Şuşa,
sən azadsan...
Çəkilib başından dumanın, çənin,
Şuşa, sən azadsan, azadsan, azad!
Bizi səmalara pərvazlandıran
Yorulmaq bilməyən qanadsan, qanad!
Naxçıvan duzumdur, Gəncə çörəkdir,
Lənkəran çayımdır, Qazax çiçəkdir,
Bakı gecə-gündüz vuran ürəkdir,
Şuşa, sən ürəkdə
muradsan, murad!
Səndə
Vaqiflərin sözü yaşayır,
Cabbarın, Seyidin özü
yaşayır,
Dağ başında Cıdır
düzü yaşayır,
Şuşa, sən Tanrıdan
baratsan, barat!
Qacarları
yenən bir dastanın var,
Büstü güllələnmiş Natəvanın var,
Sıldırım dağında şəhid
qanın var,
Şuşa, sən inadsan, inadsan, inad!
Əzəldən
əbədə yol alıb soyun,
Qurulsun şülənin, çalınsın
toyun!
İsa bulağıdır dirilik suyun,
Şuşa, sən əbədi
həyatsan, həyat!
Bülbülün
büstü önündə
Qarşımda
qəmli bir mənzərə,
Bülbülün büstünün önündə!
İndicə dönəcəm heykələ
Bülbülün büstünün önündə!
Sıxılıb-açılır
ürəyim,
Əlimdə ağlayır çiçəyim,
Bu dövrə, zamana nə deyim,
Bülbülün büstünün önündə?!
Büstünə
atılan güllələr
Şeiri,
nəğməni güllələr!
Gör,
keçir qəlbimdən,
gör nələr,
Bülbülün büstünün önündə!
Vaqifin
gözəli ağlayır,
Natəvan qəzəli ağlayır!
Axırı, əzəli ağlayır,
Bülbülün büstünün önündə!
Bir durna
bir lələk salıbdır,
Koroğlu heyrətdə qalıbdır,
Nigarın gözləri dolubdur
Bülbülün büstünün önündə!
Dağılır
muncuqtək bayatı,
Ağlayır "Şikəstə", "Heyratı!"
Pərişan görürəm Poladı
Bülbülün büstünün önündə!
A dostlar,
mən Güləmayiləm,
Bir bəmə, bir zilə mayiləm!
Bir güləm, bülbülə
mayiləm
Bülbülün büstünün önündə!
Şəhidlərim!
Özünüz
bir qeyrətsiniz,
Şəhidlərim, şəhidlərim!
Möcüzəsiz, heyrətsiniz,
Şəhidlərim, şəhidlərim!
Dağ
başında qalasınız,
Oğulsunuz, balasınız.
Tarixlərdə qalasınız,
Şəhidlərim, şəhidlərim!
Torpaqda
çiçəyə döndüz,
Siz cənnətdə bəyə
döndüz.
Sinəmdə ürəyə döndüz,
Şəhidlərim, şəhidlərim!
Bu torpaqda
qanınız var,
Adınız var, sanınız var!
Azərbaycanınız var,
Şəhidlərim, şəhidlərim!
Qandı,
qırğındı hər yanda,
Nə gördünüz bu cahanda?!
Nə düşündünüz son anda?
Şəhidlərim, şəhidlərim!
Dediniz, nə
gülün solsun,
Nə gözlərin yaşla dolsun!
Ay Vətən, başın sağ olsun!
Şəhidlərim, şəhidlərim!
Şəhidim
mənim
Mən
çiçək yerinə şeir gətirdim,
Şerim
çiçək olsun,
şəhidim mənim!
Hamı
şəhid olmaz, şəhid olanda
Gərək ürək olsun,
şəhidim mənim!
Ey diri
ölənim, ey ölü sağım,
Qanınla qızardı qara
torpağım!
Məzarın üstəki üçrəng
bayrağım
Sənə bəzək olsun,
şəhidim mənim!
Düşmən
sala bilməz zillətə səni!
Mərdliyin yetirib şöhrətə
səni!
Tanrı
yolladımı cənnətə
səni?
Yerin ipək olsun, şəhidim mənim!
Sən
ey qəhrəman şəhidim
Hünər
səndə, qeyrət səndə,
Sən ey qəhrəman şəhidim!
Bir yenilməz qüvvət səndə,
Sən ey qəhrəman şəhidim!
Açıb
şahin qanadını,
Tarixə
yazdın adını.
Dünya
gördü inadını,
Sən ey qəhrəman şəhidim!
Sən, sən
ey cənnətdə bitən,
Fəxr
eyləyir sənlə
Vətən!
Şəhid oldun, ölmədin
sən,
Sən ey qəhrəman şəhidim!
Unudarmı
vicdan səni,
Qoca, uşaq, cavan səni!
Anam Azərbaycan səni,
Sən ey qəhrəman şəhidim!
Ana naləsi
Düşmənin
başına daş niyə düşmür?
Bir ana ağlayır məzar
başında.
Cəlladın gözündən yaş
niyə düşmür?
Bir ana ağlayır məzar
başında.
Dağılır
ölkələr, yurdlar, vətənlər…
Saralır bağçalar, güllər,
çəmənlər…
Neçin məhəl qoymur
gəlib-gedənlər?
Bir ana ağlayır məzar
başında.
Bu
günün dərdini sabah çəkirlər,
Savabı
boşlayıb, günah
çəkirlər.
Nə fəryad anlayır, nə ah çəkirlər,
Bir ana ağlayır məzar
başında.
Bu ah
Şəhidi də oda yaxacaq,
Qulaq ver, məzardan nalə çıxacaq.
İndicə içindən lalə
çıxacaq,
Bir ana ağlayır məzar
başında.
Neçin
yaşayan var qübar içində?
Ədalət varmıdır rüzgar
içində?
Bir şəhid uyuyur məzar içində,
Bir ana ağlayır məzar
başında.
Şəhid
anası dedi...
Balasını
itirmiş bir anayam mən,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Qalasını itirmiş bir anayam mən,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Analar, dərdinə
yanıb ağlayar,
Göyərçin tək yola qonub ağlayar!
Şəhid balasını anıb
ağlayar,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Allahım,
şəhidlər qoy Sənin olsun,
Analar anası Vətənin olsun.
Yaradan düşmənə qoy qənim olsun,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Neçə
toy xonçası qalıbdı bağlı,
Nişanlı qızların sinəsi
dağlı.
Qazaxlı, laçınlı, həm qarabağlı,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Gör nələr
gətirdi fələk başıma,
Niyə
acımadı göz yaşlarıma?
Xınalar çəkildi məzar
daşına!
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Şəhidlərə
Ballı qaya yaraşır,
Adları
günəşə, aya
yaraşır!
"Vağzalı" yasa yox, toya yaraşır!
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Yaşasın
düşməni biçən el üçün!
Şəhadət badəsin içən
el üçün!
Ölərmi canından keçən
el üçün?
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Vətən
Cəsur
igidlərtək düzülüb dağlar,
Uca zirvələrdən şəlalə
çağlar.
Qısılıb döşünə bulaqlar ağlar,
Vətən!
Alovu düşməni yandırır-yaxır,
Qan damarlarıdır Kür, Araz - axır.
Əyilib
Xəzərdə özünə
baxır
Vətən!
Dünyaya Göygölün gözüylə
baxır,
Şah dağı, Mil-Muğan düzüylə baxır,
Dahi Nizaminin sözüylə bax,
Vətən!
Qız
qalası kimi təmizdir adı,
Ana tək, ata tək
əzizdir adı.
Dəryadır, ümmandır, dənizdir
adı -
Vətən!
Şerim
qanadlanır səni andıqca,
Sənin
eşqin ilə alovlandıqca,
Üçrəngli bayrağın dalğalandıqca,
Vətən!
Sərhədçilər
Əlində avtomat, çiyin-çiyinə
Vətən sərhədində duran
əsgərlər!
Günəş doğanacan nə
dinclik bilən,
Nə kirpik-kirpiyə vuran əsgərlər!
Vətənə
yad gözlə baxanlar olsa,
Qılınc tək çatarsız
qaşlarınızı!
Üçrəngli bayrağa əymisiz yalnız
Qürurla ucalan başlarınızı!
Başınız
üstündə ulduzlu səma,
Siz nəyi düşünüb
anırsınız hey?
Siz də bu torpağın
ulduzlarısız,
Gecələr sübhədək yanırsınz
hey...
Silahınız
sazdır sinəniz üstə,
Səssiz
oxuyursuz Vətən havası...
Siz varsız - zəfərlə
sonuclanacaq
Düşmənlər başlayan torpaq davası!
Təkcə
torpağın yox, sizlər həyatın,
Sülhün keşiyində dayanmısınız!
Durmusuz müqəddəs məzarlar
üstə,
Körpə beşiyində dayanmısınız...
Səmada
quşları, yerdə gülləri,
Çiçəkli bağları qoruyursunuz.
Keçmişin, bu günün
keşiyin çəkir,
Gələcək çağları qoruyursunuz.
Axır gəlib
çatdı o zəfər günü-
Sədası ürəkdə, izi
yoldadır.
Nə qədər ananın qulağı səsdə,
Nə qədər gözəlin
gözü yoldadır!
Əsgər
oğullarım, qoy Tanrı özü
Sizi hifz eləsin qada-baladan!
Bu çətin, şərəfli
xidmətinizdə
Köməyiniz olsun böyük
Yaradan!
Güləmail MURAD
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, ¹13.- S.25.