Yazıçılar BirliyindəKitabi-Dədə Qorqud qeyri-səlis məntiq

Qeyri-səlis məntiq nitq-dilkitablarının təqdimatı olub

 

Aprelin 24-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiqvə “Qeyri-səlis məntiq və nitq-dilkitablarının təqdimatı olub.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzetin baş redaktoru Rəşad Məcid giriş sözü ilə tədbiri açıq elan edib. Qeyd olunub ki, kitabın müəllifləri dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə baş vuraraq, bu nəzəriyyəni humanitar elm sahələrinə uğurla tətbiq etməyi bacarıblar.

Hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan dilçiliyində məntiq dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə yol açır. Kitablar müasir dilçilik məntiq sahələrində açdığı yeni üfüqlərlə qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini ön plana çıxarır. Kitabların Azərbaycanın elm tarixində bir çox intellektual başlanğıcların mənbəyi ola biləcəyi diqqətə çatdırılıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayıb, onları görməkdən məmnun olduğunu bildirib. Qeyd edilib ki, Xalq yazıçısı Kamal Abdulla AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqlarıKitabi-Dədə Qorqud qeyri-səlis məntiqQeyri-səlis məntiq nitq-dilkitabları təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, həmçinin məntiq elmi üçün unikal hadisədir.

Xalq yazıçısı Anar çıxışında vurğulayıb ki, Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla Rafiq Əliyev yeni nəşrdə qeyri-səlis məntiqin ədəbiyyatda, dilçilikdə, folklorda nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini izah etməyə çalışıblar. Hər iki kitabın elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, yeni geniş tədqiqat sahələrini işıqlandırır, dilçilik məntiqi sintez edən yeni üfüqlər formalaşdırır.

Tanınmış filosof-alim, AMEA-nın Fəlsəfə Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə kitablar haqqında fikrini bölüşüb. Hər iki kitab həm dilçilik elminin, həm fəlsəfə elminin qarşısında yeni üfüqlər açır. Bu da öz növbəsində yeni tədqiqat işlərinin aparılması üçün mühüm amillərdən biri hesab olunur. Bu fundamental tədqiqat L.Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin gələcəkdə dilçilik digər sosial elmlərdə daha geniş tətbiq olunacağına işarədir.

Müəlliflərin ərsəyə gətirdikləri kitabların sosial elmlərdəki potensialını daha dərindən anlamaq üçün mükəmməl platforma təqdim etməsi önə çəkilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, professor Çingiz Hüseynzadə müəllifləri ərsəyə gətirdikləri unikal kitablar münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzu edib.

Söylənilib ki, “Kitabi-Dədə Qorqud qeyri-səlis məntiq  Qeyri-səlis məntiq nitq-dilkitabları elmi ictimaiyyət ziyalılar tərəfindən böyük maraqla qarşılanıb.

Akademik Əli Abbasov çıxışında kitabların həm ədəbiyyatşünaslar, həm informasiya nəzəriyyəçiləri üçün faydalı maraqlı olduğunu söyləyib. Azərbaycan elm tarixində qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfə tətbiq edilməklə diqqət çəkib.

Dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı demokratik yanaşım tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrənmişlər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyil, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur.

Daha sonra çıxış edənlər ədəbiyyatşünas, tərcüməçi Cəlil Nağıyev, AYB-nin katibi şair-tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Neft Sənaye Universitetinin prorektoru professor Lətafət Qardaşova, AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, AMEA-nın Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev, akademik Muxtar İmanov, professor Qorxmaz İmanov əməkdar jurnalist Tahir Aydınoğlu kitablar haqqında düşüncələrini bölüşüblər.

Qeyd olunub ki, müəlliflər kitabda qeyri-səlis məntiqi dil nitqə tətbiq edərək, müxtəlif fərqli yanaşmaları irəli sürərək intellektual bir araşdırma ortaya qoyublar.

Sonda akademik Kamal Abdulla professor Rafiq Əliyev kitabların yazılma prosesi haqqında danışıblar. Bildirilib ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsi "Kitabi-Dədə Qorqud" dastanının boylarına tətbiq edilməklə, diqqətəlayiq nəticələr əldə edilib.

Kitabi-Dədə Qorqud qeyri-səlis məntiqkitabı Azərbaycan (üç dəfə), Almaniya Türkiyədə çap olunaraq, oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Qeyri-səlis məntiq nitq-dilkitabının yazılma məramından bəhs edən Kamal Abdulla qeyd edib ki, qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər hərtərəfli şəkildə öyrənilməmişdir. Mövzunun indiyə qədər sistemli öyrənilməməsi isə onun bu günümüz üçün kifayət dərəcədə perspektivli dərin olmasından xəbər verir.  Qeyri-səlis məntiq nəzəriyyəsinin dilin özünəməxsus çoxmənalılıq qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması müasir dilçilik elmi üçün yeni üfüqlər açır: “Biz bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilə tətbiqi ilə onun qeyri-xətti məqamlarını, çoxmənalılıq xüsusiyyətlərini əhatəli şəkildə izah etməyə çalışmışıq. Bu kitab sosial elmlərdə yeni bir dövr açmaq potensialına malikdir”.

Tədbir suallar ətrafında müzakirələrlə davam edib

 

Ədəbiyyat qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.5.