Yəhudilər, Amerika xəyalı və beton cəngəllik
"Brutalist" filmi haqqında
Bredi Korbetin "Brutalist" adlı epik filmi, bildiyimiz kimi, bir neçə beynəlxalq mükafatın qalibi oldu.
Filmin ssenarisini Korbetlə həyat yoldaşı Mona Fastvold birgə yazıb; musiqisini Daniel Blumberq bəstələyib, operatoru isə Lol Kroulidir.
"Brutalist"
filminin qəhrəmanı
holokostdan xilas olmuş macar əsilli yəhudi memar Laslo Totdur.
Film irqçliyin, makkartizmin əleyhinə çıxış
edir, kapitalizm-sənət,
müharibə-sənət , müharibə-ailə münasibətlərinə işıq
tutur, eyni zamanda ümumiləşdirsək,
"Amerika xəyalı" psixozuna, yəni Amerikada rahat uğur qazanmaq, əziyyətsiz sosial-ictimai,
siyasi-iqtisadi müstəvidə
yüksəliş... və
sözün hər mənasında, azadlığa
yetişmək xülyasına
ciddi ironiya edir, hətta deyərdim, bu film digər tərəfləri
ilə birlikdə
anti-amerikan, anti-amerika
xarakterlidir.
Yenə
Adrian Brodi, yenə yəhudi qətliamı, yenə qaçış...
Bu dəfə Şpilmandan
fərqli olaraq, məşhur aktyor polşa yəhudisini yox, macar yəhudisini
canlandırır, fon-dekor
da başqa cür qurulub, üstəlik, hekayəyə brutalizm, brutalizmin mərmər
soyuğu, beton sərtliyi əlavə edilib; musiqi, quruluş, rəng, aktyorlar... - belə görünür,
hər şey yaxşıdır, di gəl,
nəsə çatmır...
nəsə artıqdır...
Brutalizm
mənim ən sevdiyim memarlıq üslubudur, ancaq onu da biləsiniz ki, bu memarlıq üslubunu sərtliyinə,
soyuqluğuna və bir növ, xamlığına-saflığına
görə bəyənməyənlər
də var.
Məsələn, Tramp 2025-in yanvarında sərəncam verdi ki, idarəedici və icraedici rəsmi strukturlardan hansının
ki, binası brutalizm üslubundadır, haman binaları sökün, əvəzində daha müasir, estetik, səliqəli binalar tikin.
Bəstəkar Daniel Blomberqin - Oskar mükafatı
halal xoşu olsun, - uvertürası
məni heç vaxt görmədiyim Daxau həbs düşərgəsinin içindən
keçirdi.
Siren səsi, qadın çığırtısı, kişi ağlayışı...
Bir növ, bu uvertüra-müqəddimə,
brutalistin özünü
lallığa vurmuş
baldızı qızının
məsumiyyətini, həyat
yoldaşı Erzsebetin
məktubunun beton sərtliyini, mərmər
soyuqluğunu - elə həm də daş istiliyini, üstəlik, canını
götürüb gəmiylə
Amerikaya qaçan lasloların ümumi faciəsini müşayiət
-ifadə edir.
Laslo Tot
brutalist rəssamdır, Bauhaus məzunudur və holokostdan canını qurtarmaqdan ötrü yük gəmisiylə Amerikaya - azadlığın
ağuşuna qaçır.
Proloqdakı musiqi-üvertura gəmidə
bir qadının səsini müşayiət
edir. Erzsebetin - Laslonun
həyat yoldaşının
oxuduğu məktubu.
Beləcə, memar öyrənir
ki, əslində, onun
həyat yoldaşı
da, baldızının qızı
da sağdır.
Erzsebetin
Göteyə göndərməsi
də məqsədlidir:
"Özlərini azad
hesab edənlər, əslində, kölə
olduqlarının fərqində
deyil, bundan pis nə ola bilər? Bu həqiqətdir:
biz hələ azad deyilik... "
Nəhayət, Laslo Tot gəmidən
çıxır... Nyu-York
limanı... O, artıq
Amerikadadır...
Ancaq hansı Amerika?
Başını qaldırır və
budur, ilk nişan, ilk işarə və rejissorun danışmaq istədiyi hekayənin ilk abzası: Operator Azadlıq
heykəlini Laslonun gözüylə - altdan yuxarı çəkir... Yəni başıaşağı,
mayallaq.
Bir növ, "Amerika xəyalı"
psixozu birinci hissənin birinci sekansındaca Hudson çayına
düşür.
Paradoks odur ki, həmin vaxtı radioda "Biz İsrailə - evimizə dönəcəyik və öz taleyimizi özümüz yazacağıq"
populist şüarları səslənir.
Əslində, Amerikada Laslonu qarşılayan qohumu
Atilla ilə səmimiyyəti,
davranışları mənə
çatmadı. Onları
müşahidə etdikcə
deyirdim ki, indicə öpüşəcəklər... Ola bilər ki, həyat yoldaşı da ərini memara qısqanmışdı...
yaxud onu yəhudi olduğu üçün evdən qovmuşdu.
Yox, bunu özümdən demirəm. Məsələn,
yadımdadır, Laslo
Amerikaya gəldiyi gün fahişəxanaya getmişdi, fəqət, mənə elə gəldi ki, onda erektil disfunksiya var. Ola bilər, holokostun, qorxunun təsiriylə...
Ola bilər, əvvəldən
beləymiş... Hər
halda sonrakı hadisələr mənim yanılmadığımı göstərir.
Qeyd edim ki, Laslo Tot Bauhaus məzunudur.
Biləsiniz, Bauhaus 1919-da Almaniyada təsis edilmiş, dövrünün ən məşhur memarlıq məktəblərindən biridir.
Bauhausda
heykəltəraşlıqdan tutmuş, oyma işinəcən tədris
edilirdi və məktəbin əsas fəlsəfəsi, prinsipi
tikililərin funksionallığı
idi; təkcə funksionalizm, modernizm yox, həm də
minimalizm.
Ən əsası, ilkin brutalistlərin çoxu məhz Bauhaus məzunları
idi.
Haşiyəyə çıxmışkən, brutalizm haqqında da bir-iki kəlmə...
Bu memarlıq üslubunun adı fransız dilindəki "brut" (təbii,
xam, saf deməkdir) sözündən
götürülüb.
Bir növ, betonun xam halı.
Brutalizm
ağır, kobud, qeyri-estetiklik kimi təqdim edilir, fəqət bu, cərəyanın vizual tərəfidir.
Mahiyyətcə estetikadan daha çox, funksionallığa
meyilli olan brutalizm, praktiklikdən
əlavə, möhkəmliyi,
dözümlülüyü ehtiva edir, ancaq
həm də insanın dünyaya gəlişinin müəmması,
gözəlliyin sərtliyi
və sonu - beton, mərmər qaranlığı simvolizə
edir.
Memarlıq üslubları arasında
formaca və mənaca insana bənzəyən, insanı
andıran, insanı özünə xatırladan
yeganə üslubdur, mənə görə.
Xas, saf, çılpaq...
Görünür, Laslo Totun da brutalizmi seçməyi təsadüfi deyildi.
Bilirik
ki, yəhudilər uzun
illər boyu müxtəlif imperiyalar tərəfindən təqib
edilib, bəzən zorla yerləri dəyişdirilib, sürgünə
göndərilib, dini inanclarına görə təzyiqlərə məruz
qalıb.
Bu antisemitik proses, xüsusilə,
holokost dövründə,
yəni, İkinci Dünya müharibəsi zamanı alman nasistlərinin
altı milyon yəhudini öldürməsi
ilə ən yüksək səviyyəyə
çatıb.
Mən belə başa düşdüm ki, Bredi Korbet brutalizmi seçməklə anti-semitik,
anti-yəhudilik ideyasını
ümumiləşdirib; brutalist isə ümumiləşdirilmiş
xarakterdir.
Sonda antisemitik qüvvələr
həqiqətin - yəni
yəhudiliyin, yaxud yəhudilərin təmizliyində,
saflığında əriyib
yoxa çıxacaq, məhv olacaqlar... - amerikalı iş adamı, antoqonistimiz
Harrison kimi.
Birinci hissəylə ikinci hissə arasındakı anrtakt da təqdirəlayiqdir.
Sonuncu dəfə Tarantinonun
"Nifrət edilən
səkkizlik" filmində
rastlaşmışdım bu
cür fasilə ilə.
İkinci
hissədə, nəhayət,
Laslo Tot həyat yoldaşıyla görüşür.
Holokostdan
xilas olmuş xəstə, əlil arabasındakı qadın
və onun dilsiz bacısı qızı.
Bəli,
Laslonun həyat yoldaşı səsdən
insana bir saat qırx iki dəqiqədən sonra keçir.
Axır
ki, filmin ikinci hissəsində onu gördüm, di gəl, Laslonun da mənim kimi əl-ayağı dolaşır: Erzsebet əlil arabasındadır...
Düşərgədə sümük əriməsi
başlayıbmış (osteoporoz)...
Aclıqdan... Bacısı
qızı olmasa imiş, çoxdan öləcəkmiş... Ancaq
üzülməyə dəyməz,
əgər yaxşı
həkim tapsalar, stressdən, fiziki əziyyətdən uzaq dursa, sağalacaqmış.
Beləcə, sevgililər murada
yetişir, Amerikada görüşür, fəqət
elə o gecə Harrison Laslo Totu arvadının
yanında təhqir edir, aşağılayır.
Mənə elə gəldi
ki, o Lasloyla Erzsebetin bunca qarğaşanın, qaç-qovun içərisində
zərrə tükənməyən,
öləziməyən sevgisini
qısqanır.
Harrison onları qısqanır; daha doğrusu, pulu-parası, malı-mülkü
olduğu halda xoşbəxt deyil. Sadəliyin təntənəsi
onu ağrıdır.
O heç kimi ki sevmir, heç kimə ki güvənmir -
bir növ, yəhudi mühacirlərə
paxıllıq edir.
Ancaq cütlüyü çılpaqlığın
işığında biz görürük,
Harrison yox.
İllər sonra qovuşublar,
bəs məktublardakı
o istilik hanı? Laslo Tot Erszebetə heç toxunmur da... Düzdür, demək olar, qadın ona təcavüz edir, di gəl, Laslo qımıldamır. Heç nə hiss etmir.
Açığı, mənə elə gəlir, Laslonu soyudan Erszebetin xəstəliyi oldu. Əlil arabası... epilepsiya, sümük əriməsi...
- yəqin ki, bütün
bunlar ona psixoloji təsir edib...
Filmin quruluşunu, vizual həllini çox bəyəndim.
Məsələn, Harrison anasının xatirəsinə Xalq Mərkəzi inşa etdirməyə qərar verir.
Özü öndə, insanlar
da arxasınca - o, Mərkəzin
tikiləcəyi yeri qonaqlara göstərmək
üçün malikanənin
arxasındakı təpəyə
çıxır...
Məhz
həmin kadrı görüncə təkamül
prosesini xatırladım.
Mən
o səhnəni belə
oxudum: Müxtəlif insan siluetləri... balacadan böyüyə...
Amma bu dəfə daşdan mədəniyyətə
yox, beton cəngəllikdən beton
hücrəyə...
Sonra... Qatardakı partlayış
səhnəsi!
Təkcə estetik vizuallığı
nəzərdə tutmuram.
Partlayış vaxtı
Laslo sinaqoqda - hansısa ayini yerinə yetirir, qaydalara uyğun sağ əlini ritmlə sinəsinə vurur: tak-tak-tak... Bu tərəfdə qatar gedir: tak-tak-tak... Bir-birini müşayiət edən səslər və faciə...
Beləcə, üç-dörd il keçir...
Laslo Tot
bir inşaat şirkətində işləyir.
Belə
sakit günlərin birində Harrison onu təzədən çağırır.
Xahiş edir ki, yarımçıq qalmış
işini davam etdirsin.
Laslo, əlbəttə, razılaşır.
Elə həmin öyrənirik
ki, Erszebetin bacısı
qızı danışmağa
başlayıb, artıq
sevir. Oğlan yəhudidir, üstəlik,
evə - İsrailə
qayıdırlar.
Bu iki akt - həm
Laslonun arzuladığı
yerə, Xalq Mərkəzinə - işə
qayıdışı, həm
də Zofiyanın dil açmağı, evə - İsrailə
dönüşü simvolik-metaforik
məqsədin bədii
həlli üçün
açardır.
Amerikada
- əlbəttə, "Amerika" burada dünya kimi oxunur - Xalq
Mərkəzinin - brutalist abidənin,
yəni ümumiləşdirilmiş
yəhudi həqiqətinin
inşası başlayanda,
Zofiya da danışmağa
başlayır, dili açılır, üstəlik,
sevgilisiylə birgə
vətənə - İsrailə
qayıdır. Bir növ,
dairə qapanır.
Həqiqət bərqərar olur.
Laslo Totla Harrisonun İtaliya səfəri - onlar Karrara dağlarına
Xalq Mərkəzindəki
kapella üçün
nəzərdə tutulmuş
xüsusi kvadratik mərməri sifariş vermək üçün
gedirlər - estetik-vizual
müstəvidə zövqümü
oxşasa da, - Karrara dağları... deyərsən,
brutalism abidəsidir, hansısa
memar tikib... - hekayənin özüylə
heç bir əlaqəsi yoxdur.
O hissəni filmdən çıxarsaq, heç nə dəyişməyəcək.
Öyrəndim, həmin hissə,
doğrudan, Karrarada çəkilib. Dekor-model,
yaxud qrafika deyil.
Əvvəl elə bildim, Laslo Tot uydurulmuş obraz deyil,
"Brutalist" hansısa memarın həyat və yaradıcılığı
haqqındadır. Doğrudan,
sənədli-bioqrafik ab-havası
var filmin.
Xeyli araşdırdım, öyrəndim
ki, Laslo Tot adlı bir geoloq var, özü də, macar əsillidir, ancaq o Laslonun bu Lasloyla heç
bir əlaqəsi yoxdur.
"Əlaqəsi yoxdur" deyəndə ki... adların
eyniliyini, adamların hekayəsini başqa cür də mənalandırmaq olar, nə bilim, bu oxşarlığa təsadüf də demək olar, fəqət elə düşünürəm ki, Bredi
qəsdən memarın
adını LASLO, soyadını
TOT qoyub.
Laslo Tot
- bu macar əsilli geoloq vandal kimi xatırlanır.
1972-də
Mikelancelonun məşhur
"Pyeta" əsərinə
hücum edir, baltayla heykəlin burnunu, qolunu sındırır və həbs edilir.
Bəs yaxşı, Mikelancelo bu əsəri nədən hazırlamışdı?
Əlbəttə, Karrara dağlarının
mərmərindən.
Bizim brutalistimizlə iş adamımızın getdiyi
haman dağ...
Hə,
Tot həbs olunur, fəqət məhkəmədə
deyir ki, İsa əbədi-əzəlidir,
onun anası ola bilməz, mən sizin əməlinizə qiyamət günü şahidlik edəcəm və siz cəzalanacaqsınız.
Yəni,
Laslo Tot yəhudilər
kimi düşünür...
Onun İsa haqqında
düşüncələri, təxminən, yəhudilərin
düşüncəsiylə üst-üstə düşür.
Məndən ötrü "Brutalist" filmindəki protoqonistin adı məhz bu səbəbdən Laslo Totdur. Rejissor
"Pyeta"ya hücum
edən geoloqu illər sonra brutalist kimi - yəhudiliyin Mikelancelosu kimi "doğur". O bu dəfə Karrara dağlarından gətirilmiş
mərmərə - Amerikada
katolik xaçı formasında işıq tutur.
Məni
valeh edən həm də, təxminən, 60 ildir istifadə edilməyən,
1950-ci illərdə Paramount Pictures tərəfindən yaradılmış
və Hollivudun ən məşhur kino texnologiyalarından biri - Vistavision kamerasının
vizual həllə qatdığı texniki genişlik, dərinlik, canlılıq oldu.
Vistavisionun üstünlüyü odur ki, belə deyək, 35 mm lentlə eninə çəkir. Bu
da görüntünün canlılığına,
planın genişliyinə,
dərinliyinə xidmət
edir. Yəni hər şeyi real ölçüsünə, real materialına, hərarətinə
daha yaxın variantda təqdim edir.
Belə...
Hər şey yaxşı kimi, mərmər kimi görünür, di gəl,
həmin gecə amerikan iş adamı Harrison yəhudi əsilli brutalist memar Laslo Totu Karrarada
- elə o mədəndəcə
zorlayır...
Özü də, aşağılaya-aşağılaya.
Yəni sən heç kimsən. Özünü dəyərli
hesab etmə, ancaq mənim kölgəmdə varsan...
Rejissorun mesajı amerikalıların yəhudiləri,
katoliklərin yəhudiliyi
zorlaması kimi oxunur, fəqət tamamilə yersiz, artıq səhnə idi.
Düzdür, müəllif bu
aktın olacağına
dair zaman-zaman nişan
vermişdi, ancaq bu səhnə olmasa idi də,
Harrisonun xarakteri, kimliyi, yəhudilərə,
- elə digər azsaylı xalqlara da münasibəti aydın idi.
Tamamilə lazımsız səhnə
idi.
Ümumiyyətlə, filmdəki erotik səhnələr hekayənin özünə
heç nə qatmır, əksinə, yamaq kimi görünür.
Elə Erszebeti epilepsiya tutan gecə... Laslo məcbur qalıb ona heroin vurur, sonra da özünə... Ayılınca
da sevişirlər... Düzü,
sevişməyi imitasiya
edirlər... Sevişmək
kimi bir şey...
Görünür, o ağrılı gecə
brutalist Laslo Tot həyat
yoldaşına etiraf edib ki,
Harrison onu zorlayıb...
O günün səhərisi,
yəni, epiloqdan əvvəl Erszebet Harrisongilin imarətinə
gəlir, oğlunun, qızının, masadakı
digər iş adamlarının yanında:
- O mənim ərimi zorlayıb... - deyibən Harrisonu göstərir.
Harrison əvvəl etiraz edir, ancaq sonra
tərləyir, qızarır;
utancdan özünə
yer tapa bilməyən
oğlu Erszebeti qapının ağzınacan
sürüyür... Doğrudan,
sürüyür...
Bu səhnə hardasa, rejissorun növbəti amerikalı-yəhudi münasibətinə
işarəsi kimi də başa düşülə bilər,
fəqət məncə,
əsas məsələ
oğlanın qorxusudur.
Axı
o da təcavüzçüdür... Yəqin, öz zibilinin üstü açılmasın deyə
özündən çıxır,
Erszebeti evdən qovur...
Ya da daha brutalist: bəlkə, atası onun özünü də zorlayıb?..
Başlayır dava-dalaş, səs-küy...
qonaqlar gedir, Harissonun qızı Erszebetə kömək edir, onu yerdən
qaldırır, oğul
isə qəfil hiss edir ki, atası yoxdur....
"Ata",
"ata"... - çağıra-çağıra
evin hər tərəfini axtarır...
Ata yoxdur. Yoxa çıxıb. Deyərsən,
heç bu evdə bu nişanda
bir adam olmayıb.
O buna deyir, bu ona
deyir... Hamı başlayır Harrisonu axtarmağa. Xalq Mərkəzini qarış-qarış
gəzirlər... Yoxdur...
Filmin ikinci hissəsi, belə bitir.
Düzdür, sonda axtarış
qrupundan kimsə deyir ki, deyəsən, tapılıb, fəqət
biz bir də heç vaxt Harrisonu görməyəcəyik.
O, öz anasının xatirəsinə tikdirdiyi Xalq Mərkəzinin içindəcə yoxalır...
Sən deyərsən ki, öz günahlarının altında
qalır, mən deyərəm, bu, rejissorun Amerikanın sonu haqqında proqnoz-arzusudur...
Epiloq tamamilə rəzillikdir. Ümumiyyətlə, Karrara
dağlarından sonra
filmin keyfiyyəti sürətlə aşağı
düşür...
Təcavüz səhnələri, tiplərin
- xarakterlərin dərinləşə
bilməməsi, bəsit
sonluq və tamamilə kommersiya filmlərinə xas ucuz epiloq.
Musiqini,
coğrafiyanı və
memarlığı obrazlaşdıran,
"Amerika xəyalı" psixozuna yüksək səviyyədə ironiya edən epik işin epiloqu gərək belə olmayaydı.
Ümumiyyətlə, filmin son iyirmi dəqiqəsinə iyirmi il sığışdırılıb.
Üç saata on il, iyirmi dəqiqəyə iyirmi il...
Birdəncə 80-ci ilə adlayırıq:
əlil arabasındakı
Laslo Tot, nəhayət,
məşhurlaşıb, dəyərini
alıb.
Zofiyanın qızının sərginin
açılışında dediyi "əsas yol yox, mənzildir"
cümləsi də, əslində, yəhudilərin,
yəhudiliyin ümumiləşdirilmiş
şüarıdır; buna Füruğ Fərruxzadın
"Quş ölür,
sən uçuşu xatırla..." misrasının
siyasiləşmiş antonimi
də demək olar.
Ümumiyyətlə, İsrailin sudan duru, süddən
ağ olduğunu vurğulamaq, özü də, ilin-günün bu vaxtında... fələstinlilərin holokostu
vaxtı... nəyə,
kimə lazımdır
axı?
Məsələn, Laslo Totun yeganə qaradərili dostu Qordon və
onun oğlu... Əlbəttə, bu, apaydın "Laslo irqçi deyil", yəni, "yəhudilər
irqçi deyil" mesajıdır. Fəqət
Qordonun da xarakterini açmaq, işləmək,
heç olmasa, ötəri də olsa, faciəsinə toxunmaq olardı.
Hər halda, bu filmi şiddətlə tövsiyə
etmirəm, fəqət,
qeyd etdiyim məqamlardan ötrü nə vaxtsa 215 dəqiqə ayırmaq olar.
Əgər xəyali on ballıq
şkala ilə qiymətləndirməli olsam,
"Brutalist"ə bir
yağlı dörd verərəm.
Ömər XƏYYAM
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, ¹13.- S.26-27.