Bəxtiyar Vahabzadə poeziyasında

idrakla intellektin vəhdəti

 

Bəxtiyar Vahabzadə-100

 

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbi-fəlsəfi, idraki-intellektual, estetik-mənəvi düşüncəsinin son bir əsrdə yetirdiyi ünlü simalardandır. Şairin səsi, nəfəsi daim səni özünə cəlb edən, əsərləri dostuna, həmsöhbətinə çevrilən nümunələr olsa da, sənə hökmranlıq etmir, səni alçaltmır, sənə əmr etmir, ovqatına nur çiləyib, mətinliyə səsləyir. İç dünyana mübhəm doğmalıqla daxil olub, səninlə dostcasına danışır: sevgi kədər, həyat ölüm, xəyanət gözəlliyin olduğunu anladır, məsləhətçinə çevrilir. Onun yaradıcılığında intellektlə mədəniyyət, lirik vüsətlə yaşam həyat təcrübəsi daim ülfətdə, ünsiyyətdə olur.

Bəxtiyar milli poeziyamızda sanki dünyaya əzəmətli söz ustadları bəxş etmiş Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq Səməd Vurğun kimi təfəkkür sahiblərinin yolunu poetik hecasını, milli həyat səhnələrini, milli musiqiyə hissi münasibəti göstərib dil imkanlarından istifadə edib, sözləri poetik qatara düzüb, qeyri-adi bədii-fəlsəfi hadisələri göz önündə canlandırmaqla oxucuya ərməğan etmişdir. Şairin düzüb-qoşduğu poetik sıralamalarında tarixi, etnoqrafik, etnoloji, psixoloji, etik, estetik, coğrafi, fəlsəfi s. çalarlar o qədər görümlüdür ki, oxucu bu əsərlərlə tanışlıq zamanı o ilmələrin, naxışların, poetik düzümün bəzən xalq hikmətindən süzülüb gələn misraların sehri altında ecazkar bir mənzərə ilə üz-üzə qalır. Odur ki, əsərlərindən hər birinin oxucunu ovsunlamaq imkanı daha da güclənir Bəxtiyar müəllimin.

Öz həcmi etibarı ilə fərqli biçimlərdə qələmə alınmış əsərlərindən bizə tanış ola biləcək mövzular tamamilə fərdi yönlərdən görünə bilən poetik məcmuələrindən biri fəlsəfi-təfəkkür problematikalı "Axı dünya fırlanır" adlanır. Lakin bu həcmcə kiçik, mahiyyətcə monumental kitabda yer almış şeirlər öz mövzu mahiyyət palitrası baxımından cild-cild yazılmış əsərlərdən daha köklü problemləri əhatə edən əsərlərin qayəsində ölçüyəgəlməz bədii-estetik mətləblər dayanmaqdadır. Müəllif "Xeyir şər" şeirində öz ulu sələfi Nizamidən fərqli olaraq xeyirlə şərin daha dərinliklərdə qərar tutan xüsusiyyətlərini oxucuya öz yönündə anlatmağa çalışır:

 

Min bir rəng yetirir bir rəngdə torpaq,

Həm şəfa, həm ölüm yatır zəhərdə,

Kol-kos da bitirir, çiçək torpaq,

Ağlın meyvəsidir xeyir , şər .

 

Yaxşı da, yaman da bizdədir deyin,

onun, bunun öz odu yoxmuş.

Xeyir-şər qol-qola! yüksəkliyin,

alçaqlığın hüdudu yoxmuş.

 

Poeziyanın magistral mövzularından olan xeyir şər problemini B.Vahabzadə varlığın ən yüksək təbii hadisəsi kimi nəzərdən keçirməklə xeyirin Yaradanla birləşməsi müstəvisində dərk edir. Eyni zamanda şair bu problemi islam dini-fəlsəfi düşüncəsinin səciyyəvi tərəfi kimi işarələyir. Onu da yaddan çıxarmaq olmaz ki, B.Vahabzadənin yaradıcılığının mərkəzi fəlsəfi problemi insan varlığının mənasıdır ki, şair məhz bu məsələ üzərində daha çox sosial-ictimai, mədəni-mənəvi prizmalardan axtarışlar aparmışdır. Odur ki, o, insanı bir sirrə bənzədib, onun varlığını dərk etmək üzərində fasiləsiz müşahidələr qurmaqla, həm insan həyatının özünü bir sirr kimi təqdim etmişdi.

Xeyirlə şərin mənşəyinə ekskurs edərkən müəllif, həm onların mənbəyini, irrasional azadlıq aramağı üstün tutur. Elə buradaca qeyd edək ki, B.Vahabzadə yaradıcılığında xeyirlə şərin dialektikası onun əsərlərinin ana xətlərini təşkil edir. Çünki onun qəhrəmanları xeyirlə şər, xeyirxahlıqla pisliklər arasında var-gəl edənlərdir. Odur ki, B.Vahabzadə yaradıcılığında Azərbaycan türk milli-mental düşüncəsinin yüksək uğurlarını işarələmək mümkündür ki, burada insan təbiətin ən yüksək hadisəsi kimi təqdim olunur ki, əsil mahiyyəti həm xeyir, həm şər yaratmaqla onun azadlıq düşüncəsini özündə ehtiva edir.

Xalq yazıçısı Rəsul Rza şairin 1959-cu ildə "Düşüncələr" ("Razdumğə") adlı "Azərbaycan uşaqgəncnəşr" nəşriyyatında işıq üzü görmüş poetik məcmuəsinə "Bəxtiyar Vahabzadə" mövzulu Ön sözündə yazırdı: "Əksər hallarda şeirlərlə bağlı bəhs edərkən onu yaşa görə bölürlər. Bununla da şairin yaradıcılığının - yaşlı orta kiçik nəslə aid olduğunu müəyyənləşdirirlər. Fikrimcə, belə bölgü son dərəcə şərtidir. Poeziyanın yaşı yoxdur. Mənimlə razılaşmaya bilərlər ki, ustalığa aparan yol illərin dayanmadan ortaya qoyulan zəhmətindən keçir. Bu, sözsüzdür. Lakin bu da sözsüzdür ki, yaradıcı insanın dayanmadan çəkdiyi zəhmət o zaman uğurla nəticələnə bilər ki, belə zəhmətin mərkəzində özünü poetik natura göstərsin...

Bəxtiyar Vahabzadə sözün həqiqi mənasında yüksək səviyyəli şairdir. Onun poetik fırçası çoxrəngli çoxölçülüdür. Onun dili yapışqanlı koloritlidir. Vahabzadənin poeziyası düşüncələr poeziyasıdır. Fərz edək ki, bu düşüncələr bəzən lap həyatın yuxarı hissəsinə aiddir, lakin digər şeirlərində, məsələn, ağaran saçlara həsr olunmuş şeir isə yaxınlaşan qocalığın carçısı kimi özünü göstərir. Bütünlükdə isə Vahabzadə poeziyası bizim müasir ədəbiyyatımızın ən maraqlı hadisələrindəndir". Onu da qeyd edək ki, Rəsul Rza bu fikirləri səsləndirdiyi vaxt Bəxtiyar hələ ömrünün 30-cu illərinə qədəm qoymamışdı.

Bəxtiyar təkcə düşüncələr şairi, bəxt şairi, bəxtiyarlıq şairi deyildi, o, həyatın fəlsəfəsinə, onun estetikliyinə, onun gedişatına, onun simasına dərindən bələd olmaq istəyində idi. "Özünü dinlə" kimi kiçik bir şeirin mahiyyətində yatan dərin məna yükünə nəzər salaq:

 

Dinlə bu dünyanı öz ürəyinlə,

Sənət aləmində özünü dinlə.

Özgəni dinləsən kökdən düşərsən,

Sən özün özünə özgələşərsən.

"Özümü kənardan seyr edim" - deyə

olar, hərdənbir çəkil təkliyə!

Üzbəüz, təkbətək qal ürəyinlə,

Sən onu dinlə!

Tək onu dinlə!

 

İstedadlı rus şairi Yeqor İsayev Bəxtiyarın əsərlərinin belə zəngin düşündürücü mahiyyətinə nəzər salarkən deyirdi: "Bəxtiyar insanı vəcdə gətirən, təlatümlü fikirlər axtaran dərin şairdir. Onu insanın dünyaya gəlməsinin mahiyyəti, kosmos materiyanın sirlərini açan ağlın idrakın əvəzsiz ənginlikləri heyran edir, lakin bir insan qəlbinin kosmosu var - burada isə o qədər " ləkələr" var ki, bu narahat əzablı yolda ruhi mükəmməlliyə sözlə işin harmoniyasında yetişmə var! Bax, bu da Bəxtiyar Vahabzadə poeziyasının mahiyyətidir".

Heç bir mübaliğəyə yol vermədən, hesab edirik ki, Bəxtiyar Vahabzadə XX əsrin 40-cı illərindən, ta XXI əsrin birinci onilliyi arasında Azərbaycan intellektual poeziyasının inkişafına nəzərəçarpacaq təsir göstərmiş müəlliflərdəndir. O, yuxarıda göstərdiyimiz kimi, insanların daxili ürək çırpıntılarını açmağa çalışan fəlsəfi poeziyanın nadir nümayəndələrindəndir. 1986-cı ildə qələmə aldığı "Hara gedir?" şeirinin məziyyət məzmun tərəfinə gəlin, birlikdə diqqət yetirək:

 

Təbiətin sümüyünə dirəndik,

İliyini sorasıyıq, sorası.

Əlimizlə bu anamız torpağın

Dağlanmamış görən qaldı harası?

 

Təbiətin insan kimi günü yox,

Zülmümüzdən rüzgarı yox, günü yox.

Bu dünyanın əvvəli yox, sonu yox,

Var olarmı yoxla yoxun arası?

 

...Yaranışdan biz övladıq, o - ana.

Bu sitəmi necə qıydıq biz ona?

Hara gedir o fırlana-fırlana

Sinəsində çalın-çarpaz yarası?

 

Gördüyümüz kimi, fəlsəfi düşüncələrini oxuculara çatdırmaq üçün şair yeni deyim-duyum formaları axtarışında olmaqla idrakında analitik ibarələrdən istifadəyə üstünlük verməklə poetik forma məzmunun səslənişini sual cümlələri üstündə qurmaqla avanqard poeziyanın ənənələrini yeniləyir, obrazlı düşüncələrə uçuş verir, metaforiklikdən gərəyincə yararlanmaqla, simvollardan şərti obrazlardan istifadə edib, ifadənin sərbəst formasına, şeirin intonasiyasına yeni çalarlar daxil etməklə, lirik qəhrəmanın fikir duyğularını yeni statusda təqdim etməyə müvəffəq olur.

Elə buradaca qeyd edək ki, şairin yaradıcılığında gedən yenilənmə prosesi onun şeirlərində XX əsrin 70-80-ci illərində baş verən estetik meyillərin göstəricisi kimi səciyyəvidir. Eyni zamanda bildirək ki, milli ədəbiyyatda intellektual poeziya həmin dövrlərdə ədəbi materiallar əsasında cəmiyyətin aktual problemlərini həll etməyə çalışmaqla, dünyanın varlığın ümumi vəziyyətinə halına zond salmağı düşünür problemə açıq başla münasibət göstərməyə çalışırdı.

Əlbəttə, intellektual poeziya öz istiqaməti etibarilə özünün dərin fəlsəfi məzmunu, mürəkkəb simvolikası ilə xarakterizə olunur. Burada metafora obrazlardan istifadə onların poetik mətndə oynadığı rol şairdən yüksək səviyyəli erudisiya analitik bacarıqlar sərgiləməsini tələb edir. Çünki idraka söykənən intellektual poeziyada varlığın, mövcudluğun, şüurun, əxlaqın əksər məsələləri öz əksini tapır, onların xüsusiyyətlərinə individual baxış sərgilənir, eyni zamanda intellektual poeziya, həm mürəkkəb şeir formaları dil konstruksiyaları tələb etməklə oxucunun dərin idrak imkanlarının işə salınmasına impuls verir.

Beləliklə, gətirdiyimiz nümunələrdə biz Bəxtiyar Vahabzadə poeziyasında daim idrakla intellektin şairin dünyasını necə orijinallaşdırdığının zənginləşdirdiyinin şahidi oluruq.

 

Nizami Məmmədov TAĞISOY

 

Ədəbiyyat qəzeti.- 2025.- 15 avqust, №29.- S.9.