Öz keçmişini yadında saxlayan
xalqın gələcəyi də olacaqdır
Oljas Süleymenovla müsahibə
Günaydın, sayqıdəyər cənab Azər Turan!
Sizə yazan Oljas Süleymenovun
(YUNESKO yanında Mədəniyyətlərin Qovşağı Mərkəzində)
köməkçisi
İqor Krupkodur.
Sizi "Az i Ya" əsərinin 50 illiyi münasibəti ilə
düzənlənən konfransda görməkdən böyük məmnunluq və
şərəf duyduq. Ümidvaram ki, bütün
işləriniz qaydasındadır.
Oljas Omaroviç, bu
günlərdə, bizim
üçün də
doğma olan Azərbaycandan bəhs etdiyi yeni müsahibə verib. Həmin müsahibəni diqqətinizə
çatdırır və
daha çox oxucu auditoriyasını əhatə etməsi məqsədi ilə çap etməyinizi sizdən rica edirəm.
Öncədən təşəkkürlərimlə...
- Günaydın, Oljas Omaroviç. Bizim nəşrin suallarını
cavablandırmaq üçün
vaxt ayırdığınıza
görə Sizə təşəkkür edirik.
- Günaydın. Sizinlə söhbət mənim üçün də xoşdur və ümidvaram ki, oxucular üçün də faydalı olacaq. Qalan vaxtımı boşuna sərf etməməyə çalışıram.
Lakonik və ciddi bir müzakirə
açarıq.
- Siz Azərbaycan xalqının, eləcə
də bütövlükdə
ölkəmizin böyük
dostusunuz. Siz həmişə, eləcə
də ölkəmizin
ən ağır günlərində bizimlə
olmusunuz. Lütfən,
bizim Ümummilli Liderimiz Heydər Əliyevlə ilk tanışlığınız
haqda danışardınız.
Bu görüş necə
baş tutdu, onu necə xatırlayırsınız?
- Mən onu, ilk növbədə, öz ölkəsinin əsil lideri, kateqoriyalı, eyni zamanda milli və planetar düşüncə adamı
kimi xatırlayıram.
Hər bir yazıçının və
ictimai xadimin istedad işığını
duyar, onlara dəstək olar və inkişafına şərait yaradardı.
1975-ci ildə Azərbaycanda keçirilən "Sovet
Ədəbiyyatı Günləri"ndə
iştirak etmək üçün mən də dəvətli idim. Həmin günlərdə SSRİ-nin
bütün respublikalarından
olan yazarlar Bakıda çıxışlar
edirdilər. Bir qrup ədəbiyyat adamları
ilə yekun görüşündə respublikanın
rəhbəri şəxsən
iştirak edirdi. Bizim bir çoxlarımız
fürsətdən istifadə
edib çıxışına
görə ona təşəkkür edirdik.
Sonda o, gözlənilmədən
mənə üz tutub belə dedi: "Oljas, sən təkcə qazaxlara yox, bütün türklərə
gərəksən!"
Az sonra, eşitdiklərimi götür-qoy edəndə
başa düşdüm
ki, Heydər Əliyev
mənim yeni nəşr
olunmuş "Az i Ya" kitabımı dəyərləndirmək məqsədi
ilə bunları deyib. Onun həmin
vaxt masa arxasında söylədiyi bu sözlər 60-cı illərdən
başlayaraq bu günə qədər müəllif olaraq çalışmalarımda mənim
üçün xüsusi
yol yoldaşı oldu. İndi mənim rəhbəri olduğum
YUNESKO yanında Mədəniyyətlərin
Qovşağı Mərkəzi
bütün bəşəriyyət
üçün vacib
olan problemlərin həllinə həsr olunmuş uluslararası (beynəlxalq) konfranslar təşkil edir. Burada dünya çaplı bilim adamları və mədəniyyət xadimləri
mövcud mövzular ətrafında araşdırmalar
və müzakirələr
aparırlar. Bizim eradan əvvəl, IV minillikdən başlayaraq,
sonrakı əsrlərdə
də öz aktuallığını qoruyub
saxlayan türk tarixi mövzusu, Çağdaş Dövrün
türk dövlətləri
liderlərinin xarakterlərində
özünü yenidən
büruzə verməklə
xüsusi inkişaf yolu keçməkdə və üzərində düşünülməkdədir.
Bu cür liderlərdən birinin - Heydər Əliyevin yarım əsr bundan öncə bir qazax şairinə müraciəti türk mədəniyyəti tarixinin
dünyaya açılmağının
vacibliyi məsələsində
onun inamını daha da möhkəmləndirdi.
Ümidvaram ki, bu bilgilər,
zamanla, xalqlarımızın
daha dərindən özünüdərkinə vəsilə
olacaq.
- Azərbaycan yazıçılarından
kimlərlə davamlı
əlaqə saxlayırsınız?
- Biz, həmişəki kimi, Anarla dostluq əlaqələrini davam etdiririk. Gözəl tarixçi-memuarist və publisist Elmira Axundova bizim mədəniyyətlə
bağlı tədbirlərimizdə
fəal iştirak edir. Yaxınlarda Almatıda "Az i Ya" kitabının 50 illiyinə həsr olunmuş beynəlxalq (uluslararası) konfrans keçirildi. Konfransa Azərbaycandan - Səlim Babullaoğlu, Nizami Cəfərov, Rafiq Həşimov,
Azər Turan, Telman Cəfərov, Ağaverdi Xəlilov kimi alim və yazıçılardan ibarət
geniş tərkibdə
nümayəndə heyəti
gəlmişdi. Onların
çıxışları məzmun və əhəmiyyətinə görə
elə bizim mövzumuzun inkişafı
demək idi.
- Əsərlərinizin hansını
ən uğurlu əsər hesab edirsiniz?
- Ən başlıca mətləbimi deyə bildiyim əsəri. Son aylarımı "Osiris qanunu"na
həsr etmişəm.
Bu mənim ən önəmli ixtiramdır.
Biz bəşəriyyətin tarixini
yaxşı bilmirik.
XIX əsrin əvvəllərində
Napoleon dünyaya Misirin
qapılarını açdı
- alimlər bu ölkənin qalıqları
ilə məşğul
olmağa başladılar
və bu qərara gəldilər
ki, onun tarixi eramizdan əvvəl III minilliyə gedib çıxır. Beləliklə,
bəşər tarixi
bir neçə minillik də dərinlik qazandı.
Bir neçə min il öncə
bəşər övladı
(və ya onun bir qismi)
artıq işarələrdən
istifadə etməklə
yazmağı bacarmışdı.
Mən bu mövzuya 65 il bundan öncə müraciət etmişdim.
Ancaq yalnız indi tarixin dərinliyindəki
dəfinələrə gəlib
çata bilmişəm.
Qədim Misirdə bizim eradan əvvəl
III minillikdə istifadə
olunmuş şəkillərlə
yazının tətbiqi
dilini araşdırarkən
mənə məlum oldu ki, bunlar təsvir olunmuş sözün mənasını
əks etdirir. Biz bu rəsmlərdə Fironu, ilahiləşdirilmiş
bitki və təsərrüfat
allahı Osirisi görürük. Uzanıqlı
vəziyyətdə olan
fironun kürəyindən
bitki zoğlarının qalxması
belə bir Qanuna əsaslanır.
Bu Qanunu qədim yunanlar sözdəki vurğunu - Osi ris kimi sürüşdürməklə
saxlayaraq gələcəyə
daşımışlar. Bu hansı anlama gəlirdi? 200 ildir ki, misirşünaslar bu sözün şifrələrini
müəyyən edə
bilməmişlər. Biz bunu
dünyanın yalnız
bir dilində izləyə bildik.
Bu sözü qazax dilinə istinad etməklə ancaq indi oxumaq mümkün
olmuşdur.
ÖSIRIS
- "Becərmək" (kaz.)
Bitkilər allahının adı
min illərlə yayılması
və saxlanılması
üçün Qanun
şəklinə salınmış
fəal təsərrüfat
formulası ilə müəyyən edilibmiş.
ÖS -
OS - "bitmək" (qazax.)
ÖSİR
- OSİR - "bitir" (qazax.)
ÖSIRİS
- OSıRİS - "becər"
(qazax.)
Qazax dilində açdığımız
və qrammatik inkişafını izlədiyimiz
bu formula dünyanın
heç bir dilində rast gəlmək mümkün
deyil.
Beləliklə, rəsmlə yazıların
sayəsində qazaxların
bizim eradan əvvəl, III minillikdə
Qədim Misirdə təsadüfi qonaq deyil, yerli əhali
olduqları və təsərrüfat mədəniyyəti
yaratdıqları ilk dəfə
sənədlərlə sübuta
yetirildi.
Əminəm ki, indən belə
dünyanın bilim adamları, alimlər türk dilini fəal şəkildə öyrənməyə başlayacaqlar.
Və öyrənəcəklər
ki, qədimdən başlayaraq
türk xalqları üst düzəydə olublar. Oğuz türklərinin (b.e.ə.
IV əsrdə) üstü
yazılı daş stelləri bu günə qədər saxlanılmaqdadır. Hələ,
b.e.ə. III minillikdə
tətbiqi yazı nümunələrinə malik olmuş
qədim qazax abidələri isə bizlərə indi məlum olur.
Elm adamlarının bu biliklərə yiyələnməsi
ilə türkologiya
yeni mərhələyə adlayır və bəşəriyyətin yazı
tarixinin heyrətamiz bir səhifəsi açılır.
- Çox sağ olun, bu, doğrudan,
heyrətamiz bir kəşfdir. Siz özünüzü xoşbəxt
insan hesab edirsinizmi?
- Bu cür kəşflər, əlbəttə, insanı
əsl xoşbəxtliyə
gətirib çıxarır.
Xoşbəxt yaradıcılıq
anları mövzuya on
illərlə xidmət
etməkdən qaynaqlanır.
Xəritədə soyuq
və qaynar nöqtələr... Leninka,
Konqress kitabxanası,
YUNESKO-nun mənzil-qərargahı, Beyrut Muzeyindəki məktub, raketlərlə
məhv olmuşlar...
İndi isə parkdakı kölgəli xiyabanda və ya yazı
masası arxasında Şüurlu İnsan tarixinin sonuncu fəsillərini təkrar
oxuyur və redaktə edirəm. Dünyanın hər bir bucağından bir araya gəlmiş
insanların obrazların
dili ilə - eyni dildə danışdıqlarını yazılı
və süjetlərlə
görmək və eşitmək, nəhayət,
mənə nəsib olur: şumer heroqlifləri, türk işarələri, misir rəsmləri, qazax felləri...
"Həqiqətlər Kitabı"nda
bu ixtiralar toplanıb. Bunların hamısını başa
çatdırmaq lazımdır
ki, bütün dünya
bilsin.
- Oljas, Omaroviç, dünya Sizi ədəbiyyat və elm xadimi olmağınızdan
başqa, həm də "Nevada-Semipalatinsk" hərəkatının müəllifi
kimi tanıyır. Yaxın zamanlarda yayınlanmış "Biz xatırlayırıq..."
adlı məqaləniz
var. Siz bu yazınızda Qlobal Anti-Nüvə Alyansının
fəaliyyətindən və
"Nüvə silahı
ölkələrimizə və
ümumiyyətlə bəşəriyyətə
lazımdırmı?" sualına
cavab almaq üçün referendum keçirilməsi
məqsədi ilə tərəfinizdən yaradılmış
SSRİ, ABŞ və Böyük
Britaniya parlamentlərarası
nümayəndəliyindən danışmışdınız.
- Bəli, bu kolosal
bir şans idi. 1991-ci ilin yanvarında biz nüvə
silahından imtinaya heç zaman olmadığı
qədər yaxın idik. Dünyanın bütün anti-nüvə,
anti-hərb və ekoloji hərəkatlarının
BMT-nin mənzil-qərargahında
bir araya gəldiyi təsis konfransında mən təklif etdim ki, sayı 200-ə yaxın olan parlamentlərin hamısında parlamentlərarası
referendum keçirilsin və
yeganə suala cavab axtarılsın:
"Nüvə silahı
ölkələrimizə və
ümumiyyətlə bəşəriyyətə
lazımdırmı?"
Və bu sualın cavablandırılması üçün
mən ilk parlament olaraq SSRİ Ali Sovetinin nəzərdə tutulmasını
təklif etdim.
Ən güclü nüvə silahına malik olan bir ölkənin parlamenti nüvə silahının gərəksizliyini
qəbul edərdisə;
amerikalılar, ingilislər,
fransızlar və çinlilər də bununla razılaşmağa
məhkum olacaqdılar.
Bunun üçün biz ilk parlamentlərarası
nümayəndəliyi yaratdıq:
ABŞ-dan iki konqresmen
və iki senator, İngiltərənin iki deputatı və SSRİ-dən iki nəfər
- Atom İnstitutunun rəhbəri
Yevgeniy Velixanov və O.Süleymenov (Velixonov xəstələndiyi
üçün onun yerinə Vladimir Yakimets gəlmişdi).
Üç möhtəşəm nüvə ölkəsinin
nümayəndələrindən ibarət belə bir heyət ilk dəfə idi ki, yaradılırdı. Və
bu ayrıcalıq yox, birləşmək üçün daha çox ümid verirdi.
Bizim məqsədimiz referendumu hazırlamaq və parlamentlərdə nüvəsiz
dünyanın səsə
qoyulması üçün
hazırlıq görməkdən
ibarət idi.
Nümayəndə heyəti Moskvaya
gəldi və biz proqramı Qorbaçovla müzakirə etdik. Sabahısı gün isə gecikmədən Londona uçduq. Həmin günlərdə
orada baş nazir dəyişdiyindən o bizi
qəbul edə bilmədi. Ancaq biz öz missiyamızı dayandırmamaq naminə Böyük Britaniyanın
müdafiə naziri ilə görüşdük
və öz planlarımız barədə
onu məlumatlandırdıq.
Sonra, həmən, Londondan
Vaşinqtona - ata Buşla görüşmək
üçün yola düşdük. O isə
Meksika səfərindən
hələ ki qayıtmamışdı.
Biz öz planlarımız
barədə onun təhlükəsizlik məsələləri
üzrə müşavirini
məlumatlandırdıq. Ancaq
buranı tərk edərkən Ağ Evin dəhlizində, gözlənilmədən, uçuşdan
sonra yorğun görünməyinə baxmayaraq
bizi gülərüzlə
qarşılayan Buşla
rastlaşdıq. Konqresmenlər
bizi ona təqdim etdilər və biz elə dəhlizdəcə onunla müəyyən müzakirələr
apardıq.
Bir saat keçdi və bizim nümayəndə
heyəti ABŞ Konqres
və Senatının
planlaşdırılmış referendumda iştirak edəcəkləri inamı
ilə Ağ Evi tərk etdik.
Necə
gözəl bir fürsət idi! Üçüncü minillikdə
ölkələrimizi və
dünyanı əmin-amanlıqda
saxlamaq. Heyrətamiz tarixi bir andan
yararlanmaq! Hamımız
bu möhtəşəm
hadisəyə hazırlaşmağa
başladıq. Moskvada,
Nyu-Yorkda, Londonda və digər ölkələrdə parlamentlər
sülhə hazırlaşırdılar.
Və
biz inanırdıq ki, böyük
əksəriyyət referendumda
- "Nüvə silahına
yox!" deyəcək.
Bu, kolosal bir şans
idi. Sovet İttifaqı ilə
ABŞ heç zaman olmamış
kimi yaxın idilər. Dünya inamla birliyə doğru addımlayırdı
- qarşılıqlı anlaşma
epoxası başlayırdı...
...İndi
isə televizor qarşısında əyləşib
ABŞ, İran, İsrail, Fələstin,
Hindistan, Pakistan, Ukrayna
kimi ölkələrin
bir-birlərini necə
bombalamağı haqqında
məlumatlar izləyirik.
Dünyada baş verən bu cür
bədbəxtliklərin səbəbkarları
yaramaz siyasətçilərdir.
1991-ci ildə kim isə
Yeltsinə pıçıldadı
ki: SSRİ yoxdursa, demək,
prezident postu da yoxdur. Qorbaçovu vəzifədən uzaqlaşdırmaq
və bu rəqabəti udmaq üçün ona Sovet İttifaqını məhv etmək lazım idi. Belovejskidə dövlət
çevrilişini təşkil
edən və öz ölkələrini
talan edən sərxoş "demokrat"lar
da elə bu barədə düşünürdülər.
Aradan bir il keçəndən sonra, ABŞ konqresində Rusiya prezidenti olaraq nitqinə
yekun vurarkən, adəti üzrə sərxoş halda olan Yeltsin alqışlarla
qarşılanan duasını
etdi:
"Allahım, Amerikanı qoru!..."
Onun bu frazanı işlətməyi boşuna
deyildi. Bunun arxasında
heç bir nüvə hücumu olmadan hakimiyyəti zəbt etmək dayanırdı. Əsl arxitektorların yox, sərxoş iş icraçılarının cəlb
olunduğu "Yenidənqurma"nın
nəticəsində isə,
onlar sosializmin əsaslarını dağıtmaqla
bazar feodalizminə və
nəhayətsiz müharibələrə
gətirib çıxardılar.
Bəşəriyyətin xilasının tarixdə bir dəfə verilə biləcək möhtəşəm
şansı da beləcə
əldən çıxdı.
İndi isə biz yenidən arxasında yol olmayan uçurum qarşısındayıq. Dünyanın
sonunu gətirən yaramaz siyasətçilər
bizə lazım deyil. Onlar Yer
üzündə yaşayan
heç kimə - heç bir xalqa, heç bir bəşər övladına lazım deyillər.
Bizim xalqlarımız bu cür sonluğu haqq etməmişdilər.
Biz uzun illər və əsrlər boyu yaşamalı, yaratmalı idik.
Bu anlayış o vaxtları
və o zaman baş verən hadisələri
yadda saxlamağın daha
vacib olduğunu göstərir. Xoşbəxtlikdən
biz bu olayların içərisində olmuşuq.
Bizim Hərəkatın
tarixçilərə dərs
verdiyi dünyaçaplı
gündəmin müəllifi
olmuşuq.
Yaddaşlarımızda yaşayan o möhtəşəm imkanları
xatırlayıram. Və
bütün dövlətlərə
arzum budur ki, bunları unutmasınlar, hələ ki, gec deyil, qalan vaxtdan
və bu imkanlardan yararlansınlar.
- Biz inanırıq ki, bəşəriyyət
və onun liderləri Sizin çağırışınıza səs verəcəklər.
Azərbaycan xalqına
Sizin arzularınız...
- Öz keçmişini yadında saxlayan xalqın gələcəyi
də olacaqdır. Mən, bunu Azərbaycanın ağır
günlərində, onun
yaşamaq uğrunda imtahan verdiyi və
gələcəyə doğru
yol başlamaq ümidilə hərəkətə
keçdiyi zaman onların
yanında olarkən
hiss etdim.
Bunu Azərbaycan Prezidenti
İlham Əliyevin qazax
şairinə müraciətlə
dediyi və "Bakinskiy paboçiy" qəzetində çap olunmuş sözləri daha mükəmməl ifadə edir:
"Ölkəmizin ən çətin vaxtlarında
siz Azərbaycan xalqı ilə bir yerdə olmusunuz... Biz bunu unutmuruq və yüksək dəyərləndiririk.
Azərbaycan xalqı Sizi, Sizin yaradıcılığınızı
çox sevir. Sizin vətəndaş mövqeyiniz böyük hörmətə layiqdir."
Ancaq birlikdə, bir-birimizə dəstək olmaqla öz ucalığımızı
fəth edə bilərik. Bu düstur dövlətlərin, xalqların,
eləcə də şəxsiyyətlərin qarşılıqlı
asılılıq şərtlərinə
uyğun həyat təcrübəsindən doğur.
Şairlər və siyasətçilər müstəqillik
periodundan həm də bizim ümumi
qarşılıqlı asılılığımızın
dərk edilməsi fürsəti kimi yararlanırlar. Biz getdikcə
daha yaxşı başa düşürük
ki, cəmiyyətdə siniflər,
qonşuluqda xalqlar həmişə bir-birlərindən
asılı vəziyyətdə
olurlar. Ancaq Yer üzündə yaşamağın başlıca
şərti olan bu məsələni dərk etmirik. Biz yazıçılar öz
xalqlarımıza bunu
dərk etməkdə
yardımçı olmalıyıq.
Qoy bizim üçün də doğma olan Azərbaycan dünyada öz yeni addımları ilə yüksəkliklər fəth
etsin. Və Azərbaycan xalqı həm keyfiyyət, həm də kəmiyyət etibarı ilə artmaqda davam etsin.
- Maraqlı söhbətə
və xoş arzularınıza görə
Sizə təşəkkür
edirik. Sizə möhkəm cansağlığı,
Mədəniyyətlərin Qovşağı Mərkəzinə
isə Sizin rəhbərliyiniz altında
öz missiyasını
yerinə yetirməkdə
uğurlar diləyirik.
Söhbətləşdi: Cəmilə Çebotareva
Tərcümə etdi: İbrahim
İLYASLI
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, ¹29.- S.14-15.