Kamal Abdullanın “Seçmələrin Seçməsi
–
Qranulalar” kitabı Almaniyada nəşr olunub
Xalq yazıçısı Kamal Abdullanın aforizmlər və seçilmiş fikirlər toplusu olan “Seçmələrin Seçməsi – Qranulalar”
kitabı Almaniyada alman dilində çap olunub. Kitab “Epubli-Pem” nəşriyyatında nəşr
edilib. Əsəri
alman dilinə H. Hermann Kiel tərcümə
edib. Redaktoru Orxan Arasdır.
Kitabda müəllifin uzun illər ərzində yazdığı şeir,
esse, pyes, hekayə, roman, publisistika və elmi məqalələrdən
seçilmiş, “qranula”
– yəni mətnin cövhəri hesab olunan fikirlər ilk dəfə ayrıca şəkildə təqdim
olunur. Müəllif kitabın ön sözü kimi “Məni sevən oxucuma son hədiyyəm” başlığı altında
aşağıdakı fikirləri
oxuculara ünvanlayır:
“İllərdən bəri
yazdığım müxtəlif
şeirlərin, esselərin,
pyeslərin, hekayə
və romanların, publisistik məqalələrin
və elmi əsərlərin, verdiyim
intervülərin hər
birinin içində yer almış və bu gün
də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən
misralar, cümlələr
günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi
bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu
zaman biz tamamilə yeni bir
cazibədə zühur
etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək,
içində olduqları
mətnin qranulaları
(ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən
(mətndən) bütün
artıq hissələri
siləndən sonra yerdə qalan cövhərdir.”
Orxan
Aras kitab üçün yazdığı
ön sözündə
bu nəşrin gənc nəslin mənəvi formalaşmasında
əhəmiyyətini vurğulayıb:
“Kamal
Abdulla kimi təcrübəli
yazıçının keçmişdən
bu günə toplayıb ötürdüyü
aforizmlər gənclər
üçün xüsusilə
önəmlidir. Bu kitabda
təkcə onun öz əsərlərindən
vacib dialoqlar deyil, həm də onların sevgisini yenidən alovlandıran qlobal incəsənət hərəkatları
haqqında bəzi dəyərli sitatlar var.”
Kitabda yalnız müəllifin əsərlərindən deyil,
əvvəlki nəşrlərdə
yer almayan yeni nümunələr də təqdim olunub. Eyni zamanda, əhvalat
və mövzuya uyğun olaraq Kamal Abdullanın sevdiyi yazıçı və şairlərin şeirləri,
misraları və fikirləri də kitabda yer alıb.
Bu nəşr Azərbaycan ədəbiyyatının seçilmiş
fikirlər vasitəsilə
beynəlxalq auditoriyaya
təqdim edilməsi baxımından mühüm
hadisə hesab olunur.
Qeyd edək ki, Seçmələrin
Seçməsi – Qranulalar”
kitabı Bakıda
2024-cü ildə işıq
üzü görüb.
Müəllifi kitabı yazmağa
ruhlandıran imzalar Xalq şairi Ramiz Rövşən, akademik
Rafiq Əliyev, Nazim Müzəffərli
və Fərhad Təhməzlidir.
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, ¹29.- S.15.