Sesiliya Vikunya: Sözün, sənətin,
aktivistliyin və
feminizmin səsi
Sesiliya Vikunya
1948-ci ildə
Çilinin Santyaqo
şəhərində anadan olub. Şair, rəssam, rejissor və
ictimai fəal kimi tanınan Vikunya, Latın Amerikasının
və dünyanın aparıcı sənətkarlarından
biridir. Yaradıcılığında yerli xalqların
mirasını, ekologiya və qadın hüquqları kimi
mövzuları mərkəzə alan sənətçi, həm
poetik, həm də vizual ifadə vasitələri ilə
güclü sosial mesajlar verir.
1973-cü
ildə Salvador Alyende hökumətinin devrilməsindən sonra
Çilidən sürgün olunan Vikunya əvvəlcə
Londonda, daha sonra Nyu-Yorkda yaşayıb və fəaliyyət
göstərib. Onun çoxşaxəli
yaradıcılığı - şeirdən rəsm və
instalyasiyalara, performans sənətindən filmə qədər
- bəşəriyyətin təbiət və tarixlə olan
münasibətlərini sorğulayır.
Sesiliya
Vikunya bir sıra nüfuzlu mükafatların da
laureatıdır. O, 2019-cu ildə İspaniyanın ən
yüksək sənət mükafatı olan "Premio Velazquez
de Artes Plasticas"a, 2022-ci ildə isə Venesiya Biennalesində
Qızıl Aslan (Leon de Oro) mükafatına layiq
görülüb. Bundan başqa, o, Çili Milli Plastik Sənətlər
Mükafatı (2023), "Andy Warhol Foundation Award",
"Anonymous Was A Woman Award" və "Herb Alpert Award"
kimi prestijli mükafatlarla da təltif olunub. Onun "Quipu
Womb" (2017) kimi əsərləri, qədim və
çağdaş mədəniyyətlərin
qovşağında bənzərsiz bir sənət dili
yaradır və Vikunyanı dünya müasir incəsənətinin
ön sıralarında möhkəmləndirir.
"Ədəbiyyat
qəzeti" çilili yazıçının professor
Caoimhin Mac Giolla Leith ilə müsahibəsini təqdim edir.
C.M.G.L.: -
İncəsənət yaratmaq, yazmaq və aktivistliyiniz
arasındakı əlaqəni necə təsvir edərdiniz? Bu
əlaqə illər ərzində dəyişibmi?
Sesiliya
Vikunya: - Bu, hərəkətdə olan, amma eyni qalan bir əlaqədir.
Birini digəri olmadan düşünə bilmirəm, belə
ki, onların arasındakı sərhəd dəyişkəndir.
İçimdə nəyin nə olduğunu bilən bir
şey var. O bilir ki, istiqamət yazı tərəfədir, ya
rəsmə... Aktivistlik haqqında isə bunu deyə bilərəm
ki, mən gənc ikən, yaşımda olan bütün gənclər
tamamilə Çili siyasətinə
qarışmışdılar. Mədənçilərin tətili
olduqda küçəyə çıxardıq. Biz
düşünmürdük: bunlar mədənçilərdir
və biz lisey şagirdləriyik. Bizim mübarizəmiz eyni
amallar uğrundaydı.
Dünən
Karl Marksın məzarına getdim və ümidsizcə
ağladım. Onun, o vaxtlar sloqan olan "Dünya zəhmətkeşləri
birləşin" sözləri bizim üçün sadəcə
söz deyildi, dərin mənası vardı, biz o sözləri
yaşayırdıq. Məncə, mən bu birliyi
yaradıcı prosesimə çevirmişəm.
C.M.G.L.: -
Feministlik, şübhəsiz, həyatımızın ən
vacib sosial və intellektual hərəkatlarından biridir.
Bununla əlaqəniz barədə nələrsə deyə
bilərsinizmi?
S.V.: - Həm
nənələrim, həm də anam əslində
olduqları kimi ola bilmədiklərinə görə çox
məyus olurdular. Mən bunu içimdə heyvani qüvvə
kimi hiss edirdim. Feminizm deyilən bir şeyin olduğunu
eşitdiyim anda onlardan biri olduğumu bildim. Azadlıq qüvvəsi
o qədər böyük idi ki...
C.M.G.L.: -
1960-cı illərdə ekoloji mövzularda şüurun
artması müşahidə edildi, baxmayaraq ki, bu növlərimizin
planetimizdə dağıdıcı varlığına dair
sübuta malik olduğumuz indiki illərlə müqayisə
belə edilə bilməz. Sizin tətbiq etdiyiniz təcrübələr,
bizim daha böyük ekosistemdəki yerimizə dair dəyişən
qavrayışımıza necə uyğunlaşdı?
S.V.: -
Əgər əvvəl bu təcrübələrin
bütün elementləri bir-biri ilə əlaqəli idisə,
indi onlar daha intensiv şəkildə bir-birinə sıx
bağlanıb, həyatda qalmağın
davamlılığına yönəlmiş bir şüur
axını kimi birləşib. Bu, mənim üçün,
yerli mədəniyyətin qərb mədəniyyətindən
fərqli olmasının əsas yoludur. Əgər
bütün fəlsəfi və konseptual fikirləri
uzaqlaşdırsanız, yalnız əvvəllər və
sonra gələnlərə qarşı güclü sevgi, ona
qarşı çox böyük bir ehtiras qalar. Həmin
ötürmə davamlılığına yönəlmiş
bu istiqamət indi hamımızın öləcəyimizi
bildiyim üçün daha güclü olub.
C.M.G.L.: -
Məsələn, bunlara dair bir nümunə verə bilərsinizmi?
S.V.: - Mənim
Santyaqoda "Minga del Cielo Oscuro" ("Qaranlıq Gecənin
Minqası") adlı bir sərgim oldu. "Minga" yerli
anlayışdır, Keçua dilində "ortaq bir məqsəd
üçün kollektiv iş" deməkdir. Buradakı məqsəd,
gecənin qaranlığının yox olmasının bizi və
minlərlə başqa canlını öldürdüyünə
diqqət çəkmək idi.
C.M.G.L.: -
Süni işığın hər yerə yayılmasına
görə?
S.V.: - Dəqiq.
Texnologiya, ekranlar vasitəsilə mavi işıq
ötürür. Mavi işıq xərçəngə səbəb
olur və həşəratları öldürür. Süni
işıq, quşların miqrasiya etməsinə təsir
edir. Ən əsası isə, bizim insan gələcəyimizlə
bağlı - əgər gələcəyimiz varsa - bu,
hissiyyat sistemimizə təsir edir. Biz, qaranlığın, gecənin
olmaması səbəbindən duyğusuzlaşırıq.
Bunu kəşf edəndə - Aman Tanrım! - bu o qədər
böyük bir aydınlanma idi ki... Mən, alimlər, sənətçilərin
bu fikrə diqqət yetirməsi üçün bir
"minga" çağırdım. Bu
çağırış uğurlu olarsa, qanunu dəyişdirəcək.
Bu, çox qədim bir anlayışdır, burada şair
qanunlara təsir edir. Şəxsən mənim belə bir
ambisiyam yoxdur, amma kollektiv zəka bu istiqamətdə irəliləyir.
C.M.G.L.: -
"Witte de With" sərginizin adındakı söz oyunu həm
şeirlərinizin, həm də vizual sənətinizin
xarakteristikasıdır. Məsələn, 1970-ci illərdə
Londonda və Bogotada yaradılmış rəngarəng, bayraq
kimi əsərlərdən ibarət olan "Palabrarmas"
seriyasını düşünürəm. Bu neologizm,
"palabras" (sözlər) və "armas" (silahlar)
sözlərini birləşdirərək, dilin silah kimi istifadə
olunmasını təklif edir.
S.V.: - 17
yaşımda Santyaqoda yaşarkən ilk dəfə bir
sözün, Vilyam Bleykin təbirilə desək, sanki
canlandırılmış formada animasiya kimi canlı bir
şey olduğunu hiss etdim. Məndə sözləri hiss etməyə
imkan verən bir növ korporeallıq var. Zamanla yerli dillər
haqqında çox araşdırma apardım və
gördüm ki, mənanın bu bədənləşməsi,
əslində əsl mənanı, niyyəti gizlədir. Beləliklə,
niyyətin - sözə yığılmış olan niyyətin
- canlı varlıqlara təsir edə biləcəyi
düşüncəsini yalnız yerli dillərdə deyil,
artıq kvant fizikasında və kvant biologiyasında da
görmək mümkündür.
C.M.G.L.: -
Sizin heykəltəraşlıqda az qala marka
nişanınıza çevrilmiş forma (ip düyünləri
vasitəsilə məlumatı qeyd etmək və ötürmək
metodu) haqqında nə deyə bilərsiniz? Bu "quipu"
metodunu necə qəbul etdiyiniz və onu necə
uyğunlaşdırdığınız barədə
danışa bilərsinizmi?
S.V.: - Bu,
bir növ möcüzədir. Mən Çilidə yeniyetmə
olanda "quipu" haqqında bir neçə nəfər
bilirdi. Amma mənim möhtəşəm heykəltəraş
olan bir xalam vardı. O artıq vəfat edib. Adı Roza Vikuna
idi, mən onun vasitəsilə bu anlayışla tanış
olmuşdum və evə qayıdanda dəftərimə
"heç nəyi xatırlamayan "quipu"
yazmışdım.
C.M.G.L.: -
Bu, bir az təzadlı ifadədir, çünki "quipu"
əslində bir yaddaş cihazıdır...
S.V.: - Dəqiq.
Bu, əslində müstəmləkəçilik haqqında
bir bəyanat idi.
C.M.G.L.: -
Yaddaşın silinməsi?
S.V.: -
"Quipu"nun yaddaşı silindi, yəni indi yalnız
"xatırlamıram" deyən "quipu" var.
Əslində bu çox siyasi bir bəyanat idi. Hətta "quipu"
İnkalardan çox daha əvvəl yaranmış olsa da,
İnkalar onu yeni bir ölçüyə və
düşüncə səviyyəsinə gətirdilər.
Onlar görünməyən "quipu" yaratdılar,
yalnız ağılın içində olan "quipu". Mənə
maraqlı olan bu "quipu" idi.
C.M.G.L.: -
Rəsmləriniz folklor, siyasət və pop mədəniyyətindən
olan müxtəlif dünyaları təlqin edən fiqurlarla
doludur. Onların işinizin ümumi quruluşuna necə
uyğunlaşdığı barədə nə deyə bilərsiniz?
S.V.: -
Anam deyir ki, danışmağa başlamazdan əvvəl mən
də hər uşağın etdiyi kimi rəsmlər çəkirmişəm,
amma fərq onda olub ki, mən sənətkar ailəsində
böyüdüyüm üçün mənə materiallar
verilirmiş. Atam İntibah dövrü (Renesans) və Yunan
dövrü rəssamlığını çox sevirdi, buna
görə də mənim qərb sənəti ilə
tanışlığım çox erkən yaşlarda
başlayıb. Mən hiss edirdim ki, bu sənətin
ustalığını - xüsusilə də, İeronim Bosx
kimi rəssamları həqiqətən, sevirdim - mənim kimi,
heç bir ənənəsi, təhsili, texnologiyası və
metodları olmayan biri üçün çətindir. Rəssam
olmağın yeganə yolu ola bildiyin qədər axmaq,
bacarıqsız, necə deyim, heç bir yerə aid
olmamaqdır. Buna görə də mən kilsə
obrazlarına baxıb öz versiyalarını yaradan, bəlkə
də onları sehrli şəfa gücünə sahib hesab edən
yerli insanlar və kəndlilərdən ilham aldım. 20
yaşım olanda Müasir İncəsənət Muzeyinə
getdiyimi xatırlayıram. Ora aid olmadığımı
bilirdim, amma orada amerikalı Moris Hörskfild tərəfindən
hazırlanmış, XX əsrin əvvəlinə aid olan sadə
bir rəsm əsəri vardı. Onu gördüm və belə
düşündüm: Niyə bu əsər Müasir İncəsənət
Muzeyindədir? Açıq şəkildə ora uyğun gəlmirdi.
Sanki səhvən qoyulmuşdu. Mən bu səhvlə
bütünlüklə əlaqə qurdum! Mən elə o səhvəm!
Yalnız 1969 və 1997-98-ci illər arasında rəsm çəkdim,
sonra isə tamamilə dayandım. Rəssamlıq məni tərk
etdi. Səbrimi itirdim. Mən çox kiçik bir
fırçayla rəsm çəkirdim və həyatım
sürətlə gedirdi. Amma 2013-cü ildə yenidən
fırça götürdüm. Çünki gənc
yaşlarımda bilirdim ki, qocalanda yenidən rəsm çəkəcəyəm.
Və necə oldusa, yaşlandım!
Sesiliya
Vikunya
Müsahibəni
apardı:
Caoimhin
Mac Giolla Leith
Tərcümə
etdi:
Nilufər
Hacılı
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.32.