Əhməd Kabaklının

Azərbaycan ədəbi irsi

 

Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri, iki qardaş xalqın tarixi yaddaşının və ruhunun birləşdiyi müstəsna bir körpüdür. Bu əlaqələr əsrlər boyu inkişaf edərək, XX əsrdən sonra daha da güclənərək, ədəbi mübadilə, tərcümə ortaq layihələrlə zənginləşmişdir. Görkəmli ədəbiyyatşünas alim, yazıçı, şair publisist Əhməd Kabakının ədəbi elmi fəaliyyəti, bu əlaqələrin inkişafında özünəməxsus yer tutur. O, türk ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbi irsininin tədqiqi ilə məşğul olmuş, zəngin ədəbi-elmi mirasımızı Türkiyədə işıqlandırmaqla, iki qardaş xalqın ədəbi mühiti arasında daimi bir dialoq yaratmışdır.

Türk ədəbiyyatının şeyxülmühərriri Əhməd Kabaklı 1924-cü ildə Elazığda - əfsanəvi Harputda dünyaya gəlmiş, ilk təhsilini burada aldıqdan sonra 1944-cü ildə İstanbul Yüksək Öyrətmən Okulunda Ədəbiyyat fakültəsində oxumuşdur. Ədəbiyyatla yanaşı, o 1955-ci ildə Ankara Universiteti Hüquq fakültəsində təhsil almışdır. 1946-cı ildən başlayaraq, mütəmadi olaraq "Tərcüman", "Yeni xəbər", "Türkiyə" kimi müxtəlif mətbuat orqanlarında elmi-publisitik məqalələrlə çıxış etmiş, eyni zamanda müxtəlif təhsil ocaqlarında müəllim kimi fəaliyyət göstərmişdir. Şeyxülmühərrir adı ilə tanınan Ə.Kabaklı bütün həyatını ümumtürk ədəbiyyatının inkişafına həsr etmiş, həm elmi-tədqiqat, həm bədii əsərləri ilə ədəbiyyata töhfə vermişdir. Onun beş cildlik "Türk ədəbiyyatı", "Kültür imperializmi", "Məbəd millət", "Mehmet Akif", "Yunus Emrə, "Mövlana", "Əjdəha daşı", "Şeir incələmələri", "Sultanuş Şüəra Nəcib Fazil", "Şairi-cahan Nədim", "Divan ədəbiyyatı", "Türkiyəni yoğuranlar" kimi çoxsaylı əsərləri nəşr olunmuşdur.

Onun Türk ədəbiyyatına xidmətləri təkcə bədii, elmi publisistik əsərlərlə məhdudlaşmır, Ə.Kabaklı türk mətbuatının inkişafına da böyük xidmət göstərmiş, baş redaktorluğu təsisiçiliyi ilə "Türk ədəbiyyatı" dərgisini nəşr etmişdir. İlk sayı 15 yanvar 1972-ci ildə işıq üzü görən jurnal qısa vaxtda ədəbiyyat camiəsinin diqqətini cəlb etmiş, ədəbi qüvvələri ətrafına cəmləyərək yeni ədəbi məktəb yaratmağa müvəffəq olmuşdur. 1978-ci ildə Türk ədəbiyyatı Vəqfini quran Ə.Kabaklı bu sahədə fəaliyyətini daha da genişlətmiş, ömrünün sonuna qədər bu vəqfin rəhbəri kimi fəaliyyət göstərmişdir. O, 8 fevral 2011-ci ildə dünyasını dəyişmişdir. Onun qurduğu bu vəqf isə Türkiyə ədəbiyyatşünaslığının, ortaq ədəbi əlaqələrinin əsas elm mərkəzi kimi bu gün fəaliyyətini davam etdirir.

Bütün həyatını elmə, ədəbiyyata həsr edən Ə.Kabaklı əsərləri ilə ümumtürk ədəbiyyatın inkişafına, tədqiq təbliğinə xidmət göstərmişdir. Onun təkbaşına hazırladığı beşcildlik "Türk ədəbiyyatı" ədəbiyyatşünaslığımız üçün böyük xəzinədir. Bu əsərdə Türkiyə ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişaf tarixinə nəzər salınmış, şifahi xalq ədəbiyyatından başlayaraq, müasir dövrə qədər bir sıra ədəbi şəxsiyyətlərin həyat yaradıcılıqları işıqlandırılmış, əsərlərindən nümunələr verilmiş, yeri gəldikcə Türkiyə Azərbaycan ədəbiyyatlarının ortaq məqamlarına toxunulmuşdur. Təhlillər göstərir ki, Ə.Kabaklı Azərbaycan ədəbiyyatına yazıçılarına böyük maraq göstərmiş, müxtəlif dövrlərdə Azərbaycanlı yazarlarla yaxın əlaqələr qurmuş, dəfələrlə Azərbaycana gəlmiş, hətta Əli Şamilə müsahibə vermişdir. Əhməd Kabaklı həm türk, həm Azərbaycan ədəbiyyatının inkişafına müsbət təsir göstərmiş, iki ölkənin mədəni əlaqələrinin güclənməsində mühüm rol oynamışdır. Ə.Kabaklı yeri gəldikcə, müxtəlif qəzet jurnallarda Azərbaycan ədəbiyyatı, ədəbi proseslə bağlı məqalələr çap etsə , "Türk ədəbiyyatı" beşcildliyində ədəbiyyatımızla bağlı oçerklər silsilə təşkil edir.

Azərbaycan oxucusuna təqdim olunan Azərbaycan Yazıçılar Birliyi Türkiyə ədəbiyyatı Vəqfinin qarşılıqlı razılaşmasına əsasən "Qobustan" dərgisinin əlavəsi kimi nəşr edilən Ə.Kabaklının "Azərbaycan ədəbi irsi" kitabında professorun Azərbaycan ədəbiyyatından seçmə oçerkləri yer alır. Ə.Kabaklının 100 illik yubileyinə həsr olunan kitabda alimin Azərbaycan ədəbi irsimizlə bağlı yazdığı məqalələrindən seçmələr ilk dəfə olaraq, Azərbaycan türkcəsinə uyğulaşdırılaraq, bir toplu olaraq geniş oxucu auditoriyasına təqdim edilmişdir.

Kitab akademik İsa Həbibbəylinin önsözü ilə nəşr olunmuşdur. Önsözdə Ə.Kabaklının ümumtürk ədəbiyyatındakı mövqeyi göstərilmiş, onun Türkiyədə modern ədəbiyyat tarixçiliyi yaratmış görkəmli elm xadimi olduğu nəzərə çatdırılmışdır: "Professor Əhməd Kabaklı (1924-2001) özünəməxsus ədəbiyyatşünaslıq məktəbi yaratmış böyük elm xadimidir. Bundan başqa o, ədəbiyyatşünaslıq elminin bir çox əsas sahələri ilə dərindən məşğul olan bu istiqamətlərin hər birində mühüm elmi nailiyyətlər əldə edən universal alimdir. Əhməd Kabaklının ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, folklorşünaslıq, ədəbi əlaqələr, ədəbi tənqid bir çox başqa sahələr üzrə yazdığı kitablar məqalələr, oxuduğu məruzələr etdiyi çoxsaylı çıxışlar Türkiyədə fərqli bir ədəbiyyatşünaslıq istiqamətinin yaradılması ilə nəticələnmişdir".

Qeyd edək ki, Ə.Kabaklının Azərbaycan ədəbiyyatı haqqında mülahizələri sözügedən ədəbiyyat tarixi ilə yekunlaşmamış, müxtəlif qəzet jurnallarda çap olunan məqalələrində öz əksini tapmışdır. Belə ki, 1983-cü ildə "Tərcüman" qəzetində Ə.Kabaklının "Dədə Qorqud" filmi haqqında maraqlı bir məqaləsi dərc olunmuşdur. Təqdim olunan bu kitab sözügedən məqalənin Azərbaycan dilinə tərcüməsi ilə başlayır. Professor məqalədə görkəmli yazıçı Anarın ssenarisi əsasında çəkilən "Dədə Qorqud" filmi haqqında öz təəssüratlarını belə qeyd edirdi: "21 iyun, çərşənbə axşamı televiziyada Azərbaycan istehsalı olan "Dədə Qorqud" filmini izlədik. Əvvəlcə bu filmi çəkən sovet rejissoruna azərbaycanlı qardaşlarımıza təşəkkür edirik: - Bilirsinizmi niyə? Çünki ən azından bizim etməli olduğumuzu onlar etdilər! Dədə Qorqud kimi bir dastanın mövcud olduğunu bizə xatırlatdılar. Soykökümüzün fəzilətlərini, dürüstlüyünü, igidliklərini, adət-ənənəsini, Allah dövlət qarşısındakı ehtiramını, yalana nifrətlərini, cihadlarını, pak eşqlərini ecazkar müqəddəslik əfsanəvi atmosferdə bizə təqdim etdilər. Dədə Qorqud oğuzlarının "Qazılıq dağı" ilə əhatələnən yurdu filmdə çox gözəl təsvir olunmuşdur. Hələ o daşlar, qayalarla əfsanəyə çevrilən oğuz qəhrəmanlarının hekayətləri... Atları çapan igidlərin ustalığı, atların ahəngli nal səsləri möhtəşəm idi. Aktyorlar da rollarının öhdəsindən məharətlə gəldilər".

Ə.Kabaklı əsərin müsbət cəhətləri ilə yanaşı, bəzi nöqsanları üzərində duraraq, yekun olaraq filmin ssenarisini yüksək qiymətləndirdiyini, bundan sonrakı mərhələdə isə türklərin 12 boyun hər birisini əhatə edən yeni bir film ərsəyə gətirməli olduqlarını vurğulayır: "Lakin azərbaycanlı soydaşlarımız haqlı olaraq deyirlər ki: "Biz kiçik qardaşlarıq. Dini milliyyətçiliyi rəsmi şəkildə rədd edən yad bir rejimdə bunu bacardıqsa, böyük bir hünər uğur sayılır. Daha gözəlini, daha yaxşısını, əlbəttə, sizdən gözləyirik. Bəs hanı sizin rejissorlarınız, aktyorlarınız, bəstəkarlarınız? Dədə Qorqudun 12 boyunu bir araya gətirib, dünyanın ən gözəl "dastan"larından birini bütöv şəkildə ortaya çıxaracaq şairləriniz, ədibləriniz hardadı? Niyə soykökünüz oğuzların bənzərsiz dilini, adət-ənənəsini, inancını unudursunuz? Yoxsa sizi əcəl alıb, yer gizləyib?!" Alimin 1983-cü ildə belə bir məqalə qələmə alması ədəbi əlaqələrimizin möhkəmliyini göstərir.

Təqdim olunan kitabda beşcildlik "Türk ədəbiyyat"nın əsasən II, III IV cildlərində yer alan oçerklərdən seçmələr əks olunmuşdur. "Nəsimi" "Füzuli" oçerkləri II cilddən götürülmüşdür. Ədəbiyyatşünas alim Nəsimidən bəhs edərkən, cəsarətlə yazır: "Nəsimi divan ədəbiyyatının Yunus Əmrəsidir. Füzuli Şeyx Qalib təsəvvüf vadisində xeyli irəli getsələr , bu sahədə Nəsimi qədər coşqun, inamlı pərvasız bir təsəvvüf mürşidinə rast gəlinmir". Alim bütün varlığını eşqdən alan Füzulini isə "divan ədəbiyyatının dərinlik səmimilik baxımından" ən böyük şairi olaraq dəyərləndirir.

"Türk ədəbiyyat"ının üçüncü cildində yer alan - "XX əsrə qədər Azərbaycan ədəbiyyatı", "Milli ədəbiyyat", "Əhməd Cavad" "Sabir" kimi oçerkləri topluda öz əksini tapır. Ə.Kabaklı Əhməd Cavaddan Azərbaycan ədəbiyyatında sözün əsl mənasında "milli şair" adıyla anılan şair deyə bəhs edir. Onu İstiqlal şairi Mehmet Akiflə müqayisə edən professor yazır: "Azərbaycan türklərindən sonra Çanaqqala zəfərini Anadolu Milli Mücadiləsini şeirləri ilə tərənnüm edən, türkün bütün düşmənlərini tənqid edən, ən ağır bolşevik təzyiqləri altında belə xalqının dərdlərini dilə gətirməyə çalışan Əhməd Cavad, saf türkçəsi, müsəlman türk inancları dövrünün acılarını qəlb yarası ilə ifadə edən şeirləri ilə sanki heca vəznindən istifadə edən Mehmed Akifi xatırladır. Yəni o, sözün əsl mənasında "milli şair"dir. Ə.Kabaklı Mirzə Ələkbər Sabiri isə təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə türk ədəbiyyatının ən böyük satira ustalarından biri olaraq səciyyələndirir.

Sözügedən ədəbiyyat tarixinin əsasən dördüncü cildində ədəbi irsimizlə bağlı oçerklər üstünlük təşkil etdiyindən, "XX əsr ümumtürk ədəbiyyatı", "XX əsr Azərbaycan poeziyası", "1955-1990-cı illər Azərbaycan poeziyası", "Süleyman Rüstəm", "Mikayıl Müşfiq", "Bəxtiyar Vahabzadə", "Məmməd Aslan", "Şəhriyar", "Səhənd" kimi oçerklər bu cilddən alınaraq topluya daxil edilmişdir. XX əsr Azərbaycan poeziyası haqqında yığcam icmal verən Ə.Kabaklı 1937-ci illər repressiya dövrünə toxunaraq, kütləvi qətliamdan böyük bir acıyla bəhs edir. "Sovet-Stalin rejiminin 31 yaşında şəhid etdiyi Mikayıl Müşfiq"ə ayrıca oçerk həsr edən professor onu Azərbaycan ədəbiyyatının "gənclik-gözəllik şairi" kimi qiymətləndirir.

Ə.Kabaklı 1955-1990-cı illər Azərbaycan poeziyasının əsas xüsusiyyətləri, ədəbi prosesi haqqında yığcam məlumat verərək, dövrün tanınmış ədiblərinin adlarını qeyd etmiş, "Bəxtiyar Vahabzadə", "Məmməd Aslan", "Şəhriyar" "Səhənd" kimi ədiblərə isə ayrıca oçerk həsr edir. Qeyd edək ki, professor hər oçerkdə şair yazıçıların qısaca həyat yoluna nəzər salmış, yaradıcılıqlarının əsas istiqamətlərini işıqlandırmışdır. Hər oçerkin sonunda isə həmin ədibdən nümunələr vermiş, bəzi sözlərin izahını göstərmiş tövsiyə olunan mənbələri qeyd etmişdir.

Topluya alınan oçerklər müxtəlif mənbə cildlərdən götürüldüyü üçün hər oçerkin sərlövhəsində hansı mənbədən alındığı haqda qeydə yer vermişik.

Alim informasiya resurslarının o qədər inkişaf etmədiyi bir dövrdə əldə edə biləcəyi məlumatlarla Azərbaycan ədəbi prosesi haqqında mülahizələr yürütmüş, həmin dövrdə Türkiyədən görünən Azərbaycan ədəbi mühitini, ədəbi prosesini şərh etməyə çalışmışdır. Buna görə , bəzi məlumatlar çox da geniş dərin olmasa da, Türkiyə ədəbiyyat camiəsindən görünən Azərbaycan ədəbiyyatının, ədəbi prosesinin şərhi baxımından olduqca əhəmiyyətlidir. Ən başlıcası, alim bəzi şair yazıçılar haqqında daha geniş dərin, bəziləri haqqında qısaca tanıtım tipli oçerklər verməklə ədəbi irsimizi təbliğ edir. Akademik İsa Həbibbəylinin kitabın önsözündə dediyi kimi, "Oxuculara təqdim olunan bu kitab Azərbaycan ədəbiyyatının tədqiqi təbliği sahəsində ciddi araşdırmalar aparmış əməli addımlar atmış professor Əhməd Kabaklının xidmətlərinə Azərbaycan xalqının yüksək ehtiramının ifadəsidir".

 

Eşqanə BABAYEVA

 

Ədəbiyyat qəzeti.- 2025.- 18 aprel, №13.- S.3.