Eşqin qapısısan, cənnətin
özü,
Yolunda eşq saçan kədər yol alır.
Bir böyük məktəbsən,
Allah yaradan,
Sağında, solunda qədər
yol alır.
Bəşər tarixində olmadı
səndən,
Yayılsın aləmə, qəlb
doysun qəmdən.
Sənin
övladını gördüyüm
gündən
Ruhumdan cənnətə vətər
yol alır.
Doymadım bu ətrin heç qoxusundan,
Keçdim ömür boyu
gül yuxusundan.
Allahın verdiyi sirr yaxasından -
Bəhramın qəlbinə çəpər
yol alır.
***
Qatarı
getdikcə cavan ömrümün
Qəm çəkən ürəyə
yazığım gəlir.
Qarşısı alınmaz duyğularıma
Yük çəkən kürəyə
yazığım gəlir.
Neçə ürəklərin yükünü
çəkən,
Saçımı ağardan, dişimi
tökən,
İlahi
verdiyi dünyamı sökən -
Zalım
bu fələyə yazığım gəlir.
Bixəbər olmadım səba
yelindən,
Qoymazdım yad adam tuta əlindən.
Gecə
küləyindən, fələk
telindən
Asılan
dirəyə yazığım
gəlir.
Hisslərim vəsfimə verdi
təkamül,
Boy atdım, böyüdüm,
oldum da kamil.
Gəldi
ziyarətə, eşq
oldu mail -
Çatmayan gərəyə yazığım
gəlir.
***
Səmadan ələnən yağışlar,
bəlkə,
Ruhların göz yaşı,
ah-naləsidir.
Bütün duyğular da, elə
qəmlər də,
Bağlıdır ruhlara, ruh naləsidir.
Daşqınlar törədər, sellər
gətirər
Niyyəti, mizanı düz
olmayanlar.
Azğın adamların duası
olmaz,
Üzülər insanlar, həzz
almayanlar.
Saralan yarpağı yer qucaqlayar,
Məzlumu nahaqlar qucayan kimi.
Sıxılar ürəklər, dözməz
ki hala,
Məsum
körpələri ac qoyan
kimi.
Nələr görmədim ki, İlahi,
nələr...
Ulduzun sayını ötür, bu zəqqum.
Cəhənnəm əzabı yaşatma,
nolar,
Daha hər gün artıq, bitir o zəqqum.
***
Ölçüyə gəlməz ki,
ata sevgisi,
Sonu bilinməyən dərya kimidir.
Məkkədən üstündür, zirvədir
atam,
Allaha uzanan bir eşq
simidir.
Məhəbbət, sevgini pay verib mənə,
Almışam atamdan İlahi eşqi.
Elə müqəddəsdir, elə
pakdı ki,
Sınmayan qayadı, vallah,
bu eşqi.
Həyat
yollarından məsəllər
çəkib,
Halal əməlləri öyrədib
ancaq.
Çirkaba batmayan ötən
zamanım
Varlığım boyunca əyilməz,
torpaq.
Yaşam
səbəbim də, sənə bağlıdır,
Səninlə dirçəlir, ucalıram
mən.
Halını narahat hiss edən
kimi,
Küsürəm həyatdan, qocalıram
mən.
***
Elə qırırsan ki, ümidlərimi,
Baxıram, şüşə də
belə qırılmır.
Necə
izah edim, bilmirəm, hələ,
Zalım
adamlar da belə vurulmur.
Həvəs ver, ümid ver, yaşayım bir az,
Axı,
haqq etmişəm yaşamağı mən.
Nə qədər sıxıntın
olsa fəraqi,
Qatma qəmlərimi, daşımağı
sən.
Səninlə baharlar ötürdük,
getdi,
Cavanlıq arzusu tək qoydu məni.
Dəryalar üstündən körpülər
atan
Zamanın ülgücü verdi,
hey qəmi.
Doğradı sənintək bəsirətimi,
Görməyən gözümdən dünya
istədi.
Uzaqdan gördüyün günəşə
bənzər,
Fənər balığıdı, həya bəstədi.
***
Xatirə
dəftərinə
Yazsam, məzlum adımı.
Çəkərəm aləmə səs,
Qılaram fəryadımı.
Kim ki, bəyan eləsə,
Pozar öz peymanını.
Gözü səhrada gəzər,
Yıxar
söz meydanını.
Gəl,
vəfa sərhədinə,
Qur, sevgi vəhdətini.
Kül ələ gözlərinə,
Anlasın dəhşətini.
Yerin də vergülü var,
Buludun rəngi kimi.
Nöqtəsin göydə qoyur,
Ayrılıq zəngi kimi.
***
Saxlayan qamətini,
Əmrə məhkumdu xəbər.
Sualı
dildən alan,
Əqlə hakimdi xəbər.
Mübtəda çöllərinə
Ta ki, əzəldən gəlmiş.
Kim ki, xoş baxmış ona,
Ta ki, ürəkdən gülmüş.
Xəbəri hicran alır,
Ruha fərman eləyir.
Tərkibi məlhəm olan
Yarama dərman eləyir.
Vergülə bənzəməyən,
Hal biyabanə gəlir.
Min bir əhvalı ilə,
Zatı,
xiyabənə gəlir.
Bəhram Bilaloğlu
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.23.