Allahın adamı
Mənim
də üzümə gülümsə, Allah,
Mən də
adam kimi bir az yaşayım.
Səadətdi
sənə poçtalyon olmaq,
Yerdən
dərgahına məktub daşıyım.
Bəsdi,
hər ürəyə adını yazsam,
İstəmirəm
mənə maaş ayırasan.
İşdi,
səhv eləyib yolumu azsam,
Başıma
salmağa daş ayırasan.
Gözüm
səni gəzir sabah olanda,
Sevginlə
sinəmdə döyünür ürək.
Deyirəm,
nə olar Allah olanda,
Səni də
bəd gözdən qoruyan gərək.
Yığsın
ordu kimi ulduzlarını,
Gərək
Aya deyəm səni qorusun.
Yığım
bəndələrin göz yaşlarını,
Ayağın
altına sərim, qurusun.
Gözümə
qan damar, haqqı itirsəm,
Hər səhər
duayla açılır dilim.
Hərdən
ah gətirsəm, nalə gətirsəm,
Məndən
inciməzsən, işimi bilim.
Özgələr
danışsın etdiklərimdən,
Nə
vaxtsa etdiyim yadamı gəlir?
Elə bilərəm
ki, bəxtəvərəm mən,
Desələr
Allahın adamı gəlir.
16.03.2025
Yaşın
orbiti
Haqqım
yox, eşidim qəlbin səsini?
Deyəsən,
sevgimə hələ gülürsən.
Bəlkə
də günümün çox hissəsini,
Səni
düşünürəm, görən, bilirsən?
Küçəyə
atıram həya, arımı,
Yolunun
üstündə gündə bitirəm.
Bəzən
unuduram ağ saçlarımı,
Hər səhər
çıxdığın tində bitirəm.
Özümü
yaşıma qonaq görürəm,
Demirəm
sevgimlə öyünürəm mən.
Elə
ki, gözündə qınaq görürəm,
Yaşımın
dalınca deyinirəm mən.
Bilmirəm,
həsrətdi gör asan məni?
Neyləyim,
çıxmırsan baş orbitindən.
Dünya
dağılmaz ki, çıxartsan məni,
Bu
ahıl çağımdan, yaş orbitindən.
12.03.2025
Neylərəm
Hicranın
üzü boz, üzümə durub,
Gümanın
yolları gözümə durub.
Ümid,
bir də gördün boynunu burub,
Xəyal
dumanında itsən, neylərəm?
Qorudum
sevgimi borandan, qardan,
Hardan gəlib
çıxdın ömrümə, hardan?
Qorxuram
bezəsən qadağalardan,
Sızlaya-sızlaya
ötsən, neylərəm?
Həsrətin
yanğısı külümdən çıxıb,
Günümdən,
ayımdan, ilimdən çıxıb.
Səhvimin
ucundan, əlimdən çıxıb,
Daş
üstə, qayada bitsən, neylərəm?
Məgər
dağ-dərəyəm duman, çən sevim?
Axı
quş deyiləm, necə dən sevim?
Yaş o
yaş deyil ki, təzədən sevim,
Bir
gün məni atıb getsən, neylərəm?
29.03.2025
Bulud,
yağış
Səksəkə
içində yaşayır bulud,
Ömrünə
güman yox, yağanacandı.
Bir ala inəyə
oxşayır bulud,
Çətini
yer onu sağanacandı.
Buludun
gözləri yerə dikilər,
Yağışın
səsindən diksinər torpaq.
Küçələr
yuyunar, çimər səkilər,
Ay
işıq salanda isinər torpaq.
Göydən
nə tökülsə, ağaca dəndi,
Damlalar
yalayır yarpağı, Allah.
Yağış
elə bil ki, ağacdələndi,
Necə
döyəcləyir torpağı, Allah.
Ağacların dərdi
Qəlbimə
yenə də qəmlər axacaq,
Həyatda
dincliyim olmadı bir an.
Deyirlər
sabahdan yağış yağacaq,
Yağacaq,
özü də şıdırğısından.
Göylərin
işinə bəndə qarışmaz,
Gün
çıxsa gümanı sərrəm günə mən.
Yağışın
tökəndə məndən soruşmaz,
Nə
deyim buludun yiyəsinə mən?
Savaş
görməmişdim çiçəklər üstə,
Arının
arıyla savaşı kimi.
Yağış
damcıları ləçəklər üstə,
Yanaqdan
süzülən göz yaşı.
Dolur
butaların gözünə yağış,
Bəyaz
ləçəkləri yuyub aparır.
Yağır
budaqların dizinə yağış,
Ürəyim
sinəmdə haray qoparır.
Qismətdən
artığın bir kimsə yeməz,
Ümidim
saralıb-solacaq bu il.
Ağaclar
dərdini heç kəsə deməz,
Ağaclar
barından olacaq bu il.
13.03.2025
Xatirə
Bəlkə
son şeirimi yazıb gedirəm,
Məni
ağlamasın nə göy, nə yer də.
Dərdin
kahasında azıb gedirəm,
Elə
itməmişəm tapılam bir də.
Kaş əcəl
haqlaya yuxuda məni,
Kimsə
deməsin ki, qəm var səsində.
Ölüm
nə karədi qorxuda məni,
Yaşasam
kiminsə xatirəsində.
22.03.2025
Misra
Düşür
ürəyimə gecə dən kimi,
Batır
cücərəndə qan-tərə misra.
Elə
bilirəm ki, bəxtəvərəm mən,
Dönür
gah inciyə, gah zərə misra.
Bayırda
qar yağır, qara gedirəm,
Bir bəyaz
dünya var, ora gedirəm.
Yolum
hayanadı, hara gedirəm?
Körpüdü
gecədən səhərə misra.
Bəzən
də könlünü şahın oxşayır,
Kiminsə
naləsin, ahın oxşayır.
Harda sevən
varsa, ruhun oxşayır,
Qəhqəhə
çəkibdi kədərə misra.
Haqqım
var, işıqlı dünyada gəzim,
Təbin
qayığında dəryada gəzim.
Məni
qoymadı ki, piyada gəzim,
Mindirdi
söz adlı kəhərə misra.
Xəmiri
yerdə yox, göydə yoğrulub,
Tanrı
dərgahından gəlir, yorulub.
Bələyin,
bir körpə şeir doğulub,
Demə
hamiləymiş gövhərə misra.
25.02.2025
Pıçıltı
Bu gecə
gözümə yuxu getmədi,
Seyr etdim
Şuşanı Ay işığında.
Demirəm
arzuma əlim yetmədi,
Yenə
Cıdır düzü yaraşığında.
Elə
bil yer qalxır, göy alçalırdı,
Təbiət
susurdu sözü var kimi.
Sükut
dərələrə laylay çalırdı,
Çəmənlər
yatırdı uşaqlar kimi.
Gözəllik
gözümü oxşadı burda,
Nə
Şuşa ayrıdı, nə inci ayrı.
Könüldən
vuruldum bu doğma yurda,
Şuşada
olmağın sevinci ayrı.
Məhəbbət
payımı göylər ayırdı,
Sevgi
küləyidi ruhumda əsən.
Tanrı
qulağıma pıçıldayırdı: -
Bilirsən,
dünyanın bəxtəvərisən?!
15.07.2023
Bu vətəndi,
bu vətəndi,
bu vətən
Hər
müqəddəs daşının da canı var,
Dağlarından
dünyanı gəz, hanı, var?
Bayrağında
şəhidlərin qanı var,
Bu vətəndi,
bu vətəndi, bu vətən.
Qəlbimizdə
yer eyləyib hər çağı,
Necə
yanıb, elə yansın ocağı.
Nə
istidi ana kimi qucağı,
Bu vətəndi,
bu vətəndi, bu vətən.
Çörək
tapmaz çörəyinə toxunan,
Arzusuna,
diləyinə toxunan.
Xoş
gün görməz ürəyinə toxunan,
Bu vətəndi,
bu vətəndi, bu vətən.
Babalardan əmanət
yurd yerimdi,
Göz
dikməsin, yağıya dərd yerimdi.
Əzəl
gündən qibləgahım, pirimdi,
Bu vətəndi,
bu vətəndi, bu vətən.
Uzaq gəzdim
yaramazdan, naşıdan,
Hələ
nə çox keçmişimə daş atan.
Vurğunumu,
Müşfiqimi yaşadan,
Bu vətəndi,
bu vətəndi, bu vətən.
İndən
belə ürəyimə gül deyim,
Bəsdi
daha göz yaşımı sildiyim.
Anamı
da əziz vətən bildiyim,
Bu vətəndi,
bu vətəndi, bu vətən.
14.02.2025
Bəsimdi
Deyirsən
ki, kimdi səni tanıyan,
Tanıyırsa
məni Allah, bəsimdi.
Dediyini
bir batman bal ötürməz,
Ümid
varsa, gülər sabah, bəsimdi.
Əzizləyib
sevsin tək yox, cəm səni.
Zil
gözləməz, gözləyəcək bəm səni.
Alaçıqda
başa çıxsam kimsəni,
Gərək
deyil nə xan, nə şah, bəsimdi.
Pay
vermişəm ilk bahara sevgimdən,
Gah
yağışa, gah da qara sevgimdən.
Bu
dünyada adamlara sevgimdən,
Bircə
nəfər olsa agah, bəsimdi.
20.03.2025
Ahıl
yaş, adamın
itən
yaşıdı
Bahar,
ümidimi daha bitirməz,
Arzuma,
kamıma məni yetirməz.
Qürubun
yolları sevinc gətirməz,
Yolçusu
ömrümün gedən yaşıdı.
Ocağın
yanmasa, bacalıq deyil,
Görünən
hər zirvə ucalıq deyil.
Saçların
ağlığı qocalıq deyil,
Ruhumun
bülbültək ötən yaşıdı.
Varamsa, hər
yerdə gərək görünüm,
Sevincə
bələnim, qəmə bürünüm.
Gec gəlsəm
darıxma, ay ömrüm, günüm,
Ahıl
yaş, adamın itən yaşıdı.
12.04.2025
Nə
gözəl duyğudu
yaxşılıq,
Allah
Əlin
yetməyəndə qovrulur adam,
Nə
usanır, nə də yorulur adam.
İçindən
bulaq tək durulur adam,
Nə
gözəl duyğudu yaxşılıq, Allah!
Görsən
bağrına bas, yol açan olsa,
Əməli
qışda da gül açan olsa.
Qaytarma əlini
əl açan olsa,
Nə
gözəl duyğudu yaxşılıq, Allah!
Əzəldən
çapmışam ümid atında,
Hər kəs
öz keyfində, xoş ovqatında.
Uçursan
göylərin yeddi qatında,
Nə
gözəl duyğudu yaxşılıq, Allah!
Elə
bilirlər ki, göydən enmisən,
Kiminsə
gözündə sirrə dönmüsən.
Bir də
görürsən ki, pirə dönmüsən,
Nə
gözəl duyğudu yaxşılıq, Allah!
Göylərin
payıdı zirvənin qarı,
Dərənin
sükutu, dağın vüqarı.
Qoy
axsın gözlərdən sevinc yaşları,
Nə
gözəl duyğudu yaxşılıq, Allah!
13.04.2025
Tanrıdan
vaxtı var
hələ
Sabirin
Xalq
şairi Sabir Rüstəmxanlıya
Vətən
od tutanda, yandı birinci,
Tüstüyə
qarışdı qaçaq sevinci.
Tay olmaz təbinə
nə ləl, nə inci,
Səsi əsrlərdən
gələr Sabirin.
Kimsə
deməsin ki, boyatdı Araz,
Neçə
yatmışları oyatdı Araz.
Elə
ki, qürbətdən qayıtdı Araz,
Gözünün
yaşını silər Sabirin.
Yetimin
çiyninə kim əlin qoyar?
Adam bu
dünyada əməlin qoyar.
El-oba
yığışıb heykəlin qoyar,
Qədrin
indən belə bilər Sabirin.
Başı
sarıqlıydı haqqın yanında,
Vətənə
sevgisi, axan qanında.
Batmadı
savaşlar burulğanında,
Gözü
nələr gördü, nələr, Sabirin.
Sözdən
od götürüb qalanan ocaq,
Oduyla
dünyanı dolanan ocaq.
Hələ
çox yazacaq, çox yaradacaq,
Tanrıdan
vaxtı var hələ Sabirin.
03.03.2025
Bahar
Kövrəldim,
ürəyim çağlayan dəniz,
Yarpaqlar
gözümün yaşını sildi.
Gör sənnən
nə vaxtın dostlarıyıq biz,
Qapımı
döyürsən, yetmiş beş ildi.
Nə
vaxt danışmışam borandan, qardan?
Səndən
gecə-gündüz söz açmışam mən.
Sormayın
bahara bu sevgi hardan?
Baharda
dünyaya göz açmışam mən.
Yerlər
necə bilsin göylər biləni?
Bənövşə
boynunu bu il bükməsin.
Təzələ
buludla müqaviləni,
Çiçəklər
açanda yağış tökməsin.
Sənə
nə ad verim könlümcə olsun?
Duyğumun
gölündə sonamsan, bahar!
Nə
gülün, nə də ki, çiçəyin solsun,
Anam
köç edəndən anamsan, bahar!
22.03.2025
Ağaclar
əsgərdi
Zirvələr,
göylərdən asılan kimi,
Axır
şəlalələr min ildi belə.
Körpə
anasına qısılan kimi,
Təpələr
dağlara qısılıb elə.
Payızın
şimşəyi haray qoparır,
Xəzəllər
torpağın sarı donudu.
Hönkürə-hönkürə
xəbər aparır,
Sellər
dərələrin poçtalyonudu.
Gecə də,
gündüz də boynunu burub,
Elə
bil itirib huşun meşələr.
Ağaclar
əsgərdi, keşikdə durub,
Qoruyur
dağları qoşun meşələr.
29.10.2021
Fəxrəddin
Teyyub
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.20-21.