə çatdırdığı "anlayıb dərk etmək", "oxuyub öyrənmək", "sərt sınaqlardan keçmək üçün... qədər çətin olsa da, geri çəkilməmək" kimi keyfiyyətlər romanda insanın mənəvi bütövlüyünün zəruri şərtləri kimi təlqin olunur. Əsrin sonunda okeanda "Dünya Nuru"na qərq olan Kxenin gəlib çatdığı əbədiyyətin əsas mahiyyəti aşağıdakı kimi ümumiləşdirilir: "O, bu sınaqlardan özünün Həyata olan sevgisi, inamı ümidi sayəsində keçə bilmişdi.

Qəlbindəki bu sərvət heç vaxt insanı dünyanın sərt, amansız sınaqları qarşısında sınmağa, onu dizi üstə çökməyə qoymaz".

Ümumdünya Daşqın kimi tarixə daxil olmuş Nuh tufanından, Daşqından əvvəlki sonrakı dövrün böyük fəlakətlərini yaşamış Kxenin başına gələn faciələrdən çıxış yolunun formulu bunlardan ibarətdir. Bu yekun qənaət həm qloballaşmanın ya embrion insan cəmiyyətinin törədə biləcəyi fəlakətlər qarşısında insanı, insanlığı qoruyub saxlamağın yaşatmağın da düsturudur. Yeni sənaye inqilablarının cəmiyyətin inkişafının reallığına çevrildiyi hazırkı zamanda həyatın bütün çətinliklərindən yalnız intellektual biliklərlə deyil, həm möhkəm mənəvi dəyərlərin yaşadılması vasitəsilə keçməyin zəruri olması ideyası "Daşqın" romanının qayəsidir. Bu, heç Sultan Rayevin rəqəmsal cəmiyyətin, yaxud süni intellektin əleyhinə olması yox, əksinə, yeni tarixi dövrün real sınaqlarına qalib gəlmək üçün aşılamaq istədiyi əsas ideyadır. Bu baxımdan, Nuh əyyamının hadisələrindən söz açan yazıçının təqdim etdiyi ibrətamiz həyat hadisələri çıxardığı nəticələr, habelə irəli sürdüyü ideyalar müasir dövrümüz üçün xüsusilə aktual əhəmiyyətlidir. Əslində yazıçının bədii priyom kimi düşündüyü Daşqından əvvəl Tufandan sonrakı dövrlər sanki keçmiş zamanda baş vermiş hadisələr vasitəsilə müasir dövrün hadisələrini ictimai-siyasi proseslərini mənalandırmaq üçün seçilmiş üsuldur. "Daşqın" romanında "Tufandan əvvəlki dövr" ya "o biri dünya" kimi təqdim edilən dövr tam mənası ilə Yer kürəsindəki mövcud insan cəmiyyətinin müasir mərhələsinin proobrazıdır. Əsərdəki Kiçik Ada isə insanın harada, hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq, hər yerdə sınaq qarşısında olduğunu həyatın həmin imtahanlarından yalnız inam əqidə ilə çıxmağın mümkünlüyü ideyasını isbat etməyə xidmət edir. Dünya ədəbiyyatında macəralar adası kimi tanınmış Robinzon Kruzonun "yaşadığı" hadisələrdən fərqli olaraq, Sultan Rayevin "Kiçik adası" əlahiddə cəmiyyət mənasını daşıyır. Kiçik adada dörd nəfərlik ailənin yaşadıqları hadisələr xilas yoluna münasibətdəki müxtəlif mövqelərdən olan insanların aqibətini göstərmək üçün yazıçı tərəfindən tapılmış çox səciyyəvi detallardır.

"Daşqın" romanı Sultan Rayevin magik realizm ədəbi cərəyanının görkəmli nümayəndələrindən biri olduğunu əyani şəkildə nümayiş etdirir. Əvvəla, dünya magik realizmi ədəbiyyatında olduğu kimi, "Daşqın" romanında da hadisələrin insanların təqdimatında əsatiri motivlərdən yaradıcı şəkildə istifadə olunmuşdur. Müəllifin müraciət etdiyi Nuhun Tufanı əsatirinin süjeti bəşəriyyəti inamını itirmiş, eybəcər həyat tərzində yaşayan insanlardan xilas etmək üçün Yer üzünün suya qərq olunduğunu oxuculara çatdırmaqla həyatdakı bəlalardan inamla, əqidə ilə keçməyin daha ləyaqətli olduğuna inam yaratmağa xidmət edir. Yazıçının müraciət etdiyi Su pərisi obrazı da mifoloji süjet vasitəsilə insanın həyat eşqini ya arzusuna çatmaq üçün bütün varlığı ilə çalışmağın, yaşamağın vacibliyinə inamını ifadə edir. Əsərdəki hadisələrin təqdimatında yuxu, tale yazıçı, xatırlama, dua, dini süjetlərə müraciət baş verən əhvalatların magik şəkildə çatdırılmasına şərait yaradır. Müəllifin özünün yaratdığı "Nəhəng su", "Böyük Daşqın", "Kiçik Quru Ada" kimi anlayışlar hadisələrin məkanın təsvirlərində magik baxışların əks etdirilməsinə meydan açır. Romanda yazıçının dünyanın yaradılışı haqqındakı təsvirləri mifik təsəvvürlər üzərində qurulmuşdur: "Əvvəlcə Yaradan göyü yeri yaratdı, torpaq elə bu adaya oxşayırdı - daş-kəsəkli səhralıq idi. Ucu-bucağı olmayan göy üzü isə zülmət qaranlığın pərdəsi altında gizlənmişdi. O zaman Tanrı Gündüzü Gecəni ayıran işığı yaratdı. İlk Gün həmin vaxt doğuldu. Tanrı üst sularla alt suları ayıran Havanı əvvələ gətirdi.... Qurunu yaratdı onu Torpaq adlandırdı... Bütün quru ərazilərə toxum səpdi, onlardan müxtəlif otlar meyvə ağacları göyərdi... O, böyük qəndili - Günəşi, kiçik qəndili - Ayı çoxlu ulduzu əmələ gətirdi. Beləliklə, o, özünəbənzər Adəmi yaratdı. ...Dünya belə yarandı, dünyada həyat belə yarandı".

Belə məqamlarda yazıçı Sultan Rayev mütəfəkkir ədib kimi görünür. "Daşqın romanındakı çoxsaylı tarixi-coğrafi məlumatlar, tibbi-bioloji informasiyalar Sultan Rayevin geniş mütaliə mədəniyyətinə, elmi-ədəbi axtarışlara malik olduğunu göstərir. Geniş elmi-ədəbi dünyagörüş magik-realist ədəbiyyat üçün magiya içində real həyatı, yaxud real həyatdakı magiyanı görməyə göstərməyə imkan yaradır. Fikrimcə, Sultan Rayevin "Dəlixana" "Daşqın" romanlarında magik realizmin təzahürlərinin yüksək səviyyədə təsvirlərinin alınmasında onun həyata bədii istedadı ilə bir yerdə, həm geniş elmi-ədəbi biliklərə malik olması da mühüm rol oynamışdır. Sultan Rayev həm istedadlı həm savadlı yazıçıdır. Onun yüksək bədii istedadı ilə intellektual dünyagörüşü bir-birini üzvi surətdə tamamlayır.

Romanda Nuh əsatirinə, Dünya tufanı mifinə müraciət edilməsinin səbəbi magik realizm baxımından izah edilmişdir: "Bəs üçün Yaradan gündə min dəfə bu Müqəddəs adı təkrar edən Kxemi Daşqında boğmadı?.. Bəlkə ağır sınaqlardan keçmək Nuh kimi onun da qismətinə düşüb?! Axı bu sınaq yalnız onlardan keçə biləcək adamlar üçün nəzərdə tutulur... Sən demə, insanın sağ qalmasının əsas əlaməti onun hərəkət etməsi deyil, onun beyni, qanı ilə birgə bütün bədənində dövr edən yaddaşı, şüuru ilə bağlıdır. Bunlar olmasaydı, insan heyvandan necə fərqlənərdi?"

"Daşqın" romanında Kxenin onun ailəsinin başına gələn əhvalatlar realizmin, yaddaşla, şüurla, baxışla əlaqədar motivlər isə magik təsəvvürlərin təzahürləridir. Nuh tufanı hadisəsi magik baxışların proqramı, Kxenin Tanrı qarşısındakı sarsılmaz inamını ifadə edən süjetlər isə yazıçı tərəfindən düşünülmüş magik təsəvvürlərin gerçəkləşdirilməsinin bədii ifadəsidir. Gen mühəndisi olmuş arvadı Man, embrion insan kimi dünyaya gətirilmiş Etix, onların sosial mühitinin girovu olan qızı Duna, embrion atadan dünyaya buynuzlu gəlmiş Kxemin oğlan nəvəsi gerçək realizmin daşıyıcıları olub, ana-övladın, qardaş-bacının izdivacına qədər bütün fəlakətləri törətməyə adi həyat tərzi kimi baxan insanların gerçək faciəsini xoşbəxtlik kimi yaşayan insanlardır. Dunanın atasına "Sizin üçün olar, üçün bizim üçün yox?" - cavabı süni embrion insanlar mühitinin faciəsidir. Kxenin həyatı isə bütün çətinliklər qarşısında İlahi Yaradana inamını itirməyən, ən çətin məqamlarda Kiçik adada özünün yaratdığı Kilsəyə çəkilib Tanrıdan imdad istəyən, dualar edən insanın magiyasından ibarətdir. Yazıçı ahəngi pozulmuş "günahkar çirkin dünyanın" eybəcər gerçəkliklərini deyil, Kxenin dərin inamını ona uyğun olaraq atdığı addımları, onun sarsılmaz iradəsini dözümünü insan həyatının manifesti kimi təqdim edir.

Romanda Su Pərisi, Böyük kitab, Nəhəng su, Kiçik Quru Ada sair kimi mifik məfhumlar bədii obraz səviyyəsinə qaldırılmışdır. Yazıçı bir çox hallarda özünün ana fikirlərini, estetik idealını bu mifoloji obrazlar vasitəsilə ifadə etmişdir.

Sultan Rayevin "Daşqın" romanı bir neçə il bundan əvvəl yazılıb nəşr olunsa da, yazıçının insan cəmiyyətinin müasir mərhələsində üz-üzə qaldığı problemlərə həsr olunmuş münasib çıxış yollarını təqdim edən əhəmiyyətli əsərdir. Mifoloji motivlər əsasında yazılmış "Dəlixana" "Daşqın" romanları ilə istedadlı təcrübəli yazıçı Sultan Rayev qırğız ədəbiyyatında yeni mərhələ yaratmağa nail olmuşdur. Sultan Rayev qırğız ədəbiyyatında postmoderndən magik realizmə keçidin magik realist ədəbiyyatın yaradıcısıdır. Türk xalqlarının ədəbiyyatında yeni tarixi dövrdə meydana çıxmış neorealist postmodernist ədəbiyyatla müqayisədə, magik realizmin yenidən formalaşmaqda olduğunu nəzərə alsaq, Sultan Rayevin "Dəlixana" "Daşqın" romanları ümumtürk nəsrinin mükəmməl magik-realist əsərləri hesab olunmağa layiqdir. "Dəlixana" romanında yunan mifologiyasını, dünya miqyaslı tarixi şəxsiyyətlərin taleyindən bəhs edildiyini, "Daşqın" romanında Dünya Tufanı Nuh peyğəmbərlə əlaqədar motivlərin əsas ideyanın bədii ifadəsi kimi ön mövqeyə çəkildiyini nəzərə almaqla, Sultan Rayevin bu romanlarını dünya magik realizmində özünəməxsus yer tutmağa layiq olan qiymətli bədii əsərlər kimi qiymətləndirmək lazımdır. "Dəlixana" "Daşqın" romanları bütün hallarda bu gün TÜRKSOY kimi nüfuzlu beynəlxalq təşkilata uğurla rəhbərlik edən Sultan Rayevin dünya miqyasında düşünməyi yazmağı bacaran, türk mədəniyyətinin ədəbiyyatının inkişafına məsuliyyətlə şərəflə xidmət edən istedadlı yazıçı ictimai xadim olduğunu əyani şəkildə nümayiş etdirir. Sultan Rayev bir çox hallarda dünya şöhrətli görkəmli yazıçı Çingiz Aytmatovun XX əsrdə qaldırdığı bəşəri problemləri XXI əsrdə yeni dünyanın müasir reallıqları gedişatı ilə daha da zənginləşdirərək, əslində yenidən dərindən qavrayaraq, özünəməxsus şəkildə təsvir etmişdir. Nəticədə tam fərqli hadisələr obrazlar əsasında mükəmməl orijinal bədii əsərlər meydana qoymağa nail olmuşdur. "Daşqın" romanı orijinal magik realist hadisədir. Fikrimcə, bu əsərlərin Avropa dillərinə tərcümə edilməsi qırğız ədəbiyyatına da, ümumtürk ədəbiyyatına da yüksək nüfuz qazandıra bilər. Bir qədər obrazlı şəkildə müəyyən dərəcədə avans olaraq deyə bilərik ki, Sultan Rayev müasir mərhələdə heç kəsi təkrar etmədən türk ədəbiyyatının Markesi funksiyasını məsuliyyətlə ləyaqətlə yerinə yetirməkdədir. Sultan Rayevin romanları qırğız ədəbiyyatında da ümumtürk ədəbiyyatında da magik realizmin ədəbi cərəyan kimi fəaliyyət göstərdiyini bir daha təsdiq edir.

 

31 mart 2025-ci il

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 4 aprel, №11.- S.8-9.