Gəl
Dostum, səfər
etsən bizim ellərə,
May
ayı, yal-yamac güllələndə gəl.
Gözlə,
tamam yatsın çayların köpü,
Sular həzin-həzin
dillənəndə gəl.
Oyanıb
o başdan nəğməkar quşlar,
Şirin
cəh-cəhlərlə səni alqışlar.
Ələkdən
ələnən narın yağışlar
Çiçəklər
üstündə göllənəndə gəl.
Yaylaqlar
qoynunda gözəl keçir yaz,
Qar durur
quzeydə dümağ, bəmbəyaz.
Durnagöz
bulaqlar çağlayıb bir az,
Lilparlı
axarlar lillənəndə gəl.
Nə
tutub durubsan hisli şəhərdən?
Gümrah
görkəmini salıb təhərdən.
Nübar
nemətləri xatırla hərdən,
Çiyələk
yenicə çillənəndə gəl.
Çürütdün
canını, daha bəsdi, sən,
Etmə
öz-özünə nahaq qəsdi sən.
Qor
altında bişmiş kökə istəsən,
Ocaq
bala-bala küllənəndə gəl.
Sınaqlardan
çıxmış bir məsəl də var,
Qismətindən
küsən yarımac qalar.
Dodaq büzüşdürən
faraş alçalar
Yarpaqlar
içindən bəllənəndə gəl.
Söylə,
kim bəyənməz belə diyarı?
Artırır
ömürü yarıbayarı.
Özgə
söz deməyin yoxdur uyarı,
Şeh
yumuş tər otlar tellənəndə gəl.
Babanlı
acıdır məhrəm qulluğun,
Çəkib
həsrətini daim bolluğun.
Üzünü
gor görsün pis yoxsulluğun,
Sən
Allah, cibimiz pullananda gəl.
Ürək
haçan dincəlir?
Ah, bu
yazı-pozu nə qədər olar?!
Biri
qurtarmamış o biri gəlir.
Bir ürək
nə qədər boşalıb-dolar,
Görəsən,
o yazıq haçan dincəlir?
Baxıb
kağızlara bərəlir gözüm,
Orda
neçə istək, neçə arzu var.
Mehr ilə
yan-yana düzülüb sözüm,
Sanki
göy çəməndə yatır quzular.
Gündüz
də yazıram, gecə də bəzən,
Bilək
sızıldayır, beyin yorulur.
Xəyalda
dolaşan, zehində gəzən
Yarımçıq
fikirlər başa yük olur.
Əzab-əziyyətli
olsa da bu yol,
Qələmlə
dostluğum bir həzzdir mənə.
Oxucu qəlbində
söylənən "sağ ol!"
Milyon təriflərə
əvəzdir mənə.
Bax, onda
dincəlir köksümdə ürək,
Aram ritmə
düşür, arxayın vurur.
İlahi
ilhama söykənib kürək,
Onun
qüdrətindən duyuram qürur.
Təsəlli
Sınma,
nazik qəlbim, nadan sözündən,
Səsləyir
qənşərdən əsrlər səni.
Kütbeyin
bəndələr çoxdur həyatda,
Qorxutmasın
kəmlər-kəsirlər səni.
Şair
var, sorağı eldən gəlmədi,
Şeiri
nur saçıb, üzə gülmədi.
Ögeylik
toruna sala bilmədi
Xalqıma
yabançı təsirlər məni.
Yaxşıya
pis dedi tikanlı dillər,
İncə
xal sayıldı üzdəki çillər.
Qəm
yemə, Babanlı, ötəcək illər,
Qürurla
anacaq nəsillər səni.
Bir
maral mələyir
Bir maral mələyir
döşdə hər səhər,
Qayalar əks
edir məhzun səsini.
Ürəyə
od salan bu mələrtilər
Andırır
puç ömrün qəm nəğməsini.
Nədir
onun dərdi, bilən varmı heç?
Körpə
balasından ayrımı düşüb?
Özü
dərd çəkməyən dərd qanarmı heç?
Canı
azar tapıb, sayrımı düşüb?
Hey
baxır, boylanır oyan-bu yana,
Dönüb
gözlərində yaş gilə-gilə.
Bu ahu-fəğanı
kim qıyıb ona,
Nə
salıb yazığı belə nisgilə,
Zalım
ovçu durub bəlkə qəsdinə,
Qovub zirvələrdən,
endirib döşə?!
Gəlib
imdad üçün oba üstünə,
İlahi,
kömək ol özün bu işə.
Bir maral mələyir
döşdə hər səhər,
Qayalar əks
edir məhzun səsini.
Ürəyə
od salan bu mələrtilər
Andırır
puç ömrün qəm nəğməsini.
Bəxtimdən
umsunmuşam
Ey gözəl,
agah et, bu nə oyundu,
Nə
dürlü bəladı gəlir başıma?
Ürəyim
qəmlərdən oyum-oyumdu,
Səndəmi
dərd olub çıxdın qarşıma?!
Bel incədən-incə,
şüp-şümal gərdən,
O qumral
gözlərə hayıl-mayılam.
Əl
göydən üzülüb, ayaq da yerdən,
Mən bu
huşyarlıqdan çətin ayılam.
Belə
şux camalı, zərif bədəni,
Nə bir
bəşər görüb, nə yazıb qələm.
Saxlayır
baxışın yoldan ötəni,
Hələ
çox sinələr tutacaq vərəm.
Söylə,
əhvalımı kimə ərz edim?
Çalxadın
könlümü qocalıqda sən.
Əfsus,
əzəlindən kəmdi qismətim,
Bəxtimdən
həmişə umsunmuşam mən!
Çağırın,
əylənsin
Çağırın,
əylənsin o gedən xanım,
Sinəmin
üstündən yeriyib gedir.
Mən ha
çağırıram, bir dönüb baxmır,
Qulağı
kar kimi kiriyib gedir.
Yanımda
görürdüm mən onu hər gün,
Bir
anlıq ayrılıq deyildi mümkün.
Bəs nədən
törədi bu qəzəb, bu kin?
Eşqimi
qəlbindən kürüyüb gedir.
Tamam zaya
döndü çəkdiyim cəfa,
Şirindillilərdə
olmurmuş vəfa.
Zalım
qızı, zalım, gəlmir insafa,
Canımı
dalınca sürüyüb gedir.
Vurğunam
əyriuc, çatma qaşına,
Gözləri
bənzəyir zümrüd daşına.
Çiyin
yaylığını atıb başına,
Üzünü
hirs ilə bürüyüb gedir.
Əbədi
əhd-peyman yalanmış, yalan,
Bu dərd
ürəklərə çox salıb talan.
Babanlı,
qocasan, daha dinc dolan,
Ömrün
son şamı da əriyib gedir!
Mən
nə hayda, sən nə hayda?!
Qəşəng
xanım, baxma süzgün,
Mən nə
hayda, sən nə hayda?!
Əhvalımı
anla düzgün,
Mən nə
hayda, sən nə hayda?!
Qocalıq
əyib belimi,
Lal edib
ötkəm dilimi.
Hər
işdən üzüb əlimi,
Mən nə
hayda, sən nə hayda?!
Gəlib
önümdə durursan,
Qaş
oynadıb, göz vurursan.
Özünü
nahaq yorursan,
Mən nə
hayda, sən nə hayda?!
Mürvət
elə, gəl insafa,
Babanlıya
vermə cəfa.
Zaya
dönüb zövqü-səfa,
Mən nə
hayda, sən nə hayda?!
Vidadi
BABANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, №30.- S.13.