Yaşamaq
Ağrılarıma gülümsədim,
özümdən yüksəldim.
yaxşı adam ola bildim.
Özümə pay olaraq
güzgüdə öpüş göndərdim.
Yaşantılarımı elə sevdim,
unuduldu bütün tiranlar.
Həyatımı basdım bağrıma,
saçını sığalladım illərimin.
Yorğun deyiləm artıq!
Həyatla barışdıq,
yarışdıq arada.
Yan-yana qaçışdıq,
Bir gün önə çıxdım,
səsləndi arxadan: Nə gözəl qaçırsan!
Geri çevrilib göz vurdum ona:
Gözəl günün olsun,
Həyat! - dedim.
Qızın həyatı
Bir qız vardı
Üzünü dünyanın boşluğuna
tutub,
Atalı-analı yetimliyə yaslanıb,
ən yaxın dostlara qısılıb ağlardı.
Bir qız vardı...
"Məni niyə doğdun?" soruşardı
anasından.
Anasının qatili olacağından
qorxardım.
Nəyin
dərdini çəkdiyini
bilməzdim,
yerbəyer etməyə uşağı
yox idi,
Qulluq etməyə əri.
Ocaq başında ömrü çürümürdü,
Ancaq nə sirr idisə,
Azadlığının qədrini bilmirdi.
Tanrıya hücum çəkirdi:
Məni
niyə yaratdın?
Bir qız vardı,
dualarını anlamazdın,
Bilməzdin istəyini.
Siyasətdən danışsan susar,
xoşbəxtlikdən danışsan qorxar,
dindən
danışsan coşar,
insandan danışsan deyinərdi.
Dadını çıxar özgürlüyün,
deyərdim,
Razılaşar, etməzdi.
Bir qız vardı,
Yaşamağı bilməzdi.
Tez-tez: "necə yaşayırlar?" soruşardı.
Eyni cavabı verərdim:
Olmayançün üzülüncə, olanı yaşa öncə.
Uzaqlara yol gedincə çatır insan.
Ön cığırı keçməyincə
yenisinə
çıxa bilərsənmi?
Susar, bəlkə eşitməzdi.
Bir qız vardı,
Xəyallarda uçdu, uçdu,
Yerə
enib yerimədi.
***
Nələr gördük!
İnsan
qəlbi təpikləyən
adamlar,
Uşaq
qəlbi təpikləyən
adamlar.
Ürəyinin lap başına kürsü
təpənlər,
Dünyayla aramıza hasar hörənlər.
Yaxşıları ruhumuzla öpdük,
Ayağımız yerə dəymədən
ayaq döydük ölüməcən.
Eşqsənsə, gəl
Eşqsənsə, üzümdəki yuxusuzluqsan,
Gözümdəki qorxusuzluq.
Eşqsənsə, bilərsən, yatmıram.
Gözləyirəm hər saat
Eşqsənsə, gəl çat...
Eşqsənsə,
hər yerimdə döyüntüsən.
Həyatımı ələk-vələk etsən,
yenə
təkimsən.
Eşqsənsə, bir ətək
yoxluqsan,
Bir qutu məktub,
Hər tütün özləmsən,
Eşqsənsə,
büsbütün gözləmsən.
Eşqsənsə, gecə-gündüz bir adam
səni
doğur ürəyində.
Eşqsənsə, söhbətin bu
yerində
hönkürtüsən.
Eşqsənsə, ayağım sənə
sürünür,
Eşqsənsə, ürəyim sənə
döyünür,
Eşqsənsə, əmin ol, nə etsən, üzürlüsən,
Hər xəyanətdə bağışlanırsan,
Eşqsənsə, yastığıma yağışlanırsan.
***
Sən!
Sevgiyə sayğım.
Sən!
Sayğıya sevgim.
Sən...Savaşım,
Sən
- Barış sazişim.
Sən!
Özümə gəlişim,
Sən!
Özümdən gedişim.
Sən!
Ölsəm də, yaşamağım...
Sən
-
Səhrada dayanacağım.
Sən
-
Yolumu azmışlığım...
Sən
- Gücsüzlüyüm,
Sən
- Ölçüsüzlüyüm,
Sən
-
Tutunacaqsız oluşum.
Sən
- Ağrılı gülüşüm.
Sən!
Mənim
olanım
Sən
-
Mənim
olmayanım.
Sən!
Var gücüylə özlənə
bilənim.
Sən!
Səhrada sevənim.
Sən...
Özümlə sevişim.
Sən
-
Zamandan küsüşüm.
Sən!
Başımdan çıxan ağlım.
Sən
-
Gəlmədən gedənim.
Sən
-
Özümə dediyim nağılım...
Sən!
Tapıntım, itkim.
Sən!
hardasan,
ay itkin?
Yaşamağa başladım
Darıxmıram, yaxşıyam,
Bu təkliyi xoşladım.
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.
Təzə güllər əkirəm,
Gözləyirəm, cücərsin.
Tutdan şərab çəkirəm,
Yolun düşsə içərsən.
Düzdü, hərdən, gün
bitər,
Həsrətin yaxalayar,
Solumdan tutub sıxar,
Ruhumu çalxalayar.
Dartınaram yerimdə,
Elə güclüdü əli.
Olmaz, deyərəm yenə,
Anlamaz
ki o dəli.
Əlbəyaxa dalaşıb
Hərdən də yenilirəm.
Həsrətinlə boğuşub
Yuxuya da
gedirəm.
Belə
yaxşıyam, ama,
Təklik
xoşuma gəlir.
Bircə
məndən soruşma:
Gecələrin necədir?
Darıxmıram, yaxşıyam,
Bu təkliyi xoşladım.
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.
Qızıma yazılıb
Həyat
necə ağrıdır,
bir bilsən...
Kaş bilməyəsən.
Bilməyəsən deyə, hər şeyimdən keçərəm.
Təki
gözəl üzün,
ağıllı ürəyin
ağrımasın.
Mən zorla gülməyə də razıyam,
Yaşamaq üçün mənə
necə lazımsan.
Əllərinin gülüşünə,
qucduğum o balaca bədənə
necə
ehtiyacım var.
Mən sənə baxanda dünya unudulur,
bütün dünya susur mən sənə baxanda.
yalanlar,
acgözlüklər itir,
mən sənə baxanda dünyam sevinir.
Gözlərimin sevinci, gerçəyi,
arzularımın gələcəyi,
bir gülüşlə hamıya
qalib gələnim,
Sevgiylə yoğrulanım, sevgidə
bişənim.
Sənə tapınıram, qızım,
sən mənim dinim, sən Tanrım.
***
Sən elə gəldin,
elə bil bütün gedənlər sənsən.
Hamının yerinə peşman
gəldin.
Bir də sən
hardansa məni də tapıb gətirdin.
Belə
gəldin, başqa cür...
Tapılmayan O
Təkliyi qucaqlamaqla keçdi
ömrüm,
heç
bilmədim bu dünyanın harasında
itdi-getdi
o adam...
İnanırdım, səni duyan kimsə var bu dünyada.
Bəlkə ölüm cavanlaşdı,
ona görə gəlmədi?!
Bəlkə gəlmək istəyirdi,
amma gələ bilmədi...
Arzuları gözləyərək bitirdim.
Hər gün kiminçünsə
bəzənib çıxdın
evdən.
Yemək
bişirdin hərdən,
Gözlədin.
sən bilirdin, hardasa "O" adam vardı.
Yalnız
O tapılmadı.
Aysel Aydın ƏLİZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, ¹29.- S.13.