“İri
planda Qulu Məhərrəmli”
kitabının təqdimatı keçirilib
Azərbaycan Mətbuat
Şurasında əməkdar mədəniyyət işçisi, şair, yazıçı
və publisist Vaqif Bəhmənlinin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmlinin
70 illik yubileyi ilə bağlı qələmə aldığı
“İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, təqdimatı keçirilən nəşr bir neçə cəhəddən diqqət çəkməkdədir.
Birincisi, kitab tarixi
ekskurs əhəmiyyəti
daşıyır. Orada
göstərilən faktlar,
bölüşülən xatirələr bütöv
bir mərhələnin
yaşantısıdır. İkincisi,
nəşrdə Qulu Məhərrəmlinin yaradıcılığının
ən müxtəlif tərəfləri əksini
tapır ki, bu da ölkəmizin media, konkret
olaraq, telejurnalistika sənətinin xüsusiyyətlərinin
özünəməxsus təsviridir.
Üçüncüsü, kitab Q.Məhərrəmlinin fəaliyyətinin çoxşaxəli
diapazonuna, jurnalistin istedadına dövrümüzün
görkəmli simalarının
verdikləri qiymətin
mükəmməl təsvirini
özündə birləşdirir.
Bu təsvirdə böyük
qədirbilənlik və
ölkə jurnalistikasına
dəyər var. Nəhayət,
təqdimatı keçirilən
nəşr doğmalıq
hissinin bədii-estetik
ifadəsi baxımından
bənzərsizdir.
R.Məcid çıxışında,
həmçinin, Q.Məhərrəmlinin
jurnalist yaradıcılığının
onu milyonlarla tamaşaçı auditoriyası
üçün doğmalaşdırdığını
da deyib. Şura sədri tanınmış
qələm adamının
70 illik yubileyinə ən böyük hədiyyənin dövlətimizin
başçısının müvafiq sərəncamı
ilə “Prezidentin fərdi təqaüdü”nə
layiq görülməsi
olduğunu diqqətə
çatdırıb və
əlavə edib ki, “İri planda Qulu Məhərrəmli” kitabının çapdan
çıxması da yubileyə
xüsusi rəng qatan hadisədir.
V.Bəhmənli çıxışında müəllifi olduğu kitabı 52 illik xatirənin məhsulu adlandırıb. O bildirib
ki, nəşrdə Q.Məhərrəmli barəsindəki
fikirlər, əslində,
onu tanıyan hər kəsin gəldiyi qənaətin ümumiləşdirilmiş formasıdır.
Qənaət isə həmişə yüksək
olub və özündə tanınmış
telejurnalistin sənət
dünyasının məxsusiliyini
əks etdirib. V.Bəhmənli Q.Məhərrəmlinin
publisist kimi də kamillik zirvəsi olduğunu vurğulayıb və deyib ki, yubilyar telejurnalistikaya çoxsaylı
yeniliklər gətirib,
Azərbaycan dilinin saflığının qorunmasına
müstəsna töhfələr
verib.
Toplantıda çıxış edənlərdən veteran jurnalist
Ülkər Hüseynova,
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, nəşrin baş redaktor müavini Qüdrət Piriyev, Mətbuat Şurasının
İdarə Heyətinin
üzvü, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, yazıçı-publisist Seyran Səxavət, əməkdar
jurnalist Əlövsət
Ağalarov, əməkdar
jurnalist Eyruz Məmmədov, “Bizimyol.info” saytının
baş redaktoru Bahəddin Həzi, şair-publisistlər Adil Cəmil
və Zülfüqar Şahsevənli, MŞ-nin
Ahıl Jurnalistlər
Məclisinin sədr müavini Əminə Yusifqızı, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, qəzetin
əməkdaşı Namiq
Əhmədov, əməkdar
jurnalist Faiq Sadıqov, əməkdar jurnalist Zemfira Məhərrəmli, jurnalist-publisist
Rəhilə Gülgün
və başqaları
“İri planda Qulu Məhərrəmli” kitabının Q.Məhərrəmlinin
70 illik yubileyinə, jurnalist əməyinə,
publisistikasına və
pedaqoji fəaliyyətinə
yüksək dəyərin
nümunəsi olduğunu
əsaslandırıblar. Çıxış
edənlər, həmçinin,
yubilyarı nəinki Azərbaycan jurnalistikasında,
eyni zamanda, ictimai fikrində özünəməxsus yerə
və rola malik parlaq zəka sahibi, daim mütərəqqi
düşüncələri ilə seçilən ziyalı kimi xarakterizə edən cəhətlərdən söz
açıb, onunla bağlı xatirələrini
bölüşüblər.
Sonda çıxış edən
Q.Məhərrəmli təqdimatı keçirilən
kitabın müəllifi
V.Bəhmənliyə və
toplantı iştirakçılarına
təşəkkürünü bildirib, əməyinə verilən yüksək dəyərdən məmnunluğunu
ifadə edib.
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, ¹13.- S.21.