Şəlalə İnqilabqızına
Yamaca çən gəlir, dağa qar düşür,
Saralan gümanım - payız ötüşür,
Könlümə əlçatmaz arzular
düşür,
Didərgin ruhların duasını
çal!
Toplar dillənəndə nağıl
yerinə,
Sən qəlpə topladın noğul yerinə.
İndi yağılarnan oğul yerinə
Döyüşən yurdumun davasını çal!
Bir gülsən, açmısan
qışın qarında,
Qəlbimə doğmadı ağrıların
da.
Təzə pərvazlanan könül
tarında
Qırılan sazının nəvasını
çal!
Belə
ki çalırsan, - min dərd
könlümün,
Dərdin
çəkilməzi bu
mərd könlümün,
Bir qərib sevgiyə həsrət könlümün
Bir ömür çalınmaz
havasını çal!
Adınla
çağlayıb, aşıb-daşarsan,
Adımı çəkərsən, nəğmə qoşarsan.
Bu incə duyğunla, əgər başarsan,
Laylasız dünyamın laylasını
çal!
Gəlirik
Yuxusu da
bizi yandıran yurdlar!
Oyanıb
gəlirik səni almağa.
Bu zalım dünyanın min
bəlasına
Dayanıb gəlirik səni
almağa.
Sinəmiz həsrətdən qəlpələnibdi,
Ruhumuz göylərə səpələnibdi.
Hər qarış torpağa qan çilənibdi,
Boyanıb gəlirik səni
almağa.
Tarixim şanlıdı, ordum müzəffər,
Ölümsüz əsgərik, yeriyən
səngər...
Görsün zərbimizi qatı
düşmənlər,
Atlanıb gəlirik səni
almağa.
Nə zillət yaşadın, aman, Qarabağ?!
Burda durmalıydı zaman, Qarabağ!
Hər gün aşuradı, hər yan Qarabağ,
Çalxanıb gəlirik səni
almağa.
Elin Vətən boyda dönərgəsi var,
Bəmlə qoşalaşan zil
pərdəsi var.
Xalqın
sayı qədər sərkərdəsi var,
Toplanıb gəlirik səni
almağa.
Körpə ahlarıdı Vətən
göyləri,
Şəhid ruhlarıdı Vətən
göyləri.
Allahla yarıdı Vətən göyləri,
Boylanıb gəlirik səni
almağa.
Beləcə
Dərdim
- piltə, ürəyim
- şam,
Yandırıb-yaxdım beləcə.
Yandım
səhər, yandım
axşam,
Əriyib
axdım beləcə.
- Qoca dünya gör-götürdü,
Kim qazandı?! Mən itirdim.
Yenə
bir çiçək
bitirdim,
Bir ömür yapdım beləcə.
Bu yollar çiçək-çiçəkdi,
Nə kövrəkdi, nə göyçəkdi!
Əvvəli-sonu ürəkdi;
bir yola çıxdım beləcə...
Günahlarım savab ikən,
Savablarım günah oldu.
Dərdim,
qəmim Allah oldu,
Boylanıb baxdım beləcə...
***
Şəhid atası Allahverdi
Dərdə
Min çaları olsa da,
Bu dünyada birdi dərd.
Allahın elçisidi, -
Elə Göydü, Yerdi dərd.
Müəllimdi, ustadı,
Naşı ömür yasdadı...
Yağmurunda isladıb,
Günəşinə sərdi dərd.
Sinələr oyum-oyum,
Yarım,
köksümə qoyum.
Ürək kimi duyduğum
Arazdı
dərd, Kürdü dərd.
Ərzi
alıb başına.
Dönüb qan yaddaşına,
Qalıb
başlı-başına,
Çuğlayıbdı yurdu dərd.
Bayatıdı, ağıdı,
Sinəmizin dağıdı.
Gördük qan çanağıdı,
Sərkərdə - dərd, ordu -
dərd.
Ocaq nədi, Pir nədi,
Açılmayan sirr nədi?!.
Görməyəni görmədi,
Görənləri gördü dərd.
Tarixi oyandırır,
Durnalar dayandırır.
Dərdi
şamtək yandırır
Hər gün Allahverdi Dərd...
Səs
Nədən gecikmisən bu vaxta kimi,
Min ilin başından keçib gələn səs?!
Xəfif
titrəyişlə, incə
gülüşlə
Ağrımı, acımı yarı
bölən səs.
Bir qönçə dərdimlə
gəldin yanaşı,
Səsim
yandırırkən torpağı,
daşı.
Danış, dünənimin dilsiz
sirdaşı,
Danış, sabahımla qoşa
gülən səs.
Ahım
ağardacaq gur saçlarını,
Tapsam yaylığında barmaqlarımı.
Dönür göz yaşına
yanaqlarımı,
Ağlaya-ağlaya hər gün silən səs.
Dinib yüyrüyümdə, başdaşımda
da...
Haçansa qalıbdı yaddaşımda
da,
Tapacaq dünyanın o başında
da,
Yerimi hamıdan yaxşı bilən səs.
O mənim şəkərim,
balım dünyada,
Gərək ömrü qədər
qalım dünyada.
Yaşadar, sevdirər zalım
dünyada
Məni
öldürən səs,
mənnən ölən
səs.
***
Həkim İlham Cəfərliyə
Dünya
bir nar, üç almadı,
Belə-belə... əzizim.
Böl bu narı, almaları
Aya, ilə, əzizim.
Dünya
nardı, dünya nağıl,
Bir az sevgi, bir
az ağıl.
Nə səfərdi qürub çağı
Düzə, çölə, əzizim?!
Hər günahda bir haqq gördüm,
Hər haqda bir günah
gördüm.
Ürəklərdə Allah gördüm,
Sığmaz dilə, əzizim.
Bu dünya mələklənibdi,
Sevənləri təklənibdi.
Çölüm bəmə köklənibdi,
İçim zilə, əzizim.
Bir daş atdın yaddaşıma,
Min bir rəngli savaşıma.
Qarışırsan göz yaşıma
Silə-silə, əzizim.
***
"Öldü" xəbərini
gec eşitdiyim
Qərbi Azərbaycanın Şəki
kəndindən
olan
Şəhid atası ustad Aşıq Elmana
Bu gün elə o gündü...
Ölmüsən, Aşıq Elman!
Demək,
ömür yazını
Silmisən, Aşıq Elman.
Sənsiz
qan ağlar güllər,
Susmaz daha bülbüllər.
Ölümünü deyirlər,
Bilmisən, Aşıq Elman.
Dinib qəmli avazla,
Minbir nakam murazla,
Dərdini qara sazla
Bölmüsən, Aşıq Elman!
Heyf o eşqə, havaya,
Dönmüşdü yiyəvaya.
Bu ölümnən dünyaya
Gülmüsən, Aşıq Elman!
Deyirlər, ilin çıxıb,
Üstündə gülün çıxıb,
Bu gülnən könlün
çıxıb,
Gəlmisən, Aşıq Elman!
Yuxu
kimi
Əlçatmaz xəyallar aparır
səni,
Hərdən dünyadan da qoparır
səni.
Amma ömür demir ürək deyəni,
Yuxu danışırsan, yuxu, əzizim!
Bitmir dünyamızın ahı,
amanı,
Hələ tanımırsan yaxşı,
yamanı.
Geriyə
qaytarmaq olmur zamanı,
Gedibdi ömrünün çoxu,
əzizim!
Özünə xoş günlər
seçir cavanlıq,
İstidən, soyuqdan keçir
cavanlıq,
Keçib gənclik yaşı,
köçür cavanlıq,
Səni
də izləyir qorxu, əzizim.
Söylə, nə qazandın
ötən ömürdən,
Əlindən tökülüb itən
ömürdən?
Susuz səhralarda bitən ömürdən
- Hərdən bülbül
kimi oxu, əzizim.
Atam
Calalın xatirəsinə
Adına
bir şer yaza bilmədim,
Taleyin bir şerə, beş şerə sığmaz.
Bizə
sığınacaq məzar
qoymusan,
Eşqin
bu dünyada heç yerə sığmaz.
Gözlərdə üzünün əksi
qalıbdı,
Dünyamız o vaxtdan bombozdu elə.
Bir ana məzarı fikrə dalıbdı,
Bizim ürəyimiz bumbuzdu hələ.
Bizi gözü-könlü tox saxlamısız,
Ayrı
bir təmənnam yoxuydu mənim.
Məni
xəyallarda çox
"saxlamısız",
Sonrakı həqiqət... yuxuydu,
neynim!
Siz mənim ömrümə bir şirin nağıl,
Nə yaxşı nağıllar
az yaşamayır...
Daha öz çölündən
yığışan oğul
Yazda doğulmuşdu, yaz yaşamayır.
Aldanıb dünyanın etibarına,
Batman dərdlərini çözələmədim.
Düşdüm halal ömrün boran-qarına,
Ulu duyğuları söz eləmədim.
Bir sərkərdə ömrü,
bir kişi ömrü,
Bir qəhrəman ömrü
yalandı, ata!
Adam var, yarınır, irişir ömrü,
Dünya
yanlışlarda talandı,
ata.
Qarlı
dağlar kimi, uca ömürlüm,
Bu eşqi qəlbimtək daşa yazmışam.
Qəbrindən başlayan küləyə
dönüm,
Adını adımla qoşa
yazmışam.
Adnalıya məktub
Sabir Yusifoğlunun xatirəsinə
Qoruya bilmədik şair oğlunu,
Dünyanın qulağı kardı,
Adnalı.
Görürdü gözlərdə tor olduğunu,
Qəribə halları vardı,
Adnalı.
İçində vulkanlar saxlardı
elə,
Sinəsi
tər-təzə dağlardı
elə,
Böyük Turan deyib, - çağlardı elə,
-
Çıraq eyləyərdi dərdi,
Adnalı.
Butaydı,
- qeybdən bir badə içdi,
Özünə tufanlı yolları
seçdi.
Bir quş yuvasından əyilib keçdi,
Amma şax dolandı yurdu, Adnalı.
Səmada
süzərdi,- yoxdu qanadı,
Dünyaya dözərdi, - sındı
inadı.
Yorğun
qollarından tutan olmadı,
Heç-heçə eylədi, durdu, Adnalı.
Lalədən köksündə haləsi
vardı,
Cavidi, Emini, Laləsi vardı,
Onun bir ayrı cür
naləsi vardı,
Dostların ruhunu sardı, Adnalı.
"Rast"dı, "Ruhani"ydi,
"Şur"du, "Şahnaz"dı,
Misralar yanırdı,
- bülbülavazdı...
İnləyən kamandı, hayqıran
sazdı,
Bəzən də hıçqıran
tardı, Adnalı.
Heç
əskik olmadı ondan qan-qada,
Fələk at oynatdı, qaldı
piyada.
Yer tapa bilmədi bu gen dünyada,
Bəlkə yeri yenə dardı, Adnalı!
Ruhu göylərdəydi, eşqi
dərində,
Ölüm dolanırdı həndəvərində.
Yağış, qar səpirdi şeirlərində,
Görürəm məzarı qardı,
Adnalı.
Bir dünya sevgiydi, daşan səbirdi,
Səfərdən dönübdü, - balan
Sabirdi.
Sanma ki,
bu qəbir adi qəbirdi,
O, ayrı bəhərdi, bardı, Adnalı!..
Mehdi Calal
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.29.