Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
"Möhtərəm cənab Prezident.
Qüdrətli liderliyiniz sayəsində qazanılan və
8 avqust
2025-ci ildə ABŞ-nin paytaxtı Vaşinqtonda – Ağ Evdə imzalanmış
taleyüklü sənədlərlə öz parlaq təsdiqini tapan misilsiz siyasi nailiyyət, möhtəşəm diplomatik qələbə münasibətilə
Sizi
ürəkdən təbrik edirik.
Sonsuz sevinc və qürur hissi ilə bildiririk ki, bu tarixi nailiyyət
Müzəffər Ali Baş
Komandanı olduğunuz
qalib Azərbaycan Ordusunun gücü və fədakarlığı
ilə 2020-ci ildə Vətən Müharibəsində
əldə edilmiş
Böyük Zəfərimizin,
2023-cü ildə uğurlu
antiterror əməliyyatı nəticəsində ərazi
bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasının
siyasi-diplomatik meydanda davamı və beynəlxalq miqyasda qətiyyətlə təsdiqlənməsidir.
Sarsılmaz əzm və iradənizin, gərgin zəhmətinizin bəhrəsi
olan bu yeni qələbəniz doğma
Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz altında
daha da güclənərək
çiçəklənməsi baxımından müstəsna
əhəmiyyətə malikdir.
Eyni zamanda böyük liderlərə
xas uzaqgörənliyiniz,
uğurlu təşəbbüsləriniz
nəticəsində ərsəyə
gələn bu mühüm razılaşmalar
regionumuzda dinc birgəyaşayışa və
rifaha, ümumən dünyada sülh və inkişafa çox vacib töhfədir.
Azərbaycan xalqını, həmçinin,
bütün sülhsevər,
tərəqqipərvər qələm
adamları kimi, bizi qəlbən sevindirən, dərindən
ruhlandıran bu parlaq nailiyyət münasibətilə Sizi bir daha ürəkdən
təbrik edir, qətiyyətli, məqsədyönlü
liderlik fəaliyyətinizdə
Sizə yeni-yeni uğurlar
diləyirik!
Dərin
hörmətlə,
Azərbaycan Yazıçılar Birliyinin Katibliyi:
Xalq
yazıçısı Anar,
Xalq
yazıçısı Çingiz
Abdullayev,
Rəşad Məcid,
Elçin Hüseynbəyli,
Səlim Babullaoğlu,
İlqar Fəhmi
Ədəbiyyat qəzeti.- 2025.-
15 avqust, №29.- S.3.