"Ağ Bulud"un essesi və silsilə
şeirlər
Azər bəy!
Hörmətli Baş redaktor!
Məmməd İsmayılla bağlı ağ buludla birgə yazdığın esse məni çox təsirləndirdi. O hadisənin mən də şahidiyəm. Doğrudan da, cənazə namazı qılınanda "M.İsmayılın Ağ buludu" yandırıcı günəş şüalarının qabağını kəsdi, hava sərinlədi.
Şairin dəfnindən sonra mən də ürəyimi boşaltmaq istədim. Silsilə şeirlər yazdım. Yox, əslində bu şeirləri də həmin ağ bulud yazdı...
Hörmətlə: Barat Vüsal
24.08.2025
Şaman
Ömürə ortağı sevirmiş kimi,
Su dolu
bardağı sevirmiş kimi,
Bu yurdu,
torpağı sevirmiş kimi,
Ölsən
də, başqa şey eyləmək olmur,
Məmməd
İsmayılı sevməmək olmur!
Taleyi
tapşırır işi oğluna,
Vəsiyyət
edir dağı-daşı oğluna.
Yurda
qurban olan kişi oğluna
Min yol rəhmət
olsun, deməmək olmur,
Məmməd
İsmayılı sevməmək olmur!
Kişi
adı üstdən qara çəkilir,
Namərd
öz qəsdindən hara çəkilir?
Şair
ürəyindən dara çəkilir,
Hər
şair olanda bu ürək olmur,
Məmməd
İsmayılı sevməmək olmur!
O,
şeir yazmayıb varağın üstdə,
Ölüb,
düz oğlu düz olmağın üstdə!
Onun da
qanı var bayrağın üstdə,
Görüncə
dönüb baş əyməmək olmur,
Məmməd
İsmayılı sevməmək olmur!
Olasan
övliya, ya Şaman... şərəf!
Vətən,
Millət üçün yaşaman - şərəf!
Məmməd
İsmayıltək yaşamaq şərəf,
Məmməd
İsmayıltək ölməmək olmur,
Məmməd
İsmayılı sevməmək olmur!
Bəlkə
Nə təhər
gizlədək üz qarasını,
Ürək
döyünəsi, göz qalasımı?
Başını
yeyirmiş öz balasının,
Udurmuş...
budurmu həyat, deyirəm,
Bəlkə
ölüm deyil ölüm deyilən?!
Ölüyük,
yoxsa ki, sağ-salim, Azər,
Sağ
olan özünü sağ sanmır, Azər!
Məmmədsiz
sağammı, sağsanmı, Azər?
Olmaya
qudurmuş həyat, deyirəm?
Bəlkə
ölüm deyil ölüm deyilən?!
O anan, bu
anam.. yatır bir ucdan,
Elə
bil oyanan yatır bir ucdan.
Çətin
ki, oyana... yatır bir ucdan,
Bəs
harda yatırmış həyat, deyirəm?
Bəlkə
ölüm deyil ölüm deyilən?!
"Quran"
xətm olundu... Ayə qurtardı,
Bizdən
nəzər çəkdi Yiyə, qurtardı.
Niyə
başlamışdı, niyə qurtardı,
Nə
üçün bitirmiş həyat, deyirəm?
Bəlkə
ölüm deyil ölüm deyilən?!
Şair
qəbri
Şair
qibləsini təyin edəndə
Nədənsə
də yola baxıb yozdular.
O, elə
sevirdi yolu... qəbrini
Onçün
belə yola yaxın qazdılar.
Bu təkcə
səninmi, ya mənimdimi?
Zamanında
anla, vaxtında baş aç!
Gördüyün
yol elin-obanındımı?
Yox, həm
də Məmmədin yoludur, qardaş!
Ağlın
oğurlatdı sözlərə verib,
Gəzdi
oba-oba el sorağında.
Bir
gün öz yolun da bizlərə verib,
Özü
məzar oldu yol qırağında.
O,
sağ, bu da ölü... biri, biri nə?
Görür
məzarını ordan keçənlər.
Ayaq
saxlayaraq, biri-birinə
O
baxır, yoxsa ki,
Yoldan
keçənlər?!
Göy
oğlu
Allahla
insanı yaxınlaşdırıb,
Məmməd
İsmayıl da yaşadı, getdi...
Hər
şeir yazanda döyüşmək üçün
Qılınc
qələmini qurşadı, getdi.
Haqqı
da, Xalqı da qoşa sevirdi,
Üzərlik
yandırıb başa çevirdi.
Namərdi
sehriylə daşa çevirdi,
Atanda
şeytana daş atdı, getdi.
Vətən,
deyənməzlər ögey oğluna,
Bu torpaq
vurğunu, o Göy oğluna!
Qurban Xan
övladın, o bəy oğluna,
Şəhid
atasına oxşadı, getdi.
Şair
yası
Onu
böyütmüşdü bir təpəl qoyun,
Gəzəl
almaya da başdaşı qoyun!
Bəs
özü hardadı Əsrik oğlunun?
Məmməd
İsmayılın yas yerindədir!
Baxıb,
bu dünyanı gözü ki alıb,
Göz
birdi, böyüyüb göz iki olub.
Bu il,
Durna köçü gecikib, qalıb,
Məmməd
İsmayılın yas yerindədir!
Yata bilməz,
atam, igid qalxıbdı,
Hayımıza
çatan igid qalxıbdı.
"Savalanda
yatan igid" qalxıbdı,
Məmməd
İsmayılın yas yerindədir!
Qoymayın
acgözlər yığa Xar tutu,
Verməyin
ayağa baha Xar tutu!
Qoruyun, həyatı
daha bərk tutun,
Məmməd
İsmayılın yas yerindədir!
Təəssüf,
uyubdur ada adamlar,
Od
düşüb - adama, oda - adamlar.
Farmazon
adam yox, sadə adamlar
Məmməd
İsmayılın yas yerindədir!
Ona da
beşikdir təpə, bilərlər,
Yasa
Ağatlıtək çata bilərlər.
Allahı
gəzənlər tapa bilərlər,
Məmməd
İsmayılın yas yerindədir!
Ölməzlik
üçündür yaz, "Quran" gəlib,
Üzünü
köçürüb yazıram, gəlib.
Deyirlər,
yaslara yas quran gəlib,
Məmməd
İsmayılın yas yerindədir!
Dost
yasına gedən azı nə edib?
Sanki yer
üzünün yasına gedib,
Barat da
özünün yasına gedib,
Məmməd
İsmayılın yas yerindədir!
Tək
Dağdağan
Doğru
yol göstərdin bir zaman bizə,
Daha həsrətinlə göynəyəcəyik.
Yaşamaq
eşqini öyrəndik səndən,
İndi
ölməyi də öyrənəcəyik!
Yaddan
çıxarmı o gənclik illəri,
Öz
sevgindən nəzər salıb verərdin.
Kimin
istedadı vardısa az-çox,
Ona
özün qələm alıb verərdin.
Uğura
övliya çıxırmış kimi,
Qarşıya
çıxardın yolda-yolaqda.
Çönüb
qəfil sənə baxıb görərdik,
"Bir
adam yol gedir bizdən qabaqda".
Kəmər
qayasının başında bitmiş,
Bir
ağac özüdü sanki qağanın.
Əsriyə
dönəndə gəlin, deyərdi,
Altdan siz
də keçin tək Dağdağanın!
"Hələ
yaşamağa dəyər bir az da"
Saz-saz
dünyasında, sənət mülkündə
Məmməd
İsmayıltək olanlar varsa,
Millətin,
yolunda qələm əlində,
Məmməd
İsmayıltək ölənlər varsa,
"Hələ
yaşamağa dəyər bir az da!"
Kəmər
qayasını qara kəmərtək
Belinə
qurşayıb bax, bu "pəhlivan".
Bu
türk oğlu türkün, kişi oğlunun
Ölməzlik
yağırsa baxışlarından,
"Hələ
yaşamağa dəyər bir az da!"
Dəftəri
dönübdü bu yer üzünün,
Ölübdü
ən böyük qərib Tovuzda,
Əlindən
çıxıbdı dünya özünün.
Təzədən
dünyaya gəlib Tovuzda,
"Hələ
yaşamağa dəyər bir az da!"
Yaşamaq
gərəkmi nə təhər gəldi,
Yaşamaq
nə lazım ömür xətrinə?!
Gedənlərdən
ötrü zirvələr yoldu,
Allahın
verdiyi könül xətrinə,
"Hələ
yaşamağa dəyər bir az da!"
Əsl
kişi adı daşıyaq, gəlin,
Vətənin
torpağı, daşına görə,
Gedək,
kişi kimi yaşayaq, gəlin,
Belə
kişi oğlu kişiyə görə
"Hələ
yaşamağa dəyər bir az da!"
Barat
VÜSAL
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.10.