Darıxanım yox
Ahım
bir sevginin məzar yeridi,
Ah çəkdim,
üstümə məzar yeridi!
Son
görüş yerim də həmin yer idi,
Mənim
bu dünyada darıxanım yox!
Sən
adda nəyim var, yıxıb gedirəm,
Həsrətin
əlini sıxıb gedirəm.
Daha bu
ömürdən çıxıb gedirəm,
Mənim
bu dünyada darıxanım yox!
Dərd
sinəm üstədi, deyir oxşama,
Baxan yox qəlbimdə
alışan şama.
Ümüd
yollarımın üzü axşama,
Mənim
bu dünyada darıxanım yox!
Qanayan
yarama demədim duz at,
Yanan
ömrüm üstə bir əlçim buz at.
Uzat əllərini,
bir misra uzat,
Mənim
bu dünyada darıxanım yox!
Sənə
sevmək öyrədəcəyəm
Qonub
saçlarına, əlim oxuyar,
Kövrək
pıçıltılar sevgi qoxuyar.
Gecələr
dərdimi verib yuxuya,
Mən sənə
sevməyi öyrədəcəyəm!
Unudub fələyin
qarğışlarını,
İsidib
taleyin naxışlarını,
Öpüb
çiçək-çiçək
baxışlarını,
Mən sənə
sevməyi öyrədəcəyəm!
Yüz
yol söylədim, ürək, ağrıma,
Bu
ömrü gəl yola verək, ağrıma,
Səni
arzum kimi basıb bağrıma,
Mən sənə
sevməyi öyrədəcəyəm!
Çox
gəzmə könlümün qəm dağlarında,
Qəmdən
havalanır qəm dağlarımda.
Adın
çiçəkləyər dodaqlarımda,
Mən sənə
sevməyi öyrədəcəyəm!
Gəlmərəm
Qayıdıb
ötən günlərə,
Xəyallara
qapılmaram.
Boşuna
yorma özünü,
İtmişəmsə,
tapılmaram.
Yalanların
sənin olsun,
Daha
yaxına gəlmərəm.
Yıxıldı
arzu, istəyim,
Daha yuxuna
gəlmərəm.
Göy
üzünə çəkilmişəm,
Daha yerlərə
gəlmərəm.
Yaxın
nədir, sən yaşayan
Şəhərə
belə gəlmərəm.
Üşüyən
sevgi
Əlacsız
sığınmışam
göz yaşı qoxulu
xatirələrə...
Ana,
Ömrümə
bulud-bulud
çöküb
intizarın.
Titrəyən
bədənim
bəyaz kəfən kimi bükülmüş
köynəyimin
yaxasını
ağrılar açır.
Ana,
Səndən
sonra saçı ağarmış
Ümidimin
gözü önündə
bəxtimin boynuna
qolunu salmış
ayrılığın
dodağı
qaçır.
Ana,
Mən Vətən
sevgisinin
atəşinə yandım.
Mən
yandıqca
ruhumda "sən" də
yanırsan.
Ana,
Heç
görmüsənmi,
yanan ocağın
necə
üşüdüyünü?
Ana!
Xəbərin yox
Keçib
karvan yanımızdan,
Bir ah
qopub canımızdan
Qərənfilə
qanımızdan
İçirmişik,
xəbərin yox!
Yaşıl
çöllər, şiş təpələr,
Dəniz
susar, gah ləpələr.
Sinəmiz
üstə qəlpələr
Bitirmişik,
xəbərin yox!
Bulud alar
göy üzünü,
Gün
itirib gündüzünü.
Axtarırıq yer üzünü, -
İtirmişik,
xəbərin yox!
Üşüyürəm
sözə sarı
Gözlərimə
payız gəlir,
Bulanır
ömrün suları.
Batıram
dərya gözünə,
Üşüyürəm
sözə sarı.
Yola
çıxdım fəsil-fəsil,
Bu yol bir
payız nağılı.
Bir ah
imiş ömrün səsi,
Alıb
başımdan ağılı.
Ömrümə
xəzan dağılıb,
Günüm
sarı, gecəm sarı.
Ustad, sən
dəsmal əvəzi
Gözlərimə
sözü sarı.
Sahil küçəsi
Alar məni
qoynuna
Mavi Bakı gecəsi.
Sahildə
məni gözlər
tənha Sahil küçəsi.
Bu
küçədə nə qədər
xatirələr
dolaşır.
Bu
küçədə insantək
boz küləklər
dolaşar.
Yağan
yağışlar yuyar
cığırımı,
izimi.
Bu
küçədə gəzirəm
indi özüm
özümü.
Sənin
sahilin
İçimdə
bir dəniz ölüb,
Duzlu
suların yuxusu
ləpələnir
xatirələrimdə...
Yaşıl-yaşıl
yosun qoxusu gəlir
kirpiklərimdən...
Üzür
göz yaşlarımda
ölü
balıqların səsi.
Bu
ölü dənizin sahilində
səbrim
havalı-havalı
gəzir.
...İçimdə
ölən dəniz,
Əvvəlimi,
sonramı
ölmək-ölməkdir.
Ölmək
-Tanrı səbrinin
sahilinə
gəlməkdir...
Mən sənin
sahilinəm,
İçimdə
ölən dəniz.
Xatirə
Xəbərin
varmı?
könlümün
xatirə
mövsümüdür...
Barmaqlarım
səni soruşur
Ovcuma
tökülən göz
yaşlarımdan.
Dilimin
ucunda
Uzaqlarda
üşüyür
boynumu
qucaqlamaq
həsrətilə
düyün
düşən qolların...
Gözləri
doluxsunub
sənə
gələn yolların...
Əllərimin
həniri
yaralı
göyərçintək
hələ
də çırpınır ovcunda.
Adın qəzaya
düşdü
Dilimin
ucunda.
Xəfif-xəfif
Baharda kol
dibində
Xəfif-xəfif
Gülümsəyən
bənövşə kimi
Sevdim səni...
Səni
elə sevdim,
"Sevgi"sözünün
dodağı
çatladı...
Səni
elə sevdim,
Həsrət
utandı
özündən...
Sonuncu
misra
Yazdığım
şeirlər
məndən
əvvəl doğulub...
Mən
alın yazımdan əvvəl,
çox əvvəl
doğulmuşam.
Alın
yazıma çatanacan
bulud-bulud
dolmuşam,
sular kimi
axıb-axıb
durulmuşam...
İndi
ömrümün yollarını
toz
basmış xalça kimi
çırpıram
varaqlar üstə;
tökülür
bir misra ümid,
bir misra
sevgi,
bir misra qəm...
beləcə
varaqlar üstə
yaralı
quş kimi
çırpınır
sinəm...
beləcə
varaqlar üstə
üşüyür
bir misra mən...
Bu
misranın sirrini
deməyəcəyəm
heç kimə.
Bu sonuncu
misra
qara qəlpə
kimi
sancılıb
içimə...
Şeirlərim
məndən əvvəl doğulub.
Heyif,
Tanrı qoymadı
Şeirlərimdən
əvvəl doğulum.
İndi mən
taleyimdən
əvvəl doğulan
şeirlərimin
sonuncu
misrasıyam
səkkizinci
səhifədə...
Şəfəq
SAHİBLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.27.
.