Ömrün payızı...
Bu necə
buluddur, durmur göydə də,
Bu necə yağışdır,
yerə də yağmır?!.
Sel kimi açılan vaxtsız bir yağış
Şərə də yağmasa,
xeyrə də yağmır.
Rahatlıq
tapmayır, dincəlmir zaman,
Hökm
ilə hər nəyi deyir, eləyir.
Gecəni
döndərir fikrə,
xəyala,
Səhəri bir vərəq
şeir eləyir.
İsti də çox
görür ömür, bürkü də,
Ancaq ki,
hər dəfə sərt
qışdan keçir.
Adama ayrılıq, kədər
payızdan,
Ağlamaq, bəlkə də
yağışdan keçir.
Ayaz
saxlamır
Adamlar
dövranla qabaqlaşırlar,
Ömürlər tələsir, vaxt
geri qalır.
Günləri elə çox
qaraldırlar ki,
Hərəyə tək bircə
göz yeri qalır.
Xeyir
iş görülür şərlə qarışıq,
Min əməl bir halal zəhmət
eləmir.
Günahlar o qədər çoxalıb,
artıb,
Allah hər ölənə rəhmət eləmir.
Hava da təngiyir,
boğulur zaman,
Aldıqca hər nəfəs
nəfəsə çatmır.
Ucadan səslənib, çağırsan
belə,
Hər dəfə nədənsə
səs səsə çatmır.
Torpağın
üstündə, göyün üzündə
Açılan hər cığır,
hər yol səhv gedir.
İlk dəfə atılan hər bir addımın
Ardıyla bir fərman, üzr, əfv gedir.
Zamanə
çırpsa da pəncərəsini,
Ruzigar saxlamır, ayaz saxlamır.
Həyat
hər yazdığı
ağ səhifədə
Haqqın
rəngini də bəyaz saxlamır.
Ömür
gəlir, bilmirsən...
Torpağa
yağış yağır,
Baxışların üstündən.
Ardınca payız gəlir,
Yağışların üstündən.
Damcılar
dil açsa da,
Sözlərini saxlayır.
Buludlar göydə güclə
Özlərini saxlayır.
Bu qədər
yağış yağır,
Pəncərəni silmirsən.
Ardınca payız gəlir,
Ömür gəlir, bilmirsən...
Zaman tamam
rənglənir
Bir naxışın içində.
Payızla ömür qalır
Bu yağışın içində.
Bir kəlmə
yadımda
qalmadın mənim
Mən səni
uca dağ, zirvə bilirdim,
Ancaq ki,
heç qara daş da
olmadın.
Dalğalı dəniztək sanırdım,
fəqət,
Gözümdə bir damla yaş da olmadın.
Səni
dan ulduzu zənn eləyirdim,
Xəyalın göylərdən yerə
enmədi.
Səhv
edib adına xeyirxah dedim,
Şərə endi başın,
xeyrə enmədi.
Həyatda
çinartək görürdüm səni,
Üstümə kölgə də
salmadın mənim.
Ən şirin söz idin fikirlərimdə,
Bir kəlmə yadımda qalmadın mənim.
Mən səni
bir işıq, bir nur sayırdım,
De, niyə zülmətdə
saçılmadın bəs?
Mən səni al səhər
hesab edirdim,
Nə üçün ömrümdə
açılmadın bəs?
Mənimçün
həqiqət, haqq idin, nədən,
Yalanı
doğrudan seçə
bilmədin?
Ümiddən çəkilmiş yoldun,
bəlkə də,
Tək mənim qəlbimdən keçə bilmədin...
Yaşayır
Zaman yoxdu
bu məkansız şəhərdə,
Sevinc sönür, göz yaşında, qəhərdə.
Gecə
kimi bir nəfəssiz səhər də
Meh canına toxunanda yaşayır.
Çox
çiçəklər sevgisindən ayılmır,
Baharsa
da fikri hələ
yayılmır...
Gülün ömrü gözəlliklə
sayılmır,
Güllər ancaq qoxunanda yaşayır.
Kəlmələri
həm acıdır, həm şirin,
Gizlinində izi itir zahirin.
Bitmir, atam, heç həyatı şairin,
Şair,
sözü oxunanda yaşayır.
Yəhya Paşazadə
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.28.