Türk Akademiyası Azər Turanın
"Əli
bəy Hüseynzadə"
kitabını
qazax və özbək
dillərində nəşr
edib
Türk Akademiyası Azər Turanın türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq nəzəriyyəsinin müəllifi Əli bəy Hüseynzadənin həyat və irsini araşdıran "Əli bəy Hüseynzadə" kitabını Astanada qazax, Daşkənddə özbək dillərində nəşr edib.
Kitablar Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin Ön sözü ilə çap edilib.
Xatırladaq ki, A.Turanın "Əli
bəy Hüseynzadə"
kitabı əvvəllər
Bakıda (3 təkrar nəşr), Moskvada (rus dilində), İstanbulda Türkiyə
türkcəsində nəşr
edilmişdir.
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.9.