Yağış yağır
Şəhər batır, mən
isə bir şeir yazım, deyim sənə,
Yaxın
qışım deyim sənə, uzaq yazım, deyim...
Ağızda dad da qalmasa, şəkər
şirin deyim sənə,
İçimdəki yüz arzudan, görən, birin deyim sənə?
Nəfəsləri qarışdırıb gedən külək deyim sənə,
Boş olsa süfrəm hər səhər, boyat çörək deyim sənə.
Payızda ruhu buzladan soyuq fəsil deyim sənə,
Gedən
xəyal deyim sənə, qalan şəkil deyim sənə?
Boşanmış arzular deyim, ölən ümid deyim sənə,
Bu səhrada məni susuz qoyan yezid
deyim sənə...
Adam deyim, mələk deyim, ya bir
nağıl deyim sənə,
Bu gün simic deyim sənə, sabah paxıl deyim sənə...
Mənə İlahidən gələn
əzab, zülüm deyim sənə,
Yolumda gizlənib duran qəfil ölüm deyim sənə...
Sinəmdəki qıfılları qırıb
qopar, deyim sənə,
Ürəkdə tapdığın nə
var, götür, apar deyim
sənə.
İçində heç nə qalmasın, tez ol, apar deyim sənə...
***
Tutulsa göz, nə fərqi, işıq, ya zülmət olsun,
İçimdə öldü sevgim...
Məkanı cənnət
olsun...
Ürək də incidir çox, yaman verir əziyyət,
Gedib qıraqda ölsün, nişanı cənnət
olsun.
Yol aldın eşqə sarı, güman yəqinə döndü,
Kimin yəqini yoxsa, gümanı cənnət
olsun.
Bir ev tikim səmadə,
divarları günahdan,
Bu yan cəhənnəm olsa, o yanı cənnət olsun...
Niqabı
açma üzdən,
görünməsin səfası,
Həqiqi
aşiq üçün
nihani cənnət olsun.
Yol alsan Haqqa doğru,
dayanma bircə an da,
Hədəflərin içində asanı cənnət olsun.
***
Ömrün payız xalçasında
Naxış kimi sevdim səni,
Qurumuş səhraya yağan
Yağış kimi sevdim səni...
Bütün ruhumu sarmış
Zəncir
kimi sevdim səni,
Tavandan asılıb qalan
Kəndir
kimi sevdim səni.
Bir az şirin, bir az acı
Qəhvə kimi sevdim səni,
Sevməyə düzdən başladım
-
Səhvə kimi sevdim səni.
Nəfsimi alt-üst eləyən
Tamah kimi sevdim səni.
Heç
vaxt bağışlamadığım
Günah
kimi sevdim səni.
Küçələrin sel aparan
Şəhər kimi sevdim səni.
Qanımda gün-gündən artan
Şəkər kimi sevdim səni.
Həsrətlə qələm gözləyən
Varaq kimi sevdim səni.
Böyüklər kimi sevmədim,
Uşaq
kimi sevdim səni...
Lap balaca
uşaq
kimi
sevdim səni.
***
Hamıya
sirr olan eşqi, sənə bildirməsəm, olmaz,
Gözümün yaşını hərdən,
sənə sildirməsəm,
olmaz.
Baxışın ruhuma mənzil,
gülüşün eşqimə
qatil,
Məni
ağlat, əvəzində
səni güldürməsəm,
olmaz.
Sonacan qəmdi kitabın, gözünə sızdı
əzabın,
Nə əzab varsa mənimlə sənə böldürməsəm, olmaz.
Yolumuz daş-kəsəyindi, yerimək
xeyli çətindi,
Yıxılan hər bir ümidi göyə qaldırmasam, olmaz.
Bu nə sevgi, nə məhəbbət? Sonu bir qanlı
cinayət,
Məni
incitməsən, olmur.
Səni öldürməsəm,
olmaz...
***
Qalıbdı son əlacımız, şeir yazım, deyim sənə,
Canım-gözüm deyim sənə, sözüm-sazım
deyim...
Ağızda dad da qalmasa, şəkər-şirin
deyim sənə,
Ürəkdəki yüz arzudan, görən, birin deyim sənə?
Sinəmdə gizlənib qalan,
vuran ürək deyim sənə,
Boş olsa süfrəm hər səhər, boyat çörək deyim sənə.
Payızda ruhu titrədən
soyuq fəsil deyim sənə,
Uzaq xəyal deyim sənə, yaxın şəkil deyim sənə?
Boşanmış arzular deyim, ölən ümid deyim sənə,
Bu istidə məni susuz qoyan Yezid
deyim sənə...
Adam deyim, mələk deyim, ya bir
nağıl deyim sənə,
Bu gün simic deyim sənə, sabah paxıl deyim sənə...
Qulağına pıçıldayım şeir qəzəl deyim sənə,
İçimdə sirli bir ümid. Bu sirri, gəl, deyim sənə...
Əlçatmazım...
Mən,
oxunub axırı çatmış kitab,
Sən,
yazılan şerimə
ən son sətir...
Mən,
yağış altında
gəzən sərsəri,
Sən,
hələ də bağlı qalan bir çətir...
Sən,
göz açınca
uzanan bir üfüq,
Mən,
sənə doğru yol alan bir
bulud,
Sən,
işığın gizli
tutan bir günəş,
Mən,
buz içində üşüyən bir vücud.
Mən,
payız əhvallı
saralmış varaq,
Sənsə, bir az xətti qarışmış
yazı,
Mən
ki, sənə şah
damarından yaxın...
Sən,
əlim altındakı
Əlçatmazım...
İstədim haqqında şeirlər
yazım,
Ey mənim Əlçatmazım.
***
İntizar küləkləri
Üz-gözümü yaladı.
Niyə
bütün sevgilər
Əzabla
qol-qoladı?
Bu nə soyuqdur gəlib,
Nəfəsin də üşüyür.
Ürəyin qəfəsdədi,
Qəfəsin də üşüyür.
Dönüb gün şüasına
Soyuğu
azdırardım,
Üşüyən əllərini
Şeirlə qızdırardım.
Hava yaman tutulub
Yəqin
yağar, deyiblər.
Əynivi
qalın elə,
Sabaha qar deyiblər.
***
Mənim
şeirlərim soyuq,
Bir az da yorğun olsa da,
Sənin
bulaq kimi səsin,
Sənin
sözün şeir kimi.
Mənim
şeirlərim ağır,
Bir az da zülmət olsa da,
Sənin
şəlalə saçların,
Sənin
üzün şeir kimi...
Mənim
şeirlərim sönük,
Bir az dumanlı olsa da,
Sənin
zərif baxışların
Sənin
gözün şeir kimi...
Mənim
şeirlərim bir az
Həyata
küskün olsa da,
Sənin
həyatda varlığın,
Sənin...
özün şeir kimi...
***
Kişi
bir loxma çörəynən dolanar,
Qabağından yeyən olmaz...
Kişi
ağır yükün
altında sınar,
Amma qəddin əyən olmaz...
Kişi
meydanə girə, şirlər ilə pəncələşər,
Kişi
it-qurda gücün göstərməz,
Kişi
çaqqal döyən
olmaz.
Kişi
fəryad eləməz,
ağrısını hamı
bilə,
Kişi
hər dərdü-sərin
gizli çəkər,
Zarıyıb inliyən olmaz...
Kişi
ağır sözünü
xırdalamaz, söz böyüdər,
Kişi
saxlar sözü ağzında bütöv,
Kişi
söz çeynəyən
olmaz.
Kişi
şəxsiyyətini göstərər
ancaq əməli,
Yerli-yersiz kişilikdən danışıb,
Özunü çox öyən
olmaz...
Kişi
dilləndisə, ya haqqı deyər, ya ki susar,
Kişi
məddahlıq ilə
ömr eləməz,
Qaraya ağ deyən olmaz.
Kişi
dağdan da böyük,
qum dənəsindən
də kiçik,
Kişi
həm sadə olar, həm də qəliz,
Ruhuna əl dəyən olmaz,
Onu dərk eyləyən olmaz,
Onu tərk eyləyən olmaz...
Qoşa qafiyə
Döşünə döymə, ey insan. Nə
azadlıq?! Nə iradə?!
Elə bil köhnə saatsan, göbəyindən
qurulursan.
Demə,
yox qorxu gözümdə, ölümün
üstunə getdim,
Sinəvi
gulləyə açsan,
kürəyindən vurulursan...
Nə qədər olsa da sadiq, necə şövq ilə döyünsə,
Elə bir hal da olur
ki, ürəyindən yorulursan...
Səni
zəncirləyər iblis
uçurumda o zaman ki,
Uca bir Eşqin əlindən, ətəyindən
qırılırsan.
Bulanıb çirkaba ruhun,
deyirəm, bircə yolun var:
Sinəvə çək hava
ixlas küləyindən,
durulursan,
Bələyib körpəni möhkəmcə
sıxarlar ki, düz olsun,
O ki dünyaya çıxırsan
bələyindən, burulursan...
İblisin süfrəsi zahirdə
gözəl, ancaq əl atsan,
Duzuna dil çürüdərsən,
çörəyindən kor
olursan.
***
Mənim
şeirlərim soyuq,
Bir az da yorğun olsa da,
Sənin
bulaq kimi səsin,
Sənin
sözun şeir kimi.
Mənim
şeirlərim ağır,
Bir az da zülmət olsa da,
Sənin
şəlalə saçların,
Sənin
üzün şeir kimi...
Mənim
şeirlərim sönük,
Bir az dumanlı olsa da,
Sənin
zərif baxışların,
Sənin
gözun şeir kimi...
Mənim
şeirlərim bir az
Həyata
küskün olsa da,
Sənin
həyatda varlığın,
Sənin...
özün şeir kimi...
İlqar FƏHMİ
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.2.