Prezidentə məktub
Sizi
düşünürəm bu yaz səhəri,
Bu
qış günəşinin istisi ilə.
Yazır
sevgi ilə, ilhamla qələm,
Vəsf
edir ilk yazın nəfəsi ilə.
Yurda sevgi
ilə köklənir ürək,
Onda
hansı yeni havanı çalım?
Bunu duymaq
gərək, düşünmək gərək,
Görən,
hansı sözün könlünü alım?
Yurdu sevmək
azdı,
Gərək
bu sevgi
Hər
yerə; torpağa, daşa yazılsın.
İsminiz,
soyunuz bir fateh kimi
Bu yurdun
adıyla qoşa yazılsın.
Qaranquş
nəğməsi, bülbül cəh-cəhi
Mənim
istəyimə qoşulur indi.
Naxçıvan
alqışı, Şuşa bəh-bəhi,
Böyük
Türk dünyası bir olur indi.
Bu, qandan,
ilikdən, bir kökdən başlar,
Torpaqdan
göyərər bu sevgi elə.
Tanrı
dağlarında Göytürkdən başlar,
Görən,
harda bitər?
Bilinmir hələ.
Görən,
harda bitər?..
Bu sevgi
bitmir.
Göyərir,
doğulur, artır, çoxalır.
Göyün
qanunudu,
Yaranan
itmir,
Tanrı
verdiyindən bəlkə çox alır?!
Günəşin
istisi düşür könlümə,
Könlümə
yazılır hər gün təzə-tər.
Düzü,
minnətdaram ana dilimə,
Bu dildə
anılır bu gün bu səhər.
Vaxt
ötür ildırım sürəti ilə,
Zaman
yandırıbdır çox çıraqları.
Aldınız
Tanrının qüdrəti ilə
İşğal
altındakı o torpaqları.
Yurdu bu
sevgiyə şərik eləyir
Savalan ləhcəsi,
Kərkük dilində.
Sizə
cansağlığı, xoş gün diləyir,
Anam Azərbaycan
Bir
Türk dilində.
Bir
gözəllik sərgisidir
İşıqlıdır
burda ömrün hər fəsli,
Gecələri
gündüzünə can atır.
Çiçəkləri
bir az günəş həvəsli,
Gülləri
də durub Aya naz satır.
Səhər
doğan al günəşin telləri
Əluncədən
Haçadağa yol çəkir.
Bir
yanadı gül-çiçəkli çölləri,
Arıları
qayalardan bal çəkir.
Təbiəti
bir az yumşaq, bir az sərt,
Heç
od çatmaz Günəşinin oduna.
Araz olub
sevgisinə bir sərhəd,
Bir təşbehdi
"Şərq qapısı" adına.
Ətəyi
çən, zirvəsi ağ cunalı,
Milyon
illik tarix saxlar özündə.
Dağı-daşı
İlahidən xınalı,
Yaradanın
hər rəngi var üzündə.
Batabatda
Zor bulaq göz qarası,
Xan
Arazı damarında qızıl qan.
Sədərəklə
Qapıçığın arası,
Bir
gözəllik sərgisidir Naxçıvan.
Sən
getdin
Sən
getdin, üşüdü hava, su, torpaq,
Könlüm
də üşüdü, bu nə iş idi?..
Nə
bilim, elə bil son görüş idi.
Sən
susdun, sən baxdın, sən səssiz idin,
Üzündə
qəribə bir qüssə vardı,
Elə
bil getməyə həvəssiz idin.
Baxırdın,
könlümə işıq düşürdü,
Gülürdün,
ağlımı alıb gedirdin,
Mən
göydən tuturdum, yer sürüşürdü.
Közərən
bir ocaq sönhasöndəydi,
Təzədən
çır-çırpı atıb yandırdın.
Fələyin
də üzü dönhadöndəydi.
Sən
getdin, yerini yalqızlıq aldı,
Mənim
ürəyimdə, sənin könlündə
Bu
axşam, közərən bir ocaq qaldı.
Bir
gün məni sorsan...
Bir
gün məni sorsan,
Göy
üzünə bax.
Bulud
çiçəkləsə gün işığında,
Dön
özünə bax.
Görsən
ki, o işıq səndən süzülür,
Boylan
ürəyinə, öz közünə bax.
Varmı
könlündə od, qor ürəyində?!
Səndə
yaşayıram gör nə zamandı,
Necə
yaşayıram, sor, ürəyində.
Yanımdan
ötəndə bir ayaq saxla,
Oyat
mürgüləyən duyğularını,
Bir az kənara
qoy qayğılarını.
Oyat hisslərini,
sən oyaq saxla.
Bir az hava
ver sən, bir az su ver sən,
Ürəyimcə
olar.
Bir az da
sevilmək duyğusu versən.
Bir
gün məni sorsan,
Sor ürəyindən,
Necə
yaşayıram gör, ürəyində.
Bir
qış hekayəsi
Şəfəqlər
üşüyür buzun üstündə,
Bulağın
gözündə donur baxışlar.
Qafiyə
sürüşür sözün üstündə,
Yeriyir,
fikirdən tutur yoxuşlar.
İsitmir
torpağı qışın günəşi,
Dağlar
qaşqabaqlı, üzü açılmır.
Göy
üzü küsdürüb qışı, günəşi,
Könlümdə
sözün də buzu açılmır.
Əyilib
torpağa şaxta vurmuş gül,
Ləçəyi
qönçənin üstə ovulub.
Lap mənə
oxşayır bu qurumuş gül,
İlini
yel alıb, günü sovulub.
Külək
uğuldayır, qarı sovurur,
Keçir
ürəyimdən soyuğun səsi.
Şaxta
daş qovurur, torpaq qovurur,
Soyuğun
nəfəsi - bir qurd nəfəsi.
Pəncərəm
açılır gün işığına,
Bu bir
hekayədi, dönür sonluğa.
Gəlib
pəncərəmə bir quş sığına,
İsidə
özünü bircə anlığa.
Yaz
vaxtı ola
Sən
çiçək olasan, mən gün işığı,
Təbiət
oyana, yaz vaxtı ola.
Əriyib
qarışam ləçəklərinə,
Sənin
də könlünün naz vaxtı ola.
Quşlar
çöp daşıya öz yuvasına,
Ağaclar
qol aça yaz havasına,
Ocaqda od
qalxa köz davasına,
Mənim
də könlümün köz vaxtı ola.
Gözüm
gün işığı, işıq bir dəstə,
Yata ləçəklərin
kölgəsi üstə,
Təzədən
göyərə canda həvəs də,
Bir az da
dünyanın düz vaxtı ola.
Gözləri
diricə aça səhəri,
Qurd ola,
quş ola aşa çəpəri,
Mənim qollarımda
kişi təpəri,
Sənin
də ömrünün qız vaxtı ola.
Düşürdüm
Bir
payız yağış yağırdı,
Dağüstü
parkdan düşürdüm.
Canım
elə yorulmuşdu,
Əldən-ayaqdan
düşürdüm.
Göy
üzü göyqurşağıydı,
Şəhər
məndən aşağıydı,
Ömrümün
payız çağıydı,
Budaqdan
qopub düşürdüm.
Nədir
bu ömrün çıxarı,
Aramızda
hördü barı?!
Gördüm
çıxıb çox yuxarı,
Alıb
aşağı düşürdüm.
Səni
unudum
Səsləsəm,
səsim yetməz,
Sevginə
yox umudum.
Gileyin
sonu bitməz,
Bəlkə
səni unudum?!
Nə
odun, hərarətin,
Nə
çatdığın ocaq var.
Nə mənə
sarılan qol,
Nə
açdığın qucaq var.
Sinən
bir yaylaq olsa,
Havası
yox bir udum.
Nə
yazın var, nə yayın,
Bəlkə
səni unudum?!
Səhəri
yox gecənin,
Sübhün
toranlıq olur.
Üzündəki
gülüşün
Qəmə
yavanlıq olur.
Od oldum,
ocaq oldum,
Sənə
yetmədi odum.
Dönüb
məni yandırır,
Bəlkə
səni unudum?!
Ağaclar,
adamlar
Bir səssizlik
içindən
Gəlir,
bir nəfəs gəlir.
Adamlar
daha yoxdu,
Yerinə
əvəz gəlir.
Adamlar
ağac olub,
Ağacda
səsə bir bax.
Ağacdı,
ya adamdı? -
Sən gələn
kəsə bir bax.
Yeriyir
ayaq üstə,
Bir-birindən
yan gəzir.
Ağaclar
adam olub,
Əldə
silah, qan gəzir.
Sadəcə
Məzarının
başında Şam ağacı,
Külək
darayır tellərini.
Payız
sazağı üşüdür
Məzarın
üstəki qərənfil güllərini.
Zəif
Günəş işığı
Öpür
başdaşını.
Mən ipək
dəsmalla
Silirəm
gözümün yaşını.
Məzarına
sakitcə baxmaq
Bir ata
üçün
Çox
ağır.
Ağlamıram,
Sadəcə,
gözümdən yaş axır.
Bakı-Şuşa
yolu
Bu yol səbrim
kimi
Gah
qısa,
Gah uzun
yol.
Könlüm
kimi narahat,
Ürəyim
kimi yorğun yol.
Biz gecə
yolçusu
Üzü
səhərə gedirik.
Biz
Şuşa adlı bir şəhərə gedirik.
Bu yol
Şuşa yolu.
Ürəyim
dolu.
Bir qucaq
sevgi aparıram,
Sevgilərlə
dolu
Bir sərgi
aparıram.
Mən
Şuşanın hər küçəsində
Bir
duyğu sərgisi açacağam.
Sinəmi
küləyə açıb
Bu
başından o başınacan
Nəfəsimu
dərmədən qaçacağam.
Bu yol
Şuşa yolu,
Könlüm
üçün bir film, tamaşa yolu.
Hələ
yol gedirəm
Üzü
səhərə.
Bu yol
aparır bizi Şuşa adlı şəhərə.
Bir istəyin
yalmanına yataraq
Bəlkə
bir azdan çatarıq
İçimdə
Vaqifə,
Natəvana
deyəcəyim söz.
Hələ
yol uzun,
Bir az da
döz.
Könlüm
sevgilərlə dolu,
Bu yol
Bakı-Şuşa yolu.
Məmməd
Tahir
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.19.