Xudafərin
Bir millətin taleyidir aqibətin,
Göz dağısan, dərdin ağır, yaran dərin.
Azərbaycan adlı ulu məmləkətin,
İflic
vurmuş bel sütunu
- Xudafərin!
Çağırıram, harayıma cavab gəlmir,
Olmazmı bu susqunluğun
bir hüdudu?
Arazın
gur suları da poza bilmir,
Varlığına hakim olmuş lal
sükutu.
Nə məqsədə qurub-tikib
səni tikən,
Niyə
belə viran qaldın, bərbad oldun?
İki sahil arasında körpü ikən,
İki könül arasında fəryad oldun.
Görən, nə vaxt birləşəcək iki
sahil?
Birlik üçün ən gərəkli gərəyimsən.
Sən çay üstdən keçib gedən körpü deyil,
Dağ üstündən dağ çəkilən ürəyimsən!
Keçid idin sinəsində
ata yurdun,
Bağlı qalmış, həsrət
dolu yolsan indi.
Çox
əlləri bir-birinə
qovuşdurdun,
Çat-çat olmuş sınıq-salxaq
qolsan indi.
Neçə yüz il öncə
getdim Təbrizimə,
Keçir məni Araz üstdən apar bir də.
Daha bəsdir, döyməyəcəm
mən dizimə,
Səadəti itirənlər tapar
bir də!..
Bircə tikə çörək
Sən bu ana təbiətin hikmətinə bax,
Doğulanda mədəsi ac doğulur
insan.
Bəlkə elə buna görə
ağlayır uşaq,
Bu dünyaya göz açaraq doğulan zaman!
Mədəsi ac doğulursa insan
həyatda,
Demək,
hamı bircə tikə çörəyə
möhtac.
Ancaq dünya elədir ki, damının altda,
Kimi qarnıtox yaşayır, kimi qarnıac.
Sevinc-kədər dalğasında keçir
ömür-gün,
Yollar haça, hansı yolla, necə gedəsən?
Bircə
tikə çörəyi
də qazanmaq üçün,
Gərək başı, ya əyəsən, ya işlədəsən!
Məğrur dayan, müdrik yaşa, olma bədgüman,
Qocalıqda yüngülləşib cavanlıq etmə.
Nə qazansan halal qazan, ancaq heç zaman,
Mənliyini çörəyinə yavanlıq etmə!
Ruh,
nəfs...
Sən də aldanmısan, etmisən günah,
Bəs bu aldanışın səbəbi nədir?
Adəmi
cənnətdən qovduran
tamah,
Ölməyib, hələ də
öz işindədir.
Adəm
uydu nəfsin istədiyinə,
Onu da aldatdı iblis hiyləsi.
O vaxtdan min illər keçsə də yenə,
Bitmir ruhla nəfsin mücadiləsi.
Yaşa,
bu dünyada elə ömür sür,
Qoy ruhun nəfsindən qoruna bilsin.
Nəfsin
diridirsə, ruhun ölüdür,
Nəfsini öldür ki, ruhun
dirilsin!
Kim ki yaranıbdır nəfsinin
qulu,
Dünya
onun üçün yağlı yeməkdir.
Nəfsi
öldürməyin ən
yaxşı yolu,
Sağ ikən ölümü görə bilməkdir.
Əgər ölüm haqsa...
həyata düz bax,
Ruhun təmizlənsin, olsun dupduru.
Çox
müşkül işləri
həll edər ancaq,
"Ölməmişdən əvvəl
ölün!" - düsturu!
Yazıqdır, var-dövlət üstə
çarpışıb,
Hər gün bir-birini yeyib didənlər.
Sonda üryan qalar, həddini aşıb
Nəfsini özünə Tanrı
edənlər.
Çevir məni
Ey İlahi, eşitdim yenə o qəmli səsi,
Bəxtəvərəm hardasa, kim isə sevir
məni.
Vəfası düz, əhdi
düz, sevgi mücəssəməsi,
O gözəlin gözünün
yaşına çevir
məni.
Bu dünya gah zəhərdi,
bu dünya gah şərbətdi,
Tarixin ibrət dərsi çox acıdı, çox sərtdi.
Həyatda qorxduğum şey,
qəriblikdi, qürbətdi,
Yurd yerinin bir qara
daşına çevir
məni.
Yalan heç vaxt doğrunun oynamaya rolunda,
Xeyir şəri boğmağa qüvvə tapa qolunda.
Haqqı
qoyub nahaqqa gedənlərin yolunda
Uçurumlar, yarğanlar qaşına
çevir məni.
Üstdə bar gətirməyən budaq nəyə gərəkdir,
Qapısı açılmayan otaq
nəyə gərəkdir,
Boş-boşuna göylərdə uçmaq
nəyə gərəkdir?!
Məlikməmmədin Simurğ quşuna çevir məni.
Əyri
gözlə baxmadım
yer üzündə bir kəsə,
Qorudum həqiqəti üstündə
əsə-əsə.
Dostun istehza dolu sözünə
hədəfəmsə,
Düşmənin gülləsinin tuşuna
çevir məni.
Mənzil
başa vurmayıb, kim ki haqqa şəkk
edib,
Pak olanlar dünyaya tək gələrək tək gedib.
Ulu Tanrım, adımı dərgahına həkk edib,
Əməlimin, sözümün başına
çevir məni.
Örkən doğanaqdan keçir
Qəm yükünün ağır
daşı
Bükür beli, əyir başı.
Qəhərdən axan göz yaşı
Süzülür, yanaqdan keçir.
İnsan
yarandığı o an,
Nələr yazır yaddaşa
qan;
Ömür neçə burulğandan,
Neçə boğanaqdan keçir.
Damla gücü qaya deşir,
Qətrədə vulkan yerləşir!
Dəmir
dəmirlə birləşir
-
Od saçan qaynaqdan keçir!
Bu yürüşün axırı
nə?
Sonu qayıdır ilkinə!
Necə
olsa, gəlib yenə,
Örkən doğanaqdan keçir.
Babam deyən bir fikirdi:
Yalan gözə girən tirdi.
Həqiqətin yolu birdi,
O da ancaq haqdan keçir!
Əfəndim
Ulu türküm, ümidgahım,
paşam,
xocam, arkadaşım,
Eyni kökdən rişə alan
qan qardaşım, yol yoldaşım.
Həm həyanım, həm gümanım,
düz meyarım, məhək daşım,
Türk
dost olar, daha ayrı
məqsəd
güdməz, Əfəndim!
Bir xalq kimi, millət
kimi,
insanlığın
ilki türkdü.
İlk şifahi danışılan,
ilk yazılı
dil ki türkdü!
Ağrıdağda yer üzünü,
xilas edən bil ki türkdü!
Tarix doğru olayları
inkar etməz, Əfəndim!
Türk
atlanar - dərə adlar,
dağı
aşar, düzü keçər.
Türk
danışar - ən
mötəbər
məclislərdə
sözü keçər.
Çox
türkdilli tayfalar
var,
bir-bir saysan, yüzü keçər.
Ayrılıqlar, görən, niyə
sona yetməz, Əfəndim?!
Türk
şəninə sığışdırmaz
kimsə
ucuz tuta haqqı.
Kiminsə də kim önündə
alçaldıla,
bata haqqı.
Bəşəriyyət qarşısında
qalır
türkün Ata haqqı!
Bu haqq türkün öz haqqıdır,
heç
vaxt itməz, Əfəndim!
Ədalətin keşiyində
müsəlləhdir,
yuxu yatmaz.
Həqiqəti uca tutar,
ara vurmaz, ara qatmaz.
Türk
qan tökməz, türk qan alar,
türkün
əli qana batmaz!
Ancaq qansız, qadasız da
vaxtı
ötməz, Əfəndim!
Düşüb türkün axınına,
türklə
birgə gedənlər
var,
Türk
adını bayraq edib,
başqa
məqsəd güdənlər
var.
Bu gün türkü həm xaricdən,
həm daxildən didənlər
var!
Belələri yerisə də,
uzaq getməz, Əfəndim!
Doğu,
Batı arasında,
türkün
yolu - öz yolumdu.
Mən
ki türkün bir qoluyam,
türk
də mənim bir qolumdu.
Türkün həyat monoloqu
-
ya ölümdü, ya olumdu!
Kim bilmirsə suyu axıb,
otu bitməz, Əfəndim!
Ulu türkün həyatında
ən parlaq bir gün
olacaq,
Türk
dünyası birləşəcək,
bu birlik mümkün olacaq.
Dünyanın əvvəli türkün,
sonu da türkün olacaq!
Bu həqiqət sübutunu
çox
gözlətməz, Əfəndim!
Ruh
Hər şeyin ruhu var, belədir həyat,
Alovdan ruh alıb yanar
hər ocaq.
Ruh cana qidadır, qəlbə qol-qanad,
İnsanı yaşadan ruhudur
ancaq!
Xalqın
ruhu yoxsa işi çox çətin,
Başında min cürə oyun
olacaq.
Bu günü quzutək sakit millətin
Sabahı,
əlbəttə, qoyun
olacaq.
Babalardan
qalma bir deyim də var,
Görün, ruhu ilə babam nə yazdı:
"Diribaş olsaydı əgər qoyunlar,
Təkələr sürüyə başçı
olmazdı!.."
Yox
Demirəm düşüb ortaya,
Boş yerə meydan sula - yox.
Ya kiməsə yaltaqlanıb,
Təlxəktək quyruq bula - yox.
Qəddini düz tutmağı
bil,
Baş əymək yaşamaq deyil.
Əyilsən də Haqqa əyil,
Vara, dövlətə, pula - yox.
Az üçün gündə
ah edib,
Çoxa
artıq tamah edib,
Nəfsi
dirildib şah edib,
Dönmə önündə qula
- yox.
Sözün, mövqen olsun aşkar,
Həqiqəti etmə inkar.
Ya ovçu ol, ya da şikar,
Ovçu
yanında tula - yox!
Təklik
Nisbidir bütün ölçülər,
Zirvə
deyil hər yüksəklik.
Gözə yüngül görünsə
də
Ağır bir dağ imiş təklik.
Qayğılar olsa da ilıq,
Kara gəlməz mehr, qılıq.
Zaman-zaman
bir ayrılıq
Ritmi çalmaq imiş təklik.
Varlığını sükut alıb,
İçində qəm yuva salıb,
Buludtək hərdən boşalıb,
Hərdən dolmaq imiş təklik.
Baxan olmaz məlalına,
Özü yanar öz halına.
"Tale nədir?" - sualına,
Cavab almaq imiş təklik...
Sancağı belində dərzi,
Səyyar
gəzmək - yaşam
tərzi.
Sərgərdan dolaşıb ərzi,
Dərviş olmaq imiş təklik.
Dünya
- keçid üçün
bərə;
bircə
dəfə keçər
hərə...
Ömrü ən çətin
səfərə
Yola salmaq imiş təklik.
Vaxt keçər güman içində,
Ruh darıxar can içində.
Yaşayıb insan içində
Tənha
qalmaq imiş təklik!..
Gülüm
Bu şeir İbrahim İlyaslının
"Necəsən?"
şeirinin motivləri əsasında
yazılıb
Hər dəfə mənə can
deyib,
Ay canımı alan gülüm,
İki könül arasında
Qəm körpüsü salan gülüm.
Boy atırmı kökün,
rişən?
Həsrət çəkmək olub
peşən.
Gülşənindən ayrı düşən,
Yalqız,
tənha qalan gülüm.
Hey baxsan da üzü bəri,
İtirmisən gör, nələri?!..
Yad dibçəkdə qönçələri,
Ləçəkləri solan gülüm.
Ömür bir yoldur maraqlı,
Bəzən haqsız olur haqlı...
Yaşam
evi təmtəraqlı,
Könül evi talan gülüm.
Dərd
yaraşmır gül
adına,
Çatan varmı bəs
dadına?
Qurban olum fəryadına,
Ömrü-günü nalan gülüm...
Hacan HACISOY
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.19.