Uzanmasın dil artıq
Gəl
birləşək, qoy canlansın Turanım,
Ulu
xalqım, haqq yoluna gəl artıq.
Nə
gözlərsən tükənibdir zamanım,
Damcılardan
qoy yaransın sel artıq.
Həzin-həzin
əsməkdədir dan yeli,
Turan
Türkün, millətimin dan yeri,
Ruhla bədən
vəhdətinin can yeri,
Aramızdan
keçəmməsin yel artıq.
Sözdə
deyil, əməllərdə yaransın,
Fərqlər
deyil, oxşarlıqlar aransın,
Türklərin
qoy üç tonqalı qalansın,
Turan
birlik, Turan gücdür, bil artıq.
Birlik bizə
atalardan əmanət,
Əmanətə
edilərmi xəyanət?
Dön
özünə, nicat tapsın bu millət,
Düşmənləri
yer üzündən sil artıq.
Turan yeddi
dövlətimdir, varımdır,
Hələ
yolda neçə dövlət varımdır,
Qızıl
almam, and yerim - Turanımdır,
Birləş,
Türkə uzanmasın dil artıq.
Oyandı
İllər
sonra Türklər yenə oyandı,
Türkə
düşmən olan varsa o yandı.
Düşünmə
ki, Sibir iraq o yandı,
Gözün
dikib Turanımın gözünə.
Türk,
Xan Araz sinən üstə yarandı,
Türk
canımdı, hər vaxt can ruhu andı,
Türklər
çox vaxt küllərindən yarandı,
Kül
olmadan dönüm özüm-özümə.
Xasayoğlu,
Turan tale, baxtdı, bil,
İllər
sonra Turan bizə baxdı, bil,
Hünər
qana, iliklərə axdı, bil,
Düşmənlərim
üz qoyacaq izimə.
Turan
Turan
gücüm, qüvvətimdir, onunla əbədi varam
Birlikdən
güc-qüvvət doğar, illər öncə deyib babam.
Birlik
Türkün diriliyi, varlığımın təməlidir,
Turan Türkün
Haqq yoludur, ən müqəddəs əməlidir.
Turan
Türkün Haqq səsidir, Türklər Haqqa versin səsi,
Turan
canım, ruhum mənim, Turanla allam nəfəsi.
Turansız
param-parçayam, min bir yerə bölünmüşəm,
Turan
Türklərin birliyi, Türklüyümlə
öyünmüşəm.
Turan yaranan
günədək şirin yuxu Türkə haram,
Türkəm,
Turan məkanımdır, Turan yenilməz bir qalam!
Rövşən
Xasayoğlu
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.29.